Məhkəmə qərarları › İş №2(103)-6437/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6437/2020

28.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6437/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X12 nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X12 Qaradağ Rayon Şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-576/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsindən Ərizəçi, maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X12 Məhkəmə Mübahisələri ilə İş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X12 Qaradağ rayon şöbəsinə qarşı ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, onun 1971-1974-cü illərdə Ermənistan SSR Əzizbəyov rayonu Zeytə sovxozunda, 1974-1976-cı illərdə Ermənistan SSR Əzizbəyov rayonu Gomur kənd orta məktəbində, 1976-1977-ci illərdə Ermənistan SSR Əzizbəyov rayonu Saravan kənd orta məktəbində, 1980-1988-ci illərdə Ermənistan SSR Əzizbəyov rayonu Zeytə sovxozunda, eləcə də Azərbaycan Respublikası Rabitə Nazirliyinin tabeçiliyində olan "Azərrabitəinşaat" Trestində 1987-1996-cı illərdə işləməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən olunmuşdur ki: şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, o, xx.xx.1956-cı il təvəllüdlüdür, Ərizəçi həmkəndlisidir, eyni zamanda iş yoldaşı olmuşdur. Belə ki, özü də Zeytə sovxozunda işləmişdir. Həmin dövrdə kənd əhalisi əsasən sovxozda işləyirdi. Ərizəçinin 1972-1974-cü illərdə, eyni zamanda 1980-ci ildən 1988-ci ildəki məlum hadisələrə qədər həqiqətən Zeytə sovxozunda işlədiyini təsdiq edir. Həmin dövrdə qaçqın vəziyyətinə düşən azərbaycanlıların çoxu əmək kitabçasını gətirə bilməmişdir (səh.83); məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X13 ifadə verərək bildirdi ki, o, xx.xx.1948-ci il təvəllüdlüdür, Ərizəçi həmkəndlisi və iş yoldaşı olmuşdur. Belə ki, özü də Zeytə sovxozunda işləmişdir. Həmin dövrdə kənd əhalisi əsasən sovxozda işləyirdi. Ərizəçinin 1972-ci ildə Zeytə sovxozunda işə başladığını, daha sonra 1988-ci ildəki məlum hadisələrə qədər Zeytə sovxozunda işlədiyini xatırlayır. Həmin dövrdə qaçqın vəziyyətinə düşənlərin çoxu öz əmək kitabçasını gətirə bilməmişdir (səh.84); məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X8 ifadə verərək bildirdi ki, o, Ərizəçi iş yoldaşı olmuşdur. Belə ki, ərizəçini 1989-cü ildən tanıyır. Ərizəçi 1989-1996-cı illərdə "Azərrabitəinşaat" Trestində iş icraçısı işləmişdir. Özü də "Azərrabitəinşaat" Trestində işləmiş və işlədiyi dövr əmək kitabçasında əks olunmuşdur. "Azərrabitəinşaat" Tresti bir neçə dəfə yenidən təşkil edilmiş, həmin dövrün arxiv sənədləri qalmamışdır (səh.84); məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X9 ifadə verərək bildirdi ki, o, Ərizəçi iş yoldaşı olmuşdur. Belə ki, özü 1980-ci ildən 1998-ci ilədək "Azərrabitəinşaat" Trestində işləmişdir. Ərizəçi isə 1980-ci illərdən 1996-cı ilədək "Azərrabitəinşaat" Trestində iş icraçısı vəzifəsində işləmişdir (səh.84); Ərizəçi məxsus AZE No 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx 1955-ci il tarixdə Ermənistanın Əzizibəyov rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır (səh.7); Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Ərizəçi ünvnlanmış xx.xx.2019-cu il tarixli məktuba əsasən, "Azərrabitəinşaat” Trestinin ("Azərrabitəinşaat” LTB) 1987- 1996-cı illər üzrə kadr əmrləri nazirliyin Mərkəzi Arxivinə təhvil verilməmişdir. Arxivdə saxlanılan 1997-1999-cu illər üzrə kadr əmrlərində isə onun əmək fəaliyyəti ilə bağlı məlumat aşkar edilməmiş, bu səbəbdən arxiv arayışının verilməsi mümkün olmamışdır (səh.25); Naxçıvan MR Dövlət X17 Naxçıvan şəhər şöbəsi tərəfindən Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət X12 Qaradağ rayon şöbəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 02/142 saylı məktubun surətindən görünür ki, "Azərrabitəinşaat” Trestinin sənədləri Naxçıvan Muxtar Respublikası Dövlət arxivinə təhvil verilmədiyindən vətəndaş Ərizəçi iş stajını yoxlamaq mümkün olmamışdır (səh.53); Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət X12 Qaradağ rayon şöbəsinin xx.xx.2020-ci il tarixli məktubuna əsasən, əmək kitabçası təqdim edilə bilmədikdə sosial sığorta stajının məhkəmə qaydasında müəyyən edilməli olduğu ərizəçiyə izah edilmişdir (səh.5); İT seriyalı ******* saylı X4 məxsus əmək kitabçasının surətinə əsasən, X8 xx.xx.1989-cu ildən xx.xx.1999-cu ilədək “Azərrabitəinşaat” trestində (“Azərrabitəinşaat” LTB) işləmiş, həmin müəssisə bir neçə dəfə yenidən təşkil edilmişdir (səh.31-42); X5 məxsus əmək kitabçasının surətinə əsasən, X9 xx.xx.1989-cu ildən “Azərrabitəinşaat” trestində (“Azərrabitəinşaat” LTB) işləmiş, həmin müəssisə bir neçə dəfə yenidən təşkil edilmişdir (səh.9); Ərizəçi məxsus NZ No ******* nömrəli hərbi biletin surətinə əsasən, Ərizəçi 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur (səh.27). Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-576/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, əizəçi Ərizəçi 1972-1974-cü, 1980-1988ci illərdə Ermənistan SSR Əzizbəyov rayonu Zeytə sovxozunda, habelə 1989-1996-cı illərdə "Azərrabitəinşaat" Trestində işləməsi faktı müəyyən edilməsi, ərizənin qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Qətnamədə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə; Azərbaycan Respublikası DSMF Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2-ci bəndinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 80, 217, 307, 309.1, 311; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 13.4-cü bəndinə istinadən qeyd edilmişdir ki, izahatlar, şahidlər Ş.Quliyevin, R.Hümbətovun əmək kitabçalarına əsasən qeyd olunan müəssisədə işləmələri, şahidlər M.İmanovun, R.Əhmədovun təvəllüdü, şəxsiyyət məlumatlarına əsasən ərizəçi ilə həmyerli olmaları, ərizəçinin 1988-ci ildə qaçqın vəziyyətinə düşməsi halları nəzərə alınmaqla, Ərizəçi yalnız 1972-1974-cü illərdə, habelə 1980-1988-ci illərdə Ermənistan SSR Əzizbəyov rayonu Zeytə sovxozunda, habelə 1989-1996-cı illərdə "Azərrabitəinşaat" Trestində işləməsi faktı təsdiq olunur. Buna baxmayaraq, ərizəçinin ali təhsilə malik olması barədə hər hansı sənəd təqdim edilmədiyindən, habelə məhkəmə iclasında tədqiq edilən sübutlarla təkzib edildiyindən, onun əmək fəaliyyətinə 1971-ci ildə başlaması, 1974-1977-ci illərdə müəllim işləməsi, "Azərrabitəinşaat" Trestində 1987-ci ildən işə başlaması ilə bağlı hissədə ərizə əsassız hesab olunaraq təmin edilməməlidir. Ərizəçi apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-576/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv olunaraq, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə; Azərbaycan Respublikası DSMF Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 3-cü bəndinə; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385-ci maddəsinə istinadən qeyd edilmişdir ki, xx.xx.1955-ci il tarixində Ermənistan SSR Əzizbəyov rayonunun Zeytə kəndində anadan olmuş, əmək fəaliyyətinə həmin kənddə başlamışdır. Belə ki, ilk öncə 1971-1974-cü illərdə Ermənistan SSR Əzizbəyov rayonu Zeytə sovxozunda işləmişdir. Hazırda gözlərigörmədiyinə, kənar şəxsin yardımı ilə hərəkət etdiyinə görə ərizəni yazan şəxsin həmin illərdə onun guya 1971-1974-cü illərdə Qənnadı məmulatları fabrikində işlədiyini qeyd etməsini bilməmiş, lakin sonradan bununla bağlı düzəliş olunmasına dair ərizə təqdim etmişdir. Daha sonra 1974-1976-cı illərdə Ermənistan SSR Əzizbəyov rayonu Gomur kənd orta məktəbində müəllim, 1976-1977-ci illərdə Ermənistan SSR Əzizbəyov rayonu Saravan kənd orta məktəbində müəllim işləmişdir. Həmin dövrdə qiyabi ali təhsil almış, ona görə də müəllim kimi işləməsinə maneçilik olmamışdır. 1977-1979-cu illərdə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, 1980-1988-ci illərdə Ermənistan SSR Əzizbəyov rayonu Zeytə sovxozunda briqadir və mexanizator işləmişdir. 1988-ci ildə məlum hadisələrlə əlaqədar Ermənistandan qaçqın düşərkən əmək kitabçasını özü ilə götürə bilməmiş, buna görə də qeyd etdiyi yerlərdə işlədiyi müddətin əmək stajına daxil edilməsində problem yaranmışdır. Bundan əlavə, 1988-ci ildə Ermənistandan qaçqın düşdükdən sonra Naxçıvan Muxtar Respublikasında məskunlaşmış və həmin vaxt Azərbaycan Respublikası Rabitə Nazirliyinin tabeçiliyində olan "Azərrabitəinşaat" Trestində 1988-1996-cı illərdə müxtəlif vəzifələrdə, o cümlədən iş icraçısı kimi işləmişdir. Bu barədə arxiv arayışının verilməsi üçün xx.xx.2019-cu il tarixli müraciətinə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Mərkəzi Arxivinin MA-57 saylı xx.xx.2019-cu il tarixli məktubu ilə cavab verilərək, "Azərrabitəinşaat” Trestinin ("Azərrabitəinşaat" LTB) 1987- 1996-cı illər üzrə kadr əmrlərinin Nazirliyin Mərkəzi arxivinə təhvil verilmədiyi bildirilmişdir. "Azərrabitəinşaat" Trestində adına açılmış əmək kitabçası da trestdə qaldığından və trestin bir neçə dəfə yenidən təşkil edilərək ləğv olunması zamanı itdiyindən Trestdə işlədiyi müddətin əmək stajına daxil edilməsində problem yaranmışdır. Yuxarıda qeyd etdiyi halları onunla Ermənistan SSR-də yaşamış və bir yerdə işləmiş, eləcə də "Azərrabitəinşaat" Trestində onunla birgə işləmiş bütün şəxslər təsdiq edə bilərlər. Dövlət X12 Qaradağ rayon şöbəsinə etdiyi müraciətə cavab olaraq xx xxxxxx 2020-ci il tarixli məktubla əmək pensiyaları haqqında qanunvericiliyin tələblərinə əsasən əmək kitabçası təqdim edilə bilmədikdə sosial sığorta stajının məhkəmə qaydasında müəyyən edilməli olduğu ona izah edilmişdir. Bu səbəbdən məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X12 Qaradağ Rayon Şöbəsini təmsil edən Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X12 Məhkəmə Mübahisələri ilə İş İdarəsi apellyasiya şikayəti verərək, Ərizəçi “İş stajına malik olma faktının müəyyən edilməsi barədə” Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-cu il tarixli 2(006)-576/2020 saylı qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyinin Kollegiyasının xx xxxxxx 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa; Azərbaycan Respublikası MPM-nin 152, 310-cu maddəsinə istinadən qeyd edilmişdir ki, Məhkəmə işə baxarkən hüquqi faktın müəyyən olunması ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. 2006-cı ilədək qüvvədə olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Bu müddəa Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarında da öz əksini tapmışdır (xx xxxxx 2019-cu il, 03 saylı Qərar). Bütün bunlara baxmayaraq işin faktiki hallarından da görünür ki, iş üzrə məhkəmə iclasında ərizəçi tərəfindən dəvət edilmiş iki şahidin ikisinin də ərizəçi ilə bir müəssisədə işləməsinə dair heç bir mötəbər sənəd məhkəməyə təqdim edilməmişdir. Şahidlərin iş üzrə zəruri olan sənədləri olmadan sırf onların izahatlarına əsasən məhkəmə qətnaməsinin çıxarılması tamamilə qanunsuz və əsassızdır. İş üzrə maddi və prosessual hüquqların hakim tərəfindən kobud şəkildə pozulmasınının əyani göstəricisidir. İş materiallarından da görünür ki, məhkəməyə şahid qismində dəvət olunmuş şəxslərin verdikləri ifadələr heç bir mötəbər sənədə və sübuta əsaslanmamış, bu da qanunvericiliyin tələblərinin birbaşa pozulması ilə nəticələnən qətnamənin qəbul edilməsinə səbəb olmuşdur. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Ərizəçi hüquqi faktın müəyyən edilməsi zamanı qanunvericiliklə tələb olunan hərəkətləri sübut edən heç bir dəlili məhkəməyə təqdim etməmişdir. Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Ərizəçi isə sənədləri almaq üçün hansı hərəkətləri etdiyini, sənədləri ala bilməməsinin səbəblərini sübut edən heç bir dəlili məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Ərizəçi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs şəxsin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, ərizəçinin təqdim etdiyi sübutların mötəbər olmadığını, iş üzrə dindirilmiş şahidlərin ərizəçini birgə işdən tanımalı və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin işləmələri barədə sənədləri olmalı olduğu halda məhkəmə iclasında ərizəçi tərəfindən dəvət edilmiş iki şahidin ikisinin də ərizəçi ilə bir müəssisədə işləməsinə dair heç bir mötəbər sənəd məhkəməyə təqdim edilmədiyini, şahidlərdən birinin Azərbaycan Respublikası Rabitə Nazirliyinin tabeçiliyində olan "Azərrabitəinşaat" Trestinin Bakı şəhəri şöbəsində işlədiyini, ərizəçinin isə Naxçıvan şəhəri şöbəsində işlədiyini bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə araşdıran məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 16-18-ci bəndinə; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə; Azərbaycan Respublikası DSMF Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2-ci bəndinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 307.1, 308, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin sübuta yetirilməyən formal mülahizə səciyyəli dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə nin 16-18 bəndlərində qeyd edilmişdir ki, iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və X11 Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) X11 Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Arxiv məlumatlarının saxlanılması səbəbindən asılı olmayaraq iş stajı barədə sənədlərin alınması mümkün olmaqdıqda 1965-ci ilə qədər kolxozda olan iş stajı da şahid ifadələri ilə bu qaydada rəsmiləşdirilir. İş stajı barədə sənədlər olduqda imtiyazlı pensiyaya hüquq verən işin xarakteri şahid ifadələrinə əsasən müəyyən edilmir. İş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə).Ayrı-ayrı vətəndaşların yanında və dini təşkilatda iş dövrü, eləcə də Dövlət X17na sosial sığorta ayırmaları vermək şərtilə iş stajına hesablanan əmək fəaliyyəti dövrü şahid ifadələrinə əsasən təsdiq olunmur. Beləliklə, ərizəçinin hüquqlarının məhdudlaşdırıldığını və qeyd etdiklərinin digər formada sübuta yetirmək imkanının olmadığını nəzərə alaraq tam istisna halında onun dəlillərinin birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən hissədə inkar edilməsi təkzib edilməsi də mümkün olmadığından yolverilməzdir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Ərizəçi və maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət X12 Məhkəmə Mübahisələri ilə İş İdarəsi tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-576/2020 saylı işi üzrə xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar