Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6479/2020 03.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)-6087/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 40000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı əvvəllər Bakı şəhəri Ə.Ələkbərov küçəsi, 49 saylı ünvanda yerləşən həyət evində yaşamış, 2004-cü ildə həmin ev “xxxxxx” MTK tərəfindən sökülərək onlara kompensasiya ödənilmişdir. 1993-cü ildə o həmin evin qarşısında saldığı bağçada avtomaşın saxlamaq üçün 6x4 metr ölçüdə qaraj və yayda istirahət etmək üçün 3x2 metr ölçüdə mətbəx tikmişdir. Qanunsuz qaraj tikdiyinə görə Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsi Memarlıq və Şəhərsalma Müfəttişliyinin müfəttişləri tərəfindən xx xxxx 1994-cü il tarixli 1/21-4 saylı protokola əsasən 37800 AZM məbləğində cərimə edilmişdir. Yaşadığı evin söküntüsü ərəfəsində tanışı X2 ondan xahiş etmişdir ki, həmin qarajı və mətbəxi Cavabdeh müvəqqəti yaşamaq üçün versin. Belə ki, Elman ailəsi ilə birlikdə evsiz olmaqla yaşayış yeri olmamışdır. Daimi yaşayış yeri olmadığına görə Cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsində rəsmi qeydiyyatdadır. O, Məmmədtağının yanında Elmanla belə razılaşmışdır ki, cavabdeh orada müvəqqəti yaşasın. Bundan sonra Cavabdeh qaraja və mətbəxə qapı-pəncərə qoyaraq ailəsi ilə orada yaşamağa başlamışdır. Orada yaşamağa görə Cavabdeh ona heç bir pul ödəməmişdir. xx xxxxx 2019-cu il tarixdə Cavabdeh ona yaxınlaşıb 1500 manat pul təklif etmiş, o, nə pul olduğunu soruşduqda, Elman bildirmişdir ki, mənzil kimi istifadə etdiyi onun verdiyi qarajı və mətbəxi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi alaraq ona kompensasiya ödəmiş və həmin kompensasiyadan halallıq olaraq ona 1500 manat pul təklif edir. Qonşuların sözündən ona məlum olmuşdur ki, Cavabdeh qaraj və mətbəxə görə təxminən 60000 manat pul almışdır. Cavabdeh ona bildirmişdir ki, həmin evə görə 15 ildir işıq, su, qaz pulu ödədiyinə görə ev onundur, ona görə də kompensasiyanı o almışdır. Cavabdehlə razılığa gələ bilmədiklərinə görə o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)- 6087/2019 saylıqətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçıapellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını tam aydınlaşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bundan əlavə, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Birinci instansiya məhkəməsi həmin qaraj və mətbəx özbaşına tikili olduğuna görə iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması qənaətinə gəlsə də, həmin tikililərin faktiki olaraq mövcud olduğunu, qonşuların tərtib etdikləri akta əsasən həmin tikililərin iddiaçıya məxsus olduğunu nəzərə almamış, qanunsuz tikiliyə görə cavabdehin hansı əsasla kompensasiya almasını aydınlaşdırmamış, iddiaçının məhkəməyə təqdim etdiyi şahidləri dindirməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, birinci instansiya məhkəməsi qanuni və ədalətli qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı tərəfindən həmin qaraj və mətbəx 2004-cü ildə ona yaşamaq üçün verilmişdir. 20 kvadrat metr sahəsi olan həmin qaraj, mətbəx də daxil olmaqla onun tərəfindən yaşayış üçün normal vəziyyətə gətirilmiş, orada bir sıra yaxşılaşdırma işləri aparmış və 2004-cü ildən 2019-cu ilə kimi orada yaşamışdır. Yaşadığı müddətdə həmin yerə qaz və işıq xətti də çəkmiş və kommunal xərcləri ödəmişdir. Həmin qaraj və mətbəx qanunsuz tikili olsa da, o, idmançı olduğuna görə dövlət orqanları onun orada məskunlaşmasına etiraz etməmişlər. Halbuki, iddiaçı öz imkanlarına görə oranı saxlamaq iqtidarında olmamışdır. Hesab edir ki, o olmasaydı, dövlət orqanları həmin qaraj və mətbəxi çoxdan sökərdilər. Həmin qaraj və mətbəx uzun müddət onun faktiki sahibliyində olmuşdur. Sonra həmin tikililər yol tikintisinin altına düşdüyünə görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentiliyi tərəfindən ona 86000 manat kompensasiya ödənilmişdir. Qeyd olunan qaraj və mətbəx iddiaçı tərəfindən ona verilsə də, o orada uzun müddət yaşamış və abadlaşdırma işləri aparmışdır, buna görə də hesab edir ki, verilən kompensasiya onun halal haqqıdır. Bununla belə, o, halallıq üçün İddiaçı əvvəlcə 1500 manat, daha sonra isə 500 manat, cəmi 2000 manat pul vermişdir. Qeyd etdiklərini nəzərə alaraq, o, apellyasiya şikayətini təmin etmədən qətnamənin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, mübahisə predmeti olan 6x4 metr ölçüdə qaraj və 3x2 metr ölçüdə olan mətbəx 2004-cü ildə İddiaçı tərəfindən Cavabdeh müvəqqəti yaşamaq üçün verilmişdir. Cavabdeh 2004-cü ildən 2019-cu ilə kimi həmin tikililərdə abadlaşdırma işləri apararaq orada yaşamış, kommunal xərcləri ödəmişdir. Mübahisələndirilən həmin tikililər özbaşına tikili olduğuna görə hüquqmüəyyənedici sənədi olmamışdır. Bununla belə, iş materiallarında olan inzibati xəta haqqında qərardan görünür ki, həmin qarajın özbaşına tikintisinə görə 1994-cü ildə İddiaçı inzibati məsuliyyətə cəlb edilərək cərimə edilmişdir. Apellyasiya icraatı zamanı İddiaçı vəsatəti əsasında şahid qismində dindirilmiş X2 və X6 ifadələrində göstərmişlər ki, mübahisə predmeti olan qaraj və mətbəxdən ibarət tikilinin İddiaçı məxsus olduğunu və 2004-cü ildə həmin tikilinin müvəqqəti yaşamaq üçün iddiaçı tərəfindən Cavabdeh verildiyini təsdiq edirlər. X7 ifadəsində həmçinin göstərmişdir ki, İddiaçı məhz onun xahişi ilə özünə məxsus olan qaraj və mətbəxi müvəqqəti yaşamaq üçün Cavabdeh vermişdir. Apellyasiya icraatı zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanlanmış sorğuya cavab olaraq xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək olan hissəsinin yenidən qurulması” layihəsi çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq təşkilatı tərəfindən hazırlanmış kadastr planından, eyni zamanda Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının xx xxxx 2019-cu il tarixli 43 saylı Sərəncamına əsasən yaradılmış komissiya tərəfindən hazırlanmış tikinti altına düşən tikililərin sənədləşdirilməsi və köçürülmə siyahısına əsasən vətəndaş Cavabdeh qeyd olunan layihə çərçivəsində yalnız yaşayış evi yolun tikintisi altına düşdüyü məlum olmuşdur. Bununla əlaqədar müstəqil qiymətləndirici tərəfindən Cavabdeh fərdi yaşayış evinə 86721,80 manat kompensasiya hesablanmış və vətəndaşla xx xxxxx 2019-cu il tarixində notarial qaydada müqavilə imzalandıqdan sonra “xxxxxxxxxxxx” ASC-nin Gənclik Filialından ödənilmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən ona istinad etmişdir ki, mübahisə predmeti olan qaraj və mətbəxdən ibarət tikili özbaşına tikili olduğuna görə Mülki Məcəllənin 180-cı maddəsinə əsasən iddiaçının həmin sahəyə istifadə, sahiblik və sərəncam hüquqları mövcud deyildir. Məhkəmənin qənaətinə görə, iddiaçının hazırkı cavabdehə qarşı kompensasiya tələbi barədə iddia qaldırmağa subyektiv hüququ olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, mübahisə predmeti olan qaraj və mətbəxdən ibarət tikili özbaşına tikili olmaqla həmin tikililərə dair nə iddiaçının, nə də cavabdehin mülkiyyətini təsdiq edən sənəd olmamışdır. Lakin buna baxmayaraq, iş materiallarından, o cümlədən cavabdehin izahatından görünür ki, qaraj və mətbəxdən ibarət həmin tikililər faktiki olaraq İddiaçı məxsus olmuş, həmin tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, dövlət orqanları faktiki olaraq həmin tikililərin mövcudluğunu tanımış, X9 Məhkəməsinin presedentləri baxımından İddiaçı həmin tikililərə mülkiyyət hüququ əldə etməyə gözlənti hüququ olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı hazırkı iddianı qaldırmağa subyektiv hüququ olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin faktiki hallarından görünür ki, Cavabdeh qanuni əsas və ya müqavilə əsası olmadan faktiki olaraq İddiaçı məxsus olan tikililərə görə 86721,80 manat məbləğində kompensasiya alaraq əsassız varlanmışdır. Buna görə də İddiaçı Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiklərini qaytarmağı tələb etməkdə haqlı olmuşdur. Cavabdeh 86721,80 manat məbləğində kompensasiya alsa da, iddiaçı cavabdehdən 40000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə iddia tələbi həcmində, yəni 40000 manat məbləğində pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 386-cı maddəsinə görə maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən maddi hüquq normalarını pozmuşdur. Buna görə də apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)-6087/2019 saylı qətnaməsi ləğv olunmalı və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunduğundan və iddia təmin olunduğundan, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İddiaçıapellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(008)- 6087/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh 40000 manat məbləğində pul alınıb İddiaçı verilsin. İddiaçı tərəfindən iddia ərizəsi verilərkən ödənilmiş 30 manat və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-6479/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6479/2020
03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver