Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6444/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 2(003)-2297/2021 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 29500 manat və 6500 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçılar iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan “X3” markalı ** ZY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması, satılması və özgəninkiləşdirilməsinin cavabdehə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(003)-2297/2021 saylı qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizələri təmin edilməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(003)-2297/2021 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini, ərizələrinin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərardad qəbul edərkən qanuvericiliyin tələblərini pozmuşdur. Belə ki, cavabdeh borcun ödənilməsindən yayınmaq üçün mülkiyyətində olan əmlakı sata, başqasının adına keçirə bilər. Bu hal isə gələcəkdə qəbul edilə biləcək qətnamənin icrasını mümkünsüz edə bilər. Ona görə də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(003)-2297/2021 saylı qərardadı ləğv edilməli, ərizələri təmin edilməlidir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(003)-2297/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(003)-2297/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 158.1.1, 158.1.2, 158.1.3cü maddələrinə əsasən məhkəmə iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq, müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək, mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə bilər. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, iddianı təmin tədbiri o zaman tətbiq oluna bilər ki, gələcəkdə qəbul edilmə ehtimalı olan qətnamənin icrasına hansısa qanuna zidd maneə yaradıla biləcəyini təsdiq edən kifayət qədər əsaslı, həqiqi və ağlabatan dəlillər irəli sürülmüş olsun. İddiaçının iddianını təmin etmə tədbiri barədə ərizəsində isə bu hal kollegiya tərəfindən müəyyən edilməmişdir. Eləcə də kollegiya qeyd edir ki, sözügedən avtomobil mübahisə predmeti olmamaqla, hazırki halda onun üzərinə həbsin qoyulması mülkiyyətçinin əmlakdan istifadə və sahiblik, həmçinin onun üzərində sərəncam vermək hüquqlarının məhdudlaşdırmasına gətirib çıxara bilər. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 may 2021ci il tarixli 2(003)-2297/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(003)-2297/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6444/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6444/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver