Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6457/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya (müstəqil tələb irəli sürməyən üçüncü səxs qismində "xxxx" MMC cəlb edilməklə) qarşı “mənzillərin təhvil-təslim edilməsi və mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4694/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC-nin nümayəndəsi X1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya (müstəqil tələb irəli sürməyən üçüncü səxs qismində "xxxx" MMC cəlb edilməklə) qarşı mənzillərin təhvil-təslim edilməsi və mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK ilə bağladığı xx.xx.2018-ci il tarixli C120/18 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunmuş 21 mərtəbəli yaşayış kompleksində C blokunun 18-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan C03 mənzilin; Cavabdeh MTK ilə bağladığı xx.xx.2018-ci il tarixli C-121/14 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunmuş 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzilin və Cavabdeh MTK ilə bağladığı xx.xx.2018-ci il tarixli C-122/06 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunmuş 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 6cı mərtəbəsində yerləşən ümumi sahəsi 98.43 kv.m, yaşayış sahəsi 87.90 kv.m olan izolə olunmuş 2 otaqdan ibarət C04 saylı mənzilin ona təhvil-təslim edilməsi və mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı tərəf iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh MTK ilə bağladığı xx.xx.2018-ci il tarixli C-120/18 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunmuş 21 mərtəbəli yaşayış kompleksində C blokunun 18-ci mərtəbəsində yerləşən 3 otaqlı ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan C03 mənzilin; Cavabdeh MTK ilə bağladığı xx.xx.2018-ci il tarixli C-121/14 saylı müqaviləyə əsasən, kooperativ tərəfindən ünvan 1 ünvanında inşa olunmuş 3 girişli, 21 mərtəbəli yaşayış evinin giriş C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzilin ona təhvil-təslim edilməsi və mənzillərin açarlarının təqdim edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 4694/2021 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Cavabdeh MTK ilə İddiaçı arasında bağlanmış 15 dekabr 2018-ci il tarixli C-121/14 saylı müqaviləyə əsasən ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin, C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzil və 15 dekabr 2018-ci il tarixli C-120/18 saylı müqaviləyə əsasən ünvan 2 ünvanında inşa olunan 3 girişli yaşayış evinin, C blokunun, 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan, 3 otaqdan ibarət izolə olunmuş C03 mənzil, bu mənzillərin açarları Cavabdeh MTK tərəfindən İddiaçı təhvil verilməsi qət edilmişdir Qətnamədən apellyasiya şikayəti verilməmiş, qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Daha sonra iddiaçı (icra sənədi üzrə tələbkar) İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qətnaməyə izah verilməsini, yəni Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsinin nəticə hissəsində göstərilmiş “mübahisəli mənzillərin və həmin mənzillərin açarlarının Cavabdeh MTK tərəfindən iddiaçıya verilməsi” tələblərinin “mübahisəli mənzillərin yerləşdiyi binaya nəzarət edən hüquqi şəxsin dəyişməsindən asılı olmayaraq mübahisəli mənzillərin və həmin mənzillərin açarlarının hər bir halda iddiaçıya verilməsi” kimi başa düşülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, icra mnəmuru qətnamənin nəticə hissəsində göstərilən mənzillərin və həmin mənzillərin açarlarının məhz Cavabdeh MTK tərəfindən iddiaçıya verilməli olduğunu, hazırda isə mənzillərin yerləşdiyi binanın "xxxx"MMC-nin nəzarətində olduğunu bəhanə edərək icra hərəkətlərini icra etməkdən boyun qaçırır və bu günkü tarixədək hər hansı icra hərəkəti həyata keçirmir. Bu səbəbdən də icra vərəqəsi günü bu günədək icra edilməmiş vəziyyətdə qalmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(005)- 4694/2021 nömrəli qərardadı ilə ərizə təmin olunmamışdır. İddiaçı qərardaddan şikayət verərək, onun ləğv olunmasını, ərizənin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda həmin qərardaddan "xxxx" MMC tərəfindən şikayət verilərək xx.xx.2022-ci il tarixli qərardadın dəyişdirilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad nəticə etibarilə düzgün olsa da onun təsviri-əsaslandırıcı hissədindəki iki cümlədən ibarət abzas qətnamənin icrası zamanı suiistifadə üçün zəmin yarada bilər. Söhbət qərardadın üçüncü səhifəsindəki aşağıdakı abzasdan gedir: “Məhkəmə ərizədə tələbkar tərəfindən qeyd olunan binaya başqa qurumun nəzarət etməsi səbəbindən qətnamənin icra edilməməsi fikri ilə razılaşmayaraq bildirir ki, həmin binaya nəzarətin başqa şəxsə keçməsi binadan olan müvafiq mənzil üzrə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş öhdəliyi aradan qaldırmır. Qeyd olunan qətnamənin icrası icra orqanı tərəfindən təmin edilməlidir”. Qeyd edilir ki, Cavabdeh MTK ilə iddiaçı arasında bağlanmış müqavilələr üzrə öhdəliklər "xxxx" MMC üçün heç bir vəzifə yaratmır, bu səbəbdən də həmin müqavilələrdə göstərilən mənzilləri MMC iddiaçıya verməli deyil, çünki MTK-nın özünün belə həmin mənzillərə heç bir aidiyyatı yoxdur. Alğısatqımüqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Burada söhbət yalnız satıcının mülkiyyətində olan əşyadan gedir. Həmin müddəaya əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdeh MTK-nın iddiaçının tələb etdiyi mənzillərə heç vaxt mülkiyyət və ya başqa əşya hüququ olmayıb. Odur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin2(005)-4694/2021 saylı xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsi, ərizənin rədd edilməsi, qərardadın təsviri-əsaslandırıcı hissəsində “İddiaçı və Cavabdeh MTK arasında bağlanılmış müqavilələr üzrə işə üçüncü şəxs kimi cəlb edilmiş "xxxx" MMC tərəf olmadığından, həmin müqavilələr üzrə heç bir öhdəlik daşımır, "xxxx" MMC-nin öz mülkiyyətində olan mənzilləri İddiaçı vermək vəzifəsi yoxdur” cümləsinin qeyd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə, İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin olunması, müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin olunmaması, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 2(005)-4694/2021 nömrəli qərardadının ləğv edilməsi, mülki iş iddiaçının izahla bağlı ərizəsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4694/2021 nömrəli, xx.xx.2022ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-4694/2021 nömrəli qətnaməsinin qət etdi hissəsinə icra qaydasında aşağıdakı məzmunda izah verilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli qətnaməsinin nəticə hissəsində göstərilmiş “mübahisəli mənzillərin və həmin mənzillərin açarlarının Cavabdeh MTK tərəfindən iddiaçıya verilməsi” tələblərinin “15 dekabr 2018-ci il tarixli C-121/14 saylı müqaviləyə əsasən ünvan 2 ünvanında inşa olunan 3 girişli, 21 mərtəbəli yaşayış evinin, C blokunun 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 152.43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan izolə olunmuş 3 otaqdan ibarət C03 saylı mənzil və 15 dekabr 2018-ci il tarixli C- 120/18 saylı müqaviləyə əsasən ünvan 2 ünvanında inşa olunan 3 girişli yaşayış evinin, C blokunun, 18-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 152,43 kv.m, yaşayış sahəsi 136.40 kv.m olan, 3 otaqdan ibarət izolə olunmuş C03 mənzillərin yerləşdiyi binaya nəzarət edən hüquqi şəxsin dəyişməsindən asılı olmayaraq həmin mənzillərin açarlarının hər bir halda naturada icra edilməklə, İddiaçı təhvil verilsin” kimi izah edilməsi qərara alınmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC-nin nümayəndəsi X1 məhkəməyə şikayət ünvanlayaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4694/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini, qərardadın təsviri-əsaslandırıcı hissəsində İddiaçı və Konstra MTK arasında bağlanılmış müqavilələr üzrə işə üçüncü şəxs kimi cəlb edilmiş "xxxx" MMC tərəf olmadığından həmin müqavilələr üzrə heç bir öhdəlik daşımadığı, "xxxx" MMC-nin öz mülkiyyətində olan mənzilləri İddiaçı vermək vəzifəsinin olmadığının göstərilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, sözügedən mənzillərin yerləşdiyi binanın heç vaxt Cavabdeh MTK-ya məxsus olmaması, Cavabdeh MTK-nın vəzifəli şəxslərinin binadakı yaşayış və qeyri-yaşayış sahələri barəsində qanunsuz alqı-satqı müqavilələri bağlaması, 02 iyul 2021-ci il tarixli razılaşma əsasında Cavabdeh MTK-nın satdığı mənzillərdən 74-ü barəsində bağlanılmış müqavilələrin "xxxx" MMC-yə təqdim olunması, qeydiyyata alındığı və alıcılara təqdim edildiyi, İddiaçı tələb etdiyi mənzillərin həmin razılaşmada nəzərdə tutulmaması, Cavabdeh MTK-nın vəzifəli şəxsləri barəsində cinayət təqibinin başlanması, mübahisəli hüquq münasibətlərinin tərəfləri bir tərəfdən iddiaçı, başqa tərəfdən Cavabdeh olduğu üçün işə üçüncü şəxs kimi cəlb edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin müqavilədə tərəf olmadığından, həmin müqavilə üzrə heç bir öhdəlik daşımaması, qərardadda bu kimi cümlənin olmasının qətnamənin icrası zamanı lüzumsuz problemlərin yaratmasına əsas olması və s. kimi göstərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 avqust 2022-ci il tarixli, 2(005)- 4694/2021 saylı, qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4694/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC-nin nümayəndəsi X1 tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünü idarə orqanları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Qeyd edilməlidir ki, məhkəmə qərarının uzun müddət ərzində icra edilməməsi isə daxili qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həmçinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də ziddir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə ki, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. “Hadjanastassiou Yunanıstana qarşı” işdə (para. 33) Avropa Məhkəməsi qeyd etmişdir ki, “Razılığa gələn Dövlətlər öz məhkəmə sistemlərinin 6-cı maddənin tələblərinə uyğun olmasını təmin etmək üçün uyğun vasitələrin seçimində əhəmiyyətli azadlığa malikdirlər (art.6). Bununla belə, yerli məhkəmələr qərarlarının istinad etdiyi əsasları kifayət qədər aydın şəkildə göstərməyə borcludurlar” “Wagner və J.M.W.L. Lüksenburqa qarşı” işdə (para. 96) Avropa Məhkəməsi həmçinin qeyd etmişdir ki, baxmayaraq ki, məhkəmələrdən tərəfin hər bir rədd edilən arqumentinin səbəblərinin açıqlanması tələb oluna bilməz ... buna baxmayaraq onlar bu tərəfin irəli sürdüyü əsas arqumentləri zəruri qaydada təhlil etmək və onlara cavab vermək öhdəliyindən azad edilməmişdir. Bundan əlavə belə müraciətlər Konvensiya və onun Protokolları ilə təmin olunan hüquq və azadlıqlara aiddirsə, yerli məhkəmələr onları xüsusi diqqət və qayğı ilə nəzərdən keçirməlidirlər” “Saliba Maltaya qarşı” işdə (para. 64) Avropa Məhkəməsi qeyd etmişdir ki, yerli məhkəmə orqanlarının sübutların qiymətləndirilməsi və onlardan hansının uyğun və qəbuledilən olmasına qərar verilməsi səlahiyyətinin olduğu qədul edilsə də, məhkəmə bir daha vurğulayır ki, 6-cı Maddə məhkəmənin tərəflərin təqdim etdiyi təqdimatları, arqumentləri və sübutları lazımi qaydada qiymətləndirmək vəzifəsini müəyyən edir. Avropa Məhkəməsi “Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında da qeyd etmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanını üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. Məcəllənin 230.5-ci maddəsinə əsasən qətnamənin və ya qərardadın izah edilməsi məsələsi üzrə məhkəmə qərardadından şikayət verilə bilər. Yuxarıda qeyd edilən normalara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi 28 oktyabr 2021-ci il tarixli qətnaməsinin nəticə hissəsində göstərilmiş “mübahisəli mənzillərin və həmin mənzillərin açarlarının Cavabdeh MTK tərəfindən iddiaçıya verilməsi” tələblərinin “mübahisəli mənzillərin yerləşdiyi binaya nəzarət edən hüquqi şəxsin dəyişməsindən asılı olmayaraq mübahisəli mənzillərin açarlarının hər bir halda naturada icra edilməklə, İddiaçı təhvil verilməsi” kimi izah etməkdə haqlı olmuşdur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMC şikayətin dəlillərində əsasən iddianın mahiyyətinə toxunaraq mübahisəli mənzillərə dair iddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış müqavilələri və s. şübhə altına alaraq mübahisələndirməmişdir ki, bu da qanuni qüvvədə olan məhkəmə qətnaməsinin preyudisiallığına ziddir və hazırki mərhələdə bu hallar təkrarən yoxlanıla bilməz. Qeyd edilməlidir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-ci il tarixli Qərarı). Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4694/2021 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində "xxxx" MMCnin nümayəndəsi X1 tərəfindən verilmiş şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 360, 397-298 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4694/2021 nömrəli, xx.xx.2022ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanısın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-6457/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6457/2022
20.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver