Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6450/2024 19.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” ilkin, Cavabdeh İddiaçı qarşı “evdən çıxarılma və pul tələbinə dair” qarşılıqlı iddiası üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1411/2024 nömrəli 20 iyun 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 18 dekabr 2023-cü il tarixli beh müqaviləsinə əsasən ödədiyi 10000 manat behin iki qat olaraq 20000 manat, evin təmirinə çəkilmiş xərcə görə dəymiş maddi ziyanla bağlı 27000 manat, ümumilikdə 47000 manat və ödənilmiş 231 manat dövlət rüsumunun və müdafiəçiyə hüquqi yardım üçün ödənilmiş 600 manat pulun alınıb ona verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh və onun ailə üzvlərinin onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən evdən çıxarılması, iş vaxtının itirilməsinə görə 2000 manat pulun, kirayə haqqı olaraq 4800 manat pulun, mənəvi ziyan olaraq 1000 manat pulun və dövlət rüsumu olaraq 100 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1411/2024 nömrəli 20 iyun 2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin olunmuş və rəy alınanadək mülki iş üzrə məhkəmə baxışına hazırlığın icraatı dayandırılmışdır. Qərardaddan iddiaçı şikayət verərək, qərardadın iş üzrə icraatın dayandırılması hissəsində ləğv edilməsini xahiş etmiş və göstərmişdir ki, dayandırma imperativ norma kimi nəzərdə tutulmamışdır, mülki iş icraata təzə olduğundan yetərincə vaxt olduğundan mülki işin dayandırılmasına əsas yoxdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə verilmiş şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 255.0.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərin ərizəsi üzrə və ya öz təşəbbüsü ilə məhkəmə tərəfindən ekspertiza təyin edildikdə iş üzrə icraatı dayandıra bilər. Göründüyü kimi, qanunvericilikdə ekspertiza təyin olunduğu halda iş üzrə icraatın dayandırılması imkanı nəzərdə tutulmuşdur. Hazırki iş üzrə isə məhkəmə ekspertiza təyin edildiyindən icraatın dayandırılmasının zəruri olması qənaətinə gəlmişdir. Məhkəmə Kollegiyası icraatın dayandırılması barədə qərardadın ləğv edilməsi üçün əsas tapmır. Şikayətdə isə icraatın dayandırılması barədə qərardadın ləğv edilməsini zəruri edən hər hansı əsas göstərilməmişdir. Şikayətdə qeyd olunan səbəblər qərardadın ləğvi üçün əsas ola bilməz. Beləliklə, Kollegiya hesab edir ki, şikayət əsaslı deyil, qərardad qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1411/2024 nömrəli 20 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6450/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6450/2024
19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver