Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6453/2022 16.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(006)-433/2021 nömrəli qərardadından Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2(006)-3745/2020 saylı qərardadı ilə ərizənin qismən təmin edilməsi, hazırki mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 35 saylı evin 8 saylı mənzilinin özgəninkiləşdirilməsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digər şəxslərə qadağan edilməsi, ərizənin digər hissədə təmin edilməməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli, 2(006)-433/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 119000 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 24 manatı, cəmi 119024 (yüz on doqquz min iyirmi dörd) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən həm iddiaçı, həm də cavabdehlər tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apelyasiya Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(103)-7327/2021 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, cavabdehlərin apelyasiya şikayətinin qismən təmin edilməsi, hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin Cavabdeh2 aid olan hissədə ləğv edilməsi və ona qarşı yönəlmiş tələbin rədd edilməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qeyd edilən qətnamədən həm iddiaçı, həm də Cavabdeh1 tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 23 fevral 2022-ci il tarixli, 2(102)-596/2022 saylı qərarı ilə kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin 13 avqust 2021-ci il tarixli, 2(103)-7327/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bundan sonra Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qeyd edilən qərardadının ləğv edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(006)-433/2021 saylı qərardadı ilə ərizənin baxılmadan geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən şikayət verilərək, qərardadın ləğv edilməklə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(006)-3745/2020 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 30 iyun 2020-ci il tarixli, 2(006)-3745/2020 saylı qərardadın ləğv edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə xx.xx.2022-ci il tarixdə ərizənin baxılmadan geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Əsas kimi məhkəmə onu göstərmişdir ki, 30 iyun 2020-ci il tarixli qərardad mövcud deyil. Mübahisələndirilən qərardad məhkəmənin elektron sistemində 45-ci sıradadır. Məhkəmənin yanlışlığa yol verərək belə bir nəticəyə gəlməsi doğru deyil. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(006)-433/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2022ci il tarixli, 2(006)-433/2021 nömrəli qərardadı ləğv edilməklə, ərizəyə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2(006)-3745/2020 saylı qərardadı ilə ərizənin qismən təmin edilməsi, hazırki mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 35 saylı evin 8 saylı mənzilinin özgəninkiləşdirilməsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və digər şəxslərə qadağan edilməsi, ərizənin digər hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(006)- 3745/2020 saylı qərardadının ləğv edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsi isə ərizəni baxılmadan geri qaytarılması barədə nəticəyə gəlməklə hesab etmişdir ki, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə təqdim etmiş olduğu ərizəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 iyul 2020-ci il tarixli, 2(006)-3745/2020 saylı qərardadının ləğv edilməsini xahiş etsə də, 2(006)-433/2021 (əvvəlki nömrəsi ilə 2(006)-3745/2020) saylı mülki işin materiallarında məhkəmənin 30 iyul 2020-ci il tarixli qərardadı aşkar edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş ərizənin məzmunundan görünür ki, cavabdeh tərəfin iradə ifadəsi məhz Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti, 35 saylı evin 8 saylı mənzilə dair məhkəmə qərardadı ilə qoyulmuş “özgəninkiləşdirilmənin qadağan edilməsinin” götürülməsindən ibarət olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, həmin ərizədə 30 iyun 2020-ci il qərardadından bəhs edilsə də, nəticə hissəsində məhkəmə qərardadının tarixinin yanlış olaraq “30 iyul 2020-ci il” qeyd edilməsi texniki səhv olmuşdur. Bu isə birinci instansiya məhkəməsinin həmin ərizəyə mahiyyəti üzrə baxılmasına maneə olan hal kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan ərizədə olan texniki səhvi nəzərə almaqla ərizəyə mahiyyəti üzrə baxmalı idi. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki şikayət qismən təmin edilməklə, iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək ərizəyə yenidən baxılması üçün mülki iş həmin məhkəməyə göndərilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 avqust 2022-ci il tarixli, 2(006)-433/2021 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-6453/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6453/2022
16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver