Məhkəmə qərarları › İş №2(103)-646/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-646/2025

24.01.2025 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-646/2025 24.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı tələbinə dair iddiası; Cavabdeh1 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı tələbinə dair qarşılıqlı iddiası üzrə (Açar sözlər: alğı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması, müqavilənin ləğv edilməsi, yaşayış və qeyri yaşayış sahəsindən çıxarma) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-113/2023 saylı 28 noyabr 2023-cü il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 1495 saylı, xx.xx.1999-cu il tarixli sərəncamından görünür ki, Cavabdeh1 Buzovna qəsəbəsində 353 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m. torpaq sahəsinin ayrılması, evin tikintisinin təsdiq edilmiş 145-000-129s tipli layihə əsasında aparılması qərara alınmışdır.

2. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 215 saylı sərəncamından görünür ki, Buzovna qəsəbəsi, 353 saylı sahədə Cavabdeh1 tikdirdiyi, 1 mərtəbəli, 3 yaşayış otağı sahəsi 52,04 kv.m, köməkçi sahə 102,70 kv.m, açıq eyvan 39,49 kv.m, torpaq sahəsində təsərrüfat otağı 35,34 kv.m, cəmi torpaq sahəsi 1055,62 kv.m-dən ibarət olan yaşayış evinin və torpaq sahəsinin qeydiyyata alınması qərara alınmışdır.

3. İş materiallarında olan MA seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,105562 ha torpaq sahəsi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ növü ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

4. İş materiallarında olan RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0,10553 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ növü ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

5. İş materiallarında olan xx.xx.2011-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 əvəzinə X21 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi ünvanında yerləşən, üç otaqlı, ümumi sahəsi 154,74 kv.m, yaşayış sahəsi 52,04 kv.m, köməkçi sahəsi 102,7 kv.m olan 188 saylı fərdi yaşayış evini və 0,105562 ha torpaq sahəsi İddiaçı Əliyar oğluna satmışdır.

6. İş materiallarında olan xx.xx.2011-ci il tarixli 7E/21-10087 reyestr nömrəli Ərizədən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etməmişdir.

7. İş materiallarında olan RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0,105562 ha torpaq sahəsi İddiaçı Əliyar oğlunun adına xüsusi mülkiyyət hüququ növü ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

8. İş materiallarında olan xx.xx.2007-ci il tarixli ƏN-İ seriyalı 098543 saylı etibarnamədən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Əzizbəyov rayonu İHB tərəfindən verilmiş 1495 saylı xx.xx.1999-cu il tarixli sərəncama əsasən Bakı şəhəri, Buzovna qəsəbəsində 353 saylı yerdə yerləşən 1200 kv.metr torpaq sahəsindən təyinatlı istifadə etməyi, özəlləşdirməyi, sonradan sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi X11 20 il müddətinə, xx.xx.2027-ci il tarixədək etibar etmişdir.

9. İş materiallarında olan xx.xx.2007-ci il tarixli ƏN-İ seriyalı 098544 saylı etibarnamədən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Əzizbəyov rayonu İHB tərəfindən verilmiş 1922 saylı xx.xx.1999-cu il tarixli sərəncama əsasən Bakı şəhəri, Buzovna qəsəbəsində 486 saylı yerdə yerləşən 1200 kv.metr torpaq sahəsindən təyinatlı istifadə etməyi, özəlləşdirməyi, sonradan sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi X11 20 il müddətinə, xx.xx.2027-ci il tarixədək etibar etmişdir.

10. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Cinayət işinin icraatına xitam verilməsi barədə Qərardan görünür ki, İddiaçı Əliyar oğlunun əməlində, eləcə də cinayət işinin materiallarında cinayət hadisəsi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 188.2-ci maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2 və 39.1.5-ci maddələrinə əsasən xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "alğı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin onunla bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2007-ci ildə mərhum atası X21 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 65 min dollar verərək Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yerləşən 0.24 ha torpaq sahəsini almışdır. Həmin vaxtdan torpaq sahəsi onlara təhvil verilmiş və bu günədək istiadələrində olmuşdur. Lakin alarkən torpaq sahələrinin Çıxarışı olmamış, yalnız icra hakimiyyətinin verdiyi xx.xx.1999-ci il tarixli 1495 saylı və xx.xx.1999-cu il tarixli 1922 saylı Sərəncam olmuşdur. Həmin torpaq sahəsi faktiki ölçüləri olmaqla hər biri ayrılıqda 0,10 ha olmaqla iki hissədən ibarət olmaqla biri Cavabdeh1, qalan 0.10 ha ərazisi isə yoldaşı Cavabdeh2 adına olmuşdur. Hər iki torpaq sahəsinə görə tam şəkildə ödəniş edildiyi üçün cavabdehlər ayrı-ayrılıqda mərhum atasına torpaq sahəsinə dair hər cür sərəncam vermək hüququ, o cümlədən torpağı özəlləşdirib sonradan satmaq, bağışlamaq və sair nəzərdə tutan 20 illik yəni, 2027-ci ilədək Etibarnamələr verilmişlər. Torpaq sahəsinin Cavabdeh1 adına olan hissəsi atası tərəfindən özəlləşdirilərək xx.xx.2011-ci ildə ona 20000 manata satılmışdır. Digər hissəsi yəni Cavabdeh2 adına olan hissəni atası cavabdehin adına özəlləşdirsə də satmağa macal tapmamış 30 noyabr 2020-ci ildə rəhmətə getmişdir. Bundan sonra Cavabdeh1 yaxınlaşıb etibarnamənin yenilənməsini və atasının hüquqi varisi kimi onun adına verilməsini xahiş etmişdir. Cavabdeh1 atasının öldüyünü bilən kimi müxtəlif bəhanələr gətirərək öncə ondan iyirmin min manat pul tələb etmiş, daha sonra isə ümumiyyətlə yoldaşı ilə boşandığını və əlaqəsinin olmadığını, yoldaşının guya Amerikaya getdiyini, heç cür etibarnamə verə bilməyəcəyini bildirdi. Buna etirazını bildirmiş və xahiş etmişdir ki, elə isə atasının verdiyi pulu qaytarsın. Bundan sonra o və yoldaşı digər Cavabdeh2 onun barəsində polisə şikayət edərək guya torpağı özbaşına zəbt etdiyi barədə yalan şikayət etdilər. Əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Anar Bəxtiyarovun “Cinayət işinə xitan verilməsinə dair” 31 yanvar 2022-ci il tarixli qərarına əsasən onun barəsində olan CM-nin 188.1, 188.2-ci maddələri ilə cinayət işinə xitam verilmişdir. İstintaq zamanı cavabdehlər, habelə şahidlər dindirilmiş və ifadələri alınmışdır. Həmin ifadələrə əsasən cavabdehlərin atasına məxsus külli miqdarda pulu ələ keçirməklə ona qarşı dələduzluq niyyətlərinin olması aşkar görünür. Həmin qərardan da aydın olur ki, Cavabdeh2 şikayəti tamamilə əsassızdır, o, yoldaşı Mircabbarla birlikdə 2007-ci ildə 65 000 ABŞ dolları alaraq, torpaq sahəsinə dair bütün zəruri sənədləri o cümlədən ailə üzvlərinin razılıq ərizələri də daxil olmaqla atasına baş etibarnamə ilə torpaq sahəsini naturada atasına təhvil vermişlər. Atası ölən günədək bir dəfə də olsun torpaq barəsində maraqlanmamış və torpağın onların istifadələrində olmasına dair heç bir etiraz da etməmişdir. Həmin etibarnamə ilə atasına torpaq sahəsini özgəninkiləşdirmək hüququ verilmişdir. Cavabdehlər torpağın pulunu aldıqlarına görə bu günədək bir dəfə də olsun torpaqla maraqlanmamışlar. İstintaq araşdırması şahid qismində dindirilmiş Cavabdeh1 bildirmişdir ki, “1999-cu ildə Bakı şəhəri Xəzər rayonu Alballıq bağlar massivində iki pay, hər bir payı 12 sot olmaqla cəmi 24 sot torpaq sahəsini keçmiş Əzizbəyov rayon icra hakimiyyətinə müraciət etməklə əldə etmişdir. Həmin torpaq sahəsinin 12 sotu Əzizbəyov İcra hakimiyyətinin sərəncamı ilə ona 12 sotu isə Əzizbəyov İcra hakimiyyətinin sərəncamı ilə həyat yoldaşı Cavabdeh2 adına olmuşdur. 2007-ci ildə o, torpaq sahəsini satmaq qərarına gəmişdir. Həmin vaxtlarda tanıdığı və münasibəti olan makler Əlyar adlı şəxsə müraciət edərək həmin torpaq sahəsinin satılmasında ona köməklik etməsini xahiş etmişdir. Onu da əlavə olaraq qeyd etmişdir ki, həmin torpaq sahəsinin bir payının üzərində o, iki mərtəbədən ibarət ev tikdirmişdir. Maddi vəziyyəti ilə əlaqədar o, həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. Əlyar Əliyev həmin torpaq sahələrini satmaq istədiyini öyrəndikdən sonra ona söz vermişdir ki, torpaq sahəsini yaxşı qiymətə satmaqda ona köməklik edəcəkmiş. Bu səbəbdən də o, həmin ildə Əlyar Əliyevə hər iki torpağa görə notarial qayda da etibarnamə vermişdir. 2011-ci il tarixə qədər torpaq sahəsi satılmamışdır. 2011-ci ildə Əlyar Əliyev ona təklif etmişdir ki, torpaq sahəsini özü almaq istəyirmiş. O da Əliyara bildirmişdir ki, torpaq sahəsinin bir sotunu 5000 manatdan aşağı verməyəcəkmiş, məlum olduğu kimi ona aid adına olan torpaq sahəsindən söhbət gedirmiş. Yəni o, Əlyarla 12 sot torpaq sahəsini satacağını razılaşmışdır. Həmin torpaq sahəsi ki, üzərində ev sahəsi tikilmişdir. 2011-ci il tarixdə o, Əlyar Əliyevə təkrarən 12 sot torpaq sahəsinə aid etibarnamə vermişdir və Əlyar həmin torpaq sahəsi üçün ona 64000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin vaxtlarda ABŞ dollarının məzənnəsi 0,78 manat olmuşdur. Həmin vaxt üçün Əliyar ona 51000 manat bir neçə günbdən sonra 2.000 manat pul vermişdir. Razılaşmaya əsasən Əliyar iki torpaq sahəsinin bir birindən ayrılması üçün daş hasar çəkdirməli olmuş. Əliyar həmin torpaq sahəsinin çıxarışını onun adına almışdır. Bundan sonra o, Əliyara təkrarən etibarnamə vermişdir və Əliyar topaq sahəsinin 12 sotunu öz adma sənədləşdirmişdir. İkinci, yəni həyat yoldaşı Yeganənin adına olan torpaq sahəsini isə sənədləşdirməyə Əlyara icazə verməmişdir, bildirmişdir ki, maddi durumu düzəlib, həmin torpaq sahəsini artıq satmaq istəmir. O, Əlyarla arabir görüşürmüş söhbət edirmişlər. Əlyar özünə məxsus olan torpaq sahəsinin üzərində tikinti işləri aparmışdır. Əlavə olaraq onu da qeyd edmişdir ki, həyat yoldaşı Yeganənn adına olan torpaq sahəsinə aid sərəncamda Əliyarda olmuşdur. 2020-ci ilin Əlyar Əliyev rəhmətə getdikdən sonra oğlu Ələkbər ona yaxınlaşaraq onun həyat yoldaşı Yeganəin adma olan torpaq sahəsinə dair ona etibarnamə verməyini istəmişdir. O, Ələkbərdən yoldaşının adına olan torpaq sahəsinə dair sənədləri ondan tələb etdikdə Ələkbər torpağa dair sənədləri ona təqdim etmiş, lakin sərəncamı göstərməmişdir. Bildirmişdir ki, sərəncam onda yoxdur. Bundan sonra o, maraqlanmışdır ki, 2014-cü ildə Əlyar Əliyev yoldaşına aid olan torpaq sahəsinin sərəncamını təhvil verib əlində olan etbarnamə ilə çıxarış almışdır. Hal-hazırda həmin torpaq sahəsi onun həyat yoldaşının adına olmasına baxmayaraq Əlyarın oğlu Ələkbər həmin torpaq sahəsinin üzərində tikinti işləri aparmışdır. O, Ələkbərlə görüşüb söhbət edən zaman Ələkbər bildirmişdir ki, güya o, həmin torpaq sahəsini də atası Əlyara satmışdır. Əslində həmin torpaq sahəsi ona məxsusdur, həyat yoldaşının adına olmuşdur. Torpaq sahəsinə dair sənədi isə Ələkbər gizlətmişdir.” İstintaq araşdırması zamanı şahid qismində dindirilmiş X12 bildirmişdir ki, “o və əri Cavabdeh1 1999- cu ildə Buzovna qəsəbəsində hər birlərinə 0,12 ha torpaq sahəsi olmaqla, ümumilikdə 0,24 ha torpaq sahəsi almışlar. Əri Cavabdeh1 məxsus torpaq sahəsində ikimərtəbəli böyük ev tikmiş, şəhərdə yaşadığı üçün əri Cavabdeh1 ilə birlikdə hərdən gəlib həmin torpaq sahələrinə baxırmışlar. 2011-ci ildə əri Cavabdeh1 özünə məxsus olan 0,12 ha torpaq sahəsini və iki mərtəbəli evi dostu Əliyar Əliyevə 60000 manata satmağa razılaşmış. X29 Səlimova 53000 manat pul vermişvə 7000 manat borclu qalmışdır. Həmin vaxt oda özünə məxsus olan 0,12 ha torpaq sahəsinə çıxarış almaq məqsədilə notarial qaydada ev alqı-satqısı ilə məşğul olan və ərinin dostu olan Əliyar Əliyevə etibarnamə, torpaq sahəsinin sənədlərini, icra hakimiyyətinin sərəncamını, digər sənədləri vermişdir. xx.xx.2020-ci il tarixdə Əliyar Əliyev öldü və əri Mircabbar X2 onun adına olan torpaq sahəsinin sərəncamını və sənədlərini qaytarmasını xahiş etmişdir. X3 qaytarmaqdan yayınmağa başlamış və bir müddət sonra onlar ona məxsus torpaq sahəsini zəbt edib qanunsuz olaraq tikinti işləri aparmasını görmüşdür. Onlar Ələkbərdən qanunsuz hərəkətlərinə son qoyması və torpaq sahəsindən çıxmasını tələb etmiş də Ələkbər torpaq sahəsindən çıxmamış, qanunsuz olaraq tikinti işlərinə davam etmişdir. Həmin torpaq sahəsinin onun adına olan 0,12 ha torpaq sahəsi Əliyara satılmamışdır.” Beləliklə, atası öldükdən sonra cavabdehlər vəziyyətdən istifadə edib əsassız varlanmaq qərarına gəlmişlər. Əgər torpaq sahəsini cavabdeh satmamışdırsa nəyə görə atası ölənədək verdiyi etibarnaməni ləğv etməmiş və ya hər hansı formada narazılıq etməmişdir. Eyni etibarnamə ilə Cavabdeh1 torpaq sahəsi ona satılmış və o da heç bir etiraz etməmişdir. Həmçinin Cavabdeh2 da torpaq sahəsi satılmış olsaydı buna etiraz etməyə onun heç bir hüququ olmayacaqdı. Lakin atasının qəfil ölümündən sui istifadə edən cavabdehlər onun torpaq sahəsini ələ keçirməklə ona qarşı əslində dələduzluq əməllərinə yol verirlər. Atası torpaqları alarkən 2007-ci ildə torpaq sahələri üzərində mülkiyyət hüquqları qeydə alınmamışdı və mərhum atası tərəfindən hər iki torpaq sahəsinə Çıxarış və texiniki sənədlər alınmışdır. Torpaq sahələri cavadehlərin adına özəlləşdirilmişdir. Əlavə olunmuş Cavabdeh2 X11 verdiyi 10 avqust 2007-ci il tarixli Etibarnamə ilə Bakı şəhəri, Əzizbəyov rayonu İHB tərəfindən verilmiş 1922 saylı, xx.xx.1999-cu il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Buzovna qəsəbəsində 486 saylı yerdə yerləşən 1200 kv/m torpaq sahəsindən təyinatlı istifadə etməyi, özəlləşdirməyi sonradan buna dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetilməsi ilə əlaqədar adından ərizə verməyi və diqər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 10 avqust 2027-ci ilədək etibarlıdır. Belə ki, mərhum atası 25 min dollar Mircabbarın adına olan torpaq sahəsinə vermişdir, yoldaşının adına olan 0.10 ha torpaq sahəsinə görə isə 40 min dollar vermişdir. Odur ki, hesab edirəm cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mübahisəli torpaq sahəsinə dair alqı-saqtı müqaviləsi bağlamalı əks təqdirdə cavabdehlərdən müştərək qaydada mənim xeyrimə 40 000 ABŞ dolları ödəniş gününə olan məzənnəsinə uyğun olaraq, Azərbaycan manatı ilə həmçinin vurulmuş maddi ziyan da hesablanıb tutulmalıdır. Belə ki, mərhum atası Mircabbara 0.24 ha torpaq sahəsinə görə 65000 ABŞ dollar pul vermişdir. Bunu polisdə verdiyi izahatlarında Cavabdeh1 da təsdiq etmişdir. Həmçinin əlavə olunmuş alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 0.12 ha sahəsi olan torpaq səhəsini 20000 manata satdığı müəyyən olunur. O, atamdan 65 000 ABŞ dolları alsa da yoldaşının adına olan torpaq sahəsini ondan geri almaq istəyir, belə olan halda həmin məbləğdən 20000 manat çıxılmaqla yerdə qalan 40000 ABŞ dollarını geri əsassız varlanma qaydalarına uyğun olaraq, ona qaytarmalıdır. Həmin məbləğ ondan və həyat yoldaşı digər Cavabdeh2 müştərək qaydada tutulmalı və ya cavabdehlər onunla torpaqa dair alqı-satqı müqaviləsi bağlamalı və ödənilmiş pulun əvəzinə torpaq sahəsi onun adına rəsmiləşdirilməlidir. Göründüyü kimi ümumi sahəsi 0.24 ha torpaq sahəsinə görə cavabdehlər ümumilikdə 65000 ABŞ dolları pul alsa da, yalnız torpaq sahəsinin bir hissəsini onlara satmış digər torpaq sahəsini ona satmalı olduqları halda öhdəliklərini pozaraq, torpaq sahəsini ələ keçirməklə əsassız varlanmaq qərarına gəlmişlər. Odur ki, mübahisəli torpaq sahəsi onun adına rəsmiləşdirilmədiyi təqdirdə buna görə cavabdehlərə ödənilmiş 40000 ABŞ dolları pul həmçinin pulun 15 il qanunsuz saxlanmasına görə qanunda nəzərəd tutulan faiz cavabdehlərdən tutulmalıdır. İstintaq araşdırması zamanı şahid qismində dindirilmiş X28 bildirmişdir ki, “mərhum həyat yoldaşı X21 2007-ci ildə Cavabdeh1 Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində yerləşən 0.12 ha torpaq sahəsini 2007-ci ildə Mircabbara 25 min dollar verərək almışdır. Həmin vaxt Mircabbarın pula ehtiyacı olduğuna görə torpağı onlara çox ucuz qiymətə satmışdır. Lakin yoldaşının adına olan torpağı satanda isə 40 min dollara onlara satmışdır. Onlara bildirmişdir ki, əvvəl pula ehtiyacı olmuş, ona görə dəyər-dəyməz qiymətə satmış, yoldaşını torpağını isə 40 min dollara satmışdır. Yoldaşı həmin torpaq sahəsini başqası almasın deyə onunla razılaşmış və onu 40 min dollar ödəyərək almışdır. Mərhum yoldaşı ona hər iki torpaq sahəsinə görə cəmi 65 min dollar qudası X7 yanında sayıb verib, bundan sonra o, yoldaşına 2027-ci ilədək etibarnamə vermişdir. Mircabbar oğlu Ələkbərin barəsindəki müraciət həqiqətə uyğun deyilmiş. Onun mərhum yoldaşı öz işlərini ehtiyyatlı tutur, heç kimə borclu qalmamışdır, bunu tanıyanlar hamısı bilirmiş. Əliyar hər bir söhbətini onunla bölüşürmüş, eləcə də Mircabbara borcu olduğunu ona heç vaxt deməmişdir. İstintaq araşdırması zamanı şahid qismində dindirilmiş X22 bildirmişdir ki, mərhum Əliyar adlı şəxsin Xəzər rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivində 0.12 ha torpaq sahəsi olmuşdur. 2018-ci ildə oda torpaq almaq istəyirmiş və bir gün Əliyar ona həmin torpaq sahəsini təklif etmiş, o, bilirmişdir ki, həmin yerdə olan torpaq sahələri bahalıdır, buna gücü çatmaz, nəticədə onlar danışmışlar, həqiqətən də qiyməti ona uyğun olmadığına görə o, istəməmişdir. Çünki o vaxtı onun ona imkanı olmamış, ondan sonra aralarında söhbət elədə qalmışdır və o, Əliyara demişdir ki, gələcəkdə imkanı olsa, torpaq o vaxta kimi satılmasa o, alarmış. Elə oldu ki, 2020-ci ildə Əliyar vəfat etmiş və mərhum Əlyarın işlərini oğlu Ələkbər davam etdirirmiş. Həmin torpağı Ələkbər də ona təklif etmiş və onlar qiymətdə razılaşmışlar. Lakin səndləşməyə gəldikdə isə torpaq sahəsinə aid etibarnamə Əliyara verilmişdir deyə və hal-hazırda da vəfat etdiyinə görə Ələkbər Mircabbar adlı şəxsdən etibarnamə almaq üçün müraciət etsə də, Mircabbar bundan imtina etmişdir. Bu səbəbdən də o, həmin torpaq sahəsini almalı olmamışdır. Bir daha bildirmişdir ki, o, həmin torpaq sahəsini almaq istəsə də sənədləşmə işləri baş tutmadığı üçün o, həmin torpaq sahəsini almamış, nə də heç kimə pul verməmişdir. İstintaq araşdırması zamanı şahid qismində dindirilmiş X16 bildirmişdir ki, mərhum X21 ilə yaxın dost olmuşlar. 2009-cu ildə oğlu Əliyarın qızı ilə ailə qurmuş və Əliyarla o quda olmuşlar. 2007-ci ildə bir gün Əliyar ona zəng vurmuşdur ki, vaxtı varsa Bakıya gəlsin, o da Bakı şəhərinə gəlmişdir və Əliyar ona bildirmişdir ki, Buzovna qəsəbəsində bir nəfər 0.24 ha torpağını 70000 dollara satırmış. O, Əliyara bildirmişdir ki, 65000 dollara versə yaxşı olarmış. Əliyar onun belə dediyini biləndən sonra Mircabbar adlı şəxsə 60000 dollara razılamağını təklif etmiş, Mircabbar razılaşmamış, onda o, demişdir ki, eybi yox 65000 dollara da razılaşsa yaxşıdır. Belə ki, o, Mircabbarla görüşmüş və 65000 dollara razılaşmışlar. Mircabbar ona bildirmişdir ki, torpaq sahəsi 2 hissədən ibarətdir, 0.12 ha onun adına, qalan 0.12 hə isə yoldaşının adınadır və hər birinə aid Xəzər rayon İcra Hakimiyyətinin Sərəncamı olmuşdur. Onlar razılaşmış və səhəri gün o, Əliyarla birlikdə 17 saylı natariusa getmişdir, Mircabbar da yoldaşı ilə orada onları gözləyirmiş. Onlar orada razılaşdığı kimi 65 min dollar məbləğini vermişlər. Qeyd edmişdir ki, pulu şəxsən o, Mircabbara vermiş və pulun bir hissəsi dollar idi, qalan hissəsi isə manatla olmuşdur, ümumilikdə 65 min dollar məbləğini o, Mircabbara vermişdir. Sonra da Mircabbar və yoldaşı Yeganə adlı qadın Əliyara 2027-ci ilədək edibarnamə vermişdir. Mircabbar pulu yoldaşına vermiş və yoldaşı Yeganədə pulu çantasına qoymuşdur. Onlar görüşüb sağollaşmışlar. Sonradan Əliyar 2011-ci ildə həmin Sərəncam əsasında Mircabbarın adına çıxarış almış və 2015-ci ildə oğlu Ələkbərin adına keçirtmişdir. 2014-cü ildə isə Yeganənin adına çıxarış almış və ondan sonra həmin torpağı satmaq istəyirmiş, istiyən olurmuş, sadəcə 0.12 ha yeri bütöv istəmirmişlər, ona görə sata bilmirmiş. Fikri olmuşdur ki, torpağı kimə satsa birdəfəlik həmin adamın adına sənədləşdirər, lakin, 2020-ci ildə qəfildən vəfat etmiş və yarımçıq qalmışdır. Əliyar ilə o, cox yaxın dost olmuşlar, buna görə də Əliyar bütün işlərini onunla məsləhət edirmiş, bütün bu alqı-satqılar hamısı onun iştirakı ilə olmuşdur və o, rayonda olduğu zaman da nə iş görürdüsə o, deyirmiş. Əliyarın kiməsə borcu qaldığını ona heç vaxt deməmişdir. Qeyd edmişdir ki, həmin torpağı Əliyarın oğlu Ələkbər öz adına sənədləşdirmək üçün Mircabbardan etibarnamə istəsə də, Mircabbar Əliyarın vəfat etməsindən istifadə edərək etibarnamə verməmişdir, bunu əsas tutaraq torpağı başqa adama satmaq istəmişdir. Mircabbarın bu məsələ ilə dediklərinin yalan olduğunu bildirmişdir”

13. Daha sonra ilkin iddia üzrə iddiaçı ilkin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, RX seriyalı ******* nömrəli Çıxarışa (qeydiyyat nömrəsi **********) əsasən Cavabdeh2 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, 486-cı sahə ünvanındakı torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin Cavabdeh2 ilə X23 arasında bağlanmış hesab edilməsi və torpaq sahəsinə dair X13 adına yeni Çıxarışın verilməsinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

14. Cavabdeh1 İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, yaşayış və qeyri yaşayış sahəsindən çıxarma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanda yerləşən, üç otaqlı, ümumi sahəsi 154.74 kv.m., yaşayış sahəsi 52.04 kv.m. köməkçi sahəsi 102.7 kv.m olan, 188 saylı fərdi yaşayış evinə və 0,105562 (ha) torpaq sahəsinə dair Cavabdeh1 (Bakı şəhəri 39-cu DNK xx.xx.2007 tarixli 7E-5519 №-li etibarnaməyə əsasən ünvan 5 ünvanda qeydiyyatda olan X21 tərəfindən imza edilmiş) ilə İddiaçı arasında daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında göstərilən evə və torpaq sahəsinə dair İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və İddiaçı oğunun həmin evdən və torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 1999-cu ildə Bakı şəhəri Xəzər rayonu Alballıq bağlar massivində iki pay, hər bir payı 12 sot olmaqla cəmi 24 sot torpaq sahəsini keçmiş Əzizbəyov rayon icra hakimiyyətinə müraciət etməklə əldə etmişdir. Həmin torpaq sahəsinin 12 sotu Əzizbəyov İcra hakimiyyətinin sərəncamı ilə ona 12 sotu isə Əzizbəyov İcra hakimiyyətinin sərəncamı ilə həyat yoldaşı Cavabdeh2 adına olmuşdur. 2007-ci ildə o, torpaq sahəsini satmaq qərarına gəmişdir. Buna görə də onunla əlaqə saxlanması üçün onun adına olan bağ sahəsinin üzərinə bağın satılmasına dair telefon nömrəsini yazmışdır. Həmin bağ sahəsini almaq istəyən şəxslər bağla maraqlandıqda onun göstərdiyi telefon nömrəsinə zəng etdikdə, hər dəfə yaşadığı ünvan 6 ünvanından bağın yerləşdiyi Buzovna qəsəbəsinə getməli olmuşdur. Bağı (evlə birlikdə) almaq istəyən şəxslər isə bağın və evin qiyməti barədə maraqlandıqdan sonra evdə məsləhət etmələrini, bəziləri avtomobillərlə dəyişmələrini təklif etmişlər. Beləliklə, alqı-satqı baş tutmurdu. Odur ki, bağı və evi almaq istəyən hər bir şəxslə görüşmək üçün hər dəfə şəhərdən getmək çətinlik yaradırdı. Buna görə də həmin vaxtlarda tanıdığı və münasibəti olan daşınmaz əmlakların alqı-satqısı fəaliyyəti (makler) ilə məşğul olan Əlyar adlı şəxsə müraciət edərək həmin torpaq sahəsinin satılmasında ona köməklik etməsini xahiş etmişdir. Həmin torpaq sahəsinin bir payının, yəni özünə aid olan torpaq sahəsinin üzərində o, iki mərtəbədən ibarət ev tikdirmişdir. Maddi vəziyyəti ilə əlaqədar o, həmin torpaq sahəsini satmaq qərarına gəlmişdir. Əlyar Əliyev həmin torpaq sahələrini satmaq istədiyini öyrəndikdən sonra ona söz vermişdir ki, torpaq sahəsini yaxşı qiymətə satmaqda ona köməklik edəcəkdir. Bunun üçün makler fəaliyyətinə görə Əlyar Əliyevə əmlakın satıldığı halda ona faiz ödəməli idi. Bu səbəbdəndə o, həmin ildə Əlyar Əliyevə hər iki torpağa görə notarial qaydada etibarnamə vermişdir. 2011-ci il tarixə qədər torpaq sahəsi satılmamışdır. 2011-ci ildə Əlyar Əliyev ona təklif etmişdir ki, torpaq sahəsini özü almaq istəyir. O da Əliyara bildirmişdir ki, torpaq sahəsinin bir sotunu 5000 manatdan aşağı vermiyəcək, məlum olduğu kimi ona aid adına olan torpaq sahəsindən söhbət getmişdir. Yəni o, Əlyarla 12 sot torpaq sahəsini satacağını razılaşmışdır. Həmin torpaq sahəsi ki, üzərində ev tikilmişdir. 2011-ci il tarixdə o, Əlyar Əliyevə təkrarən 12 sot torpaq sahəsinə aid etibarnamə vermişdir və Əlyar həmin torpaq sahəsi üçün ona 64000 ABŞ dolları məbləğində pul vermişdir. Həmin vaxtlarda ABŞ dollarının məzənnəsi 0,78 manat olmuşdur. Azərbaycan Respublikası manatına olan məzənnə ilə 51000 manat bir neçə gündən sonra 2.000 manat pul vermişdir. Razılaşmaya əsasən iki torpaq sahəsinin bir birindən ayrılması üçün daş hasarı Əliyar çəkdirməli olmuşdur. Əliyar həmin torpaq sahəsinin çıxarışını onun adına almışdır. Bundan sonra o, Əliyara təkrarən etibarnamə vermişdir və Əliyar topaq sahəsinin 12 sotunu öz adına sənədləşdirmişdir. İkinci yəni həyat yoldaşı Yeganənin adına olan torpaq sahəsini isə sənədləşdirməyə Əlyara icazə verməmişdir, bildirmişdir ki, maddi durumu düzəlib həmin torpaq sahəsini satmaq istəmir. O, Əlyarla arabir görüşürmüş söhbət edirmişlər. Əlyar özünə məxsus olan torpaq sahəsinin üzərində tikinti işləri aparmışdır. Əlavə olaraq onu da qeyd edmişdir ki, həyat yoldaşı Yeganənn adına olan torpaq sahəsinə aid sərəncamda Əliyarda olmuşdur. 2020-ci ildə Əlyar Əliyev rəhmətə getdikdən sonra oğlu Ələkbər onun yaşadığı evin həyətinə gələrək onun həyat yoldaşı Yeganənin adına olan torpaq sahəsinə dair ona etibarnamə verməsini istəmişdir. O, Ələkbərdən yoldaşının adına olan torpaq sahəsinə dair sənədləri ondan tələb etdikdə Ələkbər torpağa dair sənədləri ona təqdim etmiş, lakin sərəncamı göstərməmişdir. Bildirmişdir ki, sərəncam onda yoxdur. Bundan sonra o, maraqlanmışdır ki, 2014-cü ildə Əlyar Əliyev yoldaşına aid olan torpaq sahəsinin sərəncamını təhvil verib əlində olan etbarnamə ilə çıxarış almışdır. Hal hazırda həmin torpaq sahəsi onun həyat yoldaşının adına olmasına baxmayaraq Əlyarın oğlu Ələkbər həmin torpaq sahəsinin üzərində tikinti işləri aparmışdır. O, Ələkbərlə görüşüb söhbət edən zaman Ələkbər bildirmişdir ki, güya həmin torpaq sahəsini də atası Əlyara satmışdır. Əslində həmin torpaq sahəsi ona məxsusdur, həyat yoldaşının adına olmuşdur. Torpaq sahəsinə dair sənədi isə Ələkbər gizlətmişdir. İddiaçı iddia ərizəsindən göründüyü kimi, İddiaçı hər iki torpaq sahəsi üçün atasının eyni vaxtda və hər iki torpaq sahəsinə birlikdə 65.000 ABŞ dolları ödəməsinə istinad etmişdir. İş materiallarından görünür ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 Mirzəağa qızı 05 fevral 1984-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından Gülgəz və Leyla adlı uşaqları anadan olmuşdur. İş materiallarından görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu İHB-nin 1495 saylı, xx.xx.1999 il tarixli sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, ev 96, mənzil 32-də yaşayan Səlimov Mirçabbar Həmidağä oğluna Buzovna qəsəbəsində 353 saylı sahədə fərdi ev tikmək üçün 1200 kV.m. torpaq sahəsinin ayrılması, evin tikintisinin təsdiq edilmiş 145-000-129s tipli layihə əsasında aparılması qərara alınmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu İHB tərəfindən verilmiş 1922 saylı, xx.xx.1999 il tarixli sərəncamına əsasən Bakı şəhəri, Buzovna qəsəbəsində 486 saylı yerdə yerləşən 1200 kvm torpaq sahəsinin Cavabdeh2 istifadəsinə verilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri, Əzizbəyov rayonu İHB-nin 1495 saylı, xx.xx.1999 il tarixli sərəncamına uyğun olaraq göstərilən sahədə Cavabdeh1 tərəfindən ev inşa edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının 215 saylı, 13 may 2011-ci il tarixli sərəncamı ilə Buzovna qəsəbəsi, 353 saylı sahədə vətəndaş Cavabdeh1 tikdirdiyi, 1 mərtəbəli, 3 yaşayış otağı sahəsi - 52,04 m2 köməkçi sahə - 102,70m2, açıq eyvan-39,49 m2, torpaq sahəsində təsərrüfat otağı-35,34 m2, cəmi torpaq sahəsi - 1055,62 m2-dən ibarət olan yaşayış evinin və torpaq sahəsinin qeydiyyata alınması və Bakı şəhər XDS İK-nin 19.08.87-ci il tarixli, 19/338 saylı qərarına əsasən həmin yaşayış evini inventarizasiya edib, vətəndaş Cavabdeh1 adına reyestrdən çıxarışın və texniki pasportun verilməsinin Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. İş materillarından görünür ki, Cavabdeh1, X9 və X14 10 avqust 2007-ci il tarixdə Bakı şəhəri, Əzizbəyov rayonu İHB tərəfindən verilmiş 1922 saylı,xx.xx.1999 il tarixli sərəncama əsasən Bakı şəhəri, Buzovna qəsəbəsində 486 saylı yerdə yerləşən 1200 kv\m torpaq sahəsinin Cavabdeh2 adına özəlləşməsinə və çıxarış verilməsinə etiraz etməmələrinə dair notarial qaydada təsdiq edilmiş formada razılıq ərizələri vermişlər. İş materiallarından görünür ki, 10 avqust 2007-ci il tarixdə Cavabdeh2 Bakı şəhəri, Əzizbəyov rayonu İHB tərəfindən verilmiş 1922 saylı, xx.xx.1999 il tarixli sərəncama əsasən ona məxsus olan Bakı şəhəri, Buzovna qəsəbəsində 486 saylı yerdə yerləşən 1200 kvm torpaq sahəsinə dair X13 adına etibarnamə vermişdir. İş materiallarından görünür ki, 10 avqust 2007-ci il tarixdə Cavabdeh1 Bakı şəhəri, Əzizbəyov rayonu İHB tərəfindən verilmiş 1495 saylı, xx.xx.1999 il tarixli sərəncama əsasən ona məxsus Bakı şəhəri, Buzovna qəsəbəsində353 saylı yerdə yerləşən 1200 kv\m torpaq sahəsinə dair X13 adına etibarnamə vermişdir. İş materiallarından görünür ki, Bakı şəhəri. Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi, yaşayış sahəsi 102,7 kvm yardımçı sazəsi 62,04 – ümumi sahəsi 154,74 kvm olan 188 saylı ev 16 iyul 2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydə alınmış və buna müvafiq olaraq həmin tairxdə Cavabdeh1 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materillarından görünür ki, ünvan 2 20 dekabr 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydə alınmış və buna müvafiq olaraq həmin tairxdə Cavabdeh2 adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarından görünür ki, 07 oktyabr 2011-ci il tarixdə 0,105562 (ha) torpaq sahəsində, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanda yerləşən, üç otaqlı, ümumi sahəsi 154.74 kv.m., yaşayış sahəsi 52.04 kv.m. köməkçi sahəsi 102.7 kv.m olan, 188 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh1 ilə İddiaçı arasında daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmışdır. Göstərilən alqı-satqı müqaviləsi Cavabdeh1 əvəzinə Bakı şəhəri 39-cu DNK xx.xx.2007 tarixli 7E-5519 №-li etibarnaməyə əsasən ünvan 5 ünvanda qeydiyyatda olan X21 tərəfindən imza edilmişdir. Göründüyü kimi, alqı-satqı müqaviləsinin bağlanması zamanı hazırkı işdə cavabdeh olan Cavabdeh1 müqavilənin bağlanmasında şəxsən iştirak etməmişdir. Bununla da müqavilədə əks olunan 20.000 manat məbğəlini Cavabdeh1 müəyyən etməmişdir. Müqavilə ata-oğul Əlyar Əliyev və İddiaçı tərəfindən həyata keçirilmiş əmlakın qiyməti həqiqi həcminə müvafiq olaraq göstərilməmiş, daha az məbləğdə göstərilmişdir. İddiaçı iddia ərizəsindən göründüyü kimi, İddiaçı hər iki torpaq sahəsi üçün atasının eyni vaxtda və hər iki torpaq sahəsinə birlikdə 65.000 ABŞ dolları ödəməsinə istinad etmişdir. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 adlarına olan torpaq sahələri eyni həcmdədirlər. Cavabdeh1 adına qeydə alınmış 0,105562 (ha) torpaq sahəsində, ümumi sahəsi 154.74 kv.m., yaşayış sahəsi 52.04 kv.m. köməkçi sahəsi 102.7 kv.m olan, 188 saylı fərdi yaşayış evi olduğu halda və həmin torpaq sahəsində ağaclar əkildiyi və yerləşmə yerinə görə yola daha yaxın yerdə yerləşməklə daha əlverişli yerdə olduğu halda, ümumi sahəsi 154.74 kv.m olan 2 mərtəbə evlə birlikdə 0,105562 ha torpaq sahəsinin 20.000 manata; üzərində hər hansı tikili olmayan Cavabdeh2 adına olan 0,10553 ha boş torpaq sahəsinin 40.000 ABŞ dolları təşkil etməsi işin həqiqi halları ilə uzlaşmamaqla yanaşı, heç ağılabatan mühakimə də deyildir. İddia ərizəsinin məzmunundan və işin digər hallarından göründüyü kimi, X23 peşə faliyyətinə görə daşınmaz əmlakın alqı-satqısı (makler) fəaliyyəti ilə məşğul idi. Odur ki, daşınmaz əmlakların qiymətləri barədə müfəssəl məlumatlara malik idi. Buna görə də 0,105562 (ha) torpaq sahəsində, ümumi sahəsi 154.74 kv.m., yaşayış sahəsi 52.04 kv.m. köməkçi sahəsi 102.7 kv.m olan, 188 saylı fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə 20.000 manata olduğu halda; üzərində hər hansı tikili olmayan Cavabdeh2 adına olan 0,10553 ha boş torpaq sahəsini 40.000 ABŞ dollarına almazdı. Bir daha bildirilir ki, İddiaçı atası Əlyar Əliyevə yalnız Cavabdeh1 adına olan torpaq sahəsi və həmin torpaq sahəsində olan 2 mərtəbəli ümumi sahəsi 154,74 kvm olan yaşayış evi satılmışdır. Göründüyü kimi, İddiaçı cavabdehlərdən Cavabdeh2 adına qeydə alınmış torpaq sahəsinin qiymətinin 40.000 ABŞ dolları təşkil etməsinə və həmin məbləğdə pulun atası tərəfindən ödənilməsinə əsaslanmaqla mövcud iddia tələbini irəli sürmüşdür. Odur ki, Cavabdeh2 adına qeydə alınmış və üzərində hər hansı tikili və ağac olmayan torpaq sahəsinin 40.000 ABŞ dolları olduğu halda, Cavabdeh1 adına qeydə alınmış ümumi sahəsi 154.74 kv.m., yaşayış sahəsi 52.04 kv.m. köməkçi sahəsi 102.7 kv.m olan, 188 saylı fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə daha artıq dəyər təşkil edir. Hazırkı iş üzrə İddiaçı Cavabdeh1 adına olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş evin alqısatqısına dair cavabdeh M.X33 arasında olan danışıqlarda iştirak etməmiş və buna görə də onların aralarında olan razılaşmalar barədə məlumata belə malik olmamışdır. İddiaçı Cavabdeh1 adına olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş evin alqısatqısına dair müqavilənin bağlanmasında da iştirak etməmişdir. Ona görə ki, müqavilədə alıcı qismində iştirak etməsinə dair imzası ilə hazırkı işdə olan imzalar aşkar şəkildə görünür ki, başqa şəxslər tərəfindən icra edilmişdir. Digər tərəfdən, iş materiallarından göründüyü kimi, Cavabdeh1, X9 və X14 10 avqust 2007-ci il tarixdə Bakı şəhəri, Əzizbəyov rayonu İHB tərəfindən verilmiş 1922 saylı,xx.xx.1999 il tarixli sərəncama əsasən Bakı şəhəri, Buzovna qəsəbəsində 486 saylı yerdə yerləşən 1200 kv\m torpaq sahəsinin Cavabdeh2 adına özəlləşməsinə və çıxarış verilməsinə etiraz etməmələrinə dair notarial qaydada təsdiq edilmiş formada razılıq ərizələri vermişlər. Göründüyü kimi, Cavabdeh2 adına olan torpaq sahəsinin satılmasına dair məqsəd olmamış və buna görə də onun ailə üzvləri Bakı şəhəri, Buzovna qəsəbəsində 486 saylı yerdə yerləşən 1200 kv\m torpaq sahəsinin Cavabdeh2 adına özəlləşməsinə və çıxarış verilməsinə etiraz etməmələrinə dair notarial qaydada təsdiq edilmiş formada razılıq ərizələri vermişlər. Digər tərəfdən, iş materiallarından göründüyü kimi, Cavabdeh2 adına olan torpaq sahəsi xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydə alınmış və buna müvafiq olaraq həmin tairxdə Cavabdeh2 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Əlyar Əliyev isə xx.xx.2020-ci il tarixdə, yəni göstərilən torpaq sahəsinin Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan 6 ilə yaxın bir müddət keçdikdən sonra vəfat etmişdir. Göründüyü kimi, Cavabdeh2 adına olan torpaq sahəsinin xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına qeydə alındıqdan sonra, Əlyar Əliyevin xx.xx.2020-ci il tarixdə ölməsinədək 6 ilə yaxın bir müddət keçmişdir. Buna görə də İddiaçı atasının xx.xx.2020-ci il tarixdə qəflətən vəfat etməsi nəticəsində mübahisəli torpaq sahəsinə dair alıq-satqı müqaviləsinin bağlanmasının mümkün olmamasına dair gəlilləri əsassızdır. İddiaçı atası öldükdən sonra Cavabdeh1 yaxınlaşıb etibarnamənin yenilənməsini və atasının hüquqi varisi kimi onun adına verilməsini xahiş etməsinə; Cavabdeh1 onun atasının öldüyünü bilən kimi müxtəlif bəhanələr gətirərək öncə ondan iyirmi min manat pul tələb etməsinə, daha sonra isə ümumiyyətlə yoldaşı ilə boşandığını və əlaqəsinin omadığını, yoldaşının guya Amerikaya getdiyini, heç cür etibarnamə verəbilməyəcəyini bildirməsinə dair dəlilləri də əsassızdır. Belə ki, İddiaçı göstərdiyi hallar ümumiyyətlə mövcud olmamışdır. İddiaçı iddia tələbini əsaslandırması üçün hətta ailə münasibətlərinə qarışaraq Cavabdeh1 tərəfindən ifadə olunmamış, yersiz və əsassız fikirlər ifadə etmişdir. Göründüyü kimi, İddiaçı irəli sürdüyü iddia tələbinin əsası kimi istinad etdiyi halların sübutu kimi hər hansı bir sübut olmadığı üçün cavabdehlərin ailə həyatına belə qarışmışdır. Bununda da iddianın faktiki əsası olmamaqla yanaşı, eyni zamanda iddianın hüquqi əsası da yoxdur. Beləliklə, işin halları ilə müəyyən olunur ki, 07 oktyabr 2011-ci il tarixdə 0,105562 (ha) torpaq sahəsində, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanda yerləşən, üç otaqlı, ümumi sahəsi 154.74 kv.m., yaşayış sahəsi 52.04 kv.m. köməkçi sahəsi 102.7 kv.m olan, 188 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin alqısatqısına dair Cavabdeh1 ilə İddiaçı arasında daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlanmışdır. Göstərilən alqı-satqı müqaviləsi Cavabdeh1 əvəzinə Bakı şəhəri 39-cu DNK xx.xx.2007 tarixli 7E-5519 №-li etibarnaməyə əsasən ünvan 5 ünvanda qeydiyyatda olan X21 tərəfindən imza edilmişdir. Hazırkı iş üzrə İddiaçı Cavabdeh1 adına olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş evin alqı-satqısına dair cavabdeh M.X33 arasında olan danışıqlarda iştirak etməmiş və buna görə də onların aralarında olan razılaşmalar barədə məlumata belə malik olmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən mənə məlum olmuşdur ki, İddiaçı Cavabdeh1 adına olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş evin alqı-satqısına dair müqavilənin bağlanmasında iştirak etməmişdir. Ona görə ki, müqavilədə alıcı qismində iştirak etməsinə dair imzası ilə hazırkı işdə olan imzalar aşkar şəkildə görünür ki, başqa şəxs tərəfindən icra edilmişdir. Göründüyü kimi, müqavilə (əqd) nümayəndə vasitəsi ilə bağlanmışdır. Cavabdeh1 əvəzinə Bakı şəhəri 39-cu DNK xx.xx.2007 tarixli 7E-5519 №-li etibarnaməyə əsasən ünvan 5 ünvanda qeydiyyatda olan X21 tərəfindən imza edilmişdir. Həmin müqavilə üzrə alıcı qismində göstərilən İddiaçı müqavilənin bağlanmasında iştirak etməmişdir və müqavilə onun tərəfindən imzalanmamışdır. Müqavilə üzrə həm satıcı və həm də alıcının əvəzinə X23 tərəfindən imzalanmışdır. Həm də bu zaman, yəni müqavilənin bağlanması zamanı alqı-satqı müqaviləsinin predmeti olan əmlakların (evin və torpaq sahəsinin) dəyəri (qiyməti) X23 tərəfindən bir tərəfli qaydada müəyyən edilmiş və həmin müqavilə üzrə hər hansı şəxs tərəfindən, o cümlədən müqavilə üzrə alıcı qismində göstərilən və hazırkı iş üzrə İddiaçı tərəfindən alqı-satqı müqaviləsinin predmeti olan əmlakların dəyəri ödənilməmişdir. Ona görə ki, müqavilədə alıcı qismində iştirak etməsinə dair imzası ilə hazırkı işdə olan imzalar aşkar şəkildə görünür ki, başqa şəxs tərəfindən icra edilmişdir. Göstərilənlərə əsasən 07 oktyabr 2011-ci il tarixdə 0,105562 (ha) torpaq sahəsində, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanda yerləşən, üç otaqlı, ümumi sahəsi 154.74 kv.m., yaşayış sahəsi 52.04 kv.m. köməkçi sahəsi 102.7 kv.m olan, 188 saylı fərdi yaşayış evinin və torpaq sahəsinin alqı-satqısına dair Cavabdeh1 ilə (onun nümayəndəsi X21) İddiaçı arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi qanunun tələbələrinə müvafiq deyildir. Odur ki, həmin müqavilə əhəmiyyətsizdir. Buna görə də məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göstərilənlərə əsasən, İddiaçı atası X4 Mircabbar Həmidağa oğlunun ona verdiyi Bakı şəhəri 39-cu DNK xx.xx.2007 tarixli 7E-5519 №-li etibarnamə əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanda yerləşən, üç otaqlı, ümumi sahəsi 154.74 kv.m., yaşayış sahəsi 52.04 kv.m. köməkçi sahəsi 102.7 kv.m olan, 188 saylı fərdi yaşayış evinin və torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması adı ilə müqavilədə alıcı qismində göstərilən İddiaçı iştirak etmədən onun adından da imza etmiş, həmçinin əmlakın dəyəri kimi göstərilməli olan 53.000 manatı daha az məbləğdə, yəni 20.000 manat göstərməklə hüquqdan sui-istifadə etmiş, həmçinin Cavabdeh1 nümayəndəsi kimi onun üçün pis niyyətlə müqavilə bağlamışdır. Belə ki, X13 hüquq varisi və hazırkı iş üzrə İddiaçı həmin hala, yəni atası İddiaçı Azərbaycan Respublikası manatına olan məzənnə ilə 53.000 manat ödəməsinə, müqavilədə isə 20.000 manat göstərilməsinə əsaslanmaqla mövcud iddia tələbini irəli sürmüşdür. təmsilçi vasitəsi ilə bağlanan əqdin etibarlılığı üçün müqavilənin mühüm şərtlərinin, yəni əmlakın mülkiyyətçi tərəfindən müəyyən edilmiş qiymətinin həmin müqavilədə öz təsdiqini tapması ilə yanaşı onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu mütləq şərtdir. İddiaçı tərəfindən isə həmin şətlərə əməl edilməmişdir. Belə ki, göstərildiyi kimi, müqavilə (əqd) nümayəndə vasitəsi ilə bağlanmışdır. Cavabdeh1 əvəzinə Bakı şəhəri 39-cu DNK xx.xx.2007 tarixli 7E-5519 №-li etibarnaməyə əsasən ünvan 5 ünvanda qeydiyyatda olan X21 tərəfindən imza edilmişdir. Həmin müqavilə üzrə alıcı qismində göstərilən İddiaçı müqavilənin bağlanmasında iştirak etməmişdir və müqavilə onun tərəfindən imzalanmamışdır. Müqavilə üzrə həm satıcı və həm də alıcının əvəzinə X23 tərəfindən imzalanmışdır. Həm də bu zaman, yəni müqavilənin bağlanması zamanı alqı-satqı müqaviləsinin predmeti olan əmlakların (evin və torpaq sahəsinin) dəyəri (qiyməti) X23 tərəfindən birtərəfli qaydada müəyyən edilmiş və həmin müqavilə üzrə hər hansı şəxs tərəfindən, o cümlədən müqavilə üzrə alıcı qismində göstərilən və hazırkı iş üzrə İddiaçı tərəfindən alqı-satqı müqaviləsinin predmeti olan əmlakların dəyəri ödənilməmişdir. Ona görə ki, müqavilədə alıcı qismində iştirak etməsinə dair imzası ilə hazırkı işdə olan imzalar aşkar şəkildə görünür ki, başqa şəxslər tərəfindən icra edilmişdir. Buna görə də hmin müqavilə hüquqdan sui-istifadə etməklə, həmçinin Cavabdeh1 nümayəndəsi tərəfindən onun üçün pis niyyətlə bağlamış müqavilədir. Buna görə də həmin müqavilə və həmin müqavilə əsasında göstərilən evə və torpaq sahəsinə dair İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir.

16. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanda yerləşən, üç otaqlı, ümumi sahəsi 154.74 kv.m., yaşayış sahəsi 52.04 kv.m. köməkçi sahəsi 102.7 kv.m olan, 188 saylı fərdi yaşayış evinə və 0,105562 (ha) torpaq sahəsinə dair Cavabdeh1 (Bakı şəhəri 39-cu DNK xx.xx.2007 tarixli 7E-5519 №-li etibarnaməyə əsasən ünvan 5 ünvanda qeydiyyatda olan X21 tərəfindən imza edilmiş) ilə İddiaçı arasında 07 oktyabr 2011-ci il tarixdə bağlanmış və Bakı şəhəri 51 saylı nоtariat оfisi tərəfindən 07 оktyabr 2011-ci il tarixdə 4Ə/ 1181 reyestr sayda qeydə alınaraq təsdiq edilmiş AN – İ № ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin və həmin müqavilə əsasında göstərilən evə və torpaq sahəsinə dair İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və İddiaçı oğunun həmin evdən və torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhgkəmədən xahiş etmişdir.

17. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanda yerləşən, üç otaqlı, ümumi sahəsi 154.74 kv.m., yaşayış sahəsi 52.04 kv.m. köməkçi sahəsi 102.7 kv.m olan, 188 saylı fərdi yaşayış evinə və 0,105562 (ha) torpaq sahəsinə dair Cavabdeh1 (Bakı şəhəri 39- cu DNK xx.xx.2007 tarixli 7E-5519 №-li etibarnaməyə əsasən ünvan 5 ünvanda qeydiyyatda olan X21 tərəfindən imza edilmiş) ilə İddiaçı arasında 07 oktyabr 2011-ci il tarixdə bağlanmış və Bakı şəhəri 51 saylı nоtariat оfisi tərəfindən 07 оktyabr 2011-ci il tarixdə 4Ə/ 1181 reyestr sayda qeydə alınaraq təsdiq edilmiş AN – İ № ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanda yerləşən, üç otaqlı, ümumi sahəsi 154.74 kv.m., yaşayış sahəsi 52.04 kv.m. köməkçi sahəsi 102.7 kv.m olan, 188 saylı fərdi yaşayış evinə və 0,105562 (ha) torpaq sahəsinə dair İddiaçı adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ünvan 4 ünvanda yerləşən, üç otaqlı, ümumi sahəsi 154.74 kv.m., yaşayış sahəsi 52.04 kv.m. köməkçi sahəsi 102.7 kv.m olan, 188 saylı fərdi yaşayış evindən və 0,105562 (ha) torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını məhgkəmədən xahiş etmişdir.

18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, e- 2(006)- 113/2023 nömrəli qətnaməsi ilə, ilkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "alğı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması" tələbinə dair ilkin iddia tələbinin rədd edilməsi, ilk iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun ilkin iddia üzrə İddiaçı aid edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi, yaşayış və qeyri yaşayış sahəsindən çıxarma” tələbinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 aid edilməsi qət edilmişdir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 144.1, 144.2, 146.1, 152.1, 324.1, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 354.2, 375.2, 377.1, 389.1-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il il tarixli qərarına, Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarlarına, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri

20. Qətnamədən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsini, həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə hüquqi faktlara düzgün qiymət verməmiş, tərəflərin qarşılıqlı hüquqi münasibətlərinə uyğun olmayan qətnamə çıxarmaqla maddi və prosessual hüquq normalarının tələblərini kobud pozmuş, işə əlavə olunmuş bəraət hökmü, müqavilə, etibarnamə və digər sənəd, sübutlara deyil yalnız cavabdehin gətirdiyi əsassız dəlillərə istinad etməklə işi sadəcə cavabdehin xeyrinə həll etmişdir. Birinci - məhkəmə iş üzrə zəruri araşdırma aparmamış, yalnız “hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktikihallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından ilkin iddia tələbi təmin oluna bilməz.” qeyd etməklə kifayətlənmişdir. Halbuki, işə əlavə olunmuş, məhkəmə uzun müddət davam edən məhkəmədə müəyyən etdiyi halları o cümlədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1901/2022 saylı xx.xx.2022-ci il hökmü ilə müəyyən edilmiş halları nəzərə almamış, o cümlədən cavabdehin 65 min ABŞ dolları pul alaraq, torpaq sahəsini Əliyev Əliyara satdığını sonradan sonuncu vəfat etdikdən sonra notariusa getməkdən qəsdən, qərəzli və vicdasızcasına yayındığına və alqı-satqının məhz cavabdehin təqsirindən baş tutmadığına düzgün qiymət verməmiş, məhkəmənin gəldiyi nəticə müəyyən edilmiş hallarla ziddiyyət təşkil etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Hökmü və Ali Məhkəmənin Cinayət Kollegiyasının Qərarı məhkəməyə təqdim edilmişdir. Buna baxmayaraq, məhkəmə qətnamədə bu barədə bir kəlmə də qeyd etmişdir. Hökm və qərardan məlum olur ki, cavabdeh polisə verdiyi şikayətdə də daha sonra isə birinci instansiya məhkəməsinə yalan ifadələr verməklə onun cinayət məsuliyyətinə cəlb olunmağına nail olsa da onun yalanı apellyasiya instansiyasında aşakara çıxarılmış və həqiqətən torpaq sahəsinə görə 65 000 ABŞ dollar alaraq, mərhum atasına satdığı və alqı-satqını rəsmiləşdirmək üçün notariusa getməkdən yayındığı sübuta yetirilmiş və nəticədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin İddiaçı CM-in 188.2-ci maddəsi ilə məhkum edilməsinə dair 04 avqust 2022-ci il tarixli 1(003)-264/2022 saylı hökmü ləğv edilməklə iddiaçıya bəraət hökmü çıxarılmışdır. İkinci- məhkəmə gəldiyi nəticəni həmçinin onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlə aralarında olan hər hansı əqdi məhkəməyə təqdim etməmişdir. Halbuki, məhkəmə həmin hissədə də yalnış nəticəyə gəlmişdir. Bununla bağlı aşağıdakıları diqqətinizə çatdırmaq istərdm: “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 mart 2023-cü il tarixli qərarda göstərmişdir ki, Plenum həmçinin hazırkı mülki işlə əlaqədar müqavilənin məcburi forma şərtinə riayət edilməməsi əsası ilə etibarsızlığı məsələsinə də aydınlıq gətirilməsini zəruri hesab edir. Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir. Göstərilən prinsiplər mülki hüquq subyektlərinin müqavilələrin forması ilə bağlı iradə azadlığını da ehtiva edir. Mülki hüquq subyektləri bir qayda olaraq müqavilələri arzu etdikləri istənilən formada (şifahi, fiziki hərəkətlərlə, sadə yazılı, notarial qaydada təsdiqlənməklə) bağlaya bilərlər. Müqavilənin forması ilə bağlı tərəflərin iradə azadlığı mülki dövriyyənin inkişafı, mülki münasibətlərin dinamikliyinin təmin olunması baxımından çox əhəmiyyətlidir. Lakin şəxsi və (və ya) ictimai mənafeyin təmin olunması baxımından zərurət olduqda bəzi müqavilələrin bağlanılması qanunvericilikdə məcburi forma şərtinə tabe tutulur. Qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır (Mülki Məcəllənin 329-cu maddəsi). Əqdin notariat qaydasında təsdiqlənməsi onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış yazılı sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir (Mülki Məcəllənin 331 və 334-cü maddələri). Qanunvericilikdə bir sıra əqdlər üçün sadə yazılı və ya notariat qaydasında təsdiqlənmə tələbinin etibarlılıq şərti kimi müəyyən edilməsi həmin əqdlərin mahiyyətindən irəli gəlir. Belə ki, bir qayda olaraq iqtisadi dəyəri daha yüksək olan, fərdin şəxsi və iqtisadi həyatı baxımından mühüm rol oynayan (bir tərəf üçün öhdəlik və vəzifələr yaradan zaminlik, bağışlama vədi kimi) əqdlərin, dövlətin xüsusi qeydiyyatını apardığı əşyalara dair sərəncam öhdəliyi yaradan əqdlərin (daşınmaz əşyaların, avtomobil və s. əşyaların alğı-satqısı, ipoteka və s.) etibarlı olması üçün onların müvafiq məcburi formada bağlanması və ya notarial qaydasında təsdiqlənməsi tələb olunur. Bununla mülki dövriyyə iştirakçılarına daha yaxşı düşünmək, bağlayacaqları əqd səbəbindən yaranacaq nəticələri əvvəlcədən müəyyən etmək və yekun qəti qərara gəlmək imkanı yaratmaq məqsədi güdülür. Məhz bu məqsədə nail olmaq, nəticədə mülki hüquq subyektlərinin mənafelərini qorumaq üçün qanunverici bir sıraəqdlər baxımından formatələbini etibarlılıq şərti kimi müəyyən etmişdir. Hazırkı iş üzrə F.Nəcəfovanın əsaslandığı, 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsi ilə əqdin notariat formasına riayət edilməməsinin nəticələri müəyyən edilirdi. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. Konstitusiya Məhkəməsi Plenumunun S.Əliyevanın şikayəti üzrə 2006-cı il 31 may tarixli Qərarında Mülki Məcəllənin 335-ci maddəsi ilə əlaqədar formalaşdırdığı hüquqi mövqeyinə əsasən əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab etməsi üçün mütləq aşağıdakı hallar mövcud olmalıdır: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsinin iddiaçının cavabdehlə aralarında olan hər hansı əqdi məhkəməyə təqdim etmədiyinə dair dəlilləri Konstitusiya məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə zidd olmaqla yanaşı, qanunsuz, əsassız və ədalətsizdir. Üçüncü- məhkəmə qətnamədə göstərmişdir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, qarşılıqlı iddia üzrə iddiaçının mübahisələndirilən alq-satqı müqaviləsindən 2011-ci ildən məlumatı olmuş, həKa qarşılıqlı iddia üzrə iddiaçının arvadı Cavabdeh2 fərdi yaşayış evinin satılmasına etirazı olmamış və bu barədə xx.xx.2011-ci il tarixli 7E/21-10087 reyestr nömrəli Ərizə vermişdir. İşin halları və əlavə edilmiş sübutlara əsasən cavabdehin torpaq sahəsini iddiaçıya sataraq 15 il ərzində buna etiraz etməməsi sübuta yetmişdir. Məhkəmə qeyd olunan hüquqi faktları nəzərə almamışdır. Məhkəmə 2027-ci ilədək qüvvədə olan etibarnamə ilə torpaq sahəsini idarəçiliyə verdiyini göstərsə də bu həqiqəti əks etdirmir. Belə ki, etibarnamə tək idarəçilik üçün deyil həmçinin istədiyi kimi sərəncam verilməsini nəzərdə tuturdu və Əliyev Əliyar sağlığında istənilən vaxt torpaq sahəsini kənar şəxsə sata bilərdi. Məhkəmə isə buna da düzgün qiymət verməmişdir. Dördüncü- məhkəmə hesab etmişdir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından ilkin iddia tələbi təmin oluna bilməz. Halbuki, iş materiallarına əsasən 2007-ci ildə mərhum atam X21 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 65 min ABŞ dolları verərək Buzovna qəsəbəsi, Abşeron küçəsində yerləşən bir birinə bitişik iki torpaq sahələrini almışdır. Həmin vaxtdan torpaq sahələrinə dair hər iki cavabdeh atasına etibarnamə verərək torpaq sahələrini də onlara təhvil vermiş və torpaq sahələri bu günədək qanuni istifadələrində olmuşdur. Həmin torpaq sahələrinin alınan vaxt onların Çıxarışı olmamış, yalnız icra hakimiyyətinin veridyi xx.xx.1999-ci il tarixli 1495 saylı və xx.xx.1999-cu il tarixli 1922 saylı Sərəncamlar olmuşdur. Həmin torpaq sahələri faktiki ölçüləri hər biri ayrılıqda 0,10 ha olmaqla biri Cavabdeh1 digər 0.10 ha ərazisi isə yoldaşı Cavabdeh2 adına olmuşdur. Hər iki torpaq sahəsinə görə tam şəkildə ödəniş edildiyi üçün cavabdehlər ayrı-ayrılıqda mərhum atama torpaq sahəsinə dair hər cür sərəncam vermək hüququ o cümlədən – torpaq sahəsindən istifadə etmək, torpağı özəlləşdirib sonradan satmaq, bağışlamaq və sair nəzərdə tutan 20 illik yəni, 2027-ci ilədək Etibarnamələr verilmişlər. Cavabdeh1 adına olan hissə atasının tərəfindən özəlləşdirilmiş və cavabdehin tərəfindən xx.xx.2011-cü ildə mənə 20 000 (iyirmi min) manata (yəni 25 000 ABŞ dollarına) satılmışdır. Belə ki, o vaxtkı məzənnə ilə 20000 manat 25 000 ABŞ dolları edirdi. Cavabdeh2 adına olan torpaq sahəsini isə 40000 ABŞ dollarına razılaşmışdır. Qeyd edir ki, hər iki torpaq sahələrinin özəlləşdirilib sonradan satılması üçün cavabdehlər atama etibarnamə o cümlədən ailə üzvlərinin adından notarial təsdiq olunmuş ərizələr də vermişlər. Lakin digər hissəsi yəni Cavabdeh2 adına olan hissəni atam cavabdehin adına özəlləşdirsə də satmağa macal tapmamış 30 noyabr 2020-ci ildə rəhmətə getmişdir. Belə ki, atam həmin torpaq sahəsini satmaq istədiyindən onu birbaşa alıcının adına alqı-satqı etməyi planlaşdırmışdı. Atası vəfat etdikdən sonra 2021-ci ilin ortaları o, Cavabdeh1 yaxınlaşıb etibarnamənin yenilənməsini və atasının hüquqi varisi kimi onun adına verilməsini xahiş etmişdir. Cavabdeh1 atasının öldüyünü bilən kimi müxtəlif bəhanələr gətirərək öncə ondan iyirmi min manat pul tələb etdi daha sonra isə ümumiyyətlə yoldaşı ilə boşandığını və əlaqəsinin olmadığını, yoldaşının guya Amerikaya getdiyini, heç cür etibarnamə verə bilməyəcəyini bildirdi və onu get-gələ saldı. O, buna etirazını bildirmiş və xahiş etdim ki, elə isə mənim atamın həmin torpağa görə verdiyi pulu qaytarsın. Bundan sonra o və yoldaşı digər Cavabdeh2 mənim barəmdə polisə şikayət edərək guya mənim torpağı özbaşına zəbt edərək orada tikinti işləri aparmağım barədə yalan şikayət etmişlər. Nəticədə barəmdə cinayət işi başlanmış və Xəzər rayon Məhkəməsinin 1(003)-264/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişəm. Həmin hökmdən verdiyim apellyasiya şikayətii əsasınnda Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1901/2022 saylı xx.xx.2022-ci il tarixli Hökmünə əsasən Xəzər rayon Məhkəməsinin 1(003)-264/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ləğv edilməklə CM-nin 188.2-ci maddəsi ilə təqsirləndirilən İddiaçı Əliyar oğlunun barəsində bəraət Hökmü çıxarılmışdır. Məhkəmədə onun sözü gedən həmin torpaq sahəsini özbaşına deyil 40000 (qırx min) ABŞ dolları ödəməklə əldə etdiyi sübuta yetmişdir. Məhkəmədə də cavabehlərin gətirdiyi ən əsas dəlil ondan ibarət olmuşdur ki, İddiaçı Əliyar oğlu Cavabdeh2 məxsus torpaq sahəsini özbaşına tutmaqla cinayət törətmiş və nəticədə Xəzər rayon Məhkəməsinin 1(003)-264/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Halbuki, iş materiallarında olan Cavabdeh1 şəxsən imzaladığı izahatlarda həmçinin məhkəmədə verdiyi izahatlarda o, iddiaçının atasından 65 000 (altmış beş min) ABŞ dollarını aldığını təsdiq etmiş lakin həmin pulu yalnız öz adına olan torpaq sahəsinə aldığını göstərmişdir. Lakin onun dedikləri işdəki sübutlarla o cümlədən işdə olan satıcı X21 (etibarnamə əsasında Cavabdeh1 əvəzinə) ilə alıcı İddiaçı arasında bağlanmış AN-İ N ******* saylı, xx.xx.2011 -ci il tarixli "Daşınmaz əmlakın alqısatqı müqaviləsi” ilə təkzib olunur müqavilənin surətindən görünür ki, satıcı Cavabdeh1 Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Abşeron küçəsi ünvanında yerləşən, üç otaqlı, ümumi sahəsi 154,74 kv.m, yaşayış sahəsi 52,04 kv.m, köməkçi sahəsi 102,7 kv.m olan, 188 saylı fərdi yaşayış evini və evin yerləşdiyi 0,10 ha torpaq sahəsini 20.000 (iyirmi min) manata 25000 (iyirmi beş min) ABŞ dollarına satmışdır. Qeyd edim ki, atam X21 Cavabdeh1 adına olan torpaq sahəsini alarkən onu üzərindəki ev beş daş hündürlüyündə olduğundan atasə həmin evi inşa edib hazır etdikdən sonra özəlləşməyə vermiş və Çıxarış aldıqdan sonra Cavabdeh1 adından razılaşdırılmış qiymətə alqı-satqı etmişdir. Bakı Apellyasiya Məhkəməsində məhkəmə istintaqı zamanı da onun və yoldaşının 65 000 (altmış beş min) ABŞ dolları pulun hər iki torpaq sahəsinə görə alındıqları təsdiqini tapmışdır. MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşdəki sənədlərdən də aydın olur ki, Cavabdeh2 yoldaşı cavabdeh Mircabbarla birlikdə 2007-ci ildə 65 000 ABŞ dolları alaraq, ayrılıqda hər iki torpaq sahəsinə dair bütün zəruri sənədləri o cümlədən ailə üzvlərinin razılıq ərizələri də daxil olmaqla mənim atama baş etibarnamə ilə torpaq sahəsini naturada atama təhvil vermişlər. Atası ölən günədək bir dəfə də olsun torpaq barəsində maraqlanmamış və torpağın bizim istifadəmizdə olmasına dair heç bir etiraz da etməmişdir. Həmin etibarnamə ilə atama torpaq sahəsini özgəninkiləşdirib satmaq və sair hüquqlar verilmişdir. Cavabdehlər torpağın pulunu aldıqlarına görə bu günədək bir dəfə də olsun torpaqla maraqlanmamışlar. Əlavə olunmuş Cavabdeh2 X11 verdiyi 10 avqust 2007-ci il tarixli Etibarnamə ilə Bakı şəhəri, Əzizbəyov rayonu İHB tərəfindən verilmiş 1922 saylı, xx.xx.1999 il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Buzovna qəsəbəsində 486 saylı yerdə yerləşən 1200 kv/m torpaq sahəsindən təyinatlı istifadə etməyi, özəlləşdirməyi sonradan buna dair sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetilməsi ilə əlaqədar adımdan ərizə verməyi və diqər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 10 avqust 2027-ci ilədək etibarlıdır. Beləliklə birinci instansaiya məhkəməsi 65 000 ABŞ dollarının yalnız Cavabdeh1 aid torpaq sahəsinə görə ödənildiyi qənaətinə gəlsə də işdəki sübutlara əsasən pulun hər iki torpaq sahəsinə görə alındığı sübuta yetir. Cavabdeh1 atamdan 0.24 ha torpaq sahəsinə görə qarşılıqlı razılığa əsasən 65000 ABŞ dollar pul almışdır. Bunu polisdə verdiyi izahatlarında Cavabdeh1 özü də təsdiq etmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* N-li, xx.xx.2015-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, 6. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər Sıra № Maddi hüquq norması Maddi hüquq normasının pozulmasına və ya düzgün tətbiq edilməməsinə dair mövqe (dəlillər) Buzovna qəsəbəsi, Abşeron küçəsində yerləşən 0,10 ha olan torpaq sahəsi və onun üzərindəki 188 saylı ev İddiaçı mülkiyyətindədir. Əlavə olunmuş 2021-ci il tarixli Qanun üzrə vərəsəlik haqqında Şəhadətnaməyə əsasən onun atası X10 vərəsəsi olduğum təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 336.1-ci maddəsinə əsasən əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir. Həmin məcəllənin 395-ci maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasındatəsdiqlənməlidir. Beşinci- Məhkəmə cavabdehlərin vicdasızcasına mərhum atasına satdıqları torpaq sahəsini sonradan qəsdən və qərəzli olaraq, ələ keçirmək cəhdlərinə də düzgün qiymət verəmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli “X.Mİrzəliyevin şikayəti üzrə” qərarında göstərilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla, dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir..

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

23. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

24. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş ilkin iddia üzrə Cavabdeh2 məhkəmə kollegiyasının iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyasının

26. 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

28. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X20 haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

29. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

30. 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

31. 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur.

32. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir.

33. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər ola bilər.

35. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

36. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsi ilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

37. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

38. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

39. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

40. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.

41. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir.

42. 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

47. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

50. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

51. Hazırki halda, qətnaməni yalnız ilkin iddia üzrə İddiaçı mübahisələndirdiyindən, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti vermədiyindən qətnamə yalnız ilkin iddia tələbinin rədd edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

52. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-113/2023 saylı 28 noyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

53. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

54. İş materialları ilə müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən 0,10553 ha torpaq sahəsi Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ növü ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəmiləşdirilmişdir. Cavabdeh2 xx.xx.2007-ci il tarixli ƏN-İ seriyalı 098544 saylı etibarnamə ilə həmin torpaq sahəsindən təyinatlı istifadə etməyi, özəlləşdirməyi, sonradan sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi X11 20 il müddətinə, xx.xx.2027-ci il tarixədək etibar etmişdir.

55. Hazırda ilkin iddia üzrə iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin ilkin iddia üzrə cavabdehlər tərəfindən mərhum atası X1 iddia edərək, həmin torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin Cavabdeh2 ilə X23 arasında bağlanmış hesab edilməsini məhkəmədən xahiş etmişdir.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 22 mart 2006-cı il il tarixli qərarında göstərmişdir ki, «MM-in 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır.

57. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır.

58. Daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir.

59. Belə ki, MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alqısatqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır.

60. Göründüyü kimi, yuxarıda adı çəkilən norma daşınmaz əşyaların alqı-satqısı haqqında müqavilənin etibarlı sayılmasını mütləq iki şərtin mövcudluğu ilə əlaqələndirir: -yazılı formada bağlanması; -notariat qaydasında təsdiqlənməsi.

61. Həmin şərtlərə əməl edilməməsi daşınmaz əşyaların alqı-satqısı müqaviləsinin etibarlılığını şübhə altına alır.

62. Beləliklə, daşınmaz əşyaların alqı-satqısı haqqında müqaviləyə münasibətdə qanun birmənalı olaraq müəyyənləşdirir ki, belə əqdlərin bağlanmasının yazılı formasına riayət edilməməsi birbaşa onların etibarsızlığına səbəb olur. Qeyd edildiyi kimi, MM-in 335.2-ci maddəsinin mənasına görə, məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün mövcudluğu tələb olunan zəruri hallardan biri də müqavilənin yazılı formada tərtib edilməsidir.”

63. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, ilkin iddia üzrə iddiaçı mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı Cavabdeh2 ilə X23 arasında hər hansı yazılı müqavilə bağlanmamış, həmin torpaq sahəsinin idarə edilməsinə dair Cavabdeh2 tərəfindən X17 etibarnamə verilmişdir. Bununla da X23, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmiş “əqdin özü qanuna zidd olmamalı” və “onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır” prinsiplərinə əməl etməmişdir. Belə ki, Mülki Məcəllənin 362.1-ci maddəsinə əsasən etibarnamə, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalətdir. Bu isə qanunvericiliyə müvafiq olaraq hər hansı əqdi və ya alqı-satqı müqaviləsi hesab edilə bilməz. İlkin iddia üzrə iddiaçı qeyd edilən mübahisəli torpaq sahəsi ilə bağlı onun vəfat etmiş atası X23 ilə Cavabdeh2 arasında olan hər hansı yazılı əqdi məhkəməyə təqdim edə bilməmişdir. Hazırda isə həmin torpaq sahəsi RX seriyalı ******* saylı Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh2 mülkiyyətindədir. Buna görə də məhkəmə hesab edir ki, torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ilə bağlı hər hansı hüquqi əsaslar mövcud deyildir.

64. Bu baxımdan, Mülki Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

65. Kollegiya qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar).

66. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, etibarnamə alqı-satqı müqaviləsi və ya hər hansı digər əqdi ifadə etmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 362.1-ci maddəsinə əsasən, etibarnamə bir şəxsin başqa bir şəxsə üçüncü şəxslər qarşısında təmsilçilik üçün verdiyi vəkalətdir. Bu, hər hansı hüquqi əqdin (məsələn, alqı-satqı müqaviləsinin) yerinə yetirilməsi və ya təsdiqi demək deyil. Etibarnamə, sadəcə, təmsilçilik hüququ verir, yəni müəyyən bir şəxsin başqa bir şəxsə onun adına hərəkət etmək icazəsi verir, amma bu, hüquqi əqdin yerinə yetirilməsi üçün kifayət etmir. Məhkəmə, həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 22 mart 2006-cı il tarixli Plenumu qərarına istinad edir. Bu qərarda qeyd olunur ki, "əqdin özü qanuna zidd olmamalıdır" və "onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilməlidir." Bu o deməkdir ki, hər hansı bir əqdin hüquqi qüvvəyə minməsi üçün yazılı şəkildə tərtib edilməsi və qanuna uyğun olması vacibdir. Məhkəmə kollegiyası bu prinsipi əsas alaraq, etibarnamənin alqı-satqı müqaviləsi yerinə keçməyəcəyini qeyd edir. İddiaçı, mübahisəli torpaq sahəsi ilə bağlı onun vəfat etmiş atası Əlyar Əliyev ilə Cavabdeh2 arasında yazılı bir müqavilə olmadığını sübut edə bilməmişdir. Məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi sübutların, yəni yazılı müqavilənin olmaması faktını əsas alaraq, torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə bağlı hər hansı hüquqi əsasın olmadığını müəyyən edir.

67. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisəli torpaq sahəsi, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən, Cavabdeh2 mülkiyyətindədir. Bu, mülkiyyət hüququnun dövlət tərəfindən tanınması və qeydiyyatı deməkdir. Mülkiyyət hüququnun dövlət reyestrində rəsmən qeyd edilməsi, bu hüququn əsl sahibi olan şəxs tərəfindən təqdim edilmiş yazılı sənəd əsasında təsdiq edilmişdir. Həmçinin, qeydiyyatın olmaması, torpaq sahəsi ilə bağlı əqdin hüquqi qüvvəyə minməsi və ya etibarlı olmasını təsdiqləməyəcəkdir.

68. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətlərində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

70. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

71. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özlərinə aid edilməlidir.

72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-113/2023 saylı 28 noyabr 2023-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar