Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6477/2020 26.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçıların nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1853/2020 saylı xx xxxx 2020-ci il tarixli qiyabi qətnaməsindən Cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı və X5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 400 manat məbləğində icarə haqqı borcunun, 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 420 manat pulun Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2018-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən Xətai rayonu, K.Əhmədov küçəsi, ev 6 D ünvanda yerləşən qeyri-yaşayış sahəsi aylıq 500 manat olmaqla icarəyə verilmiş və 2019-cu ilin oktyabr ayına kimi icarədə olmuşdur. Müəyyən gecikmələr olmasına baxmayaraq, icarə haqqı hər ay ödənilsə də, avust və sentyabr aylarının icarə haqqlarından 400 manat borcu qalmışdır. Sonradan icarəçi icarə obyektindən çıxmaq istədiyini bildirmiş və borcunun olmasına baxmayaraq, iddiaçılar tərəfindən özlərinə məxsus avadanlıq, mebel və əşyaları çıxarmasına icazə verilmişdir. İcarəçi xx.xx.2019-cu il trixdə onunla olan son danışıqlar zamanı bildirmişdir ki, noyabr ayında onu narahat etməsinlər və özü xx.xx.2019-cu il tarixdə borcu ödəyəcək. Lakin həmin tarixdən icarəçi ilə əlaqə saxlamaq olmur. İcarəçiyə məxsus evə getsələr də, onlara cavab verilməmişdir. Bu səbəbdən iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1853/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 400 (dörd yüz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılar İddiaçı və X2 xeyrinə ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 20 (iyirmi) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq iddiaçılar İddiaçı və X3 ödənilməsi qət edilmişdir. Qiyabi qətnamədən Cavabdehapellyasiya şikayəti verərək qiyabi qətnamənin ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfində iddia tələbinə baxılarkən, 400 manat icarə haqqı borcunun olub-olmaması araşdırılmamış, həmin borcun mövcudluğu barədə yalnız iddiaçıların izahatına əsaslanmaqla qiyabi qətnamə qəbul edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçıların nümayəndəsi X6 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1853/2020 saylı xx xxxx 2020-ci il tarixli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən “İcarəyə verən” İddiaçı və X5 paylı mülkiyyətdə olan ünvan 1 D ünvanda yerləşən qeyriyaşayış sahəsinin otaqlarını “gəlinlik geyimlərinin sərgi salonu və mağazası” kimi istifadəsi üçün “İcarəçi” Cavabdeh 11 ay müddətinə icarəyə vermişdir. Həmin müqaviləyə əsasən icarəçi icarəyə verənlərə aylıq 500 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli RX seriyalı Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak xüsusi mülkiyyət hüququ ilə İddiaçı və X3 məxsusdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçılar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmaq üçün 20 manat dövlət rüsumu ödəmişlər. Beləliklə mülki iş materialları ilə müəyyən edilir ki, iddiaçılar xüsusi mülkiyyət hüququ ilə onlara məxsus olan daşınmaz əmlakı xx.xx.2018-ci il tarixli icarə müqaviləsi əsasında aylıq 500 manat icarə haqqı olmaqla 11 ay müddətinə icarəyə vermişdir. İddiaçılar cavabdehin 400 manat borcu qaldığını iddia edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən sübutetmə yükünün bölgüsü baxımından iddiaçılar tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətlərinin yarandığını və müqavilə ilə üzərlərinə düşən öhdəliklərini icra etdiyini sübut etmiş, cavabdeh isə iddiaçılara borcunun olmadığını ya öhdəliyini tam icra etdiyini qeyd etsə də, bu halı sübut edə bilməmişdir. Beləliklə, qeyd edilən hüquq normalarına əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia təmin edilməli, Cavabdeh 400 manat məbləğində pul, başqa sözlə desək icarə haqqının qalıq məbləği tutularaq iddiaçılar İddiaçı və X2 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlan araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətində göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1853/2020 saylı xx xxxx 2020-ci il tarixli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1853/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6477/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6477/2020
26.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver