Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6431/2020 27.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər –Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçının şikayətini nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatının inkişafı və X6 Bağlar sahəsindəki 182 nömrəli kooperativi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli 11 nömrəli orderə əsasən mərhum yoldaşı X2 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 15 saylı bağ sahəsinin ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı cavabdehin nümayəndəsi və vəkili X4 iş üzrə icraatın dayandırılması barədə vəsatət ilə müraciət etmiş və vəsatətini onunla əsaslandırmışdır ki, iddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “orderin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X6 Bağlar sahəsindəki 182 nömrəli kooperativi tərəfindən X1 adına verilmiş 11 nömrəli, xx.xx.1990-cı il tarixli oderin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə İddiaçı üçüncü şəxs kimi prosesə cəlb edilmişdir. Qeyd olunan iş Bakı İnzibati Məhkəməsinin icraatındadır. Odur ki, Bakı İnzibati Məhkəməsində həmin işə baxılıb qurtarana qədər iş üzrə icraatın dayandırılmasınıməhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin edilmişdir. İddiaçı, onun nümayəndəsi və vəkili həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Mülki işin materiallarını və şikayəti araşdıraraq məhkəmə kollegiyası hesab edir ki, şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və mülki işin materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından verdiyi şikayətə birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikasinin Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinə əsasən münasibət bildirilmədən mülki işin materialları apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.1.-ci, 269.2-ci maddəllərinə görə, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə isə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından İddiaçı şikayətinin apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki işin materialları Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədirlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6431/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6431/2020
27.07.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver