Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6482/2025 17.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı SOCAR Azneft İB-yə qarşı iş üzrə QƏTNAMƏ İş № 2(103)-6482/2025 (Açar sözlər: əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X6 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı SOCAR Azneft İB-yə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-1915/2025 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azneft İB-yə qarşı «əmrin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəlki iş yerinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi və 50000 manat mənəvi zərərin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı ödənişsiz əsasla Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsində bakalavr təhsili alıb tamamladıqdan sonra 2008- 2011-ci illərdə SOCAR-ın Xaricdə Təhsil üzrə Təqaüd Proqramının iştirakçısı olaraq X1 Biznes İqtisadiyyatı üzrə Magistr təhsili alıb və xx.xx.2011-d idə X3 iqtisadiyyat və Uçot İdarəsinin Maliyyə və Хəzinədarlıq Şöbəsində gənc mütəxəssis vəzifəsində işə başlayıb, 07.09.202-ci ildən SOCAR Azneft İB-də Baş direktorun yeni texnika və innovasiya üzrə müşaviri vəzifəsinə təyin olunub, xx.xx.2022-d ildən SOCAR Azneft İB-də Baş direktorun müşaviri 17-ci dərəcəli vəzifəsinə keçib və ədalətsiz və əsassız olaraq xx.xx.2025-ci ildə ştatı ixtisar olunanadək Birlikdə işləyib. İddiaçı TQDK-nm bakalavr təhsil plltesinə qəbul imtahanında 649 bal, magistr təhsil piləsi» qəbiri imtahanında isə 95 bal toplayıb. Qeyd edim ki. Almaniyada təhsil almağa başlayana qədər Bank of Baku və Caspian international Broking şirkətlərində də çalışıb. 2020- cl ilə qədər Azneft İB-nin Maliyyə və Xəzinədarlıq Şöbəsində çalışmaqla bərabər SOCAR-ın Mayak (proqram ofisinin üzvü) və s. layihələrin iştirakçısı olub. Ötən dövr ərzində müxtəlif təlimlərdə bərabər Layihələrin İdaraolunması üzrə Magistr dərəcəsi ahb (SPM, BHOS). 2020-ci ilin sentyabr ayından etibarən X3 Baş direktorunun müşaviri vəzifsində çalıdığı dönəmdə müxtəlif layihələrin iştirakçısı (SAP UFAM və Mckinsey, BCG konstatfinq şifkətiəri ilə birlikdə icra olunan layihələr) olmaqla bərabər müxtəlif dövrlərdə Abşeron İHS layihəsində. (JOCAP, HPS Birləşmə Sazişi) Azneft İB tərəfindən kordinator olub, Biriikdə müxtəlif işçi qrupların üzvü və sədri daraq Biriiyiran feafiyyəfinm səmərəli və şəffaf təşkilinə, biznes proseslərin ootimaiiaşdınlması və xərclərin əsaslı şəkildə azaldılmasına öz töhvəsini verib. Əlavə olunan CV-ciə sonunculara dair detallı məlumat əks olunub. Lakin xx.xx.2024-cü il tarixində, Neftçilər Günündə, İddiaçıya, Birliyin Baş direktorunun adından X4 İdarəolunması Departamentinin rəhbəri vasitəsilə işlədiyi (tutduğu) Baş direktorun müşaviri ştatının ixtisar olunacağı bildirilmişdir. Xatırladırıq ki, xx.xx.2024-cü fldə SOCAR Azneft İB-yə yeni Baş direktor təyin olunub və hazırda biriiyə həmin Baş direkftor rəhbəriik edir. Nəzərinizə çatdırır ki, həmin zaman (xx.xx.2024-cü il və sonralar), Az-neft İB-də iddiaçının təcrübəsinə, təhsilinə, bilik və bacarıqlarına daha uyğun olan onlarla vakant iş yerləri mövcud olsa da həmin vakant yerlərdən heç biri İddiaçıya təklif olunmayıb. İddiaçıya xx.xx.2025-d il tarixində iştediyi Baş direktorun müşaviri ştatı xx.xx.2025-ci il tarixindən ixtisar olunacağı haqqında rəsmi məlumat təqdim olundu (sənədin sürəti qoşmaya əlavə olunur). Nəzərinizə çatdırıram ki, həmin zaman Azneft İBdə iddaçının təcrübəsinə, təhsilinə, bilik və bacarıqlarına daha uyğun olan onlarla vakant iş yerləri mövcud olsa da həmin vakant yerlərdən heç biri İddiaçıya təklif olunmadı. Xanrtadıram ki, SOCAR-ın Xaricdə Təhsil üzra Təqaüd Proqramının müqavilə şərtlərinə əsasən xaricdə təhsil aldıqdan sonar təqaüdçü (iddiaçı) SOCAR-da 5 il işləmək öhdəliyi daşıyır. X5raq güzəştli şərtlə mənzil aldıqdan sonra Xaricdə Təhsil üzrə Təqaüd Proqramının iştirakçısının (İddiaçının) SOCAR-da əlavə olaraq 3 il də işləmək öhdəliyi yaranır. Qeyd olunanları nəzərə alaraq İddiaçının ümumilikdə 8 il SOCAR-da işləmək öhdəliyi olub. Ali təhsildən dərhal sonra həmin 8-10 il iş stajının və təcrübəsinin istənilən br gəncin karyerası?» və həyat yolaram formalaşmasnda olduqca həll edici rol oynadığı hər kəs tərəfindən qəbul olunduğunu və həmin dövrdə İddiaçının SOCAR-da işləmək öhdəliyinin ( 8-9 il) olduğunu nəzərə alsaq, hazırda Azneft İBtərəfindən İddiaçının işlədiyi ştatı əsassız və qərəzli olaraq ixtisar etməldə və əmək müqaviləsinə əsassız olaraq xitam verilməsinin qanunsuz olmaqla bərabər bir Azərbaycan vətəndaşının-gəncinin taleyi iıə oynamaqa bərbər tutulan, insani baxımdan qəddar bir hərəkət olduğunu görmək çətin deyil. Sonuncu cümlədən iddiaçının üzləşdiyi halın qanunsuz olmağa yanaşı mənəvi baxımdan ifrat dərəcədə ədalətsiz və traqik olduğu açıq görsənir. Azneft İB-nin hazırkı qərarı Gənclərin Xaricdə Təhsili üzrə Dövlət Proqramı və X8 açıq aşkar ziddiyyət təşkil edir.. Son 17 ayda Azneft İB-də Bas direktora ən azı 4-5 yeni müşavir ştatları və digər yeni ştatlar açiiıb (yaradılıb) və həmin və digər ştatlara onlarla yeni işçilər təyin olunub. Elementar olaraq yeni Müşavir ştatlarının açıldığını nəzərə alsaq və həmin və digər ştariara son 1 ildə qəbul olunan işçilərin CVtərcümeyi-hallannı nəzərdən keçirsək, İddiaçıya (İddiaçı kimi təhsili, təcrübəsi, biliyi olan bir gəncə s adekvat bir iş təklifi olunmadan ştatın ixtisar olunaraq əmək müqaviləsinə xitam verilməsinin hüquqi baxımdan da əsassız və qanunazidd olmaqla yanaşı və ədalətsiz olduğunu görərik. SOCAR və Azneft İB dövlət müəssisəsidir və hər bir gənc XTP -yə müraciət edib onun iştirak şərtlərini qəbul edən (bildiyiniz kimi, XTP iştirakçısı daşınmaz əmlak girov qoyur və təhsili tamamladıqdan sonra 5 SOCAR işləmək öhdəliyi götürür) zaman Dövlətə etimad göstərir və öz taleyini, karyerasının və hətta atəşinin rifahını Dövlətə etibar edir. Lakin hazırda iddiaçının qarşılaşdığı həl və Azneft İB-də ədalətsiz otaraq İddiaçıya qarşı qəbul ofunmuş qərar hər hansı çox kiçik bir özəl-şəxsi şirkətdə 1 nəfər tərəfindən qəbul oluna biləcək bir qərara bənzəyir, Dövlətin və SOCAR-m mənafeyi nəzərə alınmır və bir ziyalı Azərbaycan gənci olaraq iddiaçını çox məyus etmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “B” bəndi əsasında - yəni “işçilərin sayı və ya ştatların ixtisan ilə əlaqədar əsasla xitam verildiyi bildirildi. Həmin sənəddə və iddiaçının əmək müqaviləsinin ləğv edilməsi haqında SOCAR Azneft İB-nin xx.xx.2025-ci il tarixli No. 14-2-1/3-1K-47/2025 nömrəli əmrində əsas olaraq SOCAR Azneft İB-nin xx.xx.2025-d il tarixli 14-2-1/3-1İ-6/2025 nömrəli əmri qeyd olunub. Sonuncu əmrdə də Ştatın ixtisarının subyektiv, əsas və qərəzli olduğu açıq aşkar görsənir. Belə ki, İddiaçı xx.xx.2022-ci ildən Baş direktorun 17-ci dərəcəli müşavirini vəzifəsi öhdəliklərini icra etsə də həmin sənəddə Baş direktorun yeni texnika və innovasiya üzrə müşavirinin funksiyalarına və ümumiyyətlə baş direktorun müşaviri ştatının vəzifə təlimatlarında qeyd olunmayan ( Satınalma ilə bağlı işlər) vəzifə öhdəliklərinə istinad olunur və həmin vəzifə öhdəliklərinin icrasına ehtiyac qalmadığını bildirir. Bu əsaslandırma ziddiyətli, normativ sənədlərə zidd olmaqla yanaşı qərəzli və qanunsuzdur.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-1915/2025 saylı qətnaməsi ilə (hakim İlkin Rüstəmli) iddia təmin edilməmişdir
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11-ci maddəsinin “ə” bəndi, 70-ci maddəsinin “B” bəndi, 71, 77.1, 78.2, 79, 80.1, 296.2, 296.3cü maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti iddianın dəlilləri ilə yanaşı, həmçinin, onunla əsaslandırılmışdır ki, iddiaçının əmək müqaviləsinə xitamın və ixtisarın qanunsuz olduğunu əsaslandırmaq üçün zəruri olan sübutlar yalnız Socar Azneft İB-i, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfattişliyi və X2 əldə oluna bilərdi. Əsaslandırma üçün zəruri olan həmin sənədləri həmin Təşkilatlar iddiaçıya verməyəcəkdi və təqdim etmədi. İddiaçı həmin sənədlərin yalnız Socar Azneft İB-i, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müfattişliyi və X2 əldə olunması üçün məhkəməyə dəfələrlə vəsatətlər ünvanlamışdır. Lakin hakim İddiaçının heç bir vəsatətini təmin etməmiş və sübutların əldə olunması ilə bağlı heç bir hərəkət etməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
8. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili verilmiş apellyasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.
9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlmədiyindən və hər hansı bir üzrlü səbəb göstərmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsi (əmək müqaviləsinə xitam verildiyi vaxt qüvvədə olan redaksiyada)
10. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
11. Maddə 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
12. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
13. Maddə 296.6. Bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
“Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu (mediasiyanın keçirildiyi tarixdə qüvvədə olan yeni redaksiyası)
14. Maddə 3.2. Kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
15. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
16. Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanıldığı, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda isə tərəflərin və ya onlardan birinin ilkin mediasiya sessiyasında iştirak etdiyi andan başlanmış sayılır.
17. Maddə 28.1. Ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Tərəflər mediasiya sessiyasında iştirak etmək üçün birlikdə müraciət etdikdə ilkin mediasiya sessiyasının keçirilməsi tələb olunmur.
18. Maddə 29.1. Mediator ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət edən tərəflərə mediasiya prosesinin mahiyyətini, üstünlüklərini və qaydalarını izah edir, tərəflərlə birgə və ayrılıqda görüşlər keçirir. Həmin gün və ya tərəflərin müraciəti ilə mediatorun təyin etdiyi başqa gün tərəflər sonrakı mediasiya sessiyalarında iştirak etmək istəyib-istəmədiklərinə dair qərar verməlidirlər.
19. Maddə 29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22.1-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı ilkin mediasiya sessiyasında iştirak edən tərəflərə təqdim edir. Tərəflər arasında başqa qayda müəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.
20. Maddə 29.3. Tərəflərdən biri və ya hər ikisi mediasiya prosesini davam etdirməyə razılıq vermədikdə, habelə bu Qanunun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediator mediasiya prosesinin həyata keçirilməsindən imtina etdikdə, mediator mediasiya prosesinə xitam verir və “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” ilə bağlı arayışı tərəflərə təqdim edir.
21. Maddə 29.7. Bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir.
22. Maddə 32.1 və 32.4.2. Mediasiya prosesinə “Mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış tərəflərə təqdim edildiyi gündən xitam verilir.
23. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 384.0.2. Apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
27. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
28. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
29. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
30. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir:
31. Maddə 387.2.7. İşdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
34. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi işə ilk növbədə tətbiq edilməli olan maddi hüquq normasını düzgün seçməmişdir. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.
36. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə ilk növbədə iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi aydınlaşdırılmadan birbaşa iddianın əsaslılığına mahiyyəti üzrə qiymət verilməsi əmək qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.
37. Belə ki, Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin məcəllənin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
38. Qeyd edilən maddənin məzmunundan da göründüyü kimi məhkəmə tərəfindən mübahisəyə mahiyyəti üzrə baxıla bilməsi üçün ilk növbədə iddia müddətinin ötürülübötürülməməsi (bununla bağlı müddət tətbiq barədə ərizəsi olmaqla), ötürüldüyü halda bunun üzrlü hesab edilib-edilməməsi məsələsinin aydınlaşdırılmalı, yalnız bundan sonra müddət bərpa edilərsə, işə mahiyyəti üzrə baxılmalıdır.
39. Hazırki iş üzrə isə cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə verilmiş, birinci instansiya məhkəməsi isə ilk növbədə iddianın əsassız olduğunu qeyd edərək daha sonra iddia müddətinin ötürüldüyünü bildirmişdir. Halbuki ilk növbədə iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirilməli idi və əgər müddətin üzrsüz səbəbə görə ötürüldüyü təsbit edilərsə, iddianın mahiyyəti üzrə əsaslı olubolmamasının hər hansı əhəmiyyəti qalmır.
40. Qeyd olunduğu kimi Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Bu zaman məhkəmə tərəfindən göstərilən məqamlar aydınlaşdırılmalıdır: 1) Hazırki iş üzrə iddiaçı hüququnun pozulduğunu nə zaman aşkar etmişdir? 2) Həmin andan etibarən 1 aydan az müddət ərzində məhkəməyə müraciət etmişdirmi? 3) Həmin müddətin axımını dayandıran və ya müddət ötürülmüşdürsə, bunu üzrlü hesab etməyə əsas verən hallar mövcud olmuşdurmu?
41. Belə ki, İddiaçı məxsus əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə Azneft İB-nin idarəetmə aparatının rəhbərlik yanında aparatda baş direktorun yeni texnika və innovasiya üzrə müşaviri, 16-cı dərəcəli vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı Azneft İB-nin idarəetmə aparatının rəhbərlik yanında aparatına 17-ci dərəcəli baş direktorun müşaviri vəzifəsinə keçirilmişdir.
42. SOCAR Azneft İB tərəfindən İddiaçı göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişdə onunla bağlanmış əmək müqaviləsinə ştatın ixtisarı ilə bağlı xəbərdarlıq qüvvəyə mindiyi gündən 9 təqvim həftəsindən sonra xitam veriləcəyi ilə bağlı məlumat verilmişdir. “Azneft” İB-nin 01 aprel 2025-ci il tarixli əmrinin surətindən görünür ki, həmin əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
43. Məhkəmə ilk növbədə iddiaçının hüququnun pozulduğunu nə zaman aşkar etməsini müəyyənləşdirməlidir. Belə ki, Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən hüququn pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
44. Yuxarıda adı çəkilən iş imateriallarından da göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə xx.xx.2025-ci il tarixli əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmiş və iddiaçının özünün də təsdiq etdiyi kimi əmrlə elə həmin gün, yəni xx.xx.2025-ci il tarixdə tanış olmuşdur.
45. Beləliklə, qeyd edilənlərə əsasən müəyyən olunur ki, iddiaçının xx.xx.2025-ci il tarixdən Məcəllə ilə təsbit olunmuş hüququnun pozulduğunu aşkar etmək imkanı olmuş, həmin vaxtdan etibarən məhkəməyə müraciət etmək üçün müəyyən olunmuş müddətin axımı başlanmışdır.
46. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun (mediasiyanın keçirildiyi tarixdə qüvvədə olan yeni redaksiyası) 3.2-ci maddəsinə əsasən kommersiya, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.
47. Həmin qanunun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
48. Həmin qanunun 21.5-ci maddəsinə əsasən mediasiya prosesi bu Qanunun 22ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlanıldığı, bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda isə tərəflərin və ya onlardan birinin ilkin mediasiya sessiyasında iştirak etdiyi andan başlanmış sayılır.
49. Qanunvericiliyin tələblərindən də göründüyü kimi əmək mübahisələri ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin mediasiya sessiyasında iştirakları şərtdir. Buna görə də hazırki iş üzrə iddiaçı ilk öncə mediasiyaya müraciət etməli olmuşlar.
50. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına ərizə ilə müraciət etmiş, xx.xx.2025-ci il tarixdə isə ilkin mediasiya sessiyasında iştirak etmişdir.
51. Göründüyü kimi İddiaçı hüququnun pozulduğunu xx.xx.2025-ci il tarixdə bilməsinə və bunun müdafiəsi ilə bağlı 1 aylıq iddia müddətinin olmasına baxmayaraq mediasiya sessiyasında iştirakı yalnız xx.xx.2025-ci il tarixdə baş tutmuş, artıq iddia müddətini hələ mediasiya prosesinin ilk mərhələsinədək ötürmüşdür. Artıq bundan sonra məhkəməyə nə zaman müraciət edilməsinin müəyyənləşdirilməsinin iddianın həllinin ona münasibətdə nəticəsinə hər hansı dəyişikliyi olmayacaqdır və elə bu qeyd edilənlər onun iddiasının müddətin ötürülməsini deməyə əsas verir.
52. Bu halda məhkəmə tərəfindən müddətinin ötürülməsinin üzrlü olub-olmaması aydınlaşdırılmalıdır. Yuxarıda qeyd edildiyi kimi Əmək Məcəlləsinin 296.6-cı maddəsinin tələblərinə əsasən bu maddədə göstərilən müddətlər üzrlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Lakin hazırki iş materiallarında iddiaçı tərəfindən belə bir üzrlü halın mövcudluğuna dair hər hansı sübut təqdim edilməmiş, nəticədə, iddia müddətinin tətbiqini istisna edən hal aşkar olunmamışdır.
53. Beləliklə, kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçı tərəfindən hazırki tələblə məhkəməyə müraciət olunma ilə bağlı müəyyən edilmiş müddət ötürüldüyündən və bunun üzrlü hesab olunmasına dair hər hansı əsas mövcud olmadığından iddia tələbi onun mahiyyəti üzrə əsaslı olub-olmamasından asılı olmayaraq rədd edilməlidir.
54. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iş materiallarındakı xx.xx.2025-ci il tarixli iclas protokolu nə işə baxan hakim, nə də məhkəmə iclas katibi tərəfindən imzalanmamışdır. Mülki Prosessual Məcəllənin 387.2 və 387.2.7-ci maddələrinə əsasən işdə məhkəmə iclasının protokolu yoxdursa və ya imzalanmamışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
55. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi həm maddi, həm də prosessual normaların pozuntusuna yol verərək düzgün olmayan qətnamə qəbul etmişdir ki, bu da qətnamənin apellyasiya qaydasında ləğv olunmasına, düzgün normalar tətbiq edilməklə yenidən rədd edilməsinə əsas təşkil edir.
56. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
57. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
58. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
59. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-1915/2025 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov