Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-644/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı1, üçüncü şəxs Nizami Aslanbəyovun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “xxxx” ASC-yə, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə və X19 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 və Əmlak Məsələləri Dövlət Xidməti) «qanunsuz hərəkətlər və onların nəticələri barədə tədbirlərin görülməsi» tələbinə dair 2(008)-58/2019 saylı mülki iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçılar və üçüncü şəxs X7 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh xxxx ASC-yə qarşı «qanunsuz hərəkətlər və onların nəticələri barədə tədbirlərin görülməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2014-cü il tarixli protokolunun etibarsız hesab edilməsi, bu protokolu tərtib edən məsul şəxslərin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi qərardadın çıxarılması, cavabdehin adından Əmlak Məsələləri Dövlət Komitəsinə Cəmiyyətinə yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsindən və icarəsindən imtina barədə təqdim olunmuş sənədin etibarsız hesab olunması, cavabdehin bina, qurğu və avadanlıqlarının sökülməsinin qanunsuz hesab edilməsi və bu hərəkətlərin edilməsi barədə qərar vermiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi qərardad çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyini və X20 cavabdeh kimi qeyd etməklə “xxxx” ASC-nin xx.xx.2014-cü il tarixli protokolunun etibarsız hesab edilməsi, ASC-nin adından Əmlak Məsələləri Dövlət Komitəsinə Cəmiyyətinə yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsindən və icarəsindən imtina barədə təqdim olunmuş sənədin etibarsız hesab olunması, ünvan 1 saylı ünvandakı “xxxx” ASC-nin altında yerləşən 14618,2 kv.m torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli 264 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin rəhbərliyi elə ilk gündən birinci ümumi yığıncağın keçirilməsini saxtalaşdıraraq, yəni, ümumi yığıncağı keçirmədən saxta protokol tərtib edərək Vergilər Nazirliyinin Bakı şəhər X3 hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə təqdim etmişdir. Protokolda qeyd edilir ki, guya həmin ümumi yığıncaq xx.xx.2014-cü il tarixində keçirilmişdir. Lakin bu iclasın keçiriləcəyi barədə səhmdarlara heç bir məlumat verilməmişdir. Əlavə olaraq həmin protokolun saxta olmasını sübut edən dəlillərdən biri də odur ki, yığıncaqda say komissiyasının üzvü kimi qeyd olunan İddiaçı2 həmin yığıncağın keçirilmədiyini və protokolda olan imzanın ona məxsus olmadığını bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 107-1.4-cü maddəsi kobud şəkildə pozularaq saxta protokol tərtib olunmuş və dövlət orqanlarına təqdim olunmuşdur. Hesab edirlər ki, bu barədə xüsusi qərardad çıxarılmalı və saxtakarlıq edən şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Bu məsələdən 6 ay keçməmiş saxta protokola seçilmiş cəmiyyətin idarə heyəti növbədənkənar ümumi yığıncaq çağıraraq əsas paket sahibi olan X14 qanunsuz tələbi ilə cəmiyyətdən əmlak payını götürməklə ayrılmaq barədə gündəlik məsələ qoyulmuş və bu barədə qanunsuz qərar qəbul edilmişdir. Bütün bunlara, səhmdarların çoxsaylı etirazlarına baxmayaraq 82,4686 faiz səsə malik olan X5 üstünlüyü məsələni onun xeyrinə həll etmişdir. Lakin Vergilər Nazirliyinin Bakı şəhər X3 hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi onların bu qərarının qanunsuz olduğunu bildirərək Cəmiyyətin bölünmə yolu ilə yenidən təşkilini qeydiyyata almamışdır. Bu barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilsə də, məhkəmə Vergilər Nazirliyinin Bakı şəhər X3 hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin qərarını düzgün saymışdır. Bütün bunlar azmış kimi Cəmiyyətin rəhbərliyi başqa saxta yollara əl ataraq yenə də yəqin ki, saxta sənəd təqdim etməklə cəmiyyətin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi və icarəsindən imtina edib həmin torpaq sahəsini hərrac yolu ilə ucuz qiymətə başqasının adına özəlləşdirilməsinə nail olub və nəhayət ki, sonuncu özbaşınalıqedərək cəmiyyətin balansında olan bina və qurğuları sökərək yerlə yeksan edib, bu barədə səhmdarlara heç bir məlumat da vermir. Yəni, özbaşınalıq o həddədir ki, heç nədən çəkinmədən istədiyini edir. X26, Baş Prokurora müraciətlər olunsa da, bu barədə məhkəməyə müraciət olunmasını tövsiyyə edirlər. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. İddiaçılar və üçüncü şəxs X7 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “xxxx” ASC xx.xx.2014-cü il tarixdə ümumi yığıncaq keçirmiş, lakin bu iclasın keçiriləcəyi barədə səhmdarlara heç bir məlumat verilməmişdir. Əlavə olaraq həmin protokolun saxta olmasını sübut edən dəlillərdən biri də odur ki, yığıncaqda say komissiyasının üzvü kimi qeyd olunan İddiaçı2 həmin yığıncağın keçirilmədiyini və protokolda olan imzanın ona məxsus olmadığını bildirir. Bu ekspert rəyi ilə də təsdiq edilmişdir. Bundan sonra cəmiyyətin idarə heyəti növbədənkənar ümumi yığıncaq çağıraraq əsas paket sahibi olan X14 qanunsuz tələbi ilə cəmiyyətdən əmlak payını götürməklə ayrılmaq barədə gündəlik məsələ qoyulmuş və bu barədə qanunsuz qərar qəbul edilmişdir. Bütün bunlara, səhmdarların çoxsaylı etirazlarına baxmayaraq 82,4686 faiz səsə malik olan X5 üstünlüyü məsələni onun xeyrinə həll etmişdir. Lakin Vergilər Nazirliyinin Bakı şəhər X3 hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsi onların bu qərarının qanunsuz olduğunu bildirərək Cəmiyyətin bölünmə yolu ilə yenidən təşkilini qeydiyyata almamışdır. Bu barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilsə də, məhkəmə Vergilər Nazirliyinin Bakı şəhər X3 hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsinin qərarını düzgün saymışdır. Bütün bunlar azmış kimi Cəmiyyətin rəhbərliyi başqa saxta yollara əl ataraq yenə də yəqin ki, saxta sənəd təqdim etməklə cəmiyyətin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi və icarəsindən imtina edib həmin torpaq sahəsini hərrac yolu ilə ucuz qiymətə başqasının adına özəlləşdirilməsinə nail olub və nəhayət ki, sonuncu özbaşınalıq edərək cəmiyyətin balansında olan bina və qurğuları sökərək yerlə yeksan edib, bu barədə səhmdarlara heç bir məlumat da vermir. Göstərilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməsi, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)- 10257/2019 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-2655/2020 saylı qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-10257/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Yeni apellyasiya baxışı zamanı İddiaçı1 şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Üçüncü şəxs X7 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, digər iddiaçılar və cavabdeh, həmçinin üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərarında göstərmişdir ki, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, iddia tələblərindən iki tələbin rədd olunmasının əsaslandırılmamasını diqqətdən qaçırmış, bu barədə, habelə digər hallara dair apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə əlaqədar hər hansı araşdırma aparmamış, həmin dəlillərə hüquqi qiymət verməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli üçün mühüm əhəmiyyət kəsb edən həmin xüsusatlar üzpə araşdırma aparmamış, Cəmiyyətin 14618 kvadrat metr torpaq sahəsinin hərrac vasitəsilə satılması üçün müraciətlə bağlı sənədlərin təqdim olunması tərəflərə təklif olunmamış, iddia tələblərindən biri həmin sənədlərin etibarsızlığı olsa da, ümumiyyətlə həmin sənədlər iş materiallarına əlavə edilməmiş, həmin imtinanı qəbul etmiş Əmlak Məsələləri Dövlət Komitəsinin cavabdeh tərəfdən üçüncü şəxs kimi işə cəlb olunması məsələsini müzakirə etməmişdir. MPM-in 420-ci maddəsinə müvafiq olaraq kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində hazırkı mülki mübahisəyə baxılan zaman Əmlak Məsələləri Dövlət Komitəsi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir (1-cild iş vər. 221, 230). İşin müəyyən edilmiş hallarına əsasən, Milli Depozit Mərkəzinin xx.xx.2016-cı il tarixli AA61519347 saylı depo hesabından çıxarışdan görünür ki, X15 ünvan 2 hüquqi ünvanı olan “xxxx” ASC-də 24352 ədəd səhmin, yəni ümumi səhmlərin 0,6 faizinin sahibidir. Milli Depozit Mərkəzinin xx.xx.2015-cı il tarixli 393356 saylı depo hesabından çıxarışdan görünür ki, İddiaçı1 ünvan 2 hüquqi ünvanı olan “xxxx” ASC-də 6840 ədəd, yəni ümumi səhmlərin 0,6 faizinin ədəd səhmin sahibidir. Digər iddiaçı X21 isə 0,13 faiz səhm sahibidir. ASC-nin qanuni təmsilçisi X22r. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, 37 saylı ünvanda əmlak kompleksi kimi müəssisə “xxxx” ASC-nın adına xx.xx.2014-cü ildə qeydiyyatdan keçmişdir. “xxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağının xx.xx.2014-cu il tarixli, 1 №li protokolunun surətindən və eyni məzmunlu “xxxx” ASC-nin səhmdarlarının ümumi yığıncağında yaradılmış hesablama komissiyasının protokolun əslindən görünür ki, Nizamnamənin dövlət qeydiyyata alınması üçün Vergilər Nazirliyinin Bakı şəhər X3 hüquqi şəxslərin dövlət qeydiyyatı İdarəsində qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması ilə bağlı bütün lazımı sənədlərin (təsis sənədlərin) hazırlanması, imzalanması, müvafiq dövlət orqanına təqdim edilməsi, özündə bütün reyestr məlumatlarını əks etdirən reyestrdən çıxarışın və digər hazır sənədlərin götürülməsi cəmiyyətin idarə heyətinin sədri X23 (digər şəxsə etibarnamə vermə hüquqi ilə) həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin xx.xx.2015-ci il tarixli arayışından görünür ki, “xxxx” ASC-nin ayrılma yolu ilə yenidən təşkili haqqında səhmdarların ümumi yığıncağının xx xxxx 2015-ci il tarixli qərarına müvafiq olaraq qiymətli kağızların dövlət reyestrində həmin səhmdar cəmiyyətinin hər birinin nominal dəyəri 0,50 manat olan ******* ədəd adi adlı sənədsiz səhmlərinin dövriyyədən çıxarılması barədə qeydlər edilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Torpaqların Dövlət İdaretməsinin Təşkili üzrə Dövlət Agentliyinin ilə X25 arasında bağlanmış «Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsilə satılmasına dair» xx.xx.2016-cı il tarixli 264 saylı alqı-satqı müqaviləsinin surətinə əsasən müqavilənin predmetini Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, 37 saylı ünvandakı “xxxx” ASC-nın altında yerləşən, qanunvericiliklə müəyyən edilmiş sənədlərə əsasən 14618,12 kvadrat metr torpaq sahəsi təşkil edir. Satıcı müqavilənin 1.1 bəndində göstərilən torpaq sahəsini hərracdan 99404 manata satır. Alıcı isə həmin torpaq sahəsinin dəyərini ödəməklə alır. (müqavilənin 1.1 və 1.2 bəndləri). Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX № ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, 37 saylı ünvanda əmlak kompleksi kimi müəssisə X16 adına xx.xx.2016-cı ildə qeydiyyatdan keçmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilmədiyindən və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. Hazırki iş üzrə iddiaçılar “xxxx” ASC-nin xx.xx.2014-cü il tarixli protokolunun etibarsızlığını irəli sürməklə bərabər, ASC-nin adından Əmlak Məsələləri Dövlət Komitəsinə Cəmiyyətinə yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsindən və icarəsindən imtina barədə təqdim olunmuş sənədləri, ünvan 1 saylı ünvandakı ASC-nin altında yerləşən 14618,2 kvadrat metr torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli 264 saylı alqısatqı müqaviləsini mübahisələndirirlər. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən iki hala, yəni iddiaçılar tərəfindən mübahisələndirilən alqı-satqı müqaviləsinin etibarsızlılığına dair Mülki Məcəllənin əqdlərin etibarsızlığına dair normalarında göstərilmiş əsasların olmamasına və əmlakları əldə edən Ənvər Ənvərlinin reyestrdəki qeydin qeyri-dəqiq olmasını bilməməsinə, yəni vicdanlı alıcı olmasına istinad etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin ASC səhmdarlarının xx.xx.2014-cü il tarixli protokolunun etibarsızlığı və ASC-nin adından Əmlak Məsələləri Dövlət Komitəsinə Cəmiyyətinə yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsindən və icarəsindən imtina barədə təqdim olunmuş sənədlərin etibarsızlığına dair tələblərin rədd olunmasını əsaslandırmamış, həmin tələblər üzrə iddiaçıların dəlillərinə hüquqi qiymət verməmişdir. Halbuki iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 izahatlarında səhmdarların xx xxxxxx 2014-cü il tarixli ümumi yığıncağının keçirilmədiyini göstərmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-ci il tarixli 15266 saylı rəyinə görə isə ekspertizaya təqdim edilmiş, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında yaradılmış hesablama komissiyasının xx xxxxxx 2014-cü il tarixli protokolunun 1-ci, 2-ci və 3-cü vərəqələrində yuxarıdan 1-ci imzalar və 4-cü vərəqəsində “X15” ad və soyadından əvvəl yerləşən imza - X15 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. İş materiallarından daha sonra görünür ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı X3 Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2015-ci il tarixli **********182200 saylı qərarına görə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1.-ci maddəsinə əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliliyin dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmin qərara görə X4 xx.xx.2015-ci il tarixli ərizəsində “xxxx” Açıq Səhmdar Cəmiyyətinin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyi ilə bağlı müraciət etmişdir. Təqdim edilən sənədlər araşdırarkən müəyyən edilmişdir ki, Cəmiyyətin Səhmdarlarının xx.xx.2015-ci il tarixli protokolunun gündəliyində Cəmiyyətin səhmdarının müraciəti əsasında Cəmiyyətin ayrılma yolu yenidən təşkili, ayrılan səhmdara düşən əmlak payının təsdiqi məsələsi göstərilmişdir. Həmçinin, protokolda səhmdar X14 Cəmiyyətin ayrılma yolu ilə təşkil olunması və ona düşən əmlak payının ayrılmasını tələb etməsi, ona düşən əmlak payının təsdiqi məsələsi müzakirə edilmişdir. Bununla əlaqədar həmin protokolda qərara alınmışdır ki, Cəmiyyətin səhmdarı X24 Cəmiyyətin nizamnamə kapitalında özünəməxsus payı 46 faiz ayıraraq onun bazasında yeni hüquqi şəxs təsis etməsi ilə bağlı Cəmiyyət yenidən təşkil edilsin. Lakin təqdim edilmiş xx.xx.2015-ci il tarixli “Bölünmə balansı” Məcəllənin tələblərinə uyğun olmamış, müvafiq balansda yenidən təşkil edilməsi nəzərdə tutulan hüquqi şəxsin öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəaları müəyyən etmək mümkün olmamış, balans bir nüsxədə təqdim edilmiş və onu təsdiq edən komissiya üzvlərinin səlahiyyətini müəyyənləşdirmək mümkün olmamışdır. Cəmiyyətin yenidən təşkil olunması ilə bağlı nizamnamə kapitalının azaldılması da qanuna zidd olimuşdur. Cəmiyyətin ümumi yığıncağın çağırılmasına dair məlumatın mətbuatda verilməsini təsdiq edən sənədlər aşkar edilməmiş, ümumi yığıncağın protokolunda 3 nəfərin etibarnamə ilə təmsil olunmasına dair etibarnamələr təqdim edilməmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin təsis sənədlərində edilmiş dəyişikliklər və qeydə alınmış faktların sonrakı dəyişikliyi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56, 57.2, 57.3, 57-58, 106.1.3.8, 107-1.4 və 1077.1-ci maddələrinin tələblərinə zidd olmuşdur. Vergilər Nazirliyi yanında Bakı X3 Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin qeyd olunan xx.xx.2015-ci il tarixli qərarının ləğv olunması, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliliyin dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. Bakı Apellyasia Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(103)-9656/2006 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliliyin dövlət qeydiyyatına alınması, yəni Cəmiyyətin ayrılma yolu yenidən təşkili, ayrılan səhmdara düşən əmlak payının təsdiqi, səhmdar X17 düşən əmlak payının ayrılmasını, ona düşən əmlak payının təsdiqi barədə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının xx xxxx 2015-ci il tarixli qərarı ləğv edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin “Cinayət işinin icraatına xitam verilməsi haqqında” xx xxxxxxx 2018-ci il tarixli qərarına görə X2 “xxxx” Açıq Səhmdar Cəmiyyətinin vəzifəli şəxsi kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə verilmiş ittiham ləğv edilmiş, əməllərində cinayət tərkibi olmadığına görə barəsindəki cinayət işinə xitam verilmişdir ona görə ki, “xxxx” ASC-nin səhmdarlarının xx xxxx 2015-ci il tarixli növbədənkənar ümumi yığıncağının qərarı ilə o, həmin Cəmiyyətin İdarə Heyətinin sədri seçilsə də, Vergilər Nazirliyi yanında Bakı X3 Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin qeyd olunan xx.xx.2015-ci il tarixli qərarı ilə Səhmdar Cəmiyyətin ayrılma yolu ilə yenidən təşkil olunması ilə əlaqədar təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliliyin dövlət qeydiyyatına alınmasından imtina edildiyindən Güloğlan İbrahimov həmin hüquqi şəxsin qanuni təmsilçisi olaraq qəbul edilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2- 2(81)3864/2018 nömrəli qərarının surətindən görünür ki, iddia tələbi təmin edilərək iddiaçı “xxxx” ASC-nin qiymətli kağızların dövlət reyestrində dövriyyədən çıxarılmış hər birinin nominal dəyəri 0,50 manat olan ******* ədəd adi adlı sənədsiz səhmlərin qeydiyyatının bərpa olunması vəzifəsinin Azərbaycan Respublikası Maliyyə X6 üzərinə qoyulması qət edilmişdir. Azərbaycan Respublikasının Maliyyə X6 xx.xx.2018-ci il tarixli ********** saylı məktubundan görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2-2(81)3864/2018 nömrəli qərarının icrası ilə əlaqədar, “xxxx” ASC-nin (Cəmiyyət) dövriyyədən çıxarılmış hər birinin nominal dəyəri 0,50 manat olan ******* ədəd adi, sənədsiz adlı səhmlərin qeydiyyatı qiymətli kağızların dövlət reyestrində bərpa edilmişdir. Bildirilir ki, hal-hazırda, Cəmiyyətin nizamnamə kapitalı AZ********** dövlət qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış hər birinin nominal dəyəri 0,50 manat olan ******* ədəd adi, sənədsiz adlı səhmlərdən ibarətdir. Yeni apellasiya baxışı zamanı məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli məktubla təqdim edilmiş sənədlərin surətindən görünür ki, “xxxx” ASC-nin səmdarlarının ümumi yığıncağının xx.xx.2014-cü il tarixli iclasında Cəmiyətin istifadəsində olan torpaq sahəsinin özəlləşdirilməsi və ya icarə əsasında istifadəyə verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən daxil olmuş xx.xx.2014-cü il tarixli, **********59 nömrəli məktubu müzakirə edilmiş və “xxxx" ASC-nin mövcud maliyyə durumunu və hazırda cəmiyyətin bina və tikintilərinə investisiya qoyuluşu işlərinin aparılmasını nəzərə alaraq istifadəsində olan torpaq sahəsinin cəmiyyət tərəfindən icarəyə götürülməsindən və özəlləşdirməsindən imtina edilməsi qərara alınmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə “xxxx" ASC-nin idarə heyətinin sədri Y.Ə.Abbasov tərəfindən imzalanmış xx.xx.2014-cü il tarixli məktub göndərilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən keçirilmiş xx.xx.2016-cı il tarixli hərracın yekunlarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, 37 saylı ünvandakı “xxxx” ASC-nın yerləşdiyi 14618,12 kvadrat metr torpaq sahəsi 99404 manata X1. Bununla əlaqədar Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdaretməsinin Təşkili üzrə Dövlət Agentliyi ilə X25 arasında «Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin hərrac vasitəsilə satılmasına dair» xx.xx.2016-cı il tarixli 264 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin seriya RX № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Xəstəxanayanı küçəsi, 37 saylı ünvanda əmlak kompleksi kimi müəssisə X16 adına xx.xx.2016-cı ildə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 358.1-ci maddəsinə görə səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Mülki Məcəllənin 56-cı maddəsinə əsasən, hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Mülki Məcəllənin 57-ci maddəsinə əsasən, təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. Təhvil aktı və bölünmə balansı hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş onun təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və nizamnamələrlə birlikdə yeni yaranmış hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxslərin nizamnamələrində dəyişikliklər edilməsi üçün təqdim olunur. Nizamnamələrlə birlikdə təhvil aktının və bölünmə balansının təqdim edilməməsi, habelə onlarda yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəaların olmaması yeni yaranmış hüquqi şəxsləri dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb olur. Mülki Məcəllənin 58-ci maddəsinə əsasən, hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı, bu Məcəllənin 55.3-cü maddəsində nəzərdə tutulan hallarda isə kənar idarəçi hüquqi şəxsin yenidən təşkili barəsində onun kreditorlarına yazılı bildiriş göndərməyə borcludurlar. Yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin. Əgər bölünmə balansı yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisini müəyyənləşdirməyə imkan vermirsə, yeni yaranmış hüquqi şəxslər yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üçün onun kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 106-1.3-cü maddəsinə əsasən, səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və maliyyə hesabatları ilə tanış olmaq;cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini və gündəliyə yeni müzakirə mövzularının əlavə olunmasını tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək (bu Məcəllənin 49-1.2-ci və 49-1.3-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və onun protokolunun surətini tələb etmək; cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; cəmiyyətin xalis mənfəətindən dividend almaq; cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; icra orqanının və direktorlar şurasının (müşahidə şurasının) üzvlərinin səhlənkarlığına və səhmdar cəmiyyətə qəsdən vurduğu zərərə görə məsuliyyətə cəlb edilməsini tələb etmək; cəmiyyətin səhmlərinin satışı prosesində iştirak etmək; bağlanmış əqd nəticəsində cəmiyyətə və ya səhmdarlara dəyən zərərin və bununla bağlı məsrəflərin ödənilməsi barədə məhkəməyə və ya digər səlahiyyətli quruma müraciət etmək; bağlanacaq əqdlərin (aidiyyəti şəxslərlə əqdlərin və xüsusi əhəmiyyətli əqdlərin) əlavələri ilə tanış olmaq; bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq hüquqları vardır. Mülki Məcəllənin 107-1.4-ci maddəsinə əsasən, səhmdarların ümumi yığıncağının çağırılmasına qırx beş gün qalmış yığıncağın çağırılması barədə kütləvi informasiya vasitələri ilə məlumat verilməli (qapalı səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının çağırılması halları istisna olunmaqla), habelə səhmdarlara və ya nominal saxlayıcılara bu barədə yazılı bildiriş göndərilməlidir. Nominal saxlayıcı həmin bildirişin səhmdara çatdırılmasını təmin etməlidir. Mülki Məcəllənin 107-2.1-ci maddəsinə əsasən, səhmdarların ümumi yığıncağında səsli səhmlərin ən azı altmış faizinin sahibləri iştirak etdikdə ümumi yığıncaq səlahiyyətlidir. Mülki Məcəllənin 107-4.1-ci maddəsinə əsasən, səhmdarlarının sayı yüzdən çox olan cəmiyyətlərin ümumi yığıncaqlarında səsvermənin nəticələrinin müəyyən edilməsi üçün sayı üç nəfərdən az olmayan hesablama komissiyası yaradılmalıdır. Hesablama komissiyasına direktorlar şurasının (müşahidə şurasının) üzvləri, təftiş komissiyasının üzvləri (müfəttiş), icra orqanlarının üzvləri (təkbaşçı icra orqanı) və həmin vəzifələrə (vəzifəyə) seçilməyə namizədlər daxil edilməməlidir. Mülki Məcəllənin 107-5.1-ci maddəsinə əsasən, səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla, səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. Mülki Məcəllənin 1077.1-ci maddəsinə əsasən, səhm mülkiyyətçisinin həmin səhmin nominal dəyərinə mütənasib surətdə səhmi buraxmış səhmdar cəmiyyətinin nizamnamə kapitalında iştirakını, mənfəətindən dividendlər, ləğvindən sonra isə qalan əmlakının hissəsini almaq hüququnu, həmçinin səhmdar cəmiyyətinin idarə olunmasında iştirak etmək hüququnu təsdiqləyən investisiya qiymətli kağızıdır. Səhmin emitenti yalnız səhmdar cəmiyyəti ola bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 1077.1-ci maddəsinə əsasən, səhm qiymətli kağız olub, səhmdar cəmiyyətində üzvlüyü və sahibinin (səhmdarın) səhmdar cəmiyyəti mənfəətinin bir hissəsini dividendlər şəklində almaq, səhmdar cəmiyyəti işlərinin idarə olunmasında iştirak etmək hüququnu və cəmiyyətin ləğvindən sonra qalan əmlakın bir hissəsinə hüququnu təsdiqləyir. Göründüyü kimi, səhmdar üzvü olduğu cəmiyyətin işlərinin idarə olunmasında müəyyən hüquqlara malikdir. Bu hüquqlar Mülki Məcəllənin 106-1-ci maddəsində konkretləşdirilmişdir. Bununla belə, nəzərə almaq lazımdır ki, səhmdarların cəmiyyətin idarə olunması ilə bağlı hüquqları əksəriyyət prinsipinə əsasən həyata keçirilir. Səhmdar cəmiyyəti öz mahiyyətinə görə çoxşərikli kommersiya təşkilatı olduğundan və sırf sərmayə üzərində qurulduğundan, onun məhz bu prinsipə görə idarə edilməsi zəruridir. Mülki qanunvericilikdə əksəriyyət prinsipi “bir səsli səhm – bir səsdir” (Mülki Məcəllənin 107-3.5-ci maddəsi) formasında öz əksini tapıb. Bu prinsipə əsasən, əksəriyyət səhmdarların say etibarı ilə çoxluğuna görə deyil, nizamnamə kapitalında iştirak payının həcminə görə müəyyən olunur. Başqa sözlə, səhmdar cəmiyyətində hüquqlar şəxsə görə deyil, qoyulan sərmayəyə görə müəyyən edilir. Əks hal, yəni hər bir səhmdarın onun mülkiyyətində olan səhmlərin sayından asılı olmayaraq veto səlahiyyətinin tanınması, faktiki olaraq səhmdar cəmiyyətinin idarə olunmasında yekdillik prinsipinin tətbiqi deməkdir. Bu da öz növbəsində belə hüquqi şəxsin idarə olunmasını iflic edə bilər. Bu isə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradılmasını müəyyən edən Konstitusiyanın 15-ci maddəsinin İİ hissəsində və Mülki Məcəllənin 1-ci maddəsində nəzərdə tutulan sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq kimi məqsəd və vəzifələrlə uzlaşmır. Digər tərəfdən əgər azlığın hüquqlarının müdafiəsi məqsədilə səhmdar cəmiyyətlərinin idarə olunmasında yekdillik prinsipi tanınarsa və hər bir səhmdara veto səlahiyyəti verilərsə, bu, əksəriyyəti təmsil edən səhm sahiblərinin öz səhmlərinin hüquqi müqəddəratını müəyyən edə bilməyəcəyindən onların hüquqlarının daha böyük həcmdə pozulmasına səbəb olar. Beləliklə, səhmdar cəmiyyətində sərmayənin azını təmsil edən və səhmdar cəmiyyətinin hüquqi-təşkilati formasının dəyişməsini istəməyənlərlə eyni səhmdar cəmiyyətində sərmayənin əksəriyyətini təmsil edən və bunun dəyişməsini istəyənlər qarşı-qarşıya gəldikdə, sərmayənin əksəriyyətini təmsil edənlərin iradəsinin üstün tutulması tarazlılıq prinsipi baxımından daha ədalətli və məqsədəuyğundur. Səhmdar cəmiyyətinin ümumi yığıncağında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 106-1.3, 107-2.1 və 107-5.1-ci maddələrinin tələblərinə riayət olunmaqla cəmiyyətin məhdud məsuliyyətli cəmiyyətə çevrilməsi haqqında qəbul edilmiş qərar həmin yığıncaqda iştirak etməyən və yaxud çevrilmə haqqında qərarın əleyhinə səs verən səhmdarların mülkiyyət hüquqlarını pozmur. Beləliklə, işin tədqiq edilmiş hallarına əsasən müəyyən edilmişdir ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının xx xxxxxx 2014-cü il tarixdə keçirilmiş ümumi yığıncağında X8, X18 və X10 ibarət tərkibdə hesablama komissiyası yaradılmışdır. Cəmi səhmdarların sayı reyestr üzrə 414 nəfərdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2017-ci il tarixli, 15266 saylı rəyinə görə, “xxxx” açıq səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağında yaradılmış hesablama komissiyasının xx xxxxxx 2014-cü il tarixli protokolunun 1-ci, 2-ci və 3-cü vərəqələrində yuxarıdan 1-ci imzalar və 4cü vərəqəsində “X15” ad və soyadından əvvəl yerləşən imza - X15 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Belə olan halda, “xxxx” ASC-nin xx.xx.2014-cü il tarixdə keçirilmiş ümumi yığıncağında səsvermənin nəticələrinin müəyyən edilməsi üçün sayı üç nəfərdən az olmayan hesablama komissiyasının yaradılması təmin edilməmişdir. Ona görə də həmin iclasın nəticələrinə dair protokol X15 tərəfindən imzalanmadığından və qeyd ediolən iclas mülki qanunvericiliyin tələbləri pozulmaqla keçirildiyindən etibarsız hesab edilməlidir. Bundan başqa, iddiaçılar xx.xx.2014-cü il tarixli protokolun etibarsız hesab edilməli olduğundan dolayısıyla cavabdeh Cəmiyyət adından Əmlak Məsələləri Dövlət Komitəsinə Cəmiyyətin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsindən və icarəsindən imtina barədə təqdim edilmiş sənədin etibarsız hesab edilməsini tələb edir. Lakin apellyasiya baxışı zamanı məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Cəmiyyətin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsindən və icarəsindən imtina barədə məsələ ümumi yığıncağın xx.xx.2014cü il tarixli iclasından daha əvvəl xx.xx.2014-cü il tarixli iclasında müzakirə edilərək bu barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar “xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə xx.xx.2014-cü il tarixli məktub göndərilmişdir. İddiaçılar tərəfindən hazırkı mülki mübahisə üzrə “xxxx" ASC-nin səhmdarlarının xx.xx.2014-cü il tarixli iclasının nəticələri mübahisələndirilməmişdir. Həmin iclasda iştirak etməsi qeyd olunan 86,6 faiz səhmlərə malik səhmdarlar “xxxx" ASC-nin mövcud maliyyə durumunu və hazırda cəmiyyətin bina və tikintilərinə investisiya qoyuluşu işlərinin aparılmasını nəzərə alaraq istifadəsində olan torpaq sahəsinin cəmiyyət tərəfindən icarəyə götürülməsindən və özəlləşdirməsindən imtina edilməsini və bununla əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət olunmasını qərara almışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107- 5.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən, səhmdarların cəmiyyətin idarə olunması ilə bağlı hüquqları əksəriyyət prinsipinə əsasən həyata keçirilir. Mülki qanunvericilikdə əksəriyyət prinsipi “bir səsli səhm – bir səsdir” (Mülki Məcəllənin 107-3.5ci maddəsi) formasında öz əksini tapıb. Bu prinsipə əsasən, əksəriyyət səhmdarların say etibarı ilə çoxluğuna görə deyil, nizamnamə kapitalında iştirak payının həcminə görə müəyyən olunur. Başqa sözlə, səhmdar cəmiyyətində hüquqlar şəxsə görə deyil, qoyulan sərmayəyə görə müəyyən edilir. Əks hal, yəni hər bir səhmdarın onun mülkiyyətində olan səhmlərin sayından asılı olmayaraq veto səlahiyyətinin tanınması, faktiki olaraq səhmdar cəmiyyətinin idarə olunmasında yekdillik prinsipinin tətbiqi deməkdir. Bu da öz növbəsində belə hüquqi şəxsin idarə olunmasını iflic edə bilər. Bu isə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradılmasını müəyyən edən Konstitusiyanın 15-ci maddəsinin İİ hissəsində və Mülki Məcəllənin 1-ci maddəsində nəzərdə tutulan sahibkarlıq fəaliyyətini dəstəkləmək və sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmaq kimi məqsəd və vəzifələrlə uzlaşmır. Digər tərəfdən əgər azlığın hüquqlarının müdafiəsi məqsədilə səhmdar cəmiyyətlərinin idarə olunmasında yekdillik prinsipi tanınarsa və hər bir səhmdara veto səlahiyyəti verilərsə, bu, əksəriyyəti təmsil edən səhm sahiblərinin öz səhmlərinin hüquqi müqəddəratını müəyyən edə bilməyəcəyindən onların hüquqlarının daha böyük həcmdə pozulmasına səbəb olar. Beləliklə, səhmdar cəmiyyətində sərmayənin azını təmsil edən və səhmdar cəmiyyətinin hüquqi-təşkilati formasının dəyişməsini istəməyənlərlə eyni səhmdar cəmiyyətində sərmayənin əksəriyyətini təmsil edən və bunun dəyişməsini istəyənlər qarşı-qarşıya gəldikdə, sərmayənin əksəriyyətini təmsil edənlərin iradəsinin üstün tutulması tarazlılıq prinsipi baxımından daha ədalətli və məqsədəuyğundur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı X11 “xxxx” ASC-də malik olduğu səhmlərin sayı ümumi səhmlərin 0,6 faizini, İddiaçı1 malik olduğu səhmlərin sayı 0,6 faizini, iddiaçı X12 malik olduğu səhmlərin sayı isə 0,13 faizini təşkil edir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi “Əmlak Məsələləri Dövlət Komitəsinə Cəmiyyətin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsindən və icarəsindən imtina barədə Cəmiyyətin adından təqdim edilmiş sənədin və “xxxx” ASCnin 14618,2 kv.m torpaq sahəsinə dair xx.xx.2016-cı il tarixli 264 saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissələrində təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli ünvanda yerləşən 33,6 kv.m qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin əqdin əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbini təmin etməməklə qanuni və əsaslı nəticəyə gəlmişdir. Belə ki, hazırkı iş üzrə 33,6 kv.m qeyriyaşayış sahəsinin Arzu Aslanova tərəfindən özəlləşdirilməsi və onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mübahisələndirilmir. Həmin sənədlər mübahisələndirilmədiyi halda iddiaçının istinad etdiyi əsaslarla Arzu Aslanovanın mülkiyyətində olan daşınmaz əmlakı Fərəc Əhmədova satması barədə notariat qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsi etibarsız hesab oluna, habelə həmin əqd əsasında verilmiş çıxarış ləğv edilə bilməz. Çünki iş materiallarında əqdlərin etibarsızlığı ilə bağlı olaraq Mülki Məcəllənin 337-347-ci maddələrində müəyyən edilmiş hər hansı etibarsızlıq əsasları mövcud deyildir. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 və üçüncü şəxs X7 tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(008)-58/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-nin səhmdarlarının xx.xx.2014-cü il tarixli iclas protokolu etibarsız hesab edilsin. İddia qalan hissədə təmin edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-644/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-644/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver