Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6463/2021 01.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X6, Cavabdeh "xxxx" Əməliyyat Şirkətinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(006)-1705/2021 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Əməliyyat Şirkətinə qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməsinə müraciət edərək, iddiaçı "xxxx" Operating Company "xxxx" Əməliyyat Şirkətinin 27.11.2020-ci il tarixli, 32 X-0k nömrəli əmrinin ləğv edilməsi, "xxxx" Operating Company "xxxx" Əməliyyat Şirkətində “Tikinti Quraşdırma sexində “Tikinti quraşdırma sexin rəisi” vəzifəsinə bərpa olunması və işə bərpa olunduğu günə qədər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01.01.2004-cü ildə "xxxx" Əməliyyat Şirkətində texniki təmir üzrə mühəndis vəzifəsinə qəbul edilərək həmin müəssisədə əmək fəaliyyətinə başlamışdır. 20.02.1996-cı ildə Tikinti Şöbəsində Tikinti və borukəməri üzrə nəzarətçi, 01.01.2009-cu ildə Tikinti Quraşdırma sexində tikinti quraşdırma sexinin rəis müavini, 01.06.2010cu ildən 27.11.2020-ci ilədək isə tikinti quraşdırma sexinin rəisi vəzifələrində işləmişdir. İşlədiyi müddət ərzində heç bir intizam tənbehi tədbirinə məruz qalmamışdır. "xxxx" Operating Company "xxxx" Əməliyyat Şirkətinin 27.11.2020-ci tarixli, 32 X-0k nömrəli əmrinə əsasən iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir və əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, "xxxx" Operating Company "xxxx" Əməliyyat Şirkətinin 27.11.2020-ci il tarixli 32 X-0k nömrəli əmri qanunsuz və əsassızdır. Belə ki, iddiaçının işdən azad olunması barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan tələblərə riayət olunmadan verilmişdir. Belə ki, əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə verilsə də, əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə uyğun olmamışdır. Əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinin xitam verilməsi üçün əsas F.Əliyev, Ə.Vəliyev və N.Mikayılovun 05.11.2020-ci il tarixli xidməti yaxıları və akta istinad edilir. X5 70-ci maddəsinin “ç” bəndinə əsasən işçinin əmək müqaviləsinin ləğv olunması üçün X1 (Komissiya) iclası, həmin iclasda müqaviləsi ləğv edilən şəxsin iştirakı müzakirəsi və s. kimi əsasları özündə ehtiva edir. Əmrdə yazılan hallar həqiqəti əks etdirmir. İddiaçı heç bir qanun pozuntusuna yol verməmişdir. Toplaşmaq və ya işəgötürədən müəyyən tələblər etmək isə Əmək Məcəlləsində işçinin təsbit edilmiş hüquqlarıdır. Buna baxmayaraq, iddiaçı orada 2 dəqiqədən az dayanmamışdır və işçilərin də bununla bağlı müraciətləri var. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(006)-1705/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia tələbinin məzmunu ilə eynilik təşkil etməklə, şikayətdə qeyd olunur ki, sözü gedən əmrdə əsas kimi F.Əliyev, Ə.Vəliyev və N.Mikayılovun 05.11.2020- ci il tarixli xidməti yazısı və izahat verməkdən imtina barədə akta istinad edilib. Xidməti yazıda qeyd edilir ki, 04.11.2020-ci il tarixdə bir qrup işçilərin əmək funksiyalarını icra etmək əvəzinə Mişovdağ yatağında qeyri-qanuni toplantı keçirilməsi barədə məlumat daxil olmuşdur. İşçilərlə yerində aparılan söhbətlərdən sonra məlum olmuşdur ki, işçilərin toplaşmağında əsas səbəblərə hal-hazırki iş qrafıklərinin bəzilərini qane etməməsi, bir çoxlarının isə lazım olduqda, yəni istədikləri zaman iş yerlərini tərk etməyə icazə verilməməsidir. İşçilərlə maarifləndirici söhbətlər aparıldıqdan və icazələrin əmək qanunvericiliyinin və Şirkətin Filialı üzrə 23.07.2020-ci il tarixli, 218-AZ №-li əmrin tələblərinə uyğun verilməsi izah edildikdən, virus infeksiyasının geniş yayıldığı, həmçinin ölkənin müharibə vəziyyətində olduğu bir şəraitdə bu cür əsassız toplanışların qanunvericiliyə zidd olduğu və ağır fəsadlar verə biləcəyi barədə xəbərdarlıqdan sonra işçilər sakitləşmişlər. Bundan sonra, Şirkətin Filialının Təmir quraşdıma sexinin rəisi İddiaçı emosional şəkildə söhbətə qoşularaq qarışıq fikirlər səsləndirməyə başlamışdır. Yaranmış problemlərlə bağlı təklifləri varsa, struktur bölmə rəhbəri kimi yazılı şəkildə Şirkətin Filialının rəhbərliyinə şifahi və yazılı müraciət etməli olduğu İddiaçı bildirilsə də, o, rəhbərlik etdiyi sexin işçilərini əmək funksiyalarının icrasına dəvət etməkdənsə, qarışıq və əsassız fikirlər səsləndirərək işçiləri qızışdırmağa davam etmişdir. İşçilərlə izahedici söhbətlər davam etdirilərək sakitləşdirilmiş, onlara özlərinin əmək funksiyalarını icra etmək təklif olunmuş və saat 09.30-dan sonra işçilər toplaşdıqları yerdən dağılışmağa başlamışlar. Xidməti yazıda o da qeyd edilir ki, qanunsuz toplantıda iştirak edən və daha çox qarışıqlıq salmaq istəyən işçilərin çox hissi Təmir-quraşdırma sexinin işçiləri olmuşlar. Nəticə etibarı ilə iş vaxtı ərzində Şirkətin Filialının rəhbərliyini xəbərdar etmədən qanunsuz toplantı ilə əlaqədar xeyli sayda işçi 2 saata yaxın bir müddət özlərinin iş yerlərində olmamış, yəni əmək və icra intizamını pozaraq əmək funksiyalarını yerinə yetirməmişlər və bu da istehsalatın, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur. Qeyd olunan xidməti yazı ilə əlaqədar qeyd etmək lazımdır ki, birincisi, iddiaçının aksiyanın keçirilməsi və ya təşkil etməsi barədə heç bir sübut yoxdur. Yəni işçilərin toplanmağı ilə əlaqədar onun bağlılığı yoxdur. Bu barədə hər hansı bir rəsmi məlumat yoxdur. ikincisi, cavabdeh təşkilat tərəfindən belə bir aksiyanın keçirilməsi barədə video kameralar vasitəsilə qeydə alınmamışdır. Bu barədə məhkəməyə iddiaçı tərəfindən vəsatət verilmişdir. Lakin, cavabdeh məhkəmənin sorğusuna cavab verməmişdir. üçüncüsü, işçilərin əmək funksiyalarını icra etməməkləri nəticəsində normal iş ahəngini pozulmasının nədən ibarət olması xidməti yazıda öz əksini tapmamışdır. Cavabdeh təşkilat bir cümlə yazmaqla normal iş ahənginin pozulmasına yalnız sözlər şəklində istinad etmişdir. Halbuki həmin normal iş ahənginin pozulması zamanı işəgötürənə hansı şəkildə ziyan dəymişdir və ya işəgötürən hansı formada gözləntilərdən məhrum olduğunu əsaslandırılmamışdır. Yalnız söz şəkilində normal iş ahənginin pozulmasına istinad edən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə də təsdiq olunur ki, iddiaçı əksinə aksiyanın keçirilməsinə qəti şəkildə etiraz etmiş və aksiyaya yığışan işçilərin iş başına qayıtmalı olduqlarını vacibliyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin MN seriya ******* nömrəli, 21.01.2021-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, “X17” Azərbaycan Respublikasındakı filialının rəhbəri X10 tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə düzgün xitam verilməyib və son haqqhesab və əmək haqqından tutulması düzgün aparılmayıb. Nəticədə X10 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin cavabdehin nümayəndəsi tərəfindən verilən izahata görə, qeyd olunan inzibati xəta haqqında protokoldan işəgötürən tərəfindən şikayət verilərək mübahisələndirilsə də Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin müvafiq Qərarı ilə Protokol qüvvəsində saxlanılmışdır. Bununla bağlı iddiaçı tərəfindən həmin qərarın surətinin əldə edilməsi ilə bağlı sorğu ünvanlanmışdır. Məhkəmə tərəfindən iş materiallarında olan inzibati xəta haqqındakı Protokola münasibət belə bildiririlməmişdir. Belə ki, həmin Protokol cavabdeh tərəfin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə düzgün xitam verilməməsini göstərir. Belə ki, protokoldan hər iki 2 əsasın işəgötürən tərəfindən pozulması açıq-aşkar görünür. Bunlardan biri işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi, digəri isə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsidir. Təssüflər olsun ki, işə baxan birinci instansiya məhkəməsi ləğv edilməmiş və qüvvədə olan protokola sadəcə bir cümlə ilə (işəgötürənin şikayət verməsi) ilə toxunmuşdur. Halbuki sözü gedən protokolda işəgötürən tərəfindən əmək qanunvericiliyinin pozulması öz əksini tapmışdır. Bundan əlavə məhkəmədə şahid ifadələrinə belə qiymət verilməmişdir. Belə ki, şahid qismində dindirilmiş X21 öz ifadəsində göstərmişdir ki, o, həmin şirkətdə çalışır. Pandemiya ilə əlaqədar növbə ilə işləmək üçün işçilərlə etiraz edirdilər. Əvvəldə dəfələrlə şifahi surətdə müraciət etsələr də, faydası olmamışdır. Onlar, işçilər olaraq, İddiaçı toplaşmaq istəməsi barədə müraciət etmişlər. Şaiq buna icazə verməmiş, mövzunu rəhbərliyə çatdıracağını bildirmişdir. Lakin aksiya baş tutmuş, aksiyanın sonunda Şaiq gəlmiş və onlara müraciətləri yazılı etməli olduqlarını və artıq iş başına qayıtmalı olduqlarını bildirmişdir. Həmin aksiya ilə əlaqədar ona da şiddətli töhmət verilmişdir. Şahid qismində dindirilmiş X22 öz ifadəsində göstərmişdir ki, Şaiq onun müdiri olub. Aksiya zamanı Şaiqi axırda görmüşdür. Aksiya təxminən səhər saat 09 radələrində baş tutmuşdur. Şaiq axırda aksiya olan yerə gəlmişdir. O, Şaiqə işçilərin aksiya üçün yığışdığını bildirmişdir. Ona aksiya üçün yığışan işçiləri çağırmasını bildirmişdir. Şaiq aksiya olan yerə gəldikdə onlara iş başına qayıtmalı olduqlarını bildirmiş və aksiyanı dağıtmışdır. Göründüyü kimi, cavabdeh şirkətdə hal-hazırda işləyən şahidlər də məhkəmədə ifadə verərək iddiaçının aksiyanın keçirilməsinə qəti şəkildə etiraz etdiyini və aksiyaya yığışan işçilərin iş başına qayıtmalı olduqlarını vacibliyini vurğuladığını bildirmişlər. Belə olduğu təqdirdə hansı əsasla həmin şahid ifadələrinə dair bir cümlə belə məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, iddia tələbi və şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx"Əməliyyat Şirkətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etmədi, izahat verərək göstərdi ki, Kayman adalarının Cavabdehın rəhbərinə 05.11.2020-ci il tarixdə müvafiq şöbə rəhbərləri tərəfindən xidməti yazı ünvanlanaraq bildirilmişdir ki, Cavabdehda Tikinti quraşdırma sexinin rəisi vəzifəsində işləyən İddiaçı Cılovxan oğlu 04.11.2020-ci il tarixdə əmək fuksiyalarım kobud surətdə pozaraq iş vaxtı ərzində işçilərin qanunsuz toplaşmalarına yol verərək özünün əmək funksiyalarını yerinə yetirməmiş, tabeçiliyində olan işçilərin istehsalat və» məişət problemlərinin həlli istiqamətində heç bir tədbir görməmiş, bununla bağlı Əməliyyat şirkətinin filialının rəhbərini məlumatlandırmamış, Şirkətin filialının rəhbərinin 175-AZ saylı, 12 iyun 2020-ci il tarixli əmrinin tələblərinə riayət etməmiş, bundan əlavə AR Nazirlər Kabinetinin “Xüsusi Karantin rejimi ilə bağlı Əlavə Tədbirlər” barədə 336 saylı, 12 sentyabr 2020-ci il tarixli Qərarının tələblərini kobud şəkildə pozmuşdur. Nəticədə işçi İddiaçı və Şirkət arasında bağlanmış əmək müqaviləsinə yuxarıda qeyd olunan əsaslarla 27 noyabr 2020-ci il tarixində 32X-OK saylı əmr ilə xitam verilmişdir. Əmr əsasında işçiyə Şirkətdə işlədiyi dövr ərzində istifadə etmədiyi məzuniyyət günləri, əmək haqqı ödənilməyən iş günləri və digər ödənişləri üzrə pul əvəzi və əmək haqqı qanunvericiliyinin tələblərinə riayət edilməklə ödənilmişdir. Yuxarıda qeyd olunan 175-AZ saylı, 12 iyun 2020-ci il tarixli Şirkətin daxili əmrinə əsasən Koronavirusla mübarizə çərçivəsində Nazirlər Kabineti və lokal olaraq Şirkət rəhbərliyi tərəfindən müəyyən edilmiş qaydalara əməl edilməsinə nəzarətin gücləndirilməsinin təmin edilməsi, infeksiyanın başqa şəxslərə yayılmasının qarşısını almaq üçün müəyyən edilmiş tələblərə və qaydalara əməl etməyən işçiyə münasibtdə intizam tənbehi tətbiq edilməsi və o cümlədən, qeyd olunanlarla bağlı tələblərin vaxtında və lazımı qaydada icra edilməməsi işçilərin çalışdıqları struktur bölmələrin rəhbərləri üçün də məsuliyyət yaradılması və sair əmr edilmişdir və əmrlə bütün Şirkət işçiləri tanış edilmişdilər. Şirkətin ikinci 218-AZ saylı 23.07.2020-ci il tarixli əmrində göstərilmişdir ki, yoxlamalar nəticəsində müəyyən edilmişdir ki, bir çox işçilər, xüsusən Şirkətin Filialının istehsalat sahələrinin işçiləri heç bir üzürlü səbəb olmadan işə çıxmır, iş vaxtı ərzində şəxsi işləri ilə bağlı iş yerlərini tərk edir, müvafiq qaydada məlumat vermədən başqa bölmələrə gedir, iş vaxtı ərzində boşdayanmalara yol verir, əməyin mühafizəsi və karantin rejimi qaydalarını pozmaqla həm özlərinin, həm də iş yoldaşlarının həyatı və sağlamlığı üçün təhlükə yaratmış olurlar. Bütün bu nöqsanlar barədə Şirkətin Filialının rəhbərliyinə hər hansı məlumat verilmir, onların qeydiyyatı aparılmır. Və bununla bağlı aşağıdakılar barədə əmr verilmişdir: hər gün 8 saatlı 5 günlük iş həftəsi rejimində və birinci növbədə işləyənlərin davamiyyəti barədə saat 09:00-dan gec olmayaraq Kadrlar şöbəsinə yazılı məlumat verilməsi (cavabdeh şəxs - struktur bölmə rəhbəri və onun təyin etdiyi şəxslər); iş vaxtı ərzində iş yerini icazəsiz tərk edən və ya işdən vaxtından tez gedən, əmək intizamını digər şəkildə pozan işçilər barədə, pozuntu aşkar edilən kimi dərhal xidməti məktub yazılaraq Kadrlar şöbəsinə təqdim edilsin (cavabdeh şəxs - struktur bölmə rəhbəri). Bu əmrlə də bütün işçilər, o cümlədən İddiaçı tanış edilmişdilər. Lakin, 04.11.2020-ci il tarixində Tikinti quraşdırma sexinin rəisi İddiaçı tabeliyində olan 50-60 işçilər qanunsuz tətil keçirdikləri zaman iki saata yaxın iş yerlərində olmamalarına baxmayaraq sex rəisi olan İddiaçı bu barədə yuxarıda qeyd olunan Şirkət rəhbərinin əmrlərini icra etməmiş, Kadrlar şöbəsinə dərhal məlumat verməmiş və nəticədə Şirkət tərəfindən iş yerində olmayan, əmək funksiyalarını icra etməyən 50-60 işçiyə əmək haqqı ödəmişdir. Həmin hadisənin aradan qaldırılması üçün Şirkətin aidiyyəti qrumları, struktur rəhbərləri cari işləri kənara qoymaq məcburiyyətində qalaraq, tətilin aradan qaldırmaq üçün işlər aparmış və nəticədə Şirkətə ziyan dəymişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə Əmr verildikdən sonra işçi - İddiaçı şikayəti əsasında X16 tərəfindən Şirkətimizə zəruri sənədlərin təqdim olunması tələbi ilə məktub daxil olmuş. Məktubda qeyd edilmiş hallar Şirkət tərəfindən müvafiq qaydada araşdırılmış və 04-2/696 saylı məktuba əlavə edilmiş sənədlərdə işçinin iddiasının əsassız olduğu,- əmək müqaviləsinə qanunvericiliyin qaydalarına əməl edilərək xitam verilməsi və işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində nöqsanlara yol verilməməsi və qanunvericiliyin tələblərinə tam riayət edilməsi halı aydın şəkildə bildirilsə də, X16 Xidməti Salyan Regional Şöbəsinin 21.01.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş 01.02.2021-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında Qərar qəbul edilmişdir. Kayman adalarının Cavabdehı Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək yuxarıda qeyd olunan protokolun və qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin 3(006)-589/2021 saylı, 25 fevral 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X16 Xidməti Salyan Regional Şöbəsinin 01 fevral 2021-ci il tarixli, № ******* İnzibati tənbeh vermə haqqında Qərarı dəyişdirilmədən saxlanılmışdır. Nəsimi rayon Məhkəməsinin 3(006)-589/2021 saylı, 25 fevral 2021-ci il tarixli Qərarından onun tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin edərək, Nəsimi rayon Məhkəməsinin qərarım ləğv edərək, işi təkrar araşdırılması üçün Nəsimi rayon Məhkəməsinə göndərmişdir. Son olaraq Nəsimi rayon Məhkəməsi yenidən araşdırma apararaq 23.06.2021-ci il tarixində iş üzrə qərar qəbul edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X16 Xidməti Salyan Regional Şöbəsinin 01 fevral 2021-ci il tarixli, № ******* inzibati tənbeh vermə haqqında Qərarı ləğv edərək iş üzrə icraata xitam vermişdir. Beləliklə, işin mahiyyəti ondan ibarətdir ki, işçi İddiaçı tərəfindən Şirkətin filialının rəhbərinin №175-AZ, 12 iyun 2020-ci il və 218-AZ saylı 23.07.2020-ci il tarixli əmrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi Karantin rejimi ilə bağlı Əlavə Tədbirlər barədə” 336 saylı, 12 sentyabr 2020-ci il tarixli Qərarının tələbləri pozulmuşdur. Qeyd olunan əmrə əsasən o, struktur bölməsi rəhbəri kimi işçilərin əmək funksiyalarının yerinə yetirmələrinə, çox sayda işçilərin bir yerdə toplaşmalarına yol verilməməsi üçün tədbirlər görməli idi. Əlavə olaraq “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020ci il tarixli fərmanına əsasən Respublika ərazisində hərbi vəziyyət mövcud olmuşdur. İddiaçı tərəfindən həmin Qanunun tələbləri də pozulmuşdur. Belə ki, qeyd olunan Qanuna əsasən hərbi vəziyyət rejimində mülkiyyət və təşkilati - hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar xüsusi iş rejiminə keçirilir və bütün növ yığıncaqlar, mitinqlər, küçə yürüyüşləri, nümayişlər və piketlər, habelə digər kütləvi tədbirlərin keçirilməsi qadağan edilir. Bütün bunlara baxmayaraq Şirkətin filialının Tikinti-Quraşdırma sexinin rəisi İddiaçı özünün əmək funksiyalarını yerinə yetirməmiş, tabeçiliyində olan işçilərin istehsalat və məişət problemlərinin həlli istiqamətində heç bir tədbir görməmiş, bununla bağlı Şirkətin Filialının rəhbərinin əmr və sərəncamlarını yerinə yetirməmiş, Azərbaycan Respublikasının Qanunlarını, Prezidentin Fərmanlarını, Nazirlər Kabinetinin Qərarlarını pozmuşdur. Bundan əlavə tabeliyində olan işçiləri əmək və icra intizamına riayət etməyə dəvət etmə əvəzinə, özü daxil olmaqla, rəhbərlik etdiyi struktur bölmənin işçilərinin 2 saata yaxın bir müddət ərzində əmək funksiyalarının yerinə yetirilməsinə mane olan əsassız və icazəsiz toplantı keçirilməsinə bilərəkdən şərait yaradaraq istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur. İddiaçı Çılovxan oğlunun “İşə bərpa tələbinə” Nəsimi rayon Məhkəməsində baxılarkan müəyyən olunmuşdur ki, İddiaçı bir sex rəisi olaraq işçilərin tətil keçirmələri barədə bir gün qabaq məlumatı olmuşdur, bunu məhkəmə iclasında özü də etiraf etmişdir. Özünün tabeliyində olan işçilərin tətil keçirməsi barədə rəhbərliyə məlumat verməmişdir, üstəlik işçilərin iş yerlərindən iki saatdan artıq müddətə ayrılmalarına şərait yaratmışdır. Məhkəməyə təqdim olunan işçilərin izahatından da görünür ki, əgər sex rəisinin məlumatı və icazəsi olmaseydı, onlar tətil edə bilməzdilər. Öz tabeliyində olan işçilərin tətil etməsinə şərait yaratması bir qırağa, üstəlik, Şirkətin rəhbərliyi tərəfindən həmin işçilərlə aparılan danışıqlıqlardan sonra, işçiləri razı salıb sakitləşdirdikdən sonra, tətilin artıq dağılışması ərəfəsində İddiaçı özü tətilə qoşulur və “aranı daha da qızışdıran” nitqlarlə çıxış edərək tətili uzatmışdır. Əmək Qanunvericiliyinə əsasən tətil etmək hər bir işçinin hüququ olduğu kimi, onun keçirilməsi qaydasına dair müəyyən tələblər qovulmuşdur. Belə ki, AR Əmək Məcəlləsinin 230-cü maddəsinə əsasən İşəgötürən tərəfindən təhlükəsiz əmək şəraiti təmin edilmədikdə və bununla əlaqədar sağlamlığı və ya həyatı üçün təhlükə olduqda, işçi əmək funksiyasının icrasından imtina və müəyyən olunmuş qaydada təkbaşına tətil elan edə bilər. Lakin, araşdırma zamanı məlum olduğu kimi işçilərin, o cümlədən İddiaçı qanunsuz keçirdikləri tətilin səbəbi təhlükəsiz əmək şəraiti təmin edilməməsi deyil, sadəcə iş qrafikinin dəyişdirilməsi olmuşdur. Bundan əlavə, AR ƏM-nin 272-ci maddəsinə əsasən tətilin başlanmasına ən geci 10 iş günü qalmış əmək kollektivi və ya həmkarlar ittifaqları orqanı işəgötürənə tətil keçiriləcəyi barədə yazılı məlumat verməlidir. Lakin, İddiaçı sex rəisi olaraq tabeliyində olan işçilərin tətil keçirəcəklərini bilərək və üstəlik özünün iştirak etdiyi tətil barədə işəgötürənə əvvəlcədən məlumat verməmişdir. Bununla da, işəgötürəni tətilə və tətilin nəticələrinə hazırlıqlı olmaq, təhlükəsizlik tədbirlərini görmək, istehsalat rejimini qabaqcadan tənzimləmək imkanından məhrtim etmişdir. AR ƏM-nin 273-cü maddəsinə əsasən xəbərdarlıq tətillərində belə işçi ən azı 3 gün qabaq işəgötürənə tətil barədə məlumat verməlidir. Ən əsas məqamlardan biri də ondan ibarətdir ki, keçirilən tətil həm ciddi karantin rejimi (Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 10 nəfərdən artıq toplaşmamaq barədə qərarının qüvvədə olduğu), həm də Respublikamızda elan edilmiş hərbi vəziyyət dövründə həyata keçirilmişdir. Bu hərəkətləri edərək Ş. Səmədov həm özünün, həm də işçilərin CQVİD-19 virusuna yoluxma təhlükəsini yaratmış və həmin dövürdə bütün azərbaycanlılar vətən müharibəsi ilə bağlı Dövlətin ətrafında toplaşdığı halda, gərəksiz işlərlə məşğul olmuşdur. Nəzərə almaq lazımdır ki, həmin dövrdə müharibə ilə əlaqədar Respublikada terror aktlarının baş verməsi ehtimalı barədə Respublika ictimayiyətinə açıqlama edildikdən sonra işəgötürən tərəfindən lazımı tədbirlərin görülməsinə baxmayaraq məhz İddiaçı hərəkətləri nəticəsində bu cür hadisələrin baş verə bilməsi ehtimalı da artmışdır və tətil barədə məlumat verməyərək, yuxarıda qeyd etdiyimiz kimi işəgötürənin əvvəlcədən təhlükəsizlik tədbirlərin görmə imkanı da olmamışdır. AR Əmək Məcəlləsinin 280-ci madəsinə əsasən Hərbi və ya fövqəladə vəziyyət şəraitində Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq işçilərin tətil hüququ məhdudlaşdınla və ya qadağan oluna bilər. “Hərbi vəziyyət haqqında” AR Qanununa əsasən hərbi vəziyyət rejimində mülkiyyət və təşkilati hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar xüsusi iş rejiminə keçirilir və bütün növ yığıncaqlar, mitinqlər, küçə yürüyüşləri, nümayişlər və piketlər, habelə digər kütləvi tədbirlərin keçirilməsi qadağan edilir. AR Əmək Məcəlləsinin 282-ci maddəsinə əsasən Bu Məcəllənin tələblərini pozmaqla elan edilmiş və keçirilmiş tətil qanunsuz hesab edilir. Bütün yuxarıda qeyd olunanlardan aydın olur ki, Kayman Adalarının Cavabdehın rəhbəri tərəfindən işçi İddiaçıla bağlanmış əmək müqaviləsinə əsaslı və qanunvericiliyin tələblərinə riayət etməklə xitam verilmişdir.İşəgötürənin əmri əsaslandırılmış və işçiyə son-haqq hesab lazımı qaydada ödənilmişdir. Həmçinin 175-AZ saylı, 12 iyun 2020-ci il tarixli və 218-AZ saylı 23.07.2020-ci il tarixli Şirkətin əmrləri İddiaçı email ünvanına göndərilmişdir. Bundan əlavə 04 noyabr 2020-ci il tarixdə saat 08-00 radələrində Kayman adaları Cavabdehda Tikinti-quraşdırma sexinin işçilərinin iştirakı ilə keçirilmiş qeyri-qanuni toplantı nəticəsində boşdayanmaya görə Şirkətə 13512 manat məbləğində zərər dəymişdir. Bu barədə arayış birinci instansiya məhkəməsində tələb olunmadığından, təqdim olunmamışdır. Həmin arayışı məhkəməyə təqdim edirlər. Xahiş etdi ki, qətnamə dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Məhkəmə kollegiyası bu kontekstdə tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X21 öz ifadəsində göstərmişdir ki, o, həmin şirkətdə çalışır. Pandemiya ilə əlaqədar növbə ilə işləmək üçün işçilərlə etiraz edirdilər. Əvvəldə dəfələrlə şifahi surətdə müraciət etsələr də, faydası olmamışdır. Onlar, işçilər olaraq, İddiaçı toplaşmaq istəməsi barədə müraciət etmişlər. Şaiq buna icazə verməmiş, mövzunu rəhbərliyə çatdıracağını bildirmişdir. Lakin aksiya baş tutmuş, aksiyanın sonunda Şaiq gəlmiş və onlara müraciətləri yazılı etməli olduqlarını və artıq iş başına qayıtmalı olduqlarını bildirmişdir. Həmin aksiya ilə əlaqədar ona da şiddətli töhmət verilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X22 öz ifadəsində göstərmişdir ki, Şaiq onun müdiri olub. Aksiya zamanı Şaiqi axırda görmüşdür. Aksiya təxminən səhər saat 09 radəlrində baş tutmuşdur. Şaiq axırda aksiya olan yerə gəlmişdir. O, Şaiqə işçilərin aksiya üçün yığışdığını bildirmişdir. Ona aksiya üçün yığışan işçiləri çağırmasını bildirmişdir. Şaiq aksiya olan yerə gəldikdə onlara iş başına qayıtmalı olduqlarını bildirmiş və aksiyanı “dağıtmışdır”. İşdə olan əmək kitabçasının notarial qaydada təsdiq edilmiş kserosurətindən görünür ki, İddiaçı 01.01.2004-cü il tarixdə "xxxx" Əməliyyat Şirkətinin texniki təmir üzrə mühəndis vəzifəsinə işə qəbul edilmiş, 20.02.2006-cı il tarixdə tikinti şöbəsində tikinti və boru kəməri üzrə nəzarətçi vəzifəsinə keçirilmiş, 01.01.2008-ci il tarixdə Tikinti quraşdırma sexində Tikinti-quraşdırma sexinin rəis müavini vəzifəsinə keçirilmiş, 01.06.2010-cu il tarixdə tikinti-quraşdırma sexinin rəisi vəzifəsinə keçirilmiş, 27.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan "xxxx" Operating Company” şirkəti tərəfindən verilmiş 27 noyabr 2020-ci il tarixli 32X-OK nömrəli əmrin surətindən görünür ki, qəsdən və ya səhlənkarlıqla özünün əmək funksiyasının yerinə yetirməyərək istehsalın, əmək və icra intizamının normal ahəngini pozduğuna görə Təmir-quraşdırma sexinin rəisi İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 27 noyabr 2020-ci il tarixdən xitam verilmişdir. Əsas: F.Əliyev, Ə.Vəliyev və N.Mikayılovun 05.11.2020-ci il tarixli xidməti yazısı, İddiaçı izahat verməkdən imtina etməsi barədə akt. Həmin əmrin əsası kimi aşağıdakılar qeyd olunmuşdur: Kayman Adalarının Cavabdehın Kadrlar şöbəsinin rəisi F.Əliyev, Əməyin təşkili və planlaşdırılması şöbəsinin rəisi Ə.Vəliyev və Təhlükəsizlik xidmətinin rəis müavini N.Mikayılov 05.11.2020-ci il tarixli xidməti yazı ilə müraciət edərək 04.11.2020-ci il tarixdə bir qrup işçinin əmək funksiyalarını icra etmək əvəzinə Mişovdağ yatağında qeyri-qanuni toplantı keçirmələri barədə məlumat vermişlər. İşçilərlə yerində aparılan söhbətlərdən məlum olmuşdur ki, işçilərin toplaşmağında əsas səbəb hal-hazırki iş qrafiklərinin bəzilərini qane etməməsi, bir çoxlarının isə lazım olduqda, yəni istədikləri zaman, iş yerlərini tərk etməyə icazə verilməməsidir. İşçilərlə maarifləndirici söhbətlər aparıldıqdan və icazələrin əmək qanunvericiliyinin və Şirkətin Filialı üzrə 23.07.2020-ci il tarixli 218-AZ №-li əmrin tələblərinə uyğun verilməsi izah edildikdən, virus infeksiyasının geniş yayıldığı, həmçinin ölkənin müharibə vəziyyətində olduğu bir şəraitdə bu cür əsassız toplanışların qanunvericiliyə zidd olduğu və ağır fəsadlar verə biləcəyi barədə xəbərdarlıqdan sonra işçilər sakitləşmişlər. Bundan sonra, Şirkətin Filialının Təmirquraşdıma sexinin rəisi İddiaçı Culovxan oğlu emosional şəkildə söhbətə qoşularaq qarışıq fikirlər səsləndirməyə başlamışdır. Yaranmış problemlərlə bağlı təklifləri varsa, struktur bölmə rəhbəri kimi yazılı şəkildə Şirkətin Filialının rəhbərliyinə şifahi və yazılı müraciət etməli olduğu İddiaçı bildirilsə də, o, rəhbərlik etdiyi sexin işçilərini əmək funksiyalarının icrasına dəvət etməkdənsə, qarışıq və əsassız fikirlər səsləndirərək işçiləri qızışdırmağa davam etmişdir. İşçilərlə izahedici söhbətlər davam etdirilərək sakintləşdirilmiş, onlara özlərinin əmək funksiyalarını icra etmək təklif olunmuş və saat 09.30-dan sonra işçilər toplaşdıqları yerdən dağılışmağa başlamışlar. Xidməti yazıda o da qeyd edilir ki, qanunsuz toplantıda iştirak edən və daha çox qarışıqlıq salmaq istəyən işçilərin çox hissi Təmir-quraşdırma sexinin işçiləri olmuşlar. Nəticə etibarı ilə iş vaxtı ərzində Şirkətin Filialının rəhbərliyini xəbərdar etmədən qanunsuz toplantı ilə əlaqədar xeyli sayda işçi 2 saata yaxın bir müddət özlərinin iş yerlərində olmamış, yəni əmək və icra intizamını pozaraq əmək funksiyalarını yerinə yetirməmişlər və bu da istehsalatın, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur. Xidməti yazı əsasında aparılan araşdırma ilə əlaqədar 06.11.2020-ci il tarixdə izahat alınmasından ötrü Şirkətin Filialının İnzibati binasına dəvət edilən Təmir-quraşdırma sexinin rəisi İddiaçı şifahi olaraq bildirmişdir ki, keçiriləcək qanunsuz toplantı barədə onun bir neçə gün öncədən xəbəri vardır və bu barədə rəhbərliyə heç bir məlumat verməmişdir. Bununla belə İddiaçı yazılı izahat verməkdən imtina etmişdir və bu barədə müvafiq akt tərtib olunmuşdur. Xidməti araşdırma zamanı məlum olmuşdur ki, struktur bölmədə işin təşkili, təkmilləşdirilməsi, işçilərin iş qrafikləri, işçilərə icazələrin verilməsi və işçilərin digər hər hansı bir problemləri ilə bağlı suallar, fikirlər və təkliflərlə əlaqədar Təmir-quraşdırma sexinin rəisi İddiaçı Şirkətin Filialının rəhbərinə hər hansısa şifahi və yazılı müraciəti olmamışdır. Bundan əlavə “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 27.09.2020-ci il tarixli Fərmamına əsasən Respublikada hərbi vəziyyət mövcud olduğundan İddiaçı tərəfindən həmin Qanunun tələbləri ilə pozulmuşdur. Belə ki, qeyd olunan Qanuna əsasən hərbi vəziyyət rejimində mülkiyyət və təşkilati – hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar xüsusi iş rejiminə keçirilir və bütün növ yığıncaqlar, mitinqlər, küçə yürüşləri, nümayişlər və piketlər, habelə digər kütləvi tədbirlərin keçirilməsi qadağan edilir. Bundan əlavə İddiaçı tərəfindən Şirkətin filialının rəhbərinin 175-AZ №-li 12.06.2020-ci il tarixli əmrinin 1.5 və 1.6-cı bəndlərinin, 3-cü maddəsinin tələbləri yerinə yetirilməmişdir. Qeyd olunan əmrə əsasən o, struktur bölməsi rəhbəri kimi işçilərin əmək funksiyalarının yerinə yetirilmələrinə, çox sayda işçilərin bir yerdə toplaşmalarına yol verilməməsi üçün tədbirlər görməli idi. Göründüyü kimi İddiaçı nəinki bu cür tədbirlərin görülməsini təmin etməmiş hətta həmin əmək funksiyaların yerinə yetirilməməsində şəxsən özü iştirak etmişdir. Bundan əlavə tabeliyində olan işçilərin iş vaxtı ərzində qanunsuz olaraq toplaşmalarına şərait yaratmaqla İddiaçı tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi Karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” 336 №-li 12.09.2020-ci il tarixli Qərarının tələbləri də pozulmuşdur. Beləliklə, 04.11.2020-ci il tarixdə bir qrup işçinin əmək funksiyalarını icra etmək əvəzinə Mişovdağ yatağında qeyri-qanuni toplantı keçirilmələrinin səbəbləri ilə bağlı aparılan araşdırma göstərir ki, Şirkətin Filialının Təmir-Quraşdırma sexinin rəisi İddiaçı özünün əmək funksiyasının yerinə yetirməmiş, tabeçiliyində olan işçilərin istehsalat və məişət problemlərinin həlli istiqamətində heç bir tədbir görməmiş, bununla bağlı Şirkətin Filialının rəhbərliyini məlumatlandırmamış, Şirkətin Filialının rəhbərinin əmr və sərəmcanlarını yerinə yetirməmiş, Azərbaycan Respublikasının Qanunlarını, Prezidentin Fərmanlarını, Nazirlər Kabinetinin Qərarlarını pozmuşdur. Bundan əlavə, tabeliyində olan işçiləri əmək və icra intizamına riayət etməyə dəvət etmə əvəzinə, özü daxil olmaqla, rəhbərlik etdiyi struktur bölmənin işçilərinin 2 saata yaxın bir müddət ərzində əmək funksiyalarının yerinə yetirilməsinə mane olan əsassız və icazəsiz toplantı keçirilməsinə bilərəkdən şərait yaradaraq istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur. İş materiallarında olan “X17 Ltd” şirkətinin Kadrlar şöbəsinin rəisi X12, Əməyin təşkili və planlaşdırılması şöbəsinin rəisi X8, təhlükəsizlik xidmətinin rəis müavini X9 tərəfindən tərtib edilmiş 06.11.2020-ci il tarixli aktdan görünür ki, Tikinti-quraşdırma sexinin rəisi İddiaçı Cilovdan oğlu barəsində yazılmış 05.11.2020-ci il tarixli xidməti məktubun araşdırılması məqsədilə əlaqədar İddiaçı 06.11.2020-ci il tarixdə Şirkətin ünvan 1 ünvanda yerləşən idarəsinə dəvət olunmuş, İddiaçı xidməti məktubla tanış olmuş, lakin izahat verməkdən imtina etmişdir. İşdə olan X4, X2, X3 və qeyrilərinin yazılı izahatlardan görünür ki, 04.11.2020-ci il tarixdə “X17” Şirkətinin təmir-quraşdırma sexinin bir qrup işçinin əmək funksiyalarını icra etmək əvəzində Mişovdağ yatağında qeyri-qanuni toplantı keçirmiş, işçilərin toplanmasında səbəblər iş qrafiklərinin bəzilərini qane etməməsidir. İşçilərlə maarifləndirici söhbətlər aparıldıqdan sonra bu cür əsassız toplanışların qanunvericiliyə zidd olduğu və ağır fəsadlar verə biləcəyi xəbərdarlıqdan sonra işçilər sakitləşmişlər. Bundan sonra şirkətin təmir-quraşdırma sexinin rəisi İddiaçı emosional şəkildə söhbətə qoşularaq qarışıq fikirlər səsləndirməyə başlamış, işçiləri qızışdırmağa davam etmişdir. İşçilərələ özlərinin əmək funksiyalarını icra etmək təklif olunmuş və bir müddət sonra işçilər toplaşdıqları yerdən dağılışmağa başlamışlar. İş materiallarında olan "xxxx" Əməliyyat Şirkətinin 78 nəfər işçisi tərəfindən Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış ərizədən görünür ki, şirkətin Tikinti-quraşdırma sexinin rəisi İddiaçı qanunsuz və qərəzli işdən azad olunmuşdur. “X17” şirkətinin 30 iyun 2021-ci il tarixli, 57 saylı arayışına əsasən 04.11.2020-ci il tarixdə saat 08-00-da Kayman adaları Cavabdehda Tikinti-quraşdırma sexinin işçilərinin iştirakı ilə başlanmış və sonradan şirkətin ditgər işçiləri qoşulmaqla bir qrup işçi öz əmək funksiyalarını icra etmək əvəzinə Mişovdağ yatağında qeyri-qanuni toplantı keçirmişlər. Nəticədə şirkətdə 2 saat yaxın müddət ərzində boşdayanma baş vermişdir. Həmin boşdayanmanın aradan qaldırılması üçün şirkətin aidiyyatı struktur bölmələri və rəhbərləri işə cəlb edilmişdir. Boşdayanma nəticəsində şirkətə 13512 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Salyan regional ərazi şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 01.11.2021-ci il tarixli məktubundan görünür ki, işəgötürən X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 196-cı maddələrinə əsasən 21.01.2021-ci il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edildi. Müraciətə baxılması zamanı “X17” şirkətinin Azərbaycan Respublikasındakı filialının 78 nəfər işçi tərəfindən İddiaçı qanunsuz və qərəzli işdən azad olunması barədə Azərbaycan Respublikası Prezidentinə ünvanlandıqları müraciəti DƏMDX-nin Salyan regional ərazi şöbəsinə daxil olmuşdur. İddiaçı 21.12.2020-ci il tarixdə qanunsuz işdən azad olunması ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. X16 Xidmətinin MN seriya ******* nömrəli, 21.01.2021-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, “X17” Azərbaycan Respublikasındakı filialının rəhbəri X10 tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə düzgün xitam verilməyib və son haqq-hesab və əmək haqqından tutulması düzgün aparılmayıb. Nəticədə X10 tərəfindən Azərbaycan Respublikası İXMnin 192.4 və 192.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin cavabdehin nümayəndəsi tərəfindən verilən izahata görə, qeyd olunan inzibati xəta haqqında protokoldan işəgötürən tərəfindən şikayət verilərək mübahisələndirilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixili, 3(006)-589/2021 tarixli qərarı ilə Cavabdehın nümayəndəsi X14 tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin qərardan verilmiş apellyasiya şikayəti təmin edilməmiş və həmin qərardan verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 04 may 2021-ci il tarixli, 3(103)-1006/2021 saylı qərarı ilə şikayət qismən təmin edilməklə, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 25 fevral 2021-ci il tarixli, 3(006)-589/2021 saylı qərarı ləğv edilərək, iş yenidən baxılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 3(006)-589/2021 saylı qərarına əsasən Cavabdehın nümayəndəsi X14 tərəfindən verilmiş şikayət təmin edilərək, X16 Xidmətinin Salyan Regional Şöbəsinin rəisi X15 qəbul etdiyi MN seriyalı, ******* saylı 01 fevral 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, 3(103)-2005/2021 saylı qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli, 3(006)-589/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, tədqiq edilmiş sübutlarla müəyyən etmişdir ki, iddiaçı ilə Filial arasında əmək münasibətləri mövcud olmuş və 27.11.2020-ci il tarixdə həmin münasibətlərə xitam verilmişdir. İddiaçı hazırda onun işdən çıxarılmasının qanunsuz olduğunu qeyd etməklə işdən çıxarılma barədə əmri mübahisələndirmiş və məcburi işburaxmaya görə ona əmək haqqının ödənilməsini tələb edir. İşin araşdırılmış halları və şahid ifadəsi ilə müəyyən olunur ki, iddiaçının keçirələcək askiyadan dolayısı yolla olsa da, xəbəri olmuşdur. Həmçinin onun aksiyada iştirakı şahid ifadələri ilə öz təqsdiqini tapmışdır. Keçirilən aksiya qanunsuz təşkil olunmuş və nəticədə işə götürənin iş ahəngini pozmuşdur. Belə ki, tətil hüququ hər kəsin konstitusion hüququdur (Azərbaycan Respublikasının Konstitusiyası, 36-cı maddənin İ bəndi). Azərbaycan Respublikası Əmək Məcəlləsinin kollektiv əmək mübahisələrinin həlli məqsədi ilə tətil hüququnun həyata keçirilməsi barədə fəslində isə işçilərin tətil hüququnu həyata keçirilməsi şərtləri göstərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 230-cu maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən tərəfindən təhlükəsiz əmək şəraiti təmin edilmədikdə və bununla əlaqədar sağlamlığı və ya həyatı üçün təhlükə olduqda, işçi əmək funksiyasının icrasından imtina və müəyyən olunmuş qaydada təkbaşına tətil elan edə bilər. Bu halda işçi hər hansı məsuliyyət daşımır və həmin əmək mübahisəsi müəyyən olunmuş qaydada həll edilir. Həmin Məcəllənin 270-ci maddəsinin 1-ci bəndinə əsasən işçilərin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır. Həmin Məcəllənin 271-ci maddəsinə əsasən tətil keçirilməsi haqqında qərar işçilərin yığıncağında (konfransında) və yaxud həmkarlar ittifaqları təşkilatı (birliyi) tərəfindən bu Məcəllənin 262-ci maddəsində müəyyən edilmiş qaydada qəbul edilir. Göründüyü kimi, əmək qanunvericiliyi işçilərin tətil etmək hüququnu həyata keçirmək üçün yuxarıda göstərilən prosedurları müəyyən etmişdir. Qeyd olunan prosedurların əsas məqsədi işçilərin tətili zamanı işəgötürənin məlumatlı olması və dolayısıyla onun da maraqlarının müdafiəsidir. Həmçinin nəzərə almaq lazımdır ki, Əmək Məcəlləsində tətillə nəzərdə tutulmuş tələblərin pozulması müəssisədə işin normal ahənginin pozulmasına səbəb ola bilər. Araşdırılmış sübutlarla müəyyən olunur ki, işçilər və iddiaçı tərəfindən keçirilmiş tətilin səbəbi təhlükəsiz əmək şəraitinin təmin edilməməsi deyil, iş qrafikinin dəyişdirilməsi olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində əmək müqaviləsinə xitam verilməsi əsasları qeyd edilmişdir. Onlardan biri də tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinin ləğv edilməsidir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. Göründüyü kimi, qanunverici, adı çəkilən normada işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları kimi işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsini, yaxud ƏM-in 72-ci maddəsində nəzərdə tutulan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarını göstərmişdir. Beləliklə, sözügedən normaların qarşılıqlı təhlilindən aydın olur ki, işəgötürən tərəfindən əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, habelə qeyd edilən halların müvafiq iş yerində əmək və ya iş intizamının normal ahəngini pozması və ya işəgötürənin hüquqlarına və ya qanunla qorunan maraqlarına hər hansı ziyan vurmasına səbəb olması müəyyən edilməlidir. İş üzrə müəyyən edilmiş hallardan göründüyü kimi, Cavabdehın Təmir-quraşdırma sexinin rəisi vəzifəsində işləyən İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq, 04.11.2020-ci il tarixdə keçirilmiş toplantıda tabeliyində olan işçiləri əmək və icra intizamına riayət etməyə dəvət etməyə əvəzinə, özü daxil olmaqla rəhbərlik etdiyi sexinin işçilərinin 2 saata yaxın bir müddət ərzində əmək funksiyalarının yerinə yetirilməsinə mane olan əsassız və icazəsiz toplantı keçirilməsinə şərait yaradaraq istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasına və qanunsuz tətilin baş tutmasında iştirak və səbəb olmuşdur. Hazırki işə gəldikdə isə iddiaçı və şahidlər şirkətin Təmir-quraşdırma sexinin işçiləri tətilin keçirilməsi ilə bağlı ifadə vermişdirlər. Buna baxmayaraq, işin halları və sübutlar ona dəlalət edir ki, şirkətin Təmir-quraşdırma sexinin bəzi işçilərin əmək funksiyalarını icra etmək əvəzində iş qrafiklərinin qane etməməsi ilə əlaqədar toplantı keçirilmiş, onların etirazları isə əmək qanunvericiliyinə uyğun şəkildə həyata keçirilməmiş və işəgötürənin maraqlarına və işin normal ahənginə mane olmaqla keçirilmişdir. Məhkəmə, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş müddəaları hazırkı mülki işə tətbiq edərək qeyd etmişdir ki, iddiaçı 04.11.2020-ci il tarixdə keçirilmiş toplantıda tabeliyində olan işçiləri əmək və icra intizamına riayət etməyə dəvət etmək əvəzinə özü də, daxil olmaqla rəhbərlik etdiyi sexinin işçilərinin 2 saata yaxın bir müddət ərzində əmək funksiyalarının yerinə yetirilməsinə mane olan əsassız və icazəsiz toplantı keçirilməsinə şərait yaratmışdır. Bu hal isə özü-özlüyündə Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan əmək və icra intizamının normal ahənginin pozulmasına dəlalət edir. Yuxarıda qeyd olunan işin hallarını müzakirə edib, onlara hüquqi qiymət verərək kollegiya hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Əməliyyat Şirkətinə qarşı “əmrin ləğv olunması, işə bərpa tələbi məhkəmə tərəfindən düzgün olaraq təmin edillməmişdir. Həmçinin məhkəmə iddianın digər hissəsi olan məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair hissəsində qeyd etmişdir ki, iddia tələbi işə bərpa hissəsində təmin olunmadığından prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırma aparılmadan iddia ərizəsi bu hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, iddia təmin edilməməlidir. Beləliklə, kollegiya toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(006)- 1705/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-6463/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6463/2021
01.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver