Məhkəmə qərarları › İş №2(103)-6490/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6490/2025

28.11.2025 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6490/2025 28.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin köçürülməsinin əvəzinə kompensasiyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-6354/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin köçürülməsinin əvəzinə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin köçürülməsinin əvəzinə 260.000 manat kompensasiyanın Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-6354/2025 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin köçürülməsinin əvəzinə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə mövqeyini belə izah etmişdir ki, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin köçürülməsinin əvəzinə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-4997/2025 nömrəli qərardadına əsasən İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin köçürülməsinin əvəzinə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, həmin qərardaddan İddiaçı tərəfindən şikayət verilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-4997/2025 nömrəli qərardadına əsasən şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Buna baxmayaraq, iddiaçı xx.xx.2025-ci il tarixdə yenidən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında iş olduğundan, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməkdən imtina edilməlidir. İş üzrə İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-6354/2025 nömrəli qərardadından şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-6354/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilərək növbəti prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə geri qaytarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin köçürülməsinin əvəzinə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin köçürülməsinin əvəzinə 260.000 manat kompensasiyanın Cavabdeh MTK-dan alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-6354/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul etmişdir. Hesab edir ki, qəbul edilmiş qərardad əsassız olduğundan rədd edilməli və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməlidir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, tərəflər arasında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə vardır. Qeyd edirlər ki, elektron məhkəmə informasiya sistemindən görünür ki, hakim iş üzrə sistemdə yekun məhkəmə aktı vurmuşdur. Əgər bu iş icraatda olmuş olsa idi, o zaman hakim hazırkı iddia ərizəsini geri qaytarmağa haqlı olardı. Lakin hazırda məhkəmənin icraatında qəbul edilmiş belə bir iş yoxdur. O halda iddianın yol verilməzliyi ilə icraata qəbul etməkdən imtina əsaslı hesab edilərdi ki, belə bir iş məhkəmənin icratında olsun. Yəni məhkəmə həmin işi baxılması üçün icraata qəbul etmiş olsun. Hazırda elə bir iş yoxdur. Əlavə olaraq qeyd edir ki, tərəflərindən ilk dəfə iddia ilə müraciət edilən zaman iddia ərizəsi rüsuma görə geri qaytarılmış, tərəflərindən həmin qərardaddan verilmiş şikayət apellyasiya instasiyası tərəfindən ləğv edilərək geri qaytarılmasına baxmayaraq, hakim yenə də iddianı icraata götürməkdən imtina etmişdir. Hazırkı iş üzrə də tərəflərindən verilmiş iddia ərizəsini məhkəmə icraata qəbul etmək istəmir. Hesab edir ki, məhkəmənin hərəkətləri qanunsuz və əsassızdır. Buna görə də qərardad ləğv edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 6354/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İş materiallarından müəyyən olunur ki, - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-5323/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin köçürülməsinin əvəzinə kompensasiyanın ödənilməsi tələbinə dair” Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4997/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4997/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilmiş və iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-6229/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci tarixli, e-2(004)-4997/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)-6354/2025 saylı qərardadı ləğv edilərək, hazırkı qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Qərardaddan müəyyən olunur ki, birinci instansiya məhkəməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında işin olması əsası ilə hazırkı mülki iş üzrə iddia ərizəsinin yolverilməzliyi qənaətinə gələrkən kifayət qədər araşdırma aparmamışdır. Belə ki, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilin köçürülməsinin əvəzinə kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin geri qaytarılmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(004)-4997/2025 nömrəli qərardadı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2(103)-6229/2025 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149,151-153, 398,399 və 402-ci maddələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, şikayət təmin edilərək birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və hazırkı qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(004)- 6354/2025 saylı qərardadı ləğv edilsin və hazırkı qərardadın əsaslandırıcı hissəsində qeyd olunanlar nəzərə alınmaqla iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər : Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar