Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6476/2020 03.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 Gəray oğlunun iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1 və X6 qarşı “kredit müqaviləsinin ləğv edilməsi, ipoteka pöredmetinə tutma yönəldilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 Gəray oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi, ipoteka predmetinə tutma yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı X8 iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən Cavabdeh1 xx xxxx 2007-cı il tarixli 0703-0528/7798 saylı kredit müqaviləsinə əsasən 240 ay müddətinə illik 5 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 33000 manat məbləğində kredit verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında xx xxxx 2007-cı il tarixli 0706-0528/7798İ saylı ipoteka müqaviləsi bağlanmış, Cavabdeh1 məxsus olan Bakı şəhəri Sabunçu rayonu Sabunçu qəsəbəsi Muxtadır Aydınbəyov küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin 58.9 kv.m köməkçi, 39.7 kv.m yaşayış sahəsindən ibarət, 4 otaqlı “Ç” tikilisi Cavabdeh2 razılıq ərizəsi alınmaqla xx xxxx 2007-cı il tarixli 0703-0528/7798 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 həm kredit məbləğini, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməlidir. Lakin, ona dəfələrlə müraciət edilməsinə baxmayaraq, müqavilədən irəli gələn öhdəliklərini vaxtında icra etməmişdir. Müqavilə üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh1 iddiaçıya xx.xx.2016-cı il tarixə 22067.77 manat məbləğində əsas kredit borcu, 585.22 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, 18.78 manat məbləğində cərimə olmaqla, cəmi 22671.77 manat məbləğində borcu qalmaqdadır. Bank tərəfindən cavabdehə yazılı şəkildə bildiriş göndərilmiş və 3 gün müddətində öhdəliklərin icra olunmaması halında, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Bank tərəfindən cavabdehə yazılı şəkildə ipoteka predmetinə yönəltmə barədə bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən bildirişə də münasibət bildirilməmişdir. İpoteka predmetinə yönəltmə barədə bildiriş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komıitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydiyyata alınmışdır. Kredit müqaviləsinin 2.4-cü bəndinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödənişləri vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün keditin və faizinin ödənilməmiş hissəsinə görə kredit üzrə faiz dərəcəsinin ikiqat miqdarında cərimə pulu ödəməlidir. Buna görə də, Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx xxxx 2007-cı il tarixli 0703-0528/7798 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 "İddiaçı" X4 xeyrinə 22067.77 manat məbləğində əsas kredit borcu, 585.22 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, 18.78 manat məbləğində cərimə olmaqla, cəmi 22671.77 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin 58.9 kv.m köməkçi, 39.7 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı “Ç” tikilisinə tutma yönəldilməsi, həmin əmlakın açıq hərracda satışı yolu ilə əldə ediləcək vəsaitin hesabına Cavabdeh1 İddiaçı-yə olan kredit borcunun, kreditdən istifadəyə görə faizlərin, penyanın və dövlət rüsumunun ödənilməsi, ipoteka predmetinə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda isə qətnamənin qalan hissədə Cavabdeh1 ümumi qaydada tutulması haqqında qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(008)-161/2018 saylı qətnaməsi ilə Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış xx xxxx 2007-cı il tarixli 0703-0528/7798 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 22067.77 manat məbləğində əsas kredit borcunun, 585.22 manat məbləğində kreditdən istifadəyə görə faiz borcunun, 18.78 manat məbləğində cərimə olmaqla, cəmi 22671.77 manat pulun tutularaq İddiaçı-nin xeyrinə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi Cavabdeh1 məxsus olan İddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin, 58.9 kv.m köməkçi, 39.7 kv.m yaşayış sahəsindən ibarət, 4 otaqlı “Ç” tikilisinə yönəldilməsi, mənzilin açıq hərrac yolu ilə realizə edilməsi, ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin 53.000 manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. O, iş üzrə ipoteka predmeti olan evdə yaşayır və yaşadığı evə məhkəmədən qətnamə gəlməmişdir. Yalnız Sabunçu rayon İcra və Probasiya şöbəsinin əməkdaşları tərəfindən bu barədə xəbərdar olunduqdan sonra sözügedən qətnamənin mövcudluğundan məlumatı olmuşdur. Hesab edir ki, iş üzrə məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilməli olduğu halda, işə baxan məhkəmə bunu etməmiş və yanlış nəticəyə gəlmişdir. Məhkəmə iclasında Cavabdeh1 apellyasiya şikayətini tam müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə əsasında nümayəndəsi X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh2 iştirak etməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. İşdə olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2007-cı il tarixli 0703-0528/7798 saylı kredit müqaviləsinə əsasən bank borcalana 240 ay müddətinə illik 5 % kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 33000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2007-ci il tarixli 0706-0528/7798İ saylı ipoteka müqaviləsinə əsasən tərəflər arasında bağlanmış kredit öhdəliyinin təmin olunması məqsədilə sonuncuya məxsus Bakı şəhəri Sabunçu rayonu, Sabunçu qəsəbəsi, M.Aydınbəyov küçəsi küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin, 58.9 kv.m köməkçi, 39.7 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı “Ç” tikilisi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin 58.9 kv.m köməkçi, 39.7 kv.m yaşayış sahəsindən ibarət, 4 otaqlı “Ç” tikilisi Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, X3 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin, 58.9 kv.m köməkçi, 39.7 kv.m yaşayış sahəsindən ibarət, 4 otaqlı “Ç” tikilisi İddiaçı-nin adına ipoteka predmeti kimi dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan AN-İ ******* saylı, xx xxxx 2007-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X7 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsində istifadədə olan 0.0596 ha torpaq sahəsində yerləşən 3 ədəd 2 və 3 ədəd 1 mərtəbəli, 17 otaqlı, 226.1 kv.m yaşayı: 247.7 kv.m köməkçi sahəsindən ibarət 10 nömrəli fərdi yaşayış evindən özünə məxsus olan Liter Ç: ikinci mərtəbədə yerləşən , yaşayış sahəsi - 39.7 kv.m, köməkçi sahəsi- 92.4 kv.m, ümumi sahəsi 139.6 kv.m olan olan 4 yaşayış otağını alıcının mülkiyyətinə verir. İş materiallarında olan Cavabdeh1 Gəray oğluna göndərilmiş xx.xx.2016-cı il tarixli pretenziyadan görünür ki, 3 (üç) bank iş günü müddətində öhdəlikləri icra etmədiyi təqdirdə müqavilənin şərtlərinə uyğun olaraq, kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi ilə iş materialları ilə hazırlanıb aidiyyəti üzrə məhkəmə orqanlarına göndəriləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin, 58.9 kv.m köməkçi, 39.7 kv.m yaşayış sahəsindən ibarət, 4 otaqlı “Ç” tikilisinə dair tutmanın yönəldilməsi haqqında bildiriş dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, Cavabdeh1 İddiaçı-yə 22067.77 manat məbləğində əsas kredit borcu, 585.22 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, 18.78 manat məbləğində cərimə olmaqla, cəmi 22671.77 AZN məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli Ç-346 saylı “xxxxxxxxxxxxxxx” MMCnin mənzilin qiymətləmdirilməsinə dair hesabatdan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Muxtadır Aydınbəyov küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinin, 58.9 kv.m köməkçi, 39.7 kv.m yaşayış sahəsindən ibarət, 4 otaqlı “Ç” tikilisinin hərracda ilkin satış qiyməti 53000 manat təşkil edir. İş materillarında olan Cavabdeh1 göndərilmiş bildirişlərdən görünür ki, borclu öhdəlikləri icra etmədiyi təqdirdə müqavilənin şərtlərinə uyğun olaraq, kredit müqaviləsinin ləğv edilməsi və borcun tam şəkildə qaytarılması tələbi iş materialları ilə hazırlanıb aidiyyəti üzrə məhkəmə orqanlarına göndəriləcəkdir. İş materiallarından göründüyü kimi borclu şəxs hazırkı iş üzrə Cavabdeh1 müqavilə öhdəliklərini pozmuş, onları lazıminca icra etməmiş və İddiaçı-nə ödənilməli olan əsas borc, əsas borca görə hesablanmış faizləri, cəriməni ödəməmişdir. İş materiallarında olan məhkəmə bildirişlərindən və müvafiq poçt reyestrlərindən görünür ki, cavabdehlər məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin qətnaməsində gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və MM-nin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. ... Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Məhkəmə kollegiyası ilk olaraq cavabdehin apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsində araşdırma zamanı Cavabdeh1 tərəfindən götürülmüş öhdəliyin lazımınca yerinə yetirilməməsi öz təsdiqini tapdığından kredit borcunun cavabdehdən tutulmasına dair birinci instansiya məhkəməsinin qənaəti əsaslı olmuşdur. Həmçinin, cavabdeh məhkəmə iclası barədə məlumatlandırılmamasını göstərsə də, iş materiallarından müəyyən olunur ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona lazımi qaydada bildirişlər göndərilmişdir. Cavabeh apelyasiya şikayətində iş üzrə məhkəmə mühasibatlıq və məhkəmə əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etsə də iş materiallarından müəyyən olunur ki, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə ipoteka predmeti olan əmlakın qiymətləndirilməsi aparılmış və həmin qiymətləndirmə aktına əsaslanaraq məhkəmə əmlakın ilkin satış qiymətini 53000 manat müəyyən etmişdir. Cavabdeh iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etsə də, ekspertizanın keçirilməsinin vacibliyinə əsas olan məbləğin düzgün olmamasını təsdiq edən hər hansı sübutu (onlar tərəfindən ödənilmiş və nəzərə alınmayan ödənişin edilməsini təsdiq edən maliyyə sənədlərini, ödəniş qəbzlərini və s.) məhkəməyə təqdim etməmiş və göstərdiyi halları əsaslandırmamışdır. Həmçinin, iddia ərizəsində göstərilən 22067.77 manat məbləğində əsas kredit borcuna görə 585.22 manat faiz və 18.78 manat cərimə borcunun hesablanması məhkəmədə, yəni əsas borcun müqabilində tələb edilən faiz və cərimə məbləğlərinin cüzi olması məhkəmədə inam yaradır ki, Bank tərəfindən təqdim edilmiş maliyyə sənədlərində borcun hesablanması düzgün aparılmışdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1apelyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün əsas olmamalıdır. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi həmin cavabdehə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(008)-161/2018 saylı qətnaməsi verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-6476/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6476/2020
03.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver