Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-647/2020 15.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X14 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi, İddiaçı nümayəndəsi X1 və nümayəndəsi və vəkili Vəkil, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X8 iştirakları ilə, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(003)-2359/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “X38 Services” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən xx xxxx 2009-cu ildə baş vermiş qəza nəticəsində mərhum atası X12 ölümü ilə əlaqədar ona xx.xx.2017-ci ildən 1130,20 manat ödənilməmiş aylıq ödəncin ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, Azərbaycan Respublikasının Dövlət Neft Şitkətinin Xəzər Dəniz X28 və Qəza X18i 2 nömrəli sahəsinin 6-cı dərəcəli dalğıcı işləmiş mərum atası X25 xx xxxx 2009-cu il tarixdə ARDNŞ-in “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma idarəsinin 4 saylı özülündə baş vermiş bədbəxt hadisə nəticəsində həlak olmuşdur. Hadisə ilə bağlı Dövlət Əmək Müfəttişiyi tərəfindən təhqiqat aparılmış və nəticədə mərhum atası Rafiq Nəhmədovun vəfatı ilə əlaqədar “X38 Services” MMC tərəfindən işçinin arvadı kimi ona “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarınını, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqinda” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 09 yanvar 3 nömrəli qərarı çərivəsində müvafiq ödənişlər edilmişdir. Bu baxımdan tərəflər arasında mübahisəli hüquq münasibəti yarandıgı zaman tətbiq edilməli olan maddi hüquq norması qismində Əmək Məcəlləsinin 225-ci və 239-cu maddələri, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarınını, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqinda” xx xxxxxx 2003-cü il tarixli 3 nömrəli qərarı çıxış edir. Azərbaycan Respublikasının Dövlət Neft Şitkəti “Azneft” X11 Xidməti tərəfindən zərərə görə aylıq ödəncin miqdarınını hesablanması və şdənilməsi barədə arayış verilmişdir. Arayışda göstərilir ki, SOKAR-ın Dalğıc X4 işləmiş və xx.xx.2009-cu il tarixdə 8 Mİ vertalyotunun qəzaya uğraması nəticəsində həlak olmuş X15 ailə üzvlərinə dəymiş zərərə görə ödənişlər, mərhumun həyat yoldaşı X1 bank hesabına “X38 Services” MMC tərəfindən arayışa əlavə olunmuş cədvəldə göstərilən tarixlərdə və məbləğlərdə SOKAR-ın X42 Donanması, Dalğıc və X9 “Azneft” İstehsalat Birliyi vasitəsi ilə ödənilmişdir.Əmək xəsarəti nəticəsində vəfat etmiş zərərçəkənə zərər görə aylıq ödəncin miqdarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarınını, şərtlərinin və məbləğin”nin 3.3-cü maddəsinin tələblərinə uyğun olaraq işçinin ölümündən əvvəlki 12 təqvim ayı üzrə götürülən orta aylıq əmək haqqı əsasında (aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı müəyyən edilərkən nəzərə alınan və alınmayan ödənclərin siyahısı “Məzuniyyət vaxtı üçün prta əmək haqqının hesablanması zmanı nəzərə alınan və alınmayan ödənclərin müəyyən edilməsi və məzuniyyət vaxtı üçün orta aylıq əmək haqqının əmsallaşdırılması qaydasına təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 1999-cu il tarixli 137 nömrəli qərarının 1 nömrəli əlavəsinə uyğun olaraq müəyyən edilmişdir və müəssisədə işçilərin tarif (vəzifə) maaşlarının kütləvi artımı zamanı müəssisədə müvafiq peşə üzrə işləyən işçilərin (vəzifə) tarif maaşının kütləvi artımdan sonra iki aylıq faktiki orta əmək haqqı hesabından müəyyən edilərək (orta aylıq əmək haqqının hesablanmasında nəzərə alınan və nəzərə alınmayan ödənclərin siyahısı “Orta əmək haqqının hesablanarkən nəzərə alınan və alınmayan ödənclərin çüəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 iyul 126 nömrəli qərarına uyğun olaraq müəyyən edilmişdir) və göstərilən artım günündən başlayaraq hesablanmış və “X38 Services” MMC tərəfindən vəfat etmiş zərərçəkənin işləmiş olduğu müəssisənin vasitəsi ilə arayışa əlavə olunmuş cədvələ uyğun olaraq mərhum X15 arvadı X1 adına olan bank hesabına köçürülmüşdür.Arayışda qeyd olunur ki,xx xxxx 2009-cu ildə baş vermiş qəza nəticəsində mərhum atası X12 ölümü ilə əlaqədar xx.xx.2009-cu il tarixdən 1574,96 manat, xx.xx.2016-cı il tarixdən isə həmin məbləğ indeksasiya edilərək 2260,43 manat aylıq ödənişlər təyin olunmuşdur. Ödənişlər xx.xx.1994-cü il təvəllüdlü X29, xx.xx.1998-ci il təvəllüdlü İddiaçı nəzərə alınmaqla ödənilmişdir. Arayışa əlavədən göründüyü kimi xx.xx.2017-ci ilə kimi 2260 manat, xx.xx.2017-ci ildən isə 1130,21 manat ödənilmişdir. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalar”-a əsasən istehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik olan şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100% miqdarında ödəniş müəyyən edilir.xx.xx.1994-cü il təvəllüdlü X20 23 yaşı tamam olduğundan ona aylıq ödəniş kəsilmiş və ödənc yenidən hesablanmamışdır. Yəni qanunvericiliyə əsasən ödəncin miqdarı uşaqların sayından asılı olmayaraq əvvəlki məbləğdə ona ödənilməlidir. Yəni iddiaçıya ödənilən aylıq müavinət 100% məbləğində ödənilməlidir.Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(003)-2359/2019 saylı qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh MMC-dən xx.xx.2017-ci ildən hesablanmaqla, 1130,21 manat ödənilməmiş aylıq ödəncin tutularaq, iddiaçı X13 ödənilməsi qət edilmişdir. Cavabdeh “xxxx” MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(003)-2359/2019 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətində qeyd olunur ki, əmək qanunvericiliyin normaların tələblərinə zidd olaraq məhkəmə Xəzər X28 və X7 cavabdeh kimi müəyyən etmək əvəzinə qanunsuz Cavabdeh MMC cavabdeh kimi tanımışdır. Məhz buna görə əmək münasibətlərindən irəli gələn mübahisəni Cavabdeh MMC məsuliyyətinə aid etmək üçün əsassız olaraq MM maddi normalarını tətbiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmişdir Qaydaların preambulasında “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin üçüncü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:” cümləsi qeyd edilmişdir. Sözügedən cümlənin təhlili bir daha təsdiq edir ki, həmin qaydalar işçi və işəgötürən arasında yaranan əmək münasibətlərindən irəli gələn münasibətləri tənzimləyir. Lakin, məhkəmə öz qətnaməsinin əsaslandırıcı hissəsində sözügedən qərara istinad etsədə iddiaçı mərhum R.Nəhmədovun və Cavabdeh MMC arasında əmək münasibətlərinin mövcudluğunu, habelə ƏM 239-cu maddəsinin mənasında həlak olmuş R.Nəhmədova münasibətdə Cavabdeh MMC təqsirli işəgötürən kimi çıxış etdiyi sübut etməmiş, məhkəmə isə işin faktiki hallarına və toplanmış subutlara düzgün hüquqi qiymət verilməmişdir. Beləliklə, əmək münasibətləri tənzimləyən maddi norma mövcud olduğu halda məhkəmə əsassız olaraq MM 1097.1 və 1099.1-ci maddələrini tətbiq etmişdir. Bir daha qeyd edirik ki, zərərin kimin tərəfindən ödənilməsi ƏM 239-cu maddəsinin tələbləri ilə birbaşa təmzinlənir. Məhkəmə ödənilən vəsaitin cavabdeh tərəfindən SOCAR-a ödənilməsini Cavabdeh MMC iddiaçı qarşısında məsuliyyəti kimi qiymətləndirmişdir. Halbuki, maddi normaların tələblərinə görə tənzimləmə mexanizmləri tam fəqlidir. Belə ki, mərhumun işəgötürəni olan idarə həlak olmuş işçisinin ailə üzvlərinə bütün ödəncləri etməli, sonra isə daşınma müqaviləsi olan idarə zərərin ödənilməsinə dair Cavabdeh MMC-yə MM normaların tələbləri çərçivəsində müraciət edə bilərdi. Qeyd edilməlidir ki, Cavabdeh MMC zərərin əvəzin ödənilməsi ilə bağlı müraciət etmək idarənin hüququdur. Sözügedən idarə bu hüquqdan öz mülahizəsinə görə həm istifadə, həm də istifadə etməyə bilər. İ instansiya məhkəməsi əmək münasibətlərindən irəli gələn mübahisənin həllində əmək və ya MM hüquq normaların tətbiqinin fərqinə varmamış və hüquq subyekti olan SOCAR-ın Dalğıc X5 iradəsi və məhkəməyə müraciəti (iddia ərizəsi) olmadan həmin idarəyə mənsub olan hüququ İddiaçı aid etmişdir. Son nəticədə məhkəmə Cavabdeh MMC cavabdehliyi müəyyən etməklə SOCAR-a mənsub İddiaçı ödənilmiş zərərin əvəzini Cavabdeh MMC tələb etmək hüququnu hüquq subyektin (SOCAR) buna iradəsi olmadan digər şəxsin xeyrinə tətbiq etmişdir. Bundan başqa cavabdeh qeyd edir ki, İddiaçı ödənişin təyin edilməsi maddi qanunun tələblərinə zidd tənzimlənib. Qazanc müəyyən edildikdən sonra zərərin ödənilməsi MM 1122 maddəsinin “hüququ çatan şəxslərə zərərin əvəzi ölənin Mülki Məcəllənin 1119-cu maddəsinin qaydalarına əsasən müəyyənləşdirilmiş qazancının (gəlirinin) o hissəsi miqdarında ödənilir ki, həmin hissəni onlar ölənin sağlığında öz dolanacaqları üçün alırdılar və ya almaq hüququna malik İdilər.” tələblərinə uyğun təmin olunur. Məsələn, mərhum himayəsində iki valendeyni və iki övladı olardısa, hər birinə qazancın 1/4 % hissəsi çatmalı idi. xx.xx.2009-cu ildən başlayaraq mərhum R.Nəhmədovun qazancını (gəlirini) yetkinlik yaşına çatmayan övladları E.Nahmədov və İddiaçı alırdı. Hər övlada sözügedən qazancın % hissəsi miqdarı ödənilirdi. Qazancın müəyyən edilməsi və ödənilməsi ayrı-ayrı məfum olsada İ instansiya məhkəməsi iddiaçı R.Nəhmədovaya zərərin ödənilməsi barədə maddi normanın tələbinə zidd olaraq zərərin əvəzini ödənilməsini “qazancın müəyyən edilməsini” tənzimləyən maddi normanın tələbləri qaydasında həll etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh “xxxx” MMC-nin nümayəndəsi X21 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X6 iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Çünki, cavabdeh tərəf qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bu kontekstdə iş materiallarını araşdıraraq hesab edir ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticəsi işin hallarına uyğun olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən, X10 X24-Peterburq Dövlət Aerokosmik cihazqayırma universitetinin əyani şöbəsində təhsil aldığını və 1-ci kurs tələbəsi olmasına istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 385.1.2, 385.1.4-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Buna görə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ N167464 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, atası X26, anası isə X2r. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş XVİİJQ N499449 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, atası X26, anası isə X2r. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ- N 369749 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2009-cu il tarixdə suda boğulma nəticəsində vəfat etmişdir. İşdə olan nikah haqqında xx.xx.1993-cü il tarixli Vİ-JQ № 345805 saylı şəhadətnamənin surətindən aydın olur ki, xx.xx.1960-cı il təvəllüdlü X25 ilə xx.xx.1965-ci il təvəllüdlü X6 xx.xx.1993-cü il tarixdə nikaha daxil olmuşlar. Bu barədə həmin tarixdə Sumqayıt şəhər nikah evində nikahın bağlanması haqqında akt qeydləri kitabında 425 sayla qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nəhmədov, arvada Mustafayeva soyadı verilmişdir. İş materiallarında olan Asan 3 Xidməti tərəfindən verilmiş AZE N******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1998-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, ünvan 1 ünvanda qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” X11 Xidmətinin xx.xx.2018-ci il tarixli zərərə görə aylıq ödəncin miqdarının hesablanması və ödənilməsi barədə arayışdan aydın olur ki, SOCAR-ın Dalğıc QəzaX17 işləmiş və xx.xx.2009-cu il tarixdə Mİ-8 vertalyotunun qəzaya uğraması nəticəsində həlak olmuş X15 ailə üzvlərinə dəymiş zərərə görə ödənişlər mərhumun həyat yoldaşı X1 bank hesabına Cavabdeh MMC tərəfindən, SOCAR-ın X42 Donanması, Dalğıc və X9 və “Azneft” İstehsalat Birliyi vasitəsi ilə ödənilmişdir. İş materiallarında olan Dalğıc və X9 tərəfindən İstehsalatda Baş Vermiş Bədbəxt Hadisə haqqında 2 saylı Aktdan görünür ki, Mİ-8MTV vertalyotu “28 May” “Günəşli” yatağı 4 saylı DDÖ-də qəzaya uğramış vertalyotun Xəzər dənizinə düşməsi nəticəsində Nəhmədov Rafiq vəfat etmişdir. İş materiallarından ACDİÜ Azərbaycan Respublikası Məhkəməsinin xx xxxxxx 2010-cu il tarixli, 1(101)-1392/2010 saylı hökmünün surətindən görünür ki, xx xxxx 2009-cu il tarixdə ARDNŞ-in “Azneft” İstehsalat Birliyinin “28 May” Neft və Qazçıxarma idarəsinin 4 saylı özülündə baş vermiş bədbəxt hadisə nəticəsində Cavabdeh MMC-nin vertolyot kapitanı X36 AR CM-nin 262.3-cü maddəsi ilə təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, AR CM-nin 70-ci maddəsi tətdiq edilməklə, həmin cəza şərti hesab edilməklə, 1 il sınaq müddəti müəyyən edilmişdir. İş materiallarında olan SOKAR-ın Dalğıc X4 işləmiş və xx.xx.2009-cu il tarixdə 8 Mİ vertalyotunun qəzaya uğraması nəticəsində həlak olmuş X15 ölümü ilə əlaqədar dəymiş ziyana görə arvadı X3 “X38 Services” MMC tərəfindən arayışa əlavə olunmuş cədvəldə göstərilən tarixlərdə və məbləğlərdə SOKAR-ın X42 Donanması, Dalğıc və X9 “Azneft” İstehsalat Birliyi vasitəsi ilə ödənilmişdir. Vəsaitin ümumi məbləği 185288,06 manat təşkil etmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli 14-0219-2-5478/17 saylı arayışın surətindən aydın olur ki, X23 hazırda X24-Peterburq Dövlət Aerokosmik cihazqayırma universitetinin əyani şöbəsində təhsil alır və 1-ci kurs tələbəsidir. İşdə olan xx.xx.2019-cu il tarixli 74-2420/19 saylı arayışın surətindən aydın olur ki, X23 hazırda X24-Peterburq Dövlət Aerokosmik cihazqayırma universitetinin “İqtisadiyyat” istiqaməti üzrə İ kursdan tədris planını yerinə yetirmədiyinə görə xx.xx.2018-ci il tarixli 12-01/18 saylı əmrlə azad edilmişdir. İşdə olan “Menecment, İqtisadiyyat və İnnovasiya” İnstitutunun xx.xx.2019-cu il tarixli 133/19 saylı arayışından görünür ki, X23 40.03.01 “Hüquqşünaslıq” İstiqaməti üzrə 2-ci kursda əyani təhsil forma üzrə təhsil alır. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, iddiaçı Səidə Nəhmədovanın atası olan mərhum X37 X28 və X5 2 nömrəli sahəsinində 6-cı dərəcəli dalğıcı vəzifəsində işləmiş və Cavabdeh MMC-nin işçisinin təqsirli hərəkəti nəticəsində idarə olunan Mi-8MTV1 vertolyotunun “28 may” Neft və Qazçıxarma idarəsinin “Günəşli” yatağı 4 saylı dərin dəniz özülündə qəzaya uğrayıb Xəzər dənizinə düşməsi ilə əlaqədar həlak olmuşdur. Cavabdehin işçisinin təqsirindən baş vermiş bədbəxt hadisənin təhqiqatı aparılmış, İZ formalı akt tərtib edilməklə uçota alınmışdır. Ailə başçısını itirməklə bağlı onun ailə üzvlərinə dəymiş zərərə görə ödənişlər Cavabdeh MMC tərəfindən ödənilmişdir. Cavabdeh bu ödənişləri SOCAR-ın X42 Donanması, Dalğıc və X9 və “Azneft” İstehsalat Birliyi vasitəsi ilə həyata keçirmişdir. Ödənişlər mərhum Rafiq Nəhmədovun övladları xx.xx.1994-cü il təvəllüdlü X29 və xx.xx.1998-ci il təvəllüdlü X10 yetkinlik yaşına çatmadıqları, sonradan isə onların ali təhsil almaları nəzərə alınmaqla edilmişdir. Cavabdeh MMC xx.xx.2017-ci il tarixdən etibarən mərhumun oğlu X20 23 yaşı tamam olması əsası ilə aylıq ödənişin miqdarını yarıbayarı azaltmışdır. İddiaçı tələbini hazırda əyani şöbəsində təhsil alması, 2-ci kurs tələbəsi olması, bu səbəbdən də xx.xx.2017-ci ildən aylıq ödəncin 1130,22 manat az ödənilməsinin qanunsuz olması ilə əsaslandırmışlar. Cavabdeh MMC isə hazırkı iddia tələbi üzrə onun əsl cavabdeh olmaması əsası ilə və Mülki Məcəllənin 1122.3.1 və 1122.3.2-ci maddələrinin tələblərində nəzərdə tutulmuş istisnaların İddiaçı aid olmaması ilə iddiaya etiraz etmişdi. Kollegiya mərhum Rafiq Nəhmədovun ölümündən sonra onun övladlarına ailə başçısının ölümü nəticəsində zərərçəkmiş şəxs olaraq xx.xx.2009-cu il tarixdən zərərin əvəzini ödəmiş və hazırda da bu ödənişləri qismən davam etdirən cavabdehin iddiaya etirazı və apellyasiya şikayətinin dəlillərinə tənqidi yanaşır və qeyd edir ki, həmin dəlillər iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, Mi-8MTV1 vertolyotunun “28 may” Neft və Qazçıxarma idarəsinin “Günəşli” yatağı 4 saylı dərin dəniz özülündə qəzaya uğrayıb Xəzər dənizinə düşməsi nəticəsində mərhum Rafiq Nəhmədovun ölməsi, vertolyotu idarə etmiş Cavabdeh MMC-nin işçisinin təqsirindən olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. MM-in 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2003-cü il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği”nin 1.1-ci bəndinin 3-cü abzasına əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Kollegiya aylıq ödəncin 1130,21 manat az ödənilməsinin qanunsuz olması ilə bağlı hissədə sübutlara qiymət verərək hesab eldir ki, həmin hissədə iddia təmin edilməlidir. Belə ki, həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərin sayından asılı olmayaraq, onun ölümündən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2003-cü il tarixli 3saylı qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği”nin 2.1-ci bəndinin 3-cü abzasına əsasən istehsalatda əmək xəsarəti nəticəsində həlak olmuş şəxsin himayəsində olmuş və zərərə görə aylıq ödənc hüququna malik şəxslərə himayəçinin vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2003-cü il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği”nin 3.3-cü bəndinə əsasən zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2003-cü il tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, şərtləri və məbləği”nin 3.1-ci bəndinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda zərərə görə ödəncləri almaq hüququ olan şəxslər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121-ci maddəsi ilə müəyyən edilir. MM-in 1121.3.2-ci maddəsinə əsasən zərərin əvəzi on səkkiz yaşından yuxarı tələbələrə əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək ödənilir. MM-in 1121.1.1-ci maddəsinə əsasən zərərçəkənin (ailə başçısının) öldüyü halda ölənin himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslərin zərərin əvəzinin ödənilməsi hüququ vardır. Buna görə də kollegiya hesab edir ki, cavabdeh təqsirli hərəkətləri nəticəsində vurduğu zərərin əvəzini ödəməli olduğundan, eləcə də xx.xx.1998-ci il təvəllüdlü Səidə Nəhmədovanın əyani təhsil forması üzrə təhsil müəssisələrində təhsili bitirənədək, lakin ən çoxu iyirmi üç yaşınadək Rafiq Nəhmədovun vəfat etməmişdən əvvəlki faktiki orta aylıq əmək haqqının 100 faizi miqdarında ödəniş almaq hüququ olduğundan, iddia təmin edilməli, xx.xx.2017-ci ildən hesablanmaqla, 1130,21 manat ödənilməmiş aylıq ödənc cavabdehdən tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kollegiya qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.(§93) Kollegiya cavabdehin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə istinad etməsi ilə bağlı dəlilini əsaslı hesab etmir. Belə ki, Əmək Məcəlləsinin 239-cu maddəsinin 1-ci hissəsinə görə istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Həmin maddənin 2-ci hissəsinə görə işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. Göründüyü kimi, Əmək Məcəlləsi təqsirli olan işəgötürənin maddi məsuliyyətini müəyyən edir. Hazırki halda, mərhum Rafiq Nəhmədovun işəgötürəni olan Xəzər X28 və X5 bədbəxt hadisədə təqsiri müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(003)- 2359/2019 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2017-ci ildən hesablanmaqla, 1130,21 (min yüz otuz manat iyirmi bir qəpik) manat ödənilməmiş aylıq ödənc tutularaq, iddiaçı X13 ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Hakim: Xəyal Sarıyev
Məhkəmə qərarları › İş №2(103)-647/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-647/2020
15.01.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver