Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6448/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə ("xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-6448/2022 (Açar sözlər: sığorta ödənişinin edilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "sığorta ödənişinin edilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(006)-1102/2022 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinə 12 oktyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 20.11.2021-ci il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaşlar Baxışov Sabir Muxtar oğlu və X5 yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri almaları faktı əsasında toplanmış HK-1/483 saylı material əsasında cinayət işinin başlanması rədd edilmişdir.
2. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə PMİ014575№-li sığorta Şəhadətnaməsinin surətindən görünür ki, müddəti xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək olan sığorta müqaviləsi üzrə sığortalı İddiaçı “Kia Sportage” markalı. 99FU121 dövlət qeydiyyat nişanlı maşını üçün sığortaçı "xxxx" ASC xx.xx.2019xx.xx.2020-ci il tarixlərində sığorta məbləği 17.000 AZN, xx.xx.2020-xx.xx.2021-ci il tarixlərində 15.300 AZN, xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində isə 13.770 AZN nəzərdə tutulmuşdur. Azadolma məbləği isə 500 manat təşkil edir.
3. "xxxx" ASC-nin satış meneceri Q.Orxan və sığortalı İddiaçı tərəfindən tərtib edilmiş fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları, sığorta şəhadətnaməsinin və yaddaş vərəqəsinin təhvil-təslim Aktının surətindən görünür ki, sığortalı İddiaçı PMİ 014575 saylı sığorta şəhadətnaməsini, sığorta qaydalarını və yaddaş vərəqəsini təhvil almışdır, sığorta şərtləri ilə tanış olmuşdur və onları qəbul edir. "xxxx" ASC-nin satış meneceri Q.Orxan, PMİ 014975 saylı sığorta şəhadətnaməsini, sığorta qaydalarını və yaddaş vərəqəsini sığortalı İddiaçı təhvil vermiş və sığorta qaydalarını izah etmişdir.
4. "xxxx" ASC tərəfindən Baxışov Sabir Muxtar oğluna və İddiaçı ünvanlanmış məktubdan görünür ki, “Kia Sportage” markalı 99FU121 dövlət qeydiyyat nişanlı avtomobil, "xxxx" ASC-də PMİ 014575 saylı Fiziki şəxslərə təqdim edilən Avtomobil nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsi (bundan sonra Şəhadətnamə) ilə sığortalanmış və xx.xx.2021-ci il tarixli sığorta portfelinin ötürülməsinə dair müqavilə ilə "xxxx" ASC-yə ötürülmüşdür. Müqavilədə sığorta olunan qismində yalnızca sığortalının özü göstərilmişdir. X2 şərtlərinin 4-cü bəndinə görə, “Sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara verilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə, adı sığorta şəhadətnaməsinin avtomobili idarə elmə hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur”. 21 08.2019-cu il tarixli İltizama əsaslanaraq, sığortalı öz imzası ilə, avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbinin olduğunu, əks halda sığorta ödənişindən imtina ediləcəyi tələbini təsdiqləmişdir.
5. 02/0386/KBK nömrəli 20 avqust 2019-cu il tarixli İddiaçı və "xxxx" ASC arasında bağlanmış İpoteka Müqaviləsinin surətindən görünür ki, İddiaçı 26000 AZN dəyərində müəyyən edilmiş buraxılış ili 2013 olan “Kia Sportage” markalı, 99FU121 dövlət qeydiyyat nişanlı maşını ilə 02/0386/KBK saylı kredit müqaviləsində göstərilən öhdəliyini təmin etmişdir. Həmin müqavilənin 3-cü bəndindəki əsas öhdəlik haqqında məlumatdan görünür ki, kredit olaraq illik 23 faiz dərəcəsi ilə 17000 manat verilmişdir. Öhdəliyin icra müddəti xx.xx.2022-ci il tarixinədək müəyyənləşdirilmişdir.
6. 02/0386/KBK nömrəli 20 avqust 2019-cu il tarixli İddiaçı və "xxxx" ASC arasında bağlanmış Girov Müqaviləsinin surətindən görünür ki, İddiaçı 26000 AZN dəyərində müəyyən edilmiş “Kia Sportage” markalı maşını ilə 02/0386/KBK saylı kredit müqaviləsində göstərilən öhdəliyini təmin etmişdir.
7. ƏN-İ seriyalı, 884329 nömrəli, xx.xx.2021-ci il tarixli Etibarnamənin surətindən görünür ki, İddiaçı Baxışov Sabir Muxtar oğluna onu Banklarda, bütün sığorta şirkətlərində, o cümlədən “A-group sığorta şirkəti”ndə təmsil etməyi, səlahiyyətli nümayəndəsi olaraq bütün sənədləşdirmə işlərini aparmağı, ona çatası sığorta ödənişini və ona dəymiş ziyanla bağlı sığorta ödənişini, pul məbləğini almağı, aldığına dair imza etməyi, adına hesab açmaq, plastik kartı, pin kodu almağı, zəruri sənədləri arayışları təqdim etməyi, o cümlədən ona çatası sənədləri, arayışları almağı, atdığına dair imza etməyi, onun adından ərizə yazmağı, sənədləri imza etməyi və bu tapşırıqların yerinə yetirilməsi ilə bağlı digər hərəkətləri etməyi etibar etmişdir.
8. 05.05.2022-ci il tarixli, 9/1699 nömrəli ekspert rəyinin surətindən görünür ki, Kia Motors şirkəti tərəfindən xx.xx.2022-ci tarixli qüsur aktındakı məlumatlara əsasən avohissələrin qiymətləri nəzərə alınmaqla “Kia Sportage” markalı, 99FU121 dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 20246,0 manat müəyyən edilmişdir.
9. İddiaçı tərəfindən "xxxx"ASC-yə ünvanlanmış İltizamdan görünür ki, Sığorta şəhadətnaməsindəki azadolma məbləği ona izah olundu. Sığorta hadisəsi zamanı sığorta şəhadətnaməsində qeyd olunan hallar baş verdiyi halda şərtsiz azadolma məbləğinin ikiqat tətbiq olunacağı ona bildirildi. Həmçinin əlavə sığorta haqqı ödəməklə, azadolma məbləğinin aşağı salınması ona təklif edildi. Ona məxsus PMİ014575 saylı sığorta şəhadətnaməsində qeyd olunan avtomobilin idarə olunmasına səlahiyyət verdiyi şəxslər barəsində "xxxx" ASC-yə məlumat verilməsi və avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbi ona izah olundu. Əks halda sığorta ödənişindən imtina ediləcəyi bildirildi. Avtomobilin istifadə tərzi barəsində verdiyi məlumatın doğruluğunu təsdiq edir. Gələcəkdə avtomobilin mülkiyyətçisinin, istifadə tərzinin və qeydiyyat nişanının dəyişəcəyi halda "xxxx"ASC-yə məlumat verməyin vacibliyi ona izah olundu. Sığorta təminatına daxil olmayan digər zərərlər (istisnalar) və sığorta ödənişinin v erilməsindən imtinanın səbəbləri ona izah olundu. Kia Sportage markalı, ** FU *** dövlət qeydiyyat nişanlı, 480958 şassi nömrəli avtomobilin qismən sığortalanması şərti ona izah olundu. Yəni sığorta hadisəsi zamanı avtomobilə dəymiş ziyana görə azadolma (franşiza) nəzərə alınmaqla sığorta məbləğinin avtomobilin bazar dəyərinə nisbətində 65% həcmində ödəniş olunacağını qəbul edir. Həmçinin ona avtomobilin tam sığortalanması üçün əlavə 522 AZN ödəniş etmək təklif olundu.
10. Avtomobil Sığorta Hadisəsi barədə Raport/ərizədən görünür ki, toqquşma hadisəsi xx.xx.2021-ci il tarixdə saat 11:10-da baş vermişdir. Hadisə barədə xx.xx.2021-ci il tarixdə saat 11:24-də məlumat verilmişdir. "xxxx" ASC-nin əməkdaşları hadisə yerinə xx.xx.2021 tarixdə saat 12:10-da çatmışdır. Sığorta olaraq İddiaçı, sürücü və məlumat verən olaraq Baxışov Sabir Muxtar oğlu qeyd olunmuşdur. Baxışov Sabir Muxtar oğlu nəqliyyat vasitəsini etibarnamə ilə idarə edir. Avtomobilə dəyən təxmini zərər 15000 azn olaraq göstərilmişdir.
11. Sığorta portfelinin ötürülməsinə dair xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, LPO "xxxx" ASC Təhvil-təslim aktlarında göstərilmiş sığorta müqavilələrini "xxxx"xxxx"xxxx" ASC isə öz növbəsində həmin sığorta müqavilələrini 3-cü bənddə göstərilmiş qaydada LPO "xxxx" ASC-dən qəbul etməyi və sığorta müqavilələrinin ötürülməsi üzrə bu müqavilənin şərtlərindən irəli gələn öhdəlikləri yerinə yetirməyi öz öhdəsinə götürür. 12."xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi Bankına ünvanlanmış məktubu ilə bildirmişdirlər ki, sığortalının mülkiyyətində olan “Kia Sportage” markalı 99FU121 dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra sığortalanmış avtomobil), "xxxx" Açıq Səhmdar Cəmiyyətində PMİ 014575 saylı Fiziki şəxslərə təqdim edilən Avtomobil nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsi (bundan sonra Şəhadətnamə) ilə sığortalanmış və həmin müqavilə xx.xx.2021-ci il tarixli “Sığorta portfelinin ötürülməsinə dair” müqavilə ilə Cəmiyyətimizə ötürülmüşdür. xx.xx.2021-ci il tarixdə vətəndaş Baxışov Sabir Muxtar oğlu “sığortalanmış avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermiş və avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün xərclərin qarşılanması ilə bağlı Şirkətə tələb ünvanlanmışdır. Baxışov Sabir Muxtar oğlu sığorta olunan hesab edilmədiyi üçün xx.xx.2021-ci il tarixində Sığortalıya sığorta ödənişinin verilməsindən imtina barədə rəsmi məktub göndərilmişdir. İlk olaraq Şəhadətnaməyə əsaslanaraq qeyd edirlər ki, "xxxx" ASC ilə bağlanılmış müqavilədə sığorta olunan qismində yalnızca sığortalının özü göstərilmişdir. X2 şərtlərinin 4-cü bəndinə görə, sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara verilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə isə adı sığorta şəhadətnaməsinin avtomobili idarə etmək hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur. Bundan başqa Sığortalının özünün imza atdığı xx.xx.2019-cu il tarixli İltizama əsaslanaraq bildirmək istəyir ki, Sığortalı, avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbinin olduğunu, əks halda sığorta ödənişindən imtina ediləcəyi tələbini təsdiqləmişdir. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 17.1.1.2-ci maddəsinə əsasən təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması hallarında sığorta təminatı verilmir. Həmin Qaydaların 5.3cü maddəsinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermis hadisə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilmədikdə sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, Baxışov Sabir Muxtar oğlu hadisə zamanı “Kia Sportage” markalı 99FU121 dövlət qeyiyyat nişanlı avtomobil Şəhadətnamədə sığorta olunan qismində göstərilmədiyi üçün "xxxx" ASC tərəfindən Sığortalıya sığorta ödənişinin verilməsindən imtina edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
13.İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, baş vermiş sığorta hadisəsi ilə əlaqədar cavabdeh "xxxx" ASC-dən sığorta haqqı kimi 21500 (iyirmi bir min beş yüz) manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 14.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xüsusi mülkiyyətində olan “Kia Sportage” markalı 99FU121 dövlət nişanlı avtomaşını xx.xx.2021-ci il tarixində "xxxx" ASC-də PMİ 014575 saylı Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrini sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. Avtomobilin idarə edilməsi barədə həyat yoldaşı Baxışov Sabir Muxtar oğluna etibarnamə vermişdir. Belə ki, avtomobilini bir çox hallarda Baxışov Sabir tərəfindən idarə olunurdu. xx.xx.2021-ci il tarixində mülkiyyətində olan “Kia Sportage” markalı 99FU121 dövlət qeydiyyat nişanlı avtomaşın “Mersedes Benz” C-200 Markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Baş vermiş hadisənin araşdırılması və avtomaşınına vurulmuş zərərin müəyyən edilməsi üçün həm 102 Xidmətinə, həm də "xxxx" ASC-yə məlumat vermişdir. O zaman hadisə yerinə "xxxx" ASC-nin qanunla müəyyən edilmiş formada hüquqlarını təhvil verdiyi "xxxx" ASC əməkdaşları hadisə yerinə gəlmiş və baş vermiş qəzanı müşahidə etmiş və avtomaşınının əzilmiş hissələrinin şəkilləri çəkilmişdir. Həmçinin, Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi Təhqiqat Şöbəsi tərəfindən baş vermiş nəqliyyat qəza hadisəsinin araşdırması aparılmışdır. Araşdırma zamanı “Mersedes Benz” C-200 Markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X5 bildirdiyinə görə hadisə vaxtı Balaxanı-Mehdiabad yolu ilə Balaxanı istiqamətdə hərəkətdə olarkən arxa tərəfdən tanımadığı “Mercedes” markalı avtomobil onun idarə etdiyi avtomobilin arxa tərəfindən vurmuş və o idarə etmən itirmiş yolun qarşı tərəfinə çıxmış və avtomaşınla toqquşmuşdur və daha sonra həmin yolda digər avtomaşınla X4 idarə etdiyi avtomaşın – “Ford Tourneo” markalı **-KX-*** dövlət qeydiyyat nömrəli avtomaşınla toqquşmuşdur. Baş vermiş hadisənin səbəbkarının müəyyən edilməsi üçün Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası keçirilmiş və hadisənin “naməlum avtomobil sürücüsünün hərəkətlərinin uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat Orqanının müəyyən etdiyi hal ondan ibarət olmuşdur ki, “Naməlum avtomaşının sürücüsü eyni istiqamətdə ara məsafəsi saxlamadığından, düzgün nəzərə almaması nəticəsində Baxışov Sabir Muxtar oğlu və X8 sağlamlıqlarına yüngül zərər vurmaya aid xəsarətlər almışlar və “Ford Tourneo” markalı 99- KX-075 dövlət qeydiyyat nötııroli avtomaşın sürücüsü X6 , “Mersedes Benz ” C-200 Markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X8 və “Kia Sportagc” markalı ** FU *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Baxışov Sabir Muxtar oğlu hərəkətlərində cinayət tərkibinin əlamətləri müəyyən olunmamışdır. Hadisənin baş verməsində səbəbkar olan “Naməlum avtomaşının sürücüsünün şəxsiyyəti müəyyən olunaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələrinə əsasən tədbir görülməsi üçün Binəqədi Rayon Polis İdarəsi Döl Polis Polis Şöbəsinə göndərilmişdir. Baş vermiş hadisə zamanı onun avtomaşınına 21500 (iyirmi bir min beş yüz) manat ziyan dəymişdir. Avtomaşınına dəyən zərərin Sığorta qaydasında ödənilməsini təmin edilməsi üçün Rəvan Sığorta” ASC-yə müraciət etmiş və "xxxx" ASC tərəfindən xx.xx.2021 -ci il tarixli 772/21 saylı cavab məktubunda qeyd edilir ki, müqaviləyə əlavə edilmiş əlavə şərtlərin 4-cü bəndinə əsasən “ Sığorta təminatı yalnız Sığorta olunan qismində göstərilən şəxslərin (sürcülərin) avtomobil idarə eldiyi hallara veriür.Sığorta olunan qismində göstərilən şəxslər dedikdə adı sığorta şəhadətnaməsinin avtomobili idarə etmə hüququ olan şəxslərin siyahısı bölməsindo qeyd olunan şəxslər nəzərədə tutulur. Başqa şəxsin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir.” Ona görə “hadisə zamanı “Kia Sportage” markalı ** FU *** dövlət qeydiyyat nişanlı avtomaşının” qanuni əsasla idarə etsəniz də müqavilədə sığorta olunan qismində göstərilmədiyiniz səbəbində "xxxx" ASC tərəfindən Sizə sığorta ödənişinin verilməsindən imtina edilir“. Baş vermiş hadisənin sığorta hadisəsi olması danılmazdır. Sığorta cəmiyyəti onunla müqavilə bağlayarkan, əvvəlcədən özlərini hazırladığı “Blakda” yalnız avtomobilin sahibi kimi qeydiyyatdan keçən şəxsin adı sığorta olunan kimi göstərilmişdir. Həmin Blankda digər şəxslərin avtomaşını idarə etməsi göstərilməmişdir. Ona görə o, hesab edir ki, Sığorta cəmiyyətinin istinad etdiyi hal əsasızdır. Belə ki, Sığorta cəmiyyəti öz səlahiyyətindən istifadə etməklə, məqsədli şəkildə tərtib edilmiş formal Blankdır və həmin Blank qüvvədə olan Sığorta Haqqında qanunvericiliyn tələblərinə ziddir. O, avtomaşını sığorta etmişdir, o, özünü sıoğrta etdirməmişdir. O, qanunla müəyyən edildiyi hada, avtomaşınını Etibarnamə ilə idarə etməyə vermişdir. Əgər qanun icazə verilirsə, nəyə görə, onun qanunla müəyyən edilmiş halda verdiyi etibarnamə nəzərə alınmamalıdır? Sığorta cəmiyyəti qanundan kənar müqavilə tərtib etməsi yol verilməzdir. Həmçinin, baş vermiş lıadisə zamanı digər tərəf - X5 idarə etdiyi “Mersedes Bcnz ” C-200 Markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomaşının icbari sığortası mövcuddur və sığorta təşkilatı onu da nəzərə almır. Hesab edir ki, cavabdehin hərəkətləri aşağıda qeyd olunan qanunların tələblərinə ziddi olduğu üçün əsasız hesab edilməli və baş vermiş nəqliyyat-qəza hadisəsi zamanı avtomobilinə vurulmuş 21.500 (iyirmi min beş yüz) zərər tutularaq ona ödənilməlidir.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(006)-1102/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, baş vermiş sığorta hadisəsi ilə əlaqədar cavabdeh "xxxx" ASC-dən sığorta haqqı kimi 13270 (on üç min yeddi yüz yetmiş) manat pulun tutularaq İddiaçı ödənilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
16. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh "xxxx" ASC sığorta hadisəsi zamanı nəqliyyat vasitəsini idarə edən şəxsin sığortalının özü olmadığını əsas gətirərək sığorta ödənişini verməkdən imtina etmişdir. Halbuki qanunun məzmunundan görünür ki, sığorta ödənişinin verilməsindən imtina olunması üçün baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməməsi şərti mövcuddur. Qanunvericiliyə əsaəsn icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Göründüyü kimi, “sığorta hadisəsi” konkret hal və ya hadisə olmaqla, həmin hadisədə subyektlər dairəsi konkret şəxslər kateqoriyası ilə məhdudlaşdırılmamışdır. Həmçinin qeyd olunmalıdır ki, birgə nikah dövründə əldə edilmiş əmlak ər-arvadın ümumi birgə mülkiyyəti sayılır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, müddəti xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək olan sığorta müqaviləsi üzrə sığortalı İddiaçı “Kia Sportage” markalı. 99FU121 dövlət qeydiyyat nişanlı maşını üçün sığortaçı "xxxx" ASC xx.xx.2019-xx.xx.2020-ci il tarixlərində sığorta məbləği 17.000 AZN, xx.xx.2020-xx.xx.2021-ci il tarixlərində 15.300 AZN, xx.xx.2021-xx.xx.2022-ci il tarixlərində isə 13.770 AZN nəzərdə tutulmuşdur. Azadolma məbləği isə 500 manat təşkil edir. Göründüyü kimi, PMİ 014575 saylı Fiziki şəxslərə təqdim edilən Avtomobil nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsi ilə "xxxx" ASC tərəfindən İddiaçı məxsus KNAPC811DD7480958 ban nömrəli, mühərrikin nömrəsi G4KDDH412349, buraxılış ili 2013 olan “X12” markalı, 99FU121 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalanmışdır. Həmin şəhadətnaməyə əsasən sözügedən nəqliyyat vasitəsi 3 (üç) il müddətinə icbari qaydada sığortalanmış, sığorta məbləği xx.xx.2021-ci il – xx.xx.2022-ci il tarixləri üçün 13.770 manat, azadolma məbləği 500 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsaslanaraq məhkəmə hesab etmişdir ki, şirkət müqavilə ilə öz üzərinə götürdüyü öhdəliyi dəyən zərərdən azadolma məbləği çıxılmaqla icra etməlidir. 17.Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 385.1, 442, 883.1, 884.1,898.2, 903.1, 922.1, 922.2, 926.1, 926,2, 935.1.8 eləcə də “Sığorta Fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu maddə 1.1.19-a, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
18. Qətnamədən cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın tam həcmdə təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
19. Apelyasiya şikayətində göstərilmişdir ki, şəhadətnaməyə əsasən müqavilədə sığorta olunan qismində yalnızca sığortalının özü göstərilmişdir. X2 şərtlərinin 4-cü bəndinə görə, “Sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara verilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə, adı sığorta şəhadətnaməsinin avtomobili idarə etmə hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur”. İddiaçı (sığortalı) İddiaçı tərəfindən imzalanmış xx.xx.2019-cu il tarixli iltizama əsasən iddiaçı avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbinin olduğunu, əks halda sığorta ödənişindən imtina ediləcəyi tələbini qəbul və təsdiq etmişdir. Nəticə etibarilə sürücü hadisə vaxtı avtomobili qanuni əsaslarla idarə etmiş olsa da, sığorta müqaviləsində sığorta olunan qismində göstərilmədiyi üçün "xxxx" ASC-tərəfindən sığorta ödənişindən imtina edilmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2010-cu il tarixli 2 nömrəli bülletninə əsasən eyni məsələ üzrə çıxarılmış Ali Məhkəmənin Qərarında Məhkəmənin mövqeyinə əsasən sığorta şəhadətnaməsində adı göstərilməyən şəxs tərəfindən nəqliyyat vasitəsi idarə edilən zaman baş vermiş sığorta hadisəsi ilə əlaqədar zərər sığorta təminatına daxil deyildir.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 apelyasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış PMİ 014575 nömrəli şəhadətnamə ilə rəsmiləşdirilən sığorta müqaviləsinin şərtləri onlar arasında əmələ gəlmiş münasibətin hüquqi əsasları kimi qiymətləndirilməlidir. Belə ki, PMİ 014575 nömrəli sığorta şəhadətnaməsində sığortalanmış avtomobili idarə etmək hüququ olan şəxslərin siyahısında Baxışov Sabir Muxtar oğlunun adı göstərilmədiyinə görə, onun həmin avtomobili idarə etməsi zamanı baş verən sığorta hadisəsi sığorta təminatına daxil deyil. Həmin hadisə tərəflər üçün sığorta öhdəliyi yaratmır. Buna görə də Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və İddiaçı iddiası təmin edilməməlidir.
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, izahatında əlavə olaraq bildirdi ki, sığortalanmış avtomobil birgə nikah dövründə əldə edilmişdir və hadisə zamanı avtomobili yoldaşı idarə etmişdir. Lakin cavabdeh təşkilat sığorta ödənişinin verilməsindən əsassız olaraq imtina etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs - "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclsında iştirak etməmişdir. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən maddi hüquq normaları:
24. Azərbaycan Respublikası Mülki Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.
25. Həmin Məcəllənin 884.1-ci maddəsinə əsasən sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır.
26. Həmin Məcəllənin 898.2-ci maddəsinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.
27. Həmin Məcəllənin 903.1-ci maddəsinə əsasən sığorta haqqı risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.
28. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
29. Həmin Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.
30. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.
31. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.
32. Həmin Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.
33. “Sığorta Fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu maddə 1.1.19a əsasən sığorta hadisəsi– icbari sığorta üzrə icbari sığorta qanunlarına, könüllü sığorta üzrə sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
Apellyasiya baxışının hədləri
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən qətnamə ilə iddia tələbi qismən təmin edilsə də iddiaçı iddianın təmin edilməyən hissəsindən apellyasiya şikayəti verməmişdir, qətnaməni yalnız cavabdeh mübahisələndirməklə, iddianın rədd edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılmalıdır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.
38. İş materiallarından görünür ki, PMİ 014575 saylı Fiziki şəxslərə təqdim edilən Avtomobil nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsi ilə "xxxx" ASC tərəfindən İddiaçı məxsus KNAPC811DD7480958 ban nömrəli, mühərrikin nömrəsi G4KDDH412349, buraxılış ili 2013 olan “X12” markalı, 99FU121 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığortalanmışdır. Həmin şəhadətnaməyə əsasən sözügedən nəqliyyat vasitəsi 3 (üç) il müddətinə icbari qaydada sığortalanmış, sığorta məbləği xx.xx.2021-ci il – xx.xx.2022-ci il tarixləri üçün 13.770 manat, azadolma məbləği 500 manat müəyyən edilmişdir.
39. İş materialları ilə həmçinin müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə vətəndaş Baxışov Sabir Muxtar oğlu sığortalanmış avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermişdir.
40. Mülki Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
41. Bununla belə “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 17.1.1.2-ci maddəsinə əsasən təmir və ya xidmət olunma məqsədilə texniki xidmət müəssisəsinin və ya yuyulmaq üçün avtoyuyucunun sərəncamında olduğu hallar istisna olmaqla, avtomobilin bu Qaydalara və sığorta müqaviləsinə görə sürücü hesab edilməyən şəxs tərəfindən idarə olunması hallarında sığorta təminatı verilmir. Həmin Qaydaların 5.3-cü maddəsinə əsasən sığorta müqaviləsində yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara sığorta təminatının verilməsi şərti müəyyən edilərsə, bu Qaydaların 5.4cü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, başqa şəxslərin avtomobili idarə etməsi ilə bağlı risklər sığortalanmış hesab edilmir.
42. Həmçinin "xxxx" ASC ilə bağlanılmış müqavilədə sığorta olunan qismində yalnız sığortalının özü göstərilmişdir.
43. Eyni zamanda Şəhadətnamənin Əlavə şərtlərinin 4-cü bəndinə görə, sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara verilir. Sığorta olunan qismində göstərilən şəxslər dedikdə isə adı sığorta şəhadətnaməsinin avtomobili idarə etmək hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunan şəxslər (sürücülər) nəzərdə tutulur.
44. Bundan başqa sığortalının imzaladığı xx.xx.2019-cu il tarixli iltizama əsasən sığortalı, avtomobili idarə edəcək şəxslərin adlarının sığorta şəhadətnaməsinə əlavə edilməsi tələbinin olduğunu, əks halda sığorta ödənişindən imtina ediləcəyi tələbini təsdiqləmişdir.
46. Qeyd olunanlara əsasən müəyyən edilir ki, sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində yol nəqliyyat hadisəsi baş versə belə, “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nda eləcə də sığorta şəhadətnaməsində sığorta təminatı yalnız sığorta olunan qismində göstərilən şəxslərin (sürücülərin) avtomobili idarə etdiyi hallara verilməsi göstərilmişdir. Hazırda isə yol nəqliyyat hadisəsi baş verən zaman sığortalanmış “X12” markalı, 99FU121 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sığorta şəhadətnaməsinin avtomobili idarə etmək hüququ olan şəxslərin siyahısı bölməsində qeyd olunmayan şəxs tərəfindən idarə edilməsi müəyyən edildiyindən, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab edilmir.
47. Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir.
48. “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 2.0.9-cu maddəsinə əsasən sığorta hadisəsi – sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.
49. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Baxışov Sabir Muxtar oğlu hadisə zamanı “Kia Sportage” markalı 99FU121 dövlət qeyiyyat nişanlı avtomobil Şəhadətnamədə sığorta olunan qismində göstərilmədiyi üçün "xxxx" ASC tərəfindən Sığortalıya sığorta ödənişinin verilməsindən imtina edilməsi əsaslı və qanuni olmuşdur.
50. Birinci instansiya məhkəməsi isə “sığorta hadisəsi”nin konkret hal və ya hadisə olmaqla, həmin hadisədə subyektlər dairəsinin konkret şəxslər kateqoriyası ilə məhdudlaşdırılmaması barədə gəldiyi nəticə ilə istinad edilən maddi hüquq normalarının tələblərini pozmuşdur.
51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
52. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
53. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
54. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bununla da iş üzrə düzgün olmayan nəticə gəlmədiyindən apellyasiya şikayəti təmin edilərək, qətnamə ləğv edilməklə, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilməlidir.
55. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.
56. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
57. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli, 2(006)-1102/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" ASC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “baş vermiş sığorta hadisəsi ilə əlaqədar cavabdeh "xxxx" ASC-dən sığorta haqqı kimi pulun tutularaq ona verilməsi” barədə iddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu İddiaçı, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh "xxxx"xxxx"xxxx" ASC-nin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Rəşad Həsənov Məmməd Məmmədov