Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-6418/2025 06.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyətinə ( “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: sığorta ödənişinin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili İldırımzadə Rəşad Baris oğlunun, cavabdehin nümayəndəsi İsmailova Leili və üçüncü şəxsin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyətinə ( “xxxx” KB Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “sığorta ödənişinin verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Sığorta şirkəti ASC-yə qarşı “xxxx” KB ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə sığorta ödənişinin verilməsi tələbinə dair iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, X5 ##.##.2022-ci il tarixdə öldüyündən, həmin tarixdən sonrakı ödəmələrin, yəni 52057,27 manat məbləğində pulun və ödənilmiş 247 manat dövlət rüsumunun Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən ##.##.2022-ci il tarixli, MLI-FM-UB-******* nömrəli borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası müqaviləsinə əsasən ##.##.2022-ci il tarixli, **ik/**SU nömrəli kredit müqaviləsi üzrə “xxxx” Kommersiya Bankı ASC-nin hesabına ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, mərhum həyat yoldaşı X5 ##.##.2022-ci il tarixdə **ik/**SU nömrəli kredit müqaviləsinə əsasən “xxxx” Kommersiya Bankı ASC-nin Sumqayıt filialından 52500 manat kredit götürmüşdür. Sonra X5 ilə Cavabdeh Sığorta Şirkəti ASC arasında ##.##.2022-ci il tarixli, MLI-FM-UB-******* nömrəli borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası müqaviləsi bağlanmışdır. Daha sonra ##.##.2022-ci il tarixli, **ik/**SU nömrəli ipoteka müqaviləsi ilə ünvan 1 ünvanında olan mənzili almışdır. Yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə borclu X5 öhdəliklərini yerinə yetirərək, həmin müqavilənin əlavəsində nəzərdə tutulan aylıq ödənişləri vaxtında ödəmişdir. Lakin ##.##.2022-ci il tarixdə X5 qəfildən rəhmətə getmişdir. “xxxx” KB ASC Cavabdeh Sığorta Şirkəti ASC-yə UB-SUMRB/*** nömrəli məktubla müraciət edərək borcalan öldüyü üçün X5 ilə Cavabdeh Sığoıta Şirkəti ASC arasında olan ##.##.2022- ci il tarixli müqaviləyə əsasən sığorta ödənişinin ödənilməsi xahiş olmuşdur. Cavabdeh Sığorta Şirkəti ASC-nin ##.##.2022-ci il tarixli məktubundan görünür ki, həmin sığorta ödənişinin ödənilməsindən imtina olunmuşdur. Səbəb isə göstərilmişdir ki, ##.##.2022-ci il tarixli ölüm haqqında şəhadətnamədə ölüm səbəbi “ürəyin hipertensiv” xəstəliyi olmuşdur. Bundan başqa ölüm haqqında tibbi şəhadətnamədə ölümə səbəb olan xəstəlik kimi ürək çatışmazlığı ilə müşaiyət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv xəstəliyinin X5 8 il davam etdiyi qeyd edilmişdir. Buna görə də guya Kamil əvvəllər uzun müddətli xəstəliyi ola-ola bu məlumatları sığorta şirkətindən gizlətmişdir. Qeyd olunanlar reallığı əks etdirmədiyi üçün o, Sumqayıt Şəhər Məhkəməsində cavabdeh “xxxx” X1rşı iddia qaldıraraq ölüm haqqında tibb şəhadətnaməsində dəyişiklik edilməsi tələbinə dair iddia qaldırmışdır. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə iddia təmin olunaraq, “xxxx” X2 * nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli, ************ saylı ölüm haqqında tibbi şəhadətnamədə qeyd edilən ölüm səbəbinin dəyişdirilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və icra olunması üçün Sumqayıt şəhəri üzrə İcra və Probasiya İdarəsinə göndərilmiş və qətnamə icra olunmuşdur. Hazırda mərhum həyat yoldaşı X5 ölüm haqqında tibbi şəhadətnaməsində ölüm səbəbi dəqiqləşdirilməmiş arteriyalarının emboliya və trombozu kimi qeyd olunmuşdur. Yəni burda hansısa uzun müddətli xəstəlikdən söhbət gedə bilməz. Bundan başqa X5 hərbiçi olmuş və hərbi nizamnaməyə uyğun olaraq ildə bir dəfə tibbi dispanser müayinəsindən keçmiş və müayinələr zamanı şəkərli diabet, onkoloji və xroniki ürək-damar xəstəlikləri aşkar olmamışdır. Bu faktı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hərbi Hospitalının ##.##.2022-ci il tarixli, **** saylı arayışı da təsdiq edir. Mərhum əri X5 ölüm haqqında şəhadətnaməsindən göründüyü kimi o, ##.##.2022-ci il tarixdə öldüyündən, həmin tarixdən sonrakı ödəmələri Cavabdeh Sığorta Şirkəti ASC ##.##.2022-ci il tarixli, MLI-FMUB-******* nömrəli borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası müqaviləsinə əsasən ##.##.2022-ci il tarixli, **ik/**SU nömrəli kredit müqaviləsi üzrə “xxxx” Kommersiya Bankı ASC-nin hesabına ödəməlidir. Eyni tələblə cavabdehə rəsmi qaydada müraciət etmişdir. Cavabdeh ## #### 2025-ci il tarixli, ****-** saylı cavab məktubu ilə müraciətinin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi PHŞ-in 30.05- ##.##.2024-cü il tarixlərdə ekspertiza keçirilmiş və KEŞ *** nömrəli ekspert rəyinə əsasən Kamil Məhərrəmov bir çox xəstəliklərlə yanaşı ##.##.2018-ci il tarixdən “Hər iki asası ətraf venalarının varikoz genişlənməsi” xəstəliyinin olması qeyd edilmişdir. Bu ekspert rəyini də cavabdeh əlində əsas tutaraq bildirmişdir ki, Kamil Məhərrəmov ##.##.2022-ci il tarixli, MLIFM-UB-******* nömrəli borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası müqaviləsini imzalayarkən ciddi xəstəliklərinin olmasını gizlətmişdir, buna görə də sığorta ödənişinin verilməsindən imtina etmişlər. Əvvəla bildirmişdir ki, yuxarıda qeyd olunan ekspertiza Kamilin ölümündən sonra keçirilmişdir. Təbii ki, burada meyitin fiziki ekspertizasından söhbət gedə bilməz. Ekspert əldə olan sənədlər əsasında ekspertiza keçirmiş və rəy vermişdir. Həmin rəyin tarixindən də görünür ki, ekspert birinci verilən ölüm haqqında tibbi şəhadətnaməyə əsaslanmışdır. Halbu ki, o şəhadətnamə ekspert rəyinin verilməsindən 4 ay sonra məhkəmə qətnaməsinə əsasən tamamilə dəyişdirilmişdir. Bundan başqa X5 ilə Cavabdeh Sığorta Şirkəti ASC arasında ##.##.2022-ci il tarixli, MLI-FM-UB-******* nömrəli borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası (müqaviləsi) şəhadətnaməsinin sığorta ödənişinin həddi bölməsində birinci sırada qeyd olunmuşdur ki, sığorta olunanın istənilən səbəbdən ölümü halında - sığorta ödənişinin 100%-i həcmində sığorta ödənişi verilir. Bu arqument bir daha təsdiq edir ki, müqavilə öhdəliyinin yerinə yetirilməməsi üçün cavabdeh müxtəlif variantlara istinad edir. Qeyd olunan (müqavilənin) şəhadətnamənin sığorta məbləği bölməsində isə qeyd olunmuşdur ki, kredit məbləği 52500 manat müəyyən edilmişdir, lakin növbəti aylar üçün ipoteka krediti müqaviləsinin əlavəsində göstərilmiş ödəniş cədvəlinə və sığorta hadisəsinin baş verməsi tarixinə uyğun müəyyən edilir. X4 öldüyü vaxtdan sonra qalan məbləğ sığorta tərəfindən qarşılanmalıdır. X5 öldüyü vaxtdan sonra qalan məbləğin nə qədər olmasını müəyyən etmək üçün “xxxx” ASC-yə sorğu göndərmişdir. ##.##.2025-ci il tarixli, İMŞİEŞ/*****-**** saylı cavab məktubuna əsasən həmin məbləğin 52057.27 manat olduğu bildirilmişdir. Qeyd etmişdir ki, mərhum əri xidmət etdiyi dövr ərzində 10 il qüsursuz xidmətə görə, 15 il qüsursuz xidmətə görə, 20 il qüsursuz xidmətə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyinə görə, 1918-2018 - 90 illiyə görə, 1919-2019 - 90 illiyə görə, 1918- 2013 - 95 illiyə görə, 1919- 2014 - 95 illiyə görə, 1919-2019 - 100 illiyə görə və sonda Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, ***s nömrəli Sərəncamı ilə Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunmuşdur
3. Daha sonra iddiaçının nümayəndəsi-vəkili Şərifzadə Məhərrəm İlqar oğlu ##.##.2025ci il tarixdə iddia tələbinə dövlət rüsumunun tutulması hissəsində dəqiqləşmə verərək, ödənilmiş dövlət rüsumunun İddiaçı ödənilməsini xahiş etmişdir.
4. Cavabdeh Cavabdeh Sığorta şirkəti ASC ##.##.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia tələbinə etiraz ərizəsi verərək bildirmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir: Belə ki, Cavabdeh Sığorta Şirkəti ASC ilə X5 arasında ##.##.2022ci il tarixində MLI-FM-UB-0003447 ipoteka krediti üzrə borcalanın həyat sığortası müqaviləsi bağlanmışdır. ##.##.2025-ci il tarixli AZ-li ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 ##.##.2022-ci il tarixində ölümünə səbəb “Dəqiqləşdirilməmiş arteriyaların emboliya və trombozu” olmuşdur. ##.##.2024-cü il tarixli ölüm haqqında tibbi şəhadətnamədə də ölümə səbəb olmuş əvvəlcə mövcud olan xəstəlik kimi aşağı ətraf venalarının iltihabi proseslə birgə müşahidə olunan varikoz genəlməsi göstərilmiş və patoloji xəstəliyin başlanması ilə ölüm arasındakı vaxtın 4 il olduğu qeyd edilmişdir. Bildirmişdir ki, sığorta hadisəsinin hərtərəfli araşdırılması və sığorta ödənişinin verilməsi (və ya bundan imtina) barədə qərarın qəbul olunması üçün ölüm haqqında şəhadətnamənin verilməsinə əsas olmuş ölümün səbəbi üzrə mövcud olan hallar haqqında məlumatların əldə edilməsi zərurəti yarandığından bununla bağlı sorğumuz əsasında verilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi * nömrəli ASM-nin ##.##.2025-ci il tarixli ** nömrəli cavab məktubu ilə təqdim olunmuş “xxxx” X2 X5 adına tərtib edilmiş ***/KEŞ nömrəli məhkəmə-tibbi ekspert rəyinə əsasən K.Məhərrəmovun bir çox xəstəliklərlə yanaşı ##.##.2018ci il tarixindən “Hər iki aşağı ətraf venalarının varikoz genişlənməsi” xəstəliyinin olduğu qeyd edilmişdir. (Ekspertiza 30.05-##.##.2024-cü il tarixlərində keçirilmişdir). Qeyd etmişdir ki, K.Məhərrəmovda 2018-ci il tarixindən mövcud olan ətraf venalarının varikoz genişlənməsi xəstəliyi onun ölümünə səbəb olan arteriyaların emboliya və trombozu xəstəliyinə səbəb olmuşdur. Beləliklə, ölümə səbəb olan xəstəliyin başlanma tarixi ##.##.2022-ci il tarixli MLIFM-UB-******* nömrəli sığorta müqaviləsi bağlanmamışdan əvvələ təsadüf edir. Digər tərəfdən qeyd etmişdir ki, ##.##.2022-ci il tarixli MLI-FM-UB-******* nömrəli sığorta şəhadətnaməsinin “Sığortalı və ya sığortaolunan adından ərizə” hissəsində K.Məhərrəmov xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkmədiyini bəyan edərək qeyd olunanlarla razı olduğunu ifadə etmiş, orada göstərilən məlumatların doğruluğunu təsdiq etmiş, yanlış və natamam məlumatların təqdim olunmasının, həmçinin məlumatları təqdim etməkdən imtinanın baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmamasına və sığortaçı tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə imtina üçün əsas ola biləcəyini qəbul etmişdir. Həmçinin həmin şəhadətnamənin ayrılmaz tərkib hissəsi olan ərizə formasına * saylı Əlavənin (Tibbi məlumat) “a” bəndində qan damarlarının xəstəliklərindən əziyyət çəkmədiyini bildirmişdir. Beləliklə, K.Məhərrəmovun ölümünə səbəb olan xəstəliyin başlanma tarixi ##.##.2022-cı il tarixli MLIFM-UB-******* nömrəli sığorta müqaviləsinin qüvvədə olmadığı müddətə (sığorta müqaviləsi bağlanılmasından öncə) təsadüf etdiyindən, həmçinin sığortalı tərəfindən yalnış məlumat verilməsi səbəbindən sığorta ödənişi verilməsindən imtina edilmişdir. Digər tərəfdən, Cavabdeh Sığorta Şirkəti ASC ilə K.Məhərrəmovun arasında bağlanan “ipoteka krediti üzrə borcalanın həyat sığortası” müqaviləsi könüllü sığorta müqaviləsi növü olduğundan, müqavilə bağlanan zaman onun xəstəliyinə dair qoyulmuş diaqnoz barədə sığortaçıya məlumat təqdim etsəydi “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 4.3-cü maddəsinə əsasən sığortaçının sığortalı ilə müqavilə bağlamaqdan imtina etmək hüququ olardı. Beləliklə, sığortalı yalnış məlumat verməklə sığortaçını sığorta risklərini düzgün qiymətləndirməkdən (sığorta risklərinə müvafiq olaraq sığorta haqlarını müəyyən etməkdən) məhrum etmişdir. İddiaçı hazırkı iddia tələbi ilə 52057,27 manat məbləğində pulun ödənilməsini tələb edir. Lakin baş vermiş hadisə sığorta təminatına düşsəydi belə iddiaçı həmin məbləği tələb etməkdə haqlı olmamışdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş “xxxx” ASC-nin İMŞİEŞ/ 04052-2025 ##.##.2025-ci il tarixli məktubundan görünür ki, **ik/**SU saylı kredit müqaviləsi üzrə ##.##.2022-ci il tarixi üçün ümumi borcu 52057,27 manat təşkil edir ki, bununda 51924,56 manat əsas borc, 132,71 manat faiz borcu təşkil etmişdir. Beləliklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsini və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının ## ######## 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş Q-** saylı “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”xxxx“xxxx’’ Sığorta Şirkəti ASC tərəfindən iddiaçıya sığorta ödənişinin verilməsi öhdəliyi yaranmadığından iddia tələbi təmin edilməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən iddiaçı İddiaçı cavabdeh Cavabdeh Sığorta Şirkəti ASC-və qarşı pul tələbinə dair iddiasının təmin edilməməsini xahiş etmişdir.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, MLI-FM-UB-******* saylı, ##.##.2022-ci il tarixli sığorta şəhadətnaməsinə əsasən 52057,27 (əlli iki min əlli yeddi manat iyirmi yeddi qəpik) manat sığorta ödənişinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB ASC-yə ödənilməsi öhdəliyinin cavabdeh Cavabdeh Sığorta şirkəti ASC-nin üzərinə qoyulması qət edilmişdir.
6. Məhkəmə qeyd etmişdir ki, mərhum X5 həyat yoldaşı olan İddiaçı ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcalan X5 həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından ##.##.2022-ci il tarixli MLI-FM-UB-******* nömrəli “İpoteka krediti üzrə borcalanın həyat sığortası” Şəhadətnaməsi üzrə sığortalandığına istinad edərək, ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın vərəsəsi kimi onun “xxxx” KB ASC-yə olan qalıq borcunun cavabdeh Cavabdeh Sığorta Şirkəti ASC-dən alınaraq üçüncü şəxs “xxxx” KB ASC-yə ödənilməsi və borcalanın vərəsəsi kimi onun tərəfindən borcalanın ölümündən sonra ödəniş cədvəlinə əsasən “xxxx” KB ASC-yə ödənilən pulun cavabdeh Cavabdeh Sığorta Şirkəti ASCdən alınaraq ona ödənilməsi barədə iddia qaldırmaqda haqlı olmuşdur.
7. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 884.2, 884.4, 884.6, 884.6-2, 885, 885.2, 885.3, 903.7, 911.2,917.2, 935.1.6, 935.2-ci maddələrinə, Tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 4.3, 6.7, 13.6, 18.1.3, 18.2-ci maddələrinə istinadla əsasən əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ
8. Cavabdeh Cavabdeh Sığorta şirkəti Açıq Səhmdar Cəmiyyəti qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)- ****/**** nömrəli qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sığortalı K.Məhərrəmov müqavilə bağlanarkən xəstəliyi barədə məlumatı sığortaçıdan qəsdən gizlətmişdir. Belə ki, K.Məhərrəmov ipoteka krediti götürmək məqsədilə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın tələbinə əsasən sığortaçı ilə “İpoteka krediti üzrə borcalanın həyat sığortası” şəhadətnaməsi (müqaviləsi) imzalamış və sığortalanma prosesi əyani olaraq həyata keçirilmişdir. Sığorta şəhadətnaməsi imzalanmamışdan öncə sığortalıdan əvvəllər mövcud olmuş, hazırda davam edən xəstəlikləri barədə şifahi soruşulmuş, daha sonra sığortalanma haqqında ərizə və onun * saylı Əlavəsi (Tibbi məlumat) təqdim edilmiş, Tibbi məlumatda əvvəllər mövcud olmuş xəstəliklərin siyahısına uyğun cavab verilməsi xahiş olunmuş, siyahıda sadalanan xəstəliklər qrupu və onlara aid olan xəstəliklərin qısa və dolğun izahı verilmişdir. İzah verildikdən sonra bu prosesdə 4 ildir mövcud olan aşağı ətrafların varikoz genişlənməsi - qan damarla bağlı xəstəliyinin mövcudluğu barədə şifahi soruşulması, * saylı Əlavədə (Tibbi məlumat) müvafiq xanada xəstəliyi barədə müvafiq qeydin aparılması tələb edilməsinə baxmayaraq sığortalının 4 ildir davam edən qan dövranı pozulması xəstəliyini unudaraq “xeyr” cavabını qeyd etməsi sadə diqqətsizlik olmayıb, qəsdən gizlətdiyini göstərir. Məhkəmə ümumiyyətlə sığorta ödənişindən imtinanın qanunvericilikdə müəyyən edilmiş əsaslarını düzgün araşdırmamışdır. Çünki imtina əsasları “yalnız yalnış məlumat vermə”dən ibarət olmamış, Mülki Məcəlləsinin 935-ci maddəsi və “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”nın 18-ci bəndində kifayət qədər geniş formada imtina əsasları müəyyən edilmişdir. Eləcə də qeyd edilən faktdan birinci intansiya məhkəməsinin gəldiyi nəticənin düzgün olmadığı və məhkəmə tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi aşkar şəkildə görünür. Baş vermiş hadisə sığorta hadisəsi olsaydı belə, məhkəmə cavabdehdən 52057,27 manat pulun tutulması hissəsində də qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş “xxxx” ASCnin İMŞİEŞ/ 04052-2025 ##.##.2025ci il tarixli məktubundan görünür ki, **ik/**SU saylı kredit müqaviləsi üzrə ##.##.2022-ci il tarixi üçün ümumi borcu 52057.27 AZN təşkil edir ki, bunun da 51924.56 AZN əsas borc, 132.71 AZN faiz borcu təşkil etmişdir. Qanunvericiliyin tələbinə əsasən sığorta ödənişinə sığorta hadisəsinin baş verdiyi tarixədək ödənilməmiş əsas borc qalığı və faiz məbləği, habelə gecikdirilmə faizləri, dəbbə pulu və digər haqlar daxil edilmir. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi L.İsmailova apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili R.İldırımzadə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi P.Süleymanova apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
12. “xxxx’’ Sığorta Şirkəti ASC tərəfindən İddiaçı ünvanlanmış ****-** saylı, ## #### 2025ci il tarixli cavab məktubuna əsasən Cavabdeh Sığorta Şirkəti ASC ilə X5 arasında ##.##.2022ci il tarixində MLIFM-UB-******* nömrəli fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası müqaviləsi bağlanmışdır. Məktuba əlavə olunmuş ## ###### 2025-ci il tarixli AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamədə göstərilmişdir ki, X5 ## #### 2022-ci il tarixində ölümünə səbəb “Dəqiqləşdirilməmiş arteriyaların emboliya və trombozu” olmuşdur. ##.##.2024cü il tarixli ölüm haqqında tibbi şəhadətnamədə də ölümə səbəb olmuş əvvəlcə mövcud olan xəstəlik kimi aşağı ətraf venalarının iltihabi proseslə birgə müşahidə olunan varikoz genəlməsi göstərilmiş və patoloji xəstəliyin başlanması ilə ölüm arasındakı vaxtın 4 il olduğu qeyd edilmişdir. Bildirmişdir ki, bununla bağlı sorğuları əsasında verilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi * nömrəli ASM-nin ##.##.2025-ci il tarixli ** nömrəli cavab məktubu ilə təqdim olunmuş X5 ölümü ilə “xxxx” X2 KEŞ *** nömrəli ekspert rəyinə əsasən K.Məhərrəmovun bir çox xəstəliklərlə yanaşı ##.##.2018-ci il tarixindən “Hər iki aşağı ətraf venalarının varikoz genişlənməsi” xəstəliyinin olduğu qeyd edilmişdir (Ekspertiza 30.05-##.##.2024-cü il tarixlərində keçirilmişdir). Göründüyü kimi, K.Məhərrəmovun ölümünə səbəb olan xəstəliyin başlanılma tarixi ##.##.2022-ci il tarixli, MLI- FM-UB-******* nömrəli sığorta müqaviləsi sığorta müqaviləsi bağlanmamışdan əvvələ təsadüf edir. K.Məhərrəmov ##.##.2022-ci il tarixində Cavabdeh Sığorta Şirkəti ASC ilə sığorta müqaviləsi bağlayarkən ona qoyulan diaqnozlar və müalicəsi barədə şifahi və ya yazılı məlumat təqdim etməmiş, bəyannamədə qeyd olunanlarla razı olduğunu ifadə etmiş, orada göstərilən məlumatların doğruluğunu təsdiq etmiş, yanlış və natamam məlumatların təqdim olunmasının, həmçinin məlumatları təqdim etməkdən imtinanın baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmamasına və sığortaçı tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə imtina üçün əsas ola biləcəyini qəbul etmişdir. Bu səbəbdən K.Məhərrəmovun ölümünə səbəb olan xəstəliyin başlanma tarixi ##.##.2022-ci il tarixli, MLIFM-UB-******* nömrəli sığorta müqaviləsinin qüvvədə olmadığı müddətə (sığorta müqaviləsi bağlanılmasından öncə) təsadüf etdiyindən sığorta ödənişi verilməsindən imtina edilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsini və “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”xxxxbildirmişdir ki, baş vermiş hadisə üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin öhdəliyi yaranmadığından sığorta ödənişinin verilməsi qanunvericiliyə uyğun deyildir.
13. “xxxx” KB ASC tərəfindən İddiaçı ünvanlanmış İMŞİEŞ/ *****-**** saylı, ## ### 2025ci il tarixli cavab məktubuna əsasən X5 “xxxx” Kommersiya Bankı ASC-də ##.##.2022-ci il tarixində **ik/**SU saylı müqavilə üzrə 240 ay müddətinə 52500 manat məbləğində ipoteka krediti rəsmiləşdirilmişdir. Rəsmiləşdirilmiş kredit müqavilələri və təqdim edilmiş ödəniş şərtləri razılaşdırılaraq onun imzası ilə təsdiqlənmişdir. Bildirilmişdir ki, **ik/**SU saylı kredit müqaviləsi üzrə ##.##.2022-ci il tarixi üçün ümumi borcu 52057,27 manat təşkil edir ki, bununda 51924,56 manat əsas borc, 132,71 manat faiz borcu təşkil etmişdir.
14. X3 (satıcı), X5 (alıcı və borcalan) və “xxxx” KB ASC (ipoteka saxlayan) arasında bağlanmış ## ###### 2022-ci il tarixli **ik/**SU saylı ipoteka müqaviləsinə əsasən satıcı Sumqayıt şəhəri, 19-cu məhəllə, Heydər Əliyev prospekti, ev 154A, mənzil 174; Yeni qaydalarla: AZ 5000, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 154A, M11, m3 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ##.##.2018-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi 1418016403 və reyestr nömrəsi 3Z9011009727-05301-093098 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyanın mülkiyyətinə vermişdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən daşınmaz əmlakın satış qiyməti 75000 (yetmiş beş min) manatdır, daşınmaz əmlakın dəyərinin 22500 (iyirmi iki min beş yüz) manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 52500 (əlli iki min beş yüz manat) manat məbləğində olan hissəsi isə kreditor-ipoteka saxlayan tərəfindən kreditor-ipoteka saxlayan və alıcı-ipoteka qoyan arasında Bakı şəhərində bağlanmış tərəfindən “17” fevral 2022ci il tarixli **ik/**SU nömrəli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir.
15. “xxxx’’ Sığorta Şirkəti ASC-nin MLI-FM-UB-******* nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsinə əsasən Borcalanın, yəni ##.##.1977-ci il təvəllüdlü X5 həyatının ölüm halından və əmək qabiliyyəyinin itirilməsi halından ## ###### 2022-ci il tarixində ******* saylı kredit müqaviləsi üzrə Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığorta olunmuşdur. Sığorta müqaviləsinin qüvvədə olduğu vaxt ##.##.2022-ci il tarixdən ##.##.2042-ci il tarixədək müəyyən olunmuşdur. Sığortalının ipoteka kredit müqaviləsi üzrə kredit məbləği 52500 manat təşkil edir. Növbəti aylar üçün ipoteka kredit müqaviləsinin əlavəsində göstərilmiş ödəniş cədvəlinə və sığorta hadisəsinin baş verməsi tarixinə uyğun olaraq müəyyən edilir. İllik sığorta haqqı 40,82 manat müəyyən edilmişdir.
16. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-***/**** saylı qətnaməsinə əsasən iddia təmin olunaraq, “xxxx” X2 * nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli, ************ saylı ölüm haqqında tibbi şəhadətnamədə qeyd edilən ölüm səbəbinin dəyişdirilməsi qət edilmişdir Həmin qətnamədə qeyd olunmuşdur ki, X5 2000-ci ilin iyun ayından 2022-ci il iyun ayının 26-dək (vəfat edənədək) Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olduğu zaman Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalında tibbi qeydiyyatda olmuşdur. Tibbi qeydiyyatda olduğu dövrdə nizamnaməyə uyğun olaraq hər il tibbi dispanser müayinəsindən keçmiş və müayinələr zamanı şəkərli diabet, onkoloji və xroniki ürək-damar xəstəlikləri aşkar olunmamışdır. Beləliklə, ölüm haqqında tibbi şəhadətnamədə sözügedən xəstəliklərin ölüm səbəbi kimi qeyd edilməsinin hər hansı tibbi əsası olmamışdır. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “xxxx” X2 ##.##.2024-cü il tarixli, ***/KEŞ saylı ekspert rəyindən görünür ki, 1977-ci il təvəllüdlü X5 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: 1. N saylı Hərbi Hissədə Kamil Məhərrəmovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, ##.##.2002-ci il tarixdən ##.##.2010-cu il tarixə qədər “Kəskin respirator virus infeksiyası” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Eyni zamanda ##.##.2011-ci il tarixdə onda “Qaraciyərin piy distrofıyası. Öd kisəsinin polipi. Pəncənin varikoz genişlənməsi", ##.##.2014-cü il tarixdə “Öd kisəsinin öd daşı xəstəliyi. Xroniki daşlı xolesistitin kəskinləşməsi”, ##.##.2018-ci il tarixdə isə “Hər iki aşağı ətraf venalarının varikoz genişlənməsi” xəstəliklərinin olduğu müəyyən edilmişdir.
2. 3 4 0 N saylı Hərbi Hissədə Kamil Məhərrəmovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, onun ürəyin hər hansı bir xəstəliyindən əziyyət çəkdiyi qeyd edilməmişdir.
17. “xxxx” X2 * nömrəli Ailə Sağlamlıq Mərkəzi tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli, ************* saylı ölüm haqqında tibbi şəhadətnamədən görünür ki, X5 ##.##.2022-ci il tarixdə evdə ölümünə səbəb olmuş xəstəlik kimi dəqiqləşdirilməmiş arteriyaların emboliya və trombozu qeyd edilmişdir.
18. * saylı Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin AZ-II № ****** nömrəli, ##.##.2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X5 ##.##.2022-ci il tarixdə dəqiqləşdirilməmiş arteriyaların emboliya və trombozu səbəbindən ölmüşdür. Ölüm haqqında akt qeydləri kitabında ##.##.2022-ci il tarixdə 333 nömrəsi ilə qeyd edilmişdir.
19. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hərbi Hospitalın **** saylı, ##.##.2022-ci il tarixli arayışına əsasən həqiqətən Dövlət Sərhəd Xidmətinin sabiq hərbi qulluqçusu, mərhum R X5 2000-ci ilin iyun ayından 2022-ci il iyun ayının 26-dək (vəfat edənədək) Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdə olduğu zaman Dövlət Sərhəd Xidmətinin Hərbi hospitalında tibbi qeydiyyatda olmuşdur. Tibbi qeydiyyatda olduğu dövrdə nizamnaməyə uyğun olaraq hər il tibbi dispanser müayinəsindən keçmiş və müayinələr zamanı şəkərli diabet, onkoloji və xroniki ürək-damar xəstəlikləri aşkar olunmamışdır.
20. “xxxx’’ Sığorta Şirkəti ASC tərəfindən “xxxx” KB ASC-yə ünvanlanmış ****-** saylı, ## #### 2022-ci il tarixli cavab məktubuna əsasən “xxxx" Sığorta Şirkəti ASC ilə X5 arasında ##.##.2022 il tarixli, MLI-FM-UB-******* saylı Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası müqaviləsi bağlanmışdır. ##.##.2022-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən sığorta olunanın ##.##.2022-ci il tarixində “ürəyin hipertenziv” xəstəliyi səbəbi ilə vəfat etdiyi göstərilmişdir. Təqdim edilən ************ saylı ölüm haqqında tibbi şəhadətnamədə ölümə səbəb olan xəstəlik kimi göstərilən “(durğunluq) ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi”nin K.V.Məhərrəmovda 8 il davam etdiyi qeyd edilib. Lakin, sığortalı (sığorta olunan) ML*-FM-UB-******* saylı sığorta müqaviləsində şəkərli diabet, onkoloji və/yaxud xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkmədiyini, sığorta müqaviləsinə əlavə olan ##.##.2022-ci il tarixli ərizə formasında ürək xəstəliyinin olmamasını göstərərək ərizədə qeyd olunanlarla razı olduğunu və burada olan məlumatların doğruluğunu təsdiq etmiş, sığortalı, ərizədə tibbi müayinədən keçmədiyinə görə və ya yalnış və natamam məlumatların təqdim olunması, həmçinin məlumatları təqdim etməkdən imtina baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmamasına və sığortaçı şirkət tərəfindən sığorta ödənişinin həyata keçirilməsinə imtina üçün əsas ola biləcəyini qəbul etmişdir. Həmçinin qeyd edilmişdir ki, ölümə səbəb olan xəstəliyin başlanma tarixi ##.##.2022ci il tarixli, MLI-FM-UB-******* saylı sığorta müqaviləsinin qüvvədə olmadığı müddətə (sığorta müqaviləsi bağlanmamışdan əvvəl) təsadüf edir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsini və Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydalarıxxxxbaş vermiş hadisə üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin öhdəliyi yaranmadığından sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
21. “xxxx” KB ASC-nin ## ######## 2025-ci il tarixli maliyyə arayışına əsasən “xxxx” KB ASC ilə X5 arasında bağlanılmış **ik/**SU saylı kredit müqaviləsinə əsasən X5 ##.##.2022-ci il tarixinə ümumi borcu 52057,27 manat təşkil edir.
22. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Hərbi Hospitalın “xxxx’’ Sığorta Şirkəti ASC-yə ünvanladığı ##.##.2025-ci il tarixli məktubuna əsasən mərhum X5 xidmət etdiyi müddət ərzində Dövlət Sərhəd Xidməti Hərbi Hospitalında stasionar müalicə almamışdır. ##.##.2019-cu il tarixində hər iki aşağı ətrafın doppler müayinəsi olunmuş, “aşağı ətrafların varikoz xəstəliyi” diaqnozu qoyulmuş, tromb aşkarlanmamışdır. Xidmət etdiyi müddət ərzində ölümə səbəb ola biləcək hər hansı bir hal qeydə alınmamışdır.
23. “xxxx” X2 X5 adına tərtib edilmiş ***/KEŞ nömrəli məhkəmə-tibbi ekspert rəyinə əsasən K.Məhərrəmovun bir çox xəstəliklərlə yanaşı ##.##.2018-ci il tarixindən “Hər iki aşağı ətraf venalarının varikoz genişlənməsi” xəstəliyinin olduğu qeyd edilmişdir.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xxxx” X2 ## #### 2026-cı il tarixli, T***/**** saylı ekspert rəyi ilə tədqiqatın nəticəsi aşağıdakı kimi müəyyən olunmuşdur. 1977-ci il təvəllüdlü mərhum X5 adına tərtib edilmiş tibbi sənədlərə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir:
1. ##.##.2025-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”də X5 ölüm səbəbi kimi qeyd edilmiş “Dəqiqləşdirilməmiş arteriyalarının emboliya və trombozu” xəstəliyi sığortaçı Cavabdeh Sığorta şirkəti ASC ilə sığortalı K.V.Məhərrəmov arasında bağlanan ##.##.2022-ci il tarixli MLI-FM-UB-******* nömrəli “İpoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsi”ndə göstərilən əlil və ya anadangəlmə anomaliya, ağıldan kəmlik, epilepsiya və digər ağır sinir pozğunluğu, şəkərli diabet, onkoloji xəstəliklərlə uyğunluq təşkil etmir. Lakin qeyd edilən sığorta şəhadətnaməsində göstərilən xroniki ürək-damar xəstəlikləri ilə uyğunluq təşkil edir və “qan-damar xəstəlikləri” qrupuna aiddir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
26. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi xahiş edilir.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -Maddə 884.2. Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir; -Maddə 884.4. Sığortalı sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir; -Maddə 884.6 Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır; -Maddə 884.6-2. Şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən sayılır; -Maddə 885. Sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyrihəyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür; -Maddə 885.2. Həyat və qeyri-həyat sığortası sahələrinin hər biri “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində nəzərdə tutulmuş sığorta siniflərindən ibarətdir; -Maddə 885.3. Həyat sığortası sahəsinə aid olan sığorta sinifləri sığorta obyektinə görə yalnız şəxsi sığortaya aiddir; -Maddə 903.7. Elektron sənəd formasında olan sığorta müqaviləsi üzrə sığorta haqqının ödənilməsi sığortalının müvafiq sığorta qaydaları və sığorta müqaviləsinin şərtləri ilə tanış olmasını, həmin qaydalar və şərtlərlə razılığını, həmçinin sığorta müqaviləsinin bağlanması faktını təsdiqləyir; -Maddə 911.2. Sığorta müqaviləsi bağlanarkən sığortalı özünə məlum olan, habelə sığortaçının yazılı surətdə tələb etdiyi və müqavilədən imtina etmək, yaxud onu məzmunu dəyişdirilmiş şəkildə bağlamaq qərarına təsir göstərə bilən bütün hallar barədə sığortaçıya məlumat verməlidir; -Maddə 917.2. Sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini icra etməməsi müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi üçün əsas ola bilməz. Bu halda sığortalı məlumat vermək vəzifəsini qəsdən icra etməmişdirsə, müqavilədən imtinaya yol verilir; -Maddə 935.1.6. Bu Məcəllənin 935.2-ci maddəsi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması sığorta ödənişindən imtina edilməsi hallarından biridir; -Maddə 935.2. Bu Məcəllənin 911.2-ci maddəsində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə tələb olunan məlumata sığortalının cavab verməməsinə baxmayaraq sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.
28. Tərəflər arasında müqavilə bağlanan zaman qüvvədə olan “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları” -Maddə 4.3. Sığorta müqaviləsində başqa cür müəyyən edilmədiyi hallarda, aşağıdakı kateqoriyalara aid şəxslərlə bağlı sığorta müqaviləsi bağlanmır: 18-dən aşağı, 65-dən yuxarı yaşı olanlar; İ və II qrup əlillər; narkoloji, psixonevroloji, vərəm, dərizöhrəvi dispanserlərdə qeydiyyatda olan şəxslər; Hepatit C, onkoloji, xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkən xəstələr, QİÇS olan xəstələr, İÇV daşıyıcıları olan xəstələr; 4.4-cü bəndinə əsasən sığortaçı sığorta müqaviləsinə əsasən ən azı aşağıdakı risklərdən sığorta təminatı verir: sığorta olunanın ölməsi; sığorta olunanın xəstəlik və ya bədbəxt hadisə nəticəsində əmək qabiliyyətini tam və ya qismən itirməsilə əlaqədar ona əlillik dərəcəsinin təyin olunması; -Maddə 6.7. Sığorta müqaviləsi bağlanarkən sığortaçı sığorta olunan şəxsin səhhətinin mövcud vəziyyətini qiymətləndirmək məqsədilə onun sığorta müqaviləsinin şərtlərindən asılı olaraq öz hesabına və ya sığortalının hesabına müayinə olunmasını tələb edə bilər; -Maddə 13.6. Sığorta müqaviləsi üzrə sığorta məbləği kredit müqaviləsi üzrə borc məbləğindən yüksək olmamaqla sığortaçı ilə sığortalının razılığı əsasında aşağıdakılardan biri üzrə müəyyənləşdirilir: kredit müqaviləsi üzrə borcun ödənilərək azalmasından asılı olmayaraq sığorta müqaviləsində nəzərdə tutulmuş müddətin sonuna qədər dəyişməyən sabit sığorta məbləğində; kredit müqaviləsi üzrə borcun ödəniş qrafikində nəzərdə tutulmuş qaydada azalmasına uyğun olaraq azalan sığorta məbləğində; -Maddə 18.1.3. Bu Qaydaların 18.2-ci bəndi nəzərə alınmaqla, sığorta predmeti, həmçinin sığorta olunan şəxs və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığortaçıya qəsdən yanlış məlumat verməsi nəticəsində sığortaçının sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olması halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir; -Maddə 18.2. Bu Qaydaların 18.1.3-cü yarımbəndində nəzərdə tutulmuş məlumatların yanlışlığı sığorta müqaviləsi bağlanarkən sığortaçıya məlum olduqda və ya sığortalı yanlış məlumatların verilməsində təqsirli olmadıqda, habelə sığortalanma haqqında ərizə formasında tələb olunan sorğulara sığortalının cavab verməməsinə baxmayaraq, sığorta müqaviləsi bağlanmış olduğu halda sığortaçı sığorta ödənişinin verilməsindən imtina üçün yanlış məlumatın verilməsi və ya tələb olunan məlumatın verilməməsi faktına əsaslana bilməz.
29. İş materiallarından müəyyən edilir ki, iddiaçı məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X5 ##.##.2022-ci il tarixli kredit müqaviləsi üzrə götürdüyü kreditlə əlaqədar bağlanmış MLI-FM-UB-******* nömrəli “Borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası” müqaviləsinə əsasən, mərhumun ölümündən sonra qalan kredit borcunun cavabdeh tərəfindən “xxxx” KB ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mərhum kredit öhdəliklərini vaxtında yerinə yetirmiş, ##.##.2022-ci il tarixdə vəfat etmiş, ölüm hadisəsi sığorta hadisəsi hesab olunmalı olduğu halda cavabdeh əsassız olaraq sığorta ödənişindən imtina etmişdir. İddiaçı göstərmişdir ki, ilkin ölüm haqqında tibbi şəhadətnamə sonradan məhkəmə qaydasında dəyişdirilmiş, ölüm səbəbi “Dəqiqləşdirilməmiş arteriyaların emboliyası və trombozu” kimi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış tibbi sənədlərə və sığorta müqaviləsinin şərtlərinə düzgün hüquqi qiymət verməmişdir.
30. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, ##.##.2022-ci il tarixdə X5 ilə “xxxx Sığorta” ASC arasında həyat sığortası müqaviləsi bağlanmışdır. Müqavilənin ayrılmaz tərkib hissəsi olan ərizə-bəyannamədə sığortalı aşağıdakı halları təsdiq etmişdir: əlillik və ya anadangəlmə anomaliyaya malik olmadığını; epilepsiya və ağır sinir pozğunluqlarından əziyyət çəkmədiyini; bütün növ xroniki xəstəliklərdən, o cümlədən şəkərli diabet və xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkmədiyini; təqdim etdiyi məlumatların düzgün və tam olduğunu; yanlış və natamam məlumat təqdim edilməsinin sığorta ödənişindən imtina üçün əsas ola biləcəyini anladığını. Apellyasiya instansiya məhkəməsinin icraatı zamanı iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, ölüm haqqında şəhadətnamədə göstərilən “Dəqiqləşdirilməmiş arteriyaların emboliyası və trombozu” xəstəliyi tibbi baxımdan qan-damar sistemi xəstəlikləri qrupuna daxildir və sığorta müqaviləsində göstərilən xroniki ürək-damar xəstəlikləri ilə uyğunluq təşkil edir. Ekspertiza rəyi ilə həmçinin müəyyən edilmişdir ki, mərhumda ##.##.2018-ci il tarixdən etibarən “hər iki aşağı ətraf venalarının varikoz genişlənməsi” xəstəliyi mövcud olmuşdur.
31. Məhkəmə kollegiyası iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının nəticələrini və tibbi sənədləri X21 10-cu redaksiyasının (XBT-10) müddəaları ilə birlikdə qiymətləndirərək qeyd edir ki, mərhum X5 müəyyən edilmiş xəstəliklər qan-damar sistemi patologiyalarına aid olmuşdur. Belə ki, ekspertiza rəyində göstərilən “dəqiqləşdirilməmiş arteriyaların emboliyası və trombozu” xəstəliyi XBT-10 təsnifatında “I00-I99 Qan dövranı sistemi xəstəlikləri” sinfinə daxildir.Həmin təsnifat çərçivəsində: -arteriyaların emboliyası və trombozu I74 kodu ilə; -aşağı ətraf venalarının varikoz genişlənməsi isə I83 kodu ilə qan-damar sistemi xəstəlikləri kateqoriyasında nəzərdə tutulmuşdur.
32. Məhkəmə kollegiyası qeyd edir ki, sığorta müqaviləsində istifadə edilmiş “xroniki ürəkdamar xəstəlikləri” anlayışı tibbi mahiyyət etibarilə yalnız ürəyin anatomik xəstəlikləri ilə məhdudlaşmır, qan dövranı sisteminə aid xroniki damar patologiyalarını da əhatə edir. Ekspertiza rəyi ilə müəyyən edilmiş I83 kodlu “aşağı ətraf venalarının varikoz genişlənməsi” xəstəliyi məhz qan-damar sistemi xəstəliyi olmaqla sığorta müqaviləsində nəzərdə tutulan risk kateqoriyasına daxildir.
33. Kollegiya hesab edir ki, sığortalı tərəfindən imzalanmış sağlamlıq bəyannaməsində “xroniki ürək-damar xəstəliklərindən əziyyət çəkmirəm” ifadəsi istifadə olunduğundan, sığortalının onda mövcud olan damar sistemi patologiyası barədə məlumat verməsi zəruri idi. Məhkəmə nəzərə alır ki, sığortaçı risk qiymətləndirilməsini məhz sığortalının təqdim etdiyi məlumatlar əsasında həyata keçirmişdir və sığortalının tibbi vəziyyətini onun iradəsindən kənar şəkildə müəyyən etmək imkanına malik olmamışdır. Bu baxımdan kollegiya belə nəticəyə gəlir ki, sığortalının sağlamlıq vəziyyəti barədə natamam məlumat təqdim etməsi sığorta riskinin düzgün müəyyən edilməsinə mane olmuş və cavabdehin sığorta ödənişindən imtinası müqavilə şərtlərinə, tibbi təsnifat qaydalarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
34. Həmçinin Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara qiymət verərək qeyd edir ki, sığorta müqaviləsinin bağlanmasından (##.##.2022-ci il) qısa müddət sonra – ##.##.2022-ci il tarixdə sığorta hadisəsinin baş verməsi, sığortalının sağlamlıq vəziyyəti ilə bağlı müqavilə bağlanarkən təqdim etdiyi məlumatların tam və dəqiq olub-olmaması məsələsinə əlavə hüquqi əhəmiyyət kəsb edir. Kollegiya hesab edir ki, sığorta müqaviləsi riskin bölüşdürülməsinə əsaslanan müqavilə olmaqla, riskin qiymətləndirilməsi sığortaçının təqdim olunan məlumatlara əsaslanması ilə həyata keçirilir. İş materialları ilə müəyyən edilir ki, müqavilə bağlanmasından qısa müddət sonra ölüm hadisəsinin baş verməsi, sonradan aşkar edilmiş damar sistemi patologiyaları ilə birlikdə qiymətləndirildikdə, sığortalının sağlamlıq vəziyyəti barədə təqdim etdiyi məlumatların tamlığının şübhə doğurmasına əsas verir. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal təkbaşına sığorta ödənişindən imtina üçün müstəqil əsas yaratmasa da, iş üzrə digər sübutlarla – o cümlədən məhkəmə-tibbi ekspertiza rəyi və sağlamlıq bəyannaməsi ilə birlikdə qiymətləndirildikdə, sığorta riskinin düzgün bəyan edilmədiyi qənaətini gücləndirən əlavə fakt kimi çıxış edir. Bu səbəbdən kollegiya hesab edir ki, cavabdeh tərəfindən aparılmış risk qiymətləndirilməsi və sığorta ödənişindən imtina qərarı əsaslı olmuşdur.
35. Məhkəmə Kollegiyası qeyd edir ki, sığorta münasibətləri adi mülki hüquq münasibətlərindən fərqli olaraq yüksək etimad prinsipi (“utmost good faith”) əsasında qurulur. Bu prinsipə görə sığortalı sığorta riskinə təsir göstərə biləcək halları dürüst və tam şəkildə sığortaçıya açıqlamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən tərəflər mülki hüquq münasibətlərində vicdanlı davranmağa borcludurlar. Həmin Məcəllənin 390-cı maddəsinə görə bağlanmış müqavilə tərəflər üçün məcburidir və tərəflər müqavilənin şərtlərinə əməl etməlidirlər. Məhkəmə kollegiyası iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, sığortalının sağlamlıq vəziyyəti barədə təqdim etdiyi məlumatlarla sonradan müəyyən edilən tibbi hallar arasında ziddiyyət mövcuddur. Bu baxımdan kollegiya belə nəticəyə gəlir ki, cavabdeh sığortaçı müqavilə bağlanarkən sığortalının təqdim etdiyi məlumatlara əsasən risk qiymətləndirməsi aparmış və həmin məlumatların düzgünlüyünə etibar etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sığortaçı tərəfindən tibbi müayinənin keçirilməməsi sığortalını doğru məlumat vermək öhdəliyindən azad etmir. Əks yanaşma sığorta münasibətlərində vicdanlılıq və hüquqi müəyyənlik prinsiplərinin pozulmasına səbəb olardı. Kollegiya hesab edir ki, sığortalının təqdim etdiyi məlumatların natamam və ya düzgün olmaması nəticəsində yaranmış hüquqi nəticələrə görə sığortaçı məsuliyyət daşımır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922-ci maddəsinə əsasən sığortaçı müqavilədə nəzərdə tutulmuş hallarda sığorta ödənişinin verilməsindən imtina etmək hüququna malikdir. İş üzrə müəyyən edilmiş hallar göstərir ki, cavabdehin sığorta ödənişindən imtinası müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Məhkəmə hesab edir ki, sığortaçının yalnız sığortalının təqdim etdiyi məlumatlara əsasən risk qəbul etməsi və sonradan həmin məlumatların düzgün olmamasının müəyyən edilməsi şəraitində sığortaçının məsuliyyət daşıması hüquqi müəyyənlik prinsipinə zidd olardı. Bu səbəbdən məhkəmə kollegiyası cavabdehin davranışında hüquqazidd və təqsirli hərəkət müəyyən etmir və hesab edir ki, sığorta ödənişinin həyata keçirilməməsi qanuni və əsaslı olmuşdur.
36. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət müqavilə münasibətlərinin sabitliyini təmin edir. İnsan Hüquqları və X12 haqqında Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə əsasən mülkiyyət hüququnun müdafiəsi prinsipi müqavilə münasibətlərində tərəflərin qanuni maraqlarının balansını tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə əsasən müqavilə münasibətlərində vicdanlı davranış və riskin dürüst açıqlanması hüquqi müəyyənlik prinsipinin əsas elementlərindən biridir. Kollegiya həmçinin nəzərə alır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən müqavilə münasibətlərində tərəflərin qanuni maraqları arasında ədalətli balans qorunmalıdır.
37. Məhkəmə kollegiyası həmçinin aşağıdakı məsələlərə nəzər yetirilməsini vacib hesab edir: -İddiaçı məhkəməyə müraciət edərək göstərmişdir ki, mərhum X5 ilə “xxxx” KB ASC arasında ##.##.2022-ci il tarixli kredit müqaviləsi bağlanmış, həmin kredit öhdəliyinin təminatı məqsədilə cavabdeh ilə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığorta müqaviləsi rəsmiləşdirilmişdir. İddiaçı qeyd etmişdir ki, sığorta şəhadətnaməsinin “Sığorta ödənişinin həddi” bölməsində sığorta olunanın istənilən səbəbdən ölümü halında sığorta məbləğinin 100 faizi həcmində ödəniş həyata keçirilməsinin nəzərdə tutulmasına baxmayaraq, cavabdeh müqavilə öhdəliyini yerinə yetirməkdən imtina etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, X5 ##.##.2022-ci il tarixdə vəfat etmiş, həmin tarixdən sonra kredit üzrə qalıq borc 52.057,27 manat təşkil etmişdir. Bu səbəbdən cavabdehin üzərinə qeyd olunan məbləğin və ödənilmiş dövlət rüsumunun bankın hesabına ödənilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehin üzərinə 52.057,27 manat sığorta ödənişinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx” KB ASC-yə ödənilməsi öhdəliyinin cavabdeh Cavabdeh Sığorta şirkəti ASC-nin üzərinə qoyulması qət edilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini nəzərə alaraq qeyd edir ki, iddiaçı nə sığorta müqaviləsinin tərəfi, nə də müqavilə üzrə faydalanan şəxsdir. Mübahisəli müqavilə üzrə sığorta ödənişi yalnız kreditor bankın xeyrinə nəzərdə tutulmuşdur. Buna baxmayaraq, Bank tərəfindən cavabdehə qarşı hər hansı tələb irəli sürülməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi irəli sürmək üçün subyektiv hüququ və aktiv legitimasiya hüququ yoxdur. İş materiallarından görünür ki, X5 ilə “xxxx” KB ASC arasında kredit müqaviləsi bağlanmış, kredit öhdəliyinin təminatı məqsədilə isə cavabdeh ilə həyat sığortası müqaviləsi rəsmiləşdirilmişdir. Sığorta şəhadətnaməsinin şərtlərindən müəyyən edilir ki, sığorta hadisəsi baş verdikdə ödəniş kredit öhdəliyinin təminatı məqsədilə kreditor bankın xeyrinə həyata keçirilməlidir. Beləliklə, müqavilə üzrə faydalanan şəxs məhz Bank hesab olunur. Azərbaycan Mülki Məcəlləsinin 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında hüquq və vəzifələr əldə edirlər. Müqavilədən irəli gələn hüquqlar bir qayda olaraq yalnız həmin müqavilənin tərəflərinə və ya müqavilədə birbaşa nəzərdə tutulmuş şəxslərə məxsus olur. Həmçinin Mülki Prosessual Məcəllənin əsas prinsiplərinə görə məhkəməyə müraciət hüququ şəxsin öz subyektiv hüququnun və ya qanunla qorunan mənafeyinin pozulması ilə şərtlənir. Şəxs başqa şəxsə məxsus hüququn müdafiəsi üçün yalnız qanunda birbaşa nəzərdə tutulmuş hallarda məhkəməyə müraciət edə bilər. Hazırkı iş üzrə iddiaçı: -sığorta müqaviləsinin tərəfi deyildir; -müqavilədə faydalanan şəxs kimi göstərilməmişdir; -sığorta ödənişinin özünə verilməsini deyil, bankın hesabına köçürülməsini tələb edir. Kollegiya hesab edir ki, bu hal iddiaçının birbaşa maddi-hüquqi tələb sahibi olmadığını göstərir. İş materiallarında “xxxx” KB ASC tərəfindən cavabdehə qarşı sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı hər hansı tələb irəli sürüldüyünü təsdiq edən sübut mövcud deyildir. 3-cü şəxs “xxxx” KB ASC iş üzrə iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs qismində çıxış etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının mərhumun vərəsəsi olmasını və kredit öhdəliyinin gələcəkdə ona təsir göstərə bilməsini əsas götürərək aktiv legitimasiya hüququnun mövcudluğu nəticəsinə gəlmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, belə nəticə düzgün deyildir. Belə ki, vərəsənin kredit öhdəliyinə görə potensial məsuliyyət daşıması avtomatik qaydada ona sığorta müqaviləsindən irəli gələn tələb hüququ vermir. Çünki sığorta müqaviləsi nisbi hüquq münasibəti yaradaraq yalnız onun tərəfləri və faydalanan şəxsi üçün hüquqi nəticələr doğurur. İddiaçının göstərdiyi maraq isə yalnız dolayı iqtisadi maraq xarakteri daşıyır. Dolayı iqtisadi maraq ayrıca subyektiv hüquq hesab edilə bilməz və müstəqil iddia hüququ yaratmır. Kollegiya həmçinin nəzərə alır ki, hazırkı iddianın təmin edilməsi faktiki olaraq bankın müqavilədən irəli gələn hüququnun iddiaçı tərəfindən həyata keçirilməsi ilə nəticələnərdi. Halbuki qanunvericilik başqa şəxsin hüququnun onun iradəsi olmadan üçüncü şəxs tərəfindən müdafiəsinə yalnız xüsusi hallarda yol verir. Hazırkı işdə isə belə hüquqi əsas müəyyən edilmir. Bundan başqa, iş materiallarında “xxxx” KB ASC tərəfindən: - kredit borcunun vərəsələrdən tələb olunması, - ipoteka predmetinə yönəlmə barədə tədbirlərin görülməsi, -yaxud iddiaçının hüquqi vəziyyətinə birbaşa təsir göstərən digər hallar müəyyən edilməmişdir. Bu səbəbdən iddiaçının hazırkı anda mübahisələndirilə bilən və birbaşa pozulmuş subyektiv hüququnun mövcudluğu sübuta yetirilmir. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə aktiv legitimasiya məsələsini düzgün qiymətləndirməmiş, nəticədə maddi və prosessual hüquq normalarının pozulmasına yol vermişdir. 38.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə işin hallarına uyğun olmamışdır. Odur ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. 39.MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 40.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov