Məhkəmə qərarları › İş №2(103)-6487/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6487/2020

06.08.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6487/2020 06.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər-Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdeh nümayəndəsi X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1635/2020 nömrəli, xx xxxx 2020- ci il tarixli qərardadından şikayətinə nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsi məhkəmədə iddia qaldıraraq, Cavabdeh ödənilən pensiya məbləğindən hər ay 20 faiz tutularaq iddiaçı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsinin xeyrinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1635/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və X3 Nazirliyi yanında Dövlət X6 X4 İdarəsinin Cavabdeh qarşı ödənilən pensiya məbləğinin tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Cavabdehin nümayəndəsi X2 həmin qərardaddan şikayət vermişdir və şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin icraatında olan işdə iddiaçı tərəfin iddiasına etiraz etmiş, müvafiq sənədləri etirazına əlavə etmişdir. Belə ki, MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa iş üzrə icraata xitam verilir. Məhkəmənin ikinci iclasında iddiaçının nümayəndəsi yenə məhkəmə iclasına gəlməmiş, hakim ondan ərizənin baxılmamış saxlanılmasına etirazının olub-olmamasını soruşmuş, o, etiraz etməmiş, bu barədə ərizə yazmışdır. O, belə başa düşmüşdür ki, iş üzrə icraata xitam verilməsi barədə ərizə yazır. Bu səbəbdən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1635/2020 nömrəli, xx xxxx 2020-ci il tarixli qərardadının ləğv edilməsi, işə yenidən baxılaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi şikayıətin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etdi. İş üzrə digər tərəflərə məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbərtutaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsin mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) müvafiq olaraq tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir (185.4). İşə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır (259.0.7). İş materiallarından görünür ki, məhkəmənin xx.xx.2020-ci il tarixdə keçirilən baxış iclasında iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsinə Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinin tələbinə əsasən işin baxılmamış saxlanılmasının prosessual nəticəsi izah edilmiş və o, işin baxılmamış saxlanılmasına etiraz etməmiş, bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin normalarını və işin hallarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddianı baxılmamış saxlamaqda haqlı olmuşdur, şikayətin dəlilləri qərardadın ləğvi üçün əsas təşkil etmir. Kollegiya MPM-nin 398.0.1-ci maddəsində müəyyən olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1635/2020 №-li iş üzrə xx xxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qüvvəyə minir. Sədirlik edən: Sərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar