Məhkəmə qərarları › İş №2(103)-6491/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6491/2021

12.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6491/2021 12.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X4 (sədrliyi və məruzəsilə), Eyvazov Rafael Əmir oğlu, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh1 nümayəndəsi vəkil X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı "əmək müqaviləsinin ləğv edilməsi, məcburi iş buraxmaya görə, əmək haqqının, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1870/2019 saylı, 06.12.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinin ləğv edilməsi, əmək kitabçasının ona verilməsi, 30.04.2016-cı il tarixdən əmək müqaviləsinə xitam verildiyi tarixədək məcburi iş buraxma müddəti (ümumilikdə 43 ay, orta aylıq əmək haqqı 150 manat hesabı ilə) üçün aylıq əmək haqqı məbləği olan 6450 manat, eyni zamanda maddi ziyanın əvəzi kimi 10000 manat, mənəvi ziyanın əvəzi kimi 10000 manat pulun Cavabdeh1 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində müəyyən olunmuşdur ki: 11.02.2015-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən, İddiaçı işəgötürən Cavabdeh1 tərəfindən Cavabdeh2nə həkim-psixoloq kimi işə götürülmüş, tərəflər arasında həmin tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, işçinin aylıq əmək haqqının məbləği 150 manat təşkil edir(səh.12); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 3 saylı region üzrə X6 05.12.2018-ci il tarixli məktubuna əsasən, İddiaçı fərdi sahibkar Cavabdeh1 (VÖEN: **********) rəhbərlik etdiyi Cavabdeh2ndə əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsinə köməklik göstərməməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi müraciətə ərizəçinin iştirakı ilə 3 saylı region üzrə X7 baxılmışdır. Ərizəçi verdiyi izahatda fərdi sahibkar Cavabdeh1 sahibkarlıq fəaliyyətini dayandırdığını və ölkə xaricində yaşadığını bildirmişdir. X2 Mərkəzinin rəhbəri, fərdi sahibkar Cavabdeh1 iştirakı ilə aparmaq məqsədi ilə sonuncunun ünvanına 12.11.2018-ci il tarixli, **********0 saylı bildiriş göndərilməsinə baxmayaraq, iştirakı təmin olunmamış, X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinə uyğun olaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur (səh.9); Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 3 saylı region üzrə X6 18.01.2019-cu il tarixli məktubuna əsasən, İddiaçı fərdi sahibkar Cavabdeh1 (VÖEN:**********) rəhbərlik etdiyi Cavabdeh2ndə əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin elektron informasiya sisteminə daxil edilməsinə köməklik göstərməməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə etdiyi təkrar müraciətə ərizəçinin iştirakı ilə 3 saylı region üzrə X7 baxılmışdır. Bununla əlaqədar ərizəçi verdiyi izahatında fərdi sahibkar Cavabdeh1 sahibkarlıq fəaliyyətini dayandırdığını, ölkə xaricində yaşadığını və hal-hazırda Azərbaycanda olduğuna görə araşdırmanın yenidən araşdırılmasını xahiş etmişdir. X2 Mərkəzinin rəhbəri, fərdi sahibkar Cavabdeh1 iştirakı ilə aparmaq məqsədi ilə sonuncunun ünvanına 10.01.2019-cu il tarixli, **********5 saylı bildiriş göndərilməsinə baxmayaraq, iştirakı təmin olunmamışdır. Müraciətdə qeyd olunan Cavabdeh1 məxsus telefon nömrəsinə göndərilmiş yazılı mesaja cavab olaraq elektron imzanı aktivləşdirib ərizəçinin adını elektron informasiya sistemindən qısa bir vaxtda çıxarmağa söz vermiş, lakin sonradan telefon zənglərinə və yazılı mesajlara cavab verməmişdir. Əlirzayeva Əmək Məcəlləsinin 12-ci maddəsinin tələbləri izah edilməklə ərizəçiyə qeyd olunanlarla əlaqədar Əmək Məcəlləsinin 294-cü maddəsinə uyğun olaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur (səh.10). Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1870/2020 saylı, 06.12.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında 11.02.2015-ci il tarixdə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, bu barədə məlumatın Cavabdeh1 tərəfindən elektron informasiya sisteminə daxil edilməsi, İddiaçı əmək kitabçası əmək müqaviləsinə xitam verilməsi qeydi ilə Cavabdeh1 tərəfindən iddiaçıya qaytarılması, məcburi iş buraxma müddəti üçün hesablanmış 6450 manat, həmçinin vurulmuş mənəvi ziyana görə 500 manat pul vəsaiti Cavabdeh1 İddiaçı xeyrinə tutulması, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, Qaradağ Rayon Məhkəməsinin 06 dekabr 2019-cu il tarixli 2(002)-1870/2019 saylı qətnaməsini ləğv edilməsi və iddiaçı X1 iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddətini tətbiq edərək İddiaçı ona qarşı əmək müqaviləsinin ləğv edilməsi, məcburi ış buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, iş materialları ilə müəyyən edilir ki, o, fərdi sahibkar kimi (VÖEN: **********) Psixologiya Mərkəzinə rəhbərlik etmişdir. 11.02.2015-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh2nə həkim-psixoloq kimi götürülmüş, işçinin aylıq əmək haqqının məbləği 150 manat təşkil etmişdir. Rəhbərlik etdiyi sahibkarlıq fəaliyyəti dayandırılmış və hazırda ölkə xaricində yaşayır. İddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək ləcəlləsinin 75.2-ci maddəsinin a bəndinə əsasən, yəni tərəflərin qarşılıqlı razılığı əsasında 14.01.2017-ci il tarixdə 12 saylı əmrlə xitam verilmiş və bu barədə bu barədə məlumat elektron iormasiya sisteminə daxil edilməmişdir. İddiaçı əmək kitabçasının götürməsi barədə məlumat verilsə də o heç bir əsas olmada əmək kitabçasını ötürməmişdir. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh təşkilat arasında əmək müqaviləsinə hər ikisinin razılığı ilə 30.04.2016-cı il tarxidə xitam verilmiş, bu səbəbdən də İddiaçı 30.04.2016-cı il tarixdən əmək fəaliyyəti məcburi iş buraxma kimi qiymətləndirilə bilməz. İddaçı məcburi qaydada deyil öz razılığı ilə işdən azad edilmiş və iddiaçıya İcbari işburaxmaya görə 6450 manat pulun hesablanması tamamilə əsassızdır. Belə ki. müəssisə 14.01.2017-ci il tarixdən fəaliyyətini dayandırmış və və bu barədə rəsmi olaraq qeydiyyat parılmışdır. Həmçinin fəaiyyətinin dayandırdığı dövrdə muzdlu işçilərə əmək haqqını ödənilməsi dayandırılmışdır. Fəaliyyəti dayandırdığı dövrdə muzdlu işlərin sayı 0 kimi qeyd edilmişdir, bu səbəbdən də fəaliyyət dayandırılmış bir təşkilatın işçiyə əmək haqqı hesablana bilməz. Qeyd olunanlara əsasən idddiaçının iddiasını ümumiyyətlə qəbul etmir. İddia tam əsasızdır, təmin edilməməlidir. Eləcə də iş materiallarından görünür ki. iddia müddəti keçmişdir. Əgər idddiaçı 30.04.2016-cı il tarixdə işdən çıxmışdısa ona əmək kitabçası verilmədiyi təqdirdə məhkəməyə müraciət etməli idi. İddiaçı isə 3 ildən artıq vaxt keçəndən sonra məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6443/2020 nömrəli işi üzrə 25 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı "əmək müqaviləsinin ləğv edilməsi, məcburi iş buraxmaya görə, əmək haqqının, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə icraata (iddia tələbindən imtina olunan əmək müqaviləsinin ləğv edilməsi, bu məlumatın elektron informasiya sisteminə daxil edilməsi, əmək kitabçasının geri qaytarılması hissədə) xitam verilməklə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1870/2019 saylı 06 dekabr 2019-cu il tarixli qətnaməsinin iddia tələbindən imtina olunan hissədə ləğv edilməsi qərara alınmış və eyni tarixli qətnamə ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1870/2019 saylı, 06.12.2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 26.04.2021-ci il tarixli, 2(102)-1554/21 saylı qərarı ilə Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6443/2020 nömrəli, 25 sentyabr 2020ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Qərarda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 216, 218, 407, 416, 417, 418-ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə xitam verilməməsi, bu barədə məlumatın elektron informasiya sisteminə daxil edilməməsi və iddiaçıya əmək kitabçasının qaytarılmaması iddiaçının digər işəgötürənlə əmək müqaviləsi bağlamasına, əmək hüquqlarının rəsmi şəkildə həyata keçirilməsinə, DSMF-ə ödənişlər həyata keçirilməsinə maneə yaratmışdır. Bunun nəticəsində iddiaçı uzun müddət mənəvi iztirab çəkmişdir. Mübahisəyə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi tətbiq edilmişdir. Həmin mövqe ilə razılaşan apellyasiya məhkməsi də qeyd edib ki, işburaxma dövrü ərzində əmək müqaviləsinə xitam verilməsi barədə qeyd elektron informasiya sistemə daxil edilmədiyi üçün iddiaçı başqa əmək müqaviləsi bağlaya bilməmiş, maddi itkiyə məruz qalmışdır. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin gəldiyi nəticə razılaşmır. Belə ki, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi ilə bağlı hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsi məsələlərini nizama salır. Hazırki işdə isə əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsi halı müəyyən edilməyib, iddiaçı da bu barədə hər hansı dəlil bildirməyib. Belə olan halda, hazırki mübahisəyə Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi tətbiq edilə bilməzdi. Həmçinin iddiaçının iddiasına görə əmək kitabçasının verilməsinin gecikdirilməsi nəticəsində işə düzələ bilmədiyi müddət məcburi iş buraxma müddəti kimi qiymətləndirilə bilməz. Əmək kitabçasının verilməsinin gecikdirilməsi nəticəsində işçiyə işə düzələ bilmədiyi müddət üçün ödənc verilməsi Əmək Məcəlləsinin 172-ci maddəsinin 6-ci hissəsi ilə nizama salınır. Buna görə də iddia tələbinə qeyd edilən maddi hüquq normasının tələbləri baxımından qiymət verilməlidir. Bundan başqa, Cavabdeh1 mübahisəyə iddia müddətinin tətbiqi barədə ərizə versə də, apellyasiya məhkəməsi heç bir araşdırma və əsaslandırma aparmadan yerində müşavirə etməklə, protokol qaydasında həmin ərizəni təmin etməmiş, qətnamədə isə buna ümumiyyətlə qiymət verməmişdir. Halbuki iddianın qanuni və əsaslı həlli üçün həmin ərizəyə qiymət verilməsi zəruri olmuşdur. Həm də iddiaya iddia müddətinin tətbiqi məsələsi eyni zamanda mübahisəyə elə maddi hüquq normasının tətbiqi deməkdir ki, bu da yerində müşavirə etməklə deyil, müşavirə otağında həll edilməli məsələdir. Apellyasiya məhkəməsi isə iddia müddətinin tətbiqi barədə ərizəyə yerində müşavirə edib protokol qaydasında münasibət bildirməklə MPM-in 213, 261.3 və 218.1 -ci maddələrində nəzərdə tutulmuş prosessual qaydaları pozmuşdur. Bu da qətnamənin ləğvi üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında iştirak Cavabdeh1 nümayəndəsi vəkil X10 apellyasiya şikayətini müdafiə edərək, məcbur işburaxma olmadığını, iddaçının öz ərizəsinə əsasən işdən azad edildiyini, 2017-ci ildən müəssisənin fəaliyyətinin dayandırıldığını, Ali Məhkəmənin qərarı ilə də məcburi iş buraxma hesab edilmədiyini bildirmiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı, Cavabdeh2 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Qeyd: işə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 sentyabr 2020-ci il tarixli qərardadı ilə iddia tələbindən imtina olunan əmək müqaviləsinin ləğv edilməsi, bu məlumatın elektron informasiya sisteminə daxil edilməsi, əmək kitabçasının geri qaytarılması hissədə işin icraatına xitam verildiyindən və bu qərardaddan şikayət verilmədiyindən, işə yalnız 30.04.2016-cı il tarixdən əmək müqaviləsinə xitam verildiyi tarixədək məcburi iş buraxma müddəti (ümumilikdə 43 ay, orta aylıq əmək haqqı 150 manat hesabı ilə) üçün aylıq əmək haqqı məbləği olan 6450 manat, eyni zamanda maddi ziyanın əvəzi kimi 10000 manat, mənəvi ziyanın əvəzi kimi 10000 manat pul tələbi hissəsində baxılmalıdır. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən və baxılan hissədə kassasiya instansiya məhkəməsinin göstərişlərinə uyğun tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM) 2, 7, 11, 68, 172, 296; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 21, 324, 385-390, 372-384, 550- 554, 560; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2, 76.1, 77.1, 80-82, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390, 420-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına (həqiqətə) tam uyğun gəlməmiş, qanun və müqavilə üzrə vəzifələrə, habelə təqdim edilmiş təkzibedilməz sübutlara lazımi qiymət verilməmiş və bununla da yanlış nəticə hasil olunmuşdur. Diqqətə çatdırılmalıdır ki, cavabdehlərin hər birinə qarşı yönələn və təsnif edilməyən tələbin sübuta yetirilməməsi və dəlillərin müvafiq maddi normalarının dispozitiv şərtlərinə uyğun gəlməməsi, habelə iddiaçının başqa işə düzəlmək istəyi tələbdə göstərilən səbəblərdən mümkün olmaması sübuta yetirilməmişdir. Bundan əlavə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmə hüququ üzrə müddətlər ötürülmüş, bunların bərpası üçün üzrlü əsaslar isə müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən baxılan hissədə, təmin edilməsi üçün əsaslar olmadığından, iddia tələbi rədd edilməli və qətnamə hamin hissədə də ləğv edilməklə apellyasiya şikayəti təmin edilməlidir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ödənilmiş dövlət rüsumu üçün olan məhkəmə xərci ödəyən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 tərəfindən verilən apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1870/2019 saylı, 06.12.2019-cu il tarixli qətnaməsi baxılan hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “məcburi iş buraxmaya görə əmək haqqının, maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar