Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-645/2020 16.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” mülki iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair” iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh kredit müqaviləsi üzrə əsas borc üzrə 450259.78 manat, əsas borca hesablanmış faiz borcu üzrə 84127.39 manat olmaqla, cəmi 534387.17 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 30 manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun tutularaq, "İddiaçı" ASC-yə ödənilməsi, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsində istifadədə olan 0,05603 ha torpaq sahəsində yerləşən 15 c nömrəli binada 484 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsində istifadədə olan 0.05603 ha torpaq sahəsində yerləşən 15 c nömrəli binada 484 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasından çıxarılması və həmin qeyri-yaşayış binasının boşaldılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: "İddiaçı" ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə, illik 16% olmaqla, 520.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi "İddiaçı" ASC ilə Cavabdeharasında xx xxxxxxx 2014-cü il tarixli sonrakı ipoteka müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsində istifadədə olan 0.05603 ha torpaq sahəsində yerləşən 15 c nömrəli binada 484 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə xx.xx.2018-ci il tarixli Bildiriş ipoteka qoyan Cavabdeh göndərilmiş və İpotekaqoyan qeyd edilən bildirişi xx.xx.2018-ci il tarixdə rəsmi qaydada almışdır. Bundan sonra bildiriş xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit Müqaviləsi üzrə borclu Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, "İddiaçı" ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Cavabdehin öz öhdəliyini icra etməməsi nəticəsində onun Banka olan borcu xx xxxx 2018-ci il tarixə aşağıdakılardan ibarətdir: Kredit Müqaviləsi üzrə əsas borc məbləği - 450259.78 manat, Kredit məbləğindən istifadəyə görə yaranmış faiz borcunun məbləği - 84127.39 manat, cəmi, 534387.17 manat. Cavabdeh ilə Bank arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin təminatı kimi çıxış etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 450 259,78 manat, faiz borcu 84 127.39 manat olmaqla, cəmi 534 387,17 manat məbləğində borc pulun, ipoteka predmetinə tutma haqqında bildirişlərin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsində istifadədə olan 0.05603 ha torpaq sahəsində yerləşən 15 c nömrəli binada 484 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 500 000 manat dəyərində qiymətləndirilməklə, açıq hərracda satılması, əmlak satıldıqdan sonra ən geci bir ay ərzində Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsində istifadədə olan 0.05603 ha torpaq sahəsində yerləşən 15 c nömrəli binada 484 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasından çıxarılması və mənzilin boşaldılması, əldə olunan vəsait hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, ipoteka predmetinin satışından əldə edilmiş vəsait borun ödənilməsinə kifayət etmədikdə çatışmayan məbləğin ümumi qaydada cavabdehdən tutulması, ipoteka predmetinin satışından artıq qalan məbləğin cavabdehə qaytarılması qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, ipoteka predmetinə tutulma hissəsində iddia tələbinin rədd edilməsi, kredit borcunun ödənilməsi hissəsində isə qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri bunlardır:
1. xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə etdiyi bütün ödənişlər nəzərə alınmamışdır. Belə ki, tərəfindən borcun xeyli hissəsi ödənilmişdir. Buna baxmayarq, şişirdilmiş məbləğdə əsas və faiz borcu tələb edilmişdir.
2. İpoteka müqaviləsi tam qanuni prosedur əsasında rəsmiləşdirilməmiş, ipoteka müqaviləsi müvafiq icra hakimiyyətində qeydiyyata alınmamışdır.
3. İpoteka predmetinin hazırkı orta bazar qiyməti 800 000 manatdan çoxdur. Lakin göründüyü kimi məhkəmə tərəfindən tam və hərtərəfli araşdırılma aparılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, qiymətləndirmə ekspertizasının rəyi ilə razı olsa da, mühasibatlıq ekpertizasının nəticələri ilə razı deyil. Faiz məbləği aşağı hesablanmışdır. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşin faktiki halları ilə bağlı aşağıdakılar tədqiq olunur:
Tərəflər arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən kredit alana 48 ay müddətinə, illik 16% olmaqla, 520.000 manat məbləğində kredit verilmişdir. Habelə, kredit müqaviləsinin təminatı olaraq, Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsində istifadədə olan 0.05603 ha torpaq sahəsində yerləşən 15 c nömrəli binada 484 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. İddiaçı əsas borc üzrə 450259.78 manat, əsas borca hesablanmış faiz borcu üzrə 84127.39 manat olmaqla, cəmi 534387.17 manat məbləğində borcu, tələbin ipoteka predmetinə yönəldilməsini tələb edir. Cavabdehin dəlilləri ondan ibarətdir ki, borcun məbləği şişirdilmiş, ipoteka müqaviləsi qeydiyyata alınmamış, ipoteka predmetinin ilkn satış qiyməti aşağı müəyyən olunmuşdur.
Mübahisə ilə bağlı dəyərləndirmə:
Borcun məbləği ilə bağlı qiymətləndirmə:
İşə baxan məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı əsasında əsas borcu 450 259,78 manat, faiz borcu 84 12739 manat olmaqla, cəmi 534 387,17 manat məbləğində borc pulun tutulmalı olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, həmin maliyyə arayışı yekun nəticəyə gəlmək üçün kifayət deyil, iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməli, xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin və xx xxxx 2017-ci il tarixli 01 nömrəli razılaşmanın şərtləri nəzərə alınmaqla, cavabdehin xx.xx.2018-ci il tarixə (iddiaçının tələb etdiyi tarixə) olan əsas və faiz borcu hesablanmalıdır. Bununla bağlı məhkəmə kollegiyası məhkəmə-mühasibatlıq ekspertizası keçirilməsini təmin etmiş və Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh xx xxxx 2018-ci il tarixə (iddia tarixinə) banka olan əsas borcu 450.259,78 manat , faiz borcu 68.611,92 manat olmaqla, cəmi 518.871,70 manat məbləğində borcu var. Ekspert rəyindən görünür ki, faiz borcu qətnamə ilə müəyyən edilən məbləğdən azdır (84 127.39- 68.611,92). Məhkəmə kollegiyası hesab edir ki, faiz borcu ekpert rəyində göstərilən məbləğdə dəyişdirilməldir. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 101.3. mаddəsinə əsasən, еkspеrtin rəyi məhkəmədə tədqiq оlunur və digər sübutlаrlа yаnаşı qiymətləndirilir. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа оbyеktiv, qərəzsiz, hərtərəfli və tаm bахdıqdаn sоnrа həmin sübutlаrа tətbiq еdilməli hüquq nоrmаlаrınа müvаfiq оlаrаq qiymət vеrir. Hеç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən еdilmiş qüvvəsi yохdur. Məhkəmə еkspеrt rəyini Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 88-ci mаddəsinə əsаsən, qiymətləndirərək hеsаb еdir ki, еkspеrt rəyi sübut kimi qəbul еdilməlidir.
İpoteka predmeti ilə bağlı qiymətləndirmə:
Məhkəmə kollegiyası cavabdehin birinci dəlili ilə bağlı qeyd edir ki, ipoteka müqaviləsi qanunvericliyin tələblərinə uyğun bağlanmış və ipoteka ilə yüklü edilməsinə dair bildiriş dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxxxxx 2014-cü il tarixli ipoteka müqaviləsini surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsində istifadədə olan 0.05603 ha torpaq sahəsində yerləşən 15 c nömrəli binada 484 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyr-iyaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Cavabdeh həmin müqavilə şərtləri ilə razılaşaraq, müqaviləni imzalamışdır. Bundan başqa, iş materiallarında olan 2.10.2014-cü il tarixli çıxarışın surətindən görünür ki, həmin əmlaka dair ipoteka ilə yüklülük "İddiaçı" ASC-nin xeyrinə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası tərəflər arasında ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı mübahisə olduğunu nəzərə alaraq qiymətləndirmə ekspertizası keçirmiş və “xxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli rəylə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsində istifadədə olan 0.05603 ha torpaq sahəsində yerləşən 15 c nömrəli binada 484 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış sahəsinin 550 000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, ipotek predmetinin ilkin satış qiyməti də rəydə göstərilən məbləğə dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Həmin iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti və faiz borcu hissəsində dəyişdirilsin. xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh "İddiaçı" ASC-nin xeyrinə tutulan faiz borcunun məbləği 68.611,92 ( altımış səkkiz min altı yüz on bir manat doxsan iki qəpik) manat və Bakı şəhəri, Nərimanov rayonu, İslam Abışov küçəsində istifadədə olan 0.05603 ha torpaq sahəsində yerləşən 15 c nömrəli binada 484 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli qeyr-iyaşayış sahəsinin ilkin satış qiyməti 550 000 (beş yüz əlli min) manat müəyyən edilsin. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi xərci olan 100 (bir yüz) manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Hakimlər: imzalar Əsli ilə düzdür
Hakim: İsmayıl Xəlilov