Məhkəmə qərarları › İş №2(103)-6429/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6429/2022

16.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6429/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə Ərizəçi maraqlı şəxs AR ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3453/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 10 aprel 2000-ci il tarixli, 074 saylı Sərəncamında göstərilən X2 AZ-İ seriyalı 858443 saylı ölüm haqqında şəhadətnamədə göstərilən “X10” oğluna məxsus olması, onların eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3453/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır Həmin qərardaddan Ərizəçi apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və iş üzrə icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən Azərbaycan Respubliası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı və soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olma faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi şəxsin sənəddə göstərilən adı, ata adı və ya soyadı onun onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlməməlidir. Abşeron RİHB-nın 10 aprel 2000-ci il tarixli, 074 saylı sərəncamında ərinin ata adı ilə şəxsiyyətini təsdiq edən sənəddəki ata adı fərqlidir. İkincisi həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır. Abşeron RİHB-nın 10 aprel 2000-ci il tarixli, 074 saylı sərəncamı yoldaşına torpaq sahəsinin verilməsi ilə bağlı sənəd olub ki, bu da hüquqmüəyyənedici sənəddir. Üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədlləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. İki dəfə Abşeron rayon İcra Hakimiyyətinə müraciət edilsə də, cavab verilməmişdir. Məhkəməyə təqdim edilmiş materiallarda hüquqmüəyyənedici sənəd, həmin sənədlə fərqli olan şəxsiyyəti təsdiq edən sənəd və imtinaya bərabər tutulan məktublar var. Sərəncamı düzəlmətli olan Abşeron Rayon İcra Hakimiyyətinə məktubun çatmasını təsdiq edən qəbz və ərizə də əlavə edilib. Sonradan isə ikinci məktub göndərilib. Həmin qəbzi də iş materiallarına əlavə etmişdir. Belə ki, 14 yanvar 2022-ci il tarixində Abşeron Rayon İcra Hakimiyyətininn rəsmi şəkildə ərizə ilə müraciət etsə də, ona bugünki kimi heç bir cavab verilməmişdir. Abşeron RİH-nə yazdığı ərizə və göndərdiyi poçt qəbzinin surətini də ərizəsinə əlavə etmişdir. Sonradan yenidən müraciət etsə də, ərizəsinə cavab verilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3453/2022 nömrəli, 11 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 3453/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qərardadı ləğv edilməklə, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 10 aprel 2000-ci il tarixli, 074 saylı Sərəncamında hüquq sahibi X4 göstərildiyi halda vərəsəlik məktubundan X1 qeyd edildiyinə istinad edərək, ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 10 aprel 2000-ci il tarixli, 074 saylı Sərəncamında göstərilən X2 AZ-İ seriyalı 858443 saylı ölüm haqqında şəhadətnamədə göstərilən “X10” oğluna məxsus olması, onların eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə mülki iş üzrə icraata xitam verməklə ona istinad etmişdir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışla Abşeron rayon İcra Hakimiyyəti başçısının Novxanı kəndi İ.Ə.D üzrə nümayəndəliyi Abşeron rayon İHB-nın 10 aprel 2000-ci il tarixli 074 saylı sərəncamına əsasən Abşeron rayon Novxanı kəndində yerləşən 1427 saylı 1000 kv.m torpaq sahəsi haqqında sərəncamda X6 yazılsa da, əslində X7 olması təsdiq edilir. Hüquq müəyyənedici sənəddə yol verilmiş səhvin həmin orqan tərəfindən aradan qaldırılması şəxsin digər hüquqlarını həyata keçirməsinə mane olan halın aradan qalxmasını və həmin hüquqlarını həyata keçirmək üçün müvafiq inzibati orqana təkrar müraciəti üçün imkan yaranmasını ehtiva edir. Şəxsin müvafiq hüquqlarının həyata keçirilməsi üçün inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunduğu təqdirdə hüquqlarının pozulmasını iddia edən şəxs inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət edə bilər. Ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iş üzrə icraata xitam verilməlidir. Həmçinin ərizəçi X3 ümumi əsaslarla yenidən aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (Bakı İnzibati Məhkəməsi) müraciət etmək hüququ vardır. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. İş materiallarından isə görünür ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının 10 aprel 2000-ci il tarixli, 074 saylı Sərəncamında hüquq sahibi X4 göstərilmiş, AZ-İ seriyalı 858443 saylı ölüm haqqında şəhadətnamədə isə X5 göstərilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli arayışla Abşeron rayon İcra Hakimiyyəti başçısının Novxanı kəndi İ.Ə.D üzrə nümayəndəliyi Abşeron rayon İHB-nın 10 aprel 2000ci il tarixli 074 saylı sərəncamına əsasən Abşeron rayon Novxanı kəndində yerləşən 1427 saylı 1000 kv.m torpaq sahəsi haqqında sərəncamda X4 yazılsa da, əslində X5 olması təsdiq edilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hüquq müəyyənedici sənəddə yol verilmiş səhvin həmin orqan tərəfindən aradan qaldırılması şəxsin digər hüquqlarını həyata keçirməsinə mane olan halın aradan qalxmasını və həmin hüquqlarını həyata keçirmək üçün müvafiq inzibati orqana təkrar müraciəti üçün imkan yaranmasını ehtiva edir. Halbuki xx.xx.2021-ci il tarixli arayış - 10 aprel 2000-ci il tarixli, 074 saylı Sərəncamını verən İcra Hakimiyyəti tərəfindən verilməmiş, icra nümayəndəliyi tərəfindən verilmişdir. Həmçinin qeyd olunan arayış verilərkən, ölüm haqqında şəhadətnaməyə istinad edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, ərizəçi - Abşeron Rayon İcra Hakimiyyətinə müraciət etməklə 10 aprel 2000-ci il tarixli, 074 saylı Sərəncamına düzəliş edilməsi ilə bağlı müraciət edə, əgər imtina edilsə bu halda həmin imtinanı inzibati qaydada mübahisələndirə bilər. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki şikayət qismən təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək hazırki qərardadın əsaslandırıcı hissəsində göstərilən məsələlərin müzakirə edilməsi üçün iş həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-3453/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qərardadı ləğv edilsin. Ərizəçi maraqlı şəxs AR ƏMDK yanında DƏDRX 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı "hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən yenidən baxılması və sonrakı prosesual hərəkətlərin edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar