Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6442/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçının və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı "işə bərpa, Yevlax rayonu Mühafizə Şöbəsinə qrup rəhbəri vəzifəsinə bərpa edilmə və məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi" tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3169/2022 saylı işi üzrə 02 avqust 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdehnə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Cavabdeh 14 fevral 2022-ci il tarixli Ə213ş/h- 038-22 nömrəli əmrinin ləğv edilməsi, Yevlax rayonu Mühafizə Şöbəsinə qrup rəhbəri vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, ƏM-nin 296-cı maddəsinin ikinci hissəsinin mənasına görə işçinin fərdi əmək mübahisəsinə baxan orqana müraciət etməsi halı istisna olmaqla, bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər, iddiaçı müvafiq tələblə məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. İddia müddətinin tətbiqinə dair ərizənin təmin edilməsi və iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
3. İşin icraatı zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, Ə213Ş/h-038/22 saylı əmrinə əsasən İddiaçı 14 fevral 2022-ci il tarixindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) Yevlax Rayon Mühafizə Şöbəsinin qrup rəhbəri (qulluqçu) vəzifəsindən azad edilmişdir; -Yevlax rayon Mühafizə Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xidməti xasiyyətnaməyə əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən Yevlax rayon Mühafizə Şöbəsində mülki mühafizəçi, 2019-cu ilin mart ayından qrup rəhbəri vəzifəsində xidmət aparır. BMİ-nin xx.xx.2021-ci il tarixli, Ə302- 038-21 nömrəli əmri ilə elan edilmiş "töhmət” intizam tənbehi qüvvədədir. İddiaçı DİN-in, eləcə də BMİ-nin əmr və göstərişlərinin tələblərini mənimsəyə bilməmiş, xidməti fəaliyyətində onlardan düzgün istifadə etməmişdir. Tabelikdə olan əməkdaşların xidmətinə nəzarəti zəiflətmiş, şəxsi heyət arasında mənəvi-psixoloji mühitin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər görməmişdir. Şəxsi heyətə örnək olmaq əvəzinə cəmiyyətdə qəbul edilmiş qadın-kişi münasibətlərinə zidd olan eyş- işrət məclisləri təşkil etməklə, eyni zamanda barəsində şikayət edilməsinə səbəb olan və bununla da mühafizə polisinin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. İddiaçı xidmət üzrə irəli çəkilərək qrup rəhbəri vəzifəsinə təyin edilməsinə baxmayaraq, yol verdiyi nöqsanlara görə dəfələrlə xəbərdar edilməsinə və qüvvədə olan intizam tənbehindən əsaslı dönüş yaratmaq əvəzinə intizamsız hərəkətlərini davam etdirmişdir; -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2022-ci il tarixli, 247-038-22 əmrinə əsasən daxili işlər orqanlarının əməkdaşı adını uca tutmalı, etik qaydalara ciddi əməl etməli, hər kəsi hüquqa zidd əməllərdən müdafiə etməli və digər əməkdaşlara nümunə olmalı olduğu halda, evli və himayəsində 3 övladının olmasına baxmayaraq, kirayə tutduqları evdə qrup rəhbəri İddiaçıla birlikdə xidmət vaxtı xanımlarla eyş-işrət məclisi təşkil etdiyinə, qrup rəhbəri İddiaçı həmin qadınlardan biri ilə qeyri-etik formada fotoşəkilini və sonuncunun evli bir qadınla əxlaq normalarına zidd münasibət qurması barədə söhbət edərkən həmin danışıqların videogörüntüsünü xəlvəti şəkildə mobil telefonla qeydə aldığına, qeyd olunan foto və videogörüntülərin silinməsi müqabilində qrup rəhbəri İddiaçıla şəxsi maraqlarından irəli gələn mövzuda danışıq apardığına, subordinasiya qaydalarını pozaraq rayon prokurorluğuna sonuncunun barəsində müraciət etdiyinə, həmin hərəkətləri ilə «Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi»nin 1-3, 12, 17, 19 və 22-ci maddələrinin, «Polisin post patrul xidməti Nizamnaməsi»nin 7.1.5-ci, «Azərbaycan Respublikası Daxili X8 Nizamnaməsi»nin 3.1, 3.2 və 3.9-cu bəndlərinin tələblərini kobud surətdə pozduğuna və xidmətdə mənfi xarakterizə olunduğuna, bununla da daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə Yevlax Rayon Mühafizə Şöbəsinin manqa komandiri, polis baş serjantı X4 BMİ-nin xx.xx.2021- ci il tarixli, Ə302-038-21 nömrəli əmri ilə qüvvədə olan "töhmət” intizam tənbehi, Sıravi və kiçik rəis heyətinin yığıncağının qərarı da nəzərə alınmaqla «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinin 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, davranışları ilə tabeliyindəki mülki mühafizəçilərə nümunə olmalı olduğu halda, kirayə tutduqları evdə polis baş serjantı E.Şirinovla birlikdə xanımlarla eyş-işrət məclisi təşkil etdiyinə, polis baş serjantı E.Şirinovun qeydə aldığı foto və videogörüntülərin silinməsi müqabilində sonuncunun onunla şəxsi maraqlarından irəli gələn mövzuda danışıqlar aparması barədə hissə rəhbərliyinə dərhal məlumat vermədiyinə və xidmətdə mənfi xarakterizə olunduğuna, həmin hərəkətləri ilə DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol verdiyinə görə Yevlax Rayon Mühafizə Şöbəsinin qrup rəhbəri İddiaçıla bağlanmış əmək müqaviləsi BMİ-nin xx.xx.2021-ci il tarixli Ə302-038-21 nömrəli əmri ilə qüvvədə olan "töhmət" intizam tənbehi və X9 yığıncağının qərarı da nəzərə alınmaqla DİN-in Birləşmiş Həmkarlar Komitəsi ilə razılaşdırılmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ləğv edilmiş, tabelikdəkilərin xidmət zamanı və xidmətdən kənar vaxtlarda qanunçuluğa, nizam-intizam və etik davranış qaydalarına riayət etmələrinə nəzarəti zəiflətdiyinə, hüquqazidd əməllərə qurşanmış əməkdaşların vaxtında aşkar edilərək barələrində müvafiq tədbirlərin görülməsi üçün qabaqlayıcı tədbirlər həyata keçirmədiyinə görə Yevlax Rayon Mühafizə Şöbəsinin rəisi, polis polkovnik- leytenantı X7 «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 114-cü maddəsinin 3-cü bəndinə əsasən "şiddətli töhmət” elan edilmişdir(səh. 35 , 57, 66, 69).
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3169/2022 saylı işi üzrə 02 avqust 2022-ci il qətnaməsi ilə (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 , 71-ci maddənin 2-ci və 3-cü bəndlərinə, 72 ,296.2; Mülki Məcəlləsinin 372.1, 372.2, 375.1, 375.2, 373; Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 217.3, 217.4, 217.4-cü maddələrinə; «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarına; İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarına; Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarına istinadən) təmin edilməməsi qət edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, iddiaçı qüvvədə olan əmək qanunvericiliyinə və işəgötürən ilə onun arasında bağlanmış əmək müqaviləsinin müddəalarına zidd olaraq əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və əmək vəzifələrini kobud şəkildə pozmuşdur, iddiaçı öz qeyri-etik davranışı ilə DİN-in Mühafizə xidmətinin nüfuzuna xələl gətirən hərəkətlərə yol vermişdir. iddiaçının «işə bərpa edilməsi» haqqında iddia tələbi əsassız olduğuna görə, həmin tələblə bağlı olan iddianın «işə bərpa edilənə qədər verilməyən əmək haqlarının verilməsi» hissəsi də əsassız hesab olunmalıdır. İddiaçı xx.xx.2022-ci il tarixli əmrə əsasən (əmrin məzmunu ilə həmin gün tanış olmuşdur) işdən azad olunmuş, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. İddiaçı apellyasiya şikayəti verərək, 1-ci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və yeni qətamə qəbul edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294; Azərbaycan Respublikasının Mediasiya haqqında Qanununun 27-ci maddələrinə istinadən qeyd edilmişdir ki, o ,2017-ci ilin iyun ayından etibarən 14 fevral 2022-ci il tarixədək Yevlax rayon Mühafizə idarəsində çalışmışdır. 2019-cu ilin aprel ayından qrup rəhbəri kimi təyin olunmuşdur. Təbii ki, qrup rəhbəri kimi təyin olunma səbəbi peşə fəaliyyəti qənaət bəxş olduğu üçün rəhbərliyin gəldiyi müsbət nəticənin göstəricisidir. Lakin uzun müddət keçdikdən sonra sarsıdıcı xəbər olaraq xx.xx.2022- ci il tarixli Ə213ş/h- 038-22 saylı əmrlə işdən səbəbsiz olaraq azad edilmişdir. İddia tələbi əsaslıdır. Belə ki, işin gedişatından göründüyü kimi cavabdeh tərəfindən ona qarşı qərəzli mövqe nümayiş olunur. Beləliklə də, onu Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən azad edir. Lakin bütün qeyd olunanlara əks olaraq onun günahsız olduğu ispata yetirildi. Belə ki, onun işdən azad edilməsinə görə əsas hesab edilmiş qanunsuz əməllər əslində onun deyil, X2 cinayətkar əməllərinin olmasıdır.1-ci instansiya məhkəməsi qətnamə çıxararkən əsas məqamı nəzərə almamışdır. Belə ki, təqdim olunmuş sənədlərdən də açıq-aşkar məlum olur ki, o ,01 fevral 2022-ci il tarixdən əmək məzuniyyətinə buraxılmış, daha sonra 05 fevral 2022-ci il tarixdə yenidən işə çağırılmışdır. Nəticədə xx.xx.2022-ci ildən səbəbsiz şəkildə işdən azad olunmuşdur.
Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
6. İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, cinayət işi ilə bağlı hökmü məhkəməyə təqdim etməklə, heç bir günahının olmadığını, hökmdə adı qeyd edilən iş yoldaşı Şirinov Elsevər tərəfindən istirahət vaxtında çağırıldığını, baş vermiş hadisənin xidmət vaxtı olmadığını, məzuniyyət dövrünə düşdüyünü, həmin vaxtı şəkillərinin çəkildiyini, özünün bundan xəbərinin olmadığını, sonradan iş yoldaşının şəkillərin yayılması ilə şantaj edərək ondan 3800 manat pul aldığını, şəkilləri özünün deyil, iş yoldaşı Şirinov Elsevərin yaydığını, yayılmadan xəbər tutduqdan sonra bunu rəisinə məruzə etdiyini, iş yoldaşının əvvəl etdiyi əməli etiraf etdiyini, lakin səhəri gün həmin şəxsin anasının Prokurorluğa şikayət verib oğluna şər atıldığını və ona heç bir pul verilmədiyi bildirdiyini, araşdırma zamanı Elsevərin etdiyi əməli etiraf etdiyini və ona Prokurorluqda pulun qaytarıldığını, məzuniyyət dövründə geri çağırıldığını, prokurorluqda araşdırma gedə-gedə xx.xx.2022-ci il tarixində işdən azad edilməsi barədə əmr verildiyini bildirmişdir.
7. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə barışıq yolu ilə mübahisənin həll edilməsinin mümkün olmadığını, iddiaçının əsaslı şəkildə işdən azad edildiyini, iddia müddətinin ötürülməsi səbəbindən iddianın rədd edilməli olduğunu, iddiaçının məzuniyyətdən xidməti zərurətlə əlaqədar, yəni Prokurorluqda araşdırma olduğu üçün geri çağırıldığını bildirmişdir.
8. Apellyasiya instansiya icraatı zamanı müəyyən edilmişdir ki, X2 Azərbaycan Respublikası CM-nin 156.1 və 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Yevlax rayon Məhkəməsinin 1(039)-127 saylı işi üzrə xx.xx.2022-ci il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il 07 ay 14 gün müddətə(onun iki ili sınaq müddəti müəyyən edilməklə şərti) azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.Hökmlə müəyyən edilmişdir ki, X1 rayon Mühafizə Şöbəsində polis nəfəri vəzifəsində, polis baş serjantı rütbəsində işləyən zaman 2021-ci ilin iyun ayının istintaqa məlum olmayan günündə və saatında Yevlax rayon Mühafizə Şöbəsinə məxsus “Niva” markalı, ** PH *** dövlət qeydiyyat nömrə nişanlı xidməti avtomobillə Yevlax şəhəri ərazisində xidmətdə olarkən həmin şöbədə mülki mühafizəçi vəzifəsində işləmiş İddiaçı Yevlax şəhərində fəaliyyət göstərən istintaqa məlum olmayan taksi sürücüsünün həyat yoldaşı ilə görüşməsi ilə bağlı danışdıraraq istifadəsində olmuş “ Samsung J 5 Prime” markalı telefon videogörüntüsünü qanunsuz çəkib İddiaçı şəxsi həyat sirri olan məlumatları qəsdən təkrarən toplayaraq X11 əməkdaşları arasında yaymışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin göstərilən əməli törətməkdə təqsirli olması özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir.
Apellyasiya baxışının hədləri:
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə və əsasən: apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan (və qanunla müəyyən edilmiş hallarda) əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda, habelə şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
10. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2, 7, 68, 70-ci maddəsinin “ç” bəndi, 71, 72, 182-184, 186-190, 296-300; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 560; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 76, 77, 80-82, 88, 106.2, 217.4, 220, 372, 385-390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına (həqiqətə) uyğun gəlməmiş, qanun və müqavilə üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara lazımi qiymət verilməmiş və bununla da yanlış nəticə hasil olunmuşdur.Belə ki, işdən azad edilməsi barədə əmrin verilməsinə əsas olan halları cavabdeh sübuta yetirməli və bu zaman işçinin Əmək Məcəlləsinin tələblərinin pozulmasının müəyyən edilməsi işəgötürənin vəzifəsidir. Mübahisə edilən əmrə əsasən isə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) vəzifəsindən azad edilməsi göstərilsə də, işçinin hansı əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilmədiyi müəyyən edilməmişdir.
11. İş materiallarından görünür ki, işəgötürən cinayət təqibi üzrə istinad edilən əməllərə hüquqi qiymət verilməsi müddətin və nəticəsin gözləmədən əmək qanunvericiliyinin müddəasının dispozitiv şərtlərinə uyğun gəlməyən qərar qəbul etmiş və nəticədə əsassız olaraq şəxsin hüquqlarının pozulmasına səbəb olan əmr vermişdir. İşəgötürənin əmirinin verilməsinə dair əsaslar cinayət təqibi üzrə araşdırmanın nəticəsi olmuş və iddiaçı həmin iş üzrə (eyni epizod üzrə) zərərçəkmiş şəxs qismində tanınmış, əmrdə istinad edilən əməllərə görə isə başqa şəxsin təqsirli olması müəyyən edilmişdir. İddianın verilməsinə gecikməyə dair qeyd edilməlidir ki, iddiaçının işəgötürənə müraciətləri, habelə cinayət təqibi orqanında araşdırmaların aparılması iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə əsas kimi sayılmalıdır. Halbuki,qanunvericiliyə əsasən iddia müddətinin ötürülməsi (haqqhesab sənədlərinin verilmə tarixi və sair) cavabdeh tərəfindən sübuta yetirilməmiş, məhkəmə isə müddətlərin hesablanması üzrə (şəxsin hüququnun pozulduğunun bildiyi və ya bilməli olması barədə) qiymətləndirmə aparmamışdır.
12. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir.Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir.Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz.
13. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən 1. İşəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə. 2. İşçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) toplanılaraq sənədləşdirilməlidir. 3. İşdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir. 4.İşdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. 5. İşdən kənar edilməsini işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibətinə, saxta sənədlər əsasında həyata keçirildiyinə və digər faktlara görə qanunsuz və əsassız hesab edən işçi pozulmuş hüquqlarının bərpa edilməsi, şərəf və ləyaqətinin müdafiə olunması üçün məhkəməyə müraciət edə bilər.
14. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair 12 Yanvar 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına görə: «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinə uyğun olaraq, işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə bilavasitə iş yerində və iş vaxtı ərzində baş vermiş cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə və ya inzibati xətalara görə işçini aşağıdakı hallarda özünün əsaslandırılmış qərarı ilə işdən kənar edə bilər: a)Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı olduqda;b)Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt qəbul edildikdə.»
15. Əmək Məcəlləsinin 71-ci maddəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. 16.Göründüyü kimi, birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın istinad etdiyi əsaslar düzgün olmadığından apellyasiya şikayəti təmin edilməli, işəgötürən əmək qanunvericiliyinin tələblərinə riayət etmədiyindən və əsassız əmr verdiyindən iddia tələbi təmin edilməklə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3169/2022-ci il saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməlidir. 17.Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8-14, 382, 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Q Ə T E T D İ:
İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3169/2022 saylı işi üzrə 02 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddiası təmin edilsin.Azərbaycan Respublikası Cavabdeh 14 fevral 2022-ci il tarixli Ə213ş/h-038-22 nömrəli əmri ləğv edilərək, İddiaçı Yevlax rayonu Mühafizə Şöbəsinə qrup rəhbəri vəzifəsinə bərpa edilsin, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.