Məhkəmə qərarları › İş №2(103)-6466/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6466/2022

11.10.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6466/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: mənzildən çıxarılma) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X6 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Məmmədova (Əhmədova) Ülviyyə Elçin qızına qarşı “mənzildən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 879/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. İşin hallarından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 583 (yeni qaydalarla – ünvan 1 ünvanında yerləşən mənzil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı mülkiyyətindədir.

2. İddiaçı 2016-cı il tarixdə bacısı oğlu X2, onun həyat yoldaşı Cavabdeh və onların birgə nikahından dünyaya gəlmiş X4 müvəqqəti yaşayışlarını təmin etməkdən ötrü qeyri rəsmi olaraq mülkiyyətində olan qeyd edilən mənzildən yaşamalarına icazə vermişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh və Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-150/2020 saylı qətnaməsilə, bacısı oğlu - X2 ilə birgə nikahından dünyaya gəlmiş X3 ona məxsus Bakı şəhəri, Əliyar Əliyev küçəsi, bina 8, 655 saylı, 2 otaqlı mənzildən, mənzildə cavabdehə məxsus əmlakı götürməklə mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İşə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində Baxılarkən İddiaçı 25 may 2022-ci il tarixdə iddia tələbinə dəqiqləşdirməyə dair ərizə təqdim edərək, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 583 (yeni qaydalarla – ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixli, 17702 nömrəli Alqı-satqı Müqaviləsi, həmin müqavilə üzrə yaranmış hüquq və öhdəliklərin ötürülməsinə dair Əlavə Razılaşma ilə, xx.xx.2016-cı il tarixdə, Bakı şəhəri, Əliyar Əliyev küçəsi, bina 8, blok 5, 19 mərtəbə, 655 saylı 2 otaqdan ibarət, ümumi sahəsi 100.47 kv.metr olan mənzili almışdır. İşi ilə əlaqədar müvəqqəti Quba şəhərində yaşadığı üçün, aldığı yeni mənzildə bacısı oğlu X2, onun həyat yoldaşı Cavabdeh və onların birgə nikahından dünyaya gəlmiş X4 müvəqqəti yaşayışlarını təmin etməkdən ötrü qeyri rəsmi icazə vermişdir. Təqribən 2016-cı ilin sentyabr ayından, bacısı oğlu Elçin Məmmədov, onun həyat yoldaşı Cavabdeh və onların birgə nikahından dünyaya gəlmiş Rəsul Məmmədov, ona məxsus mənzilə köçmüşdülər. Bir müddət orada yaşadıqdan sonra X2 həkim işləməsi ilə əlaqədar, Quba Sağlamlıq Diaqnostika Mərkəzinə təyinat almış və müvəqqəti Quba şəhərində yaşamalı olmuşdur. X10 şəhərində yaşadığı müddət ərzində Cavabdeh və onların birgə nikahından dünyaya gəlmiş Rəsul Məmmədov, ona məxsus mənzildə yaşayırdılar. Təqribən 2020-ci ilin ortalarında Elçin Məmmədovla onun həyat yoldaşı Cavabdeh arasında ailə daxili anlaşılmazlıqlar, mübahisələr yaranmağa başladı. Quba Rayon Məhkəməsinin qətnaməsilə X2 ilə onun həyat yoldaşı Cavabdeh arasında nikah ləğv edilmiş və onların birgə nikahından dünyaya gəlmiş X7 cavabdehin himayəsində qalmışdır. Elçin Məmmədovla onun keçmiş həyat yoldaşı Cavabdeh arasında nikah ləğv edildikdən və Cavabdeh ilə aralarında olan qohumluq əlaqələri kəsildikdən sonra, dəfələrlə cavabdehə ona məxsus mənzili, mənzildə olan əmlakı götürməklə boşaltmasını tələb etmiş, hətta polisə müraciət etmiş, lakin cavabdeh bütün tələblərə, xahiş və göstərişlərə rəğmən mənzili boşaltmır. Bununla da qanunvericiliyinə müvafiq olaraq mülkiyyət hüquqlarını kobud şəkildə pozur.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(005)-879/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kəmalə Əmirxanova), iddianın təmin edilməsi, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 583 (yeni qaydalarla – ünvan 1 ünvanında yerləşən mənzildən əşyaları ilə birlikdə çıxarılması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı 2016-cı il tarixdə bacısı oğlu X2, onun həyat yoldaşı Cavabdeh və onların birgə nikahından dünyaya gəlmiş X4 müvəqqəti yaşayışlarını təmin etməkdən ötrü qeyri rəsmi olaraq mübahisəli mənzildən yaşamalarına icazə vermişdir. Lakin sonradan X2 ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur.

8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilməli, Cavabdeh, ona məxsus olan əşyaları ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 583 (yeni qaydalarla - ünvan 1 ünvanında yerləşən İddiaçı mülkiyyətində olan mənzildən çıxarılmalıdır.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 152.1, 152.5 və 157.1-ci maddələrinə, Mənzil Məcəllənin (bundan sonra - MM) 30.4-cü maddəsinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 14.2, 77.1 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Qətnamədən cavabdeh Əhmədova (Məmmədova) Ülviyyə Elçin qızı apelyasiya şikayəti vermişdir. a) Apelyasiya şikayətinin dəlilləri

11. Cavabdeh Ülviyyə Əhmədova (Məmmədova) apelyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişlər.

12. Cavabdeh Ülviyyə Əhmədovanın (Məmmədova) apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və ədalətsiz olmaqla maddi və prosessual normaların tələbləri pozulmaqla çıxarılmışdır. Azyaşlı bir uşağı və anasını, onların iştirakı olmadan məhkəmə iclası keçirərək mənzildən çıxarılmasına qərar vermək Konstitusiyasının 17 və 24-cü maddələrinin tələblərinin pozulması deməkdir. Məhkəmə qətnamə çıxararkən Mülki Məcəllənin 152.1, 152.5 və 157.1-ci, Mənzil Məcəllənin 30.4-cü maddəsini səhv şərh etmiş, yalnız iddiaçının xeyrinə məsələni həll etmişdir. Nəzərə alınsa ki, evin mülkiyyətçisi ilə yaxın vaxta qədər qohumluq münasibəti olub, o, boşansa da övladı hələ də, mülk sahibinin qohumudur. Məhkəmə tərəfindən nikah pozulduqdan sonra körpə uşaqlı ananın yaşama hüququ necə təmin edilməlidir məsələsinə ümumiyyətlə baxılmamışdır. Məhkəmə MPM-nin 185.5-ci maddəsini əsas gətirərək cavabdehlər olaraq tam şəkildə iştirakları olmadan qətnamə çıxarmışdır. Bu səbəbdən bəzi halların aydınlaştırılması kimi vacib məsələlər onların iştirakı olamdan həll edilib və iddia əleyhlərinə təmin edilmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apelyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Proses iştirakçılarının izahatı:

14. Məhkəmə iclasında iştirak edən İddiaçı cavabdeh Əhmədova (Məmmədova) Ülviyyə Elçin qızı tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

15. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh Əhmədova (Məmmədova) Ülviyyə Elçin qızı məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

17. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

18. Qətnamədən cavabdeh Əhmədova (Məmmədova) Ülviyyə Elçin qızı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən, qətnamə tam yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cü maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

19. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

20. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

21. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

22. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

24. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Mülki Prosessual Məcəllə:

25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

30. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası İddiaçı izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarıhdan göründüyü kimi mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 583 (yeni qaydalarla – ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir.

35. Yuxarıda qeyd olunanlarə nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır.

36. Cavabdeh Əhmədova (Məmmədova) Ülviyyə Elçin qızının apelyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun evin mülkiyyətçisi İddiaçı ilə yaxın vaxta qədər qohumluq münasibəti olub, o, mülkiyyətçinin bacısı oğlu X2 ilə boşansa da övladı hələ də, mülk sahibinin qohumudur. Məhkəmə tərəfindən nikah pozulduqdan sonra körpə uşaqlı ananın yaşama hüququ təmin edilməlidir.

37. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Əhmədova (Məmmədova) Ülviyyə Elçin qızının apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, cavabdehin apelyasiya şikayətində qeyd etdikləri hallar İddiaçı mülkiyyət hüququnu pozur, onun öz mülkiyyətindən istifadəsinə maneə yaradır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Əhmədova (Məmmədova) Ülviyyə Elçin qızının himayəsində azyzşlı uşağının olması da, onun İddiaçı mülkiyyət hüququnudan məhrum edilməsinə əsas ola bilməz.

39. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

40. Avropa İnsan Hüquqları Məhkəməsinin “Loizidu Türkiyəyə qarşı” iş üzrə qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir.

41. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki mülki iş üzrə gəldiyi nəticə ilə razılaşır və gəldiyi nəticəni əsaslı hesab edir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətində göstərilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından, həmin dəlilərə münasibət bildirməyi zəruri hesab etmir.

44. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.

45. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

46. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

47. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Əhmədova (Məmmədova) Ülviyyə Elçin qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-879/2022 saylı, 25 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar