Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6491/2023 18.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 - cavabdeh SOCAR Cavabdehnə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilən) qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər : ("müavinətdən tutulmuş məbləğin qaytarılması”) hakimlər X11 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi, iddiaçı, cavabdehin nümayəndəsi Vəkil Səftər oğlu və üçüncü şəxsin nümayəndəsi X12 iştirakı ilə, iddiaçı X1 - cavabdeh SOCAR Cavabdehnə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilən) qarşı "müavinətdən tutulmuş məbləğin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1528/2023 saylı işi üzrə 31 avqust 2023-cü il tarixli qətnaməsindən cavabdeh SOCAR Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı X2 - cavabdeh SOCAR "Azneft” İstehsalat Birliyinə qarşı “müavinətin tam ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 35888.45 manat işdənçıxma müavinətinə görə əsassız və qanunsuz tutulmuş 10334 manat məbləğində gəlir vergisinin və digər məbləğlərin və 50 manat mediasiya xərcinin ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyinin nümayəndəsi Vəkil iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 154-cü və digər maddələrini rəhbər tutaraq məhkəmədən, iddiaçı X3 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azneft" İstehsalat Birliyinə "müavinətin tam ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə iddiaçının iddia müddətini ötürməsinə görə qanunla müəyyən edilmiş iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1444/2022 saylı 02 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X4 ödənilmiş birdəfəlik müavinətdən tutulmuş 8721.36 manat məbləğində gəlir vergisi, mediasiya xərcinin 40 manat hissəsinin cavabdeh "Azneft” İstehsalat Birliyindən tutularaq iddiaçı X4 ödənilməsi, 107 manat dövlət rüsumunun cavabdeh "Azneft” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 12, 35; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69, 77, 175; Vergi Məcəlləsinin 98.1, 102.1.4; Mülki Məcəllənin 384.0.4; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 112.1.1, 119, 217.4; "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddələrinə; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarına; Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçilərin özlərinin təşəbbüsü rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası və məqsədi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndi ilə nəzərdə tutulmuş işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Bu fakt iş materiallarına əlavə edilmiş razılaşmanın surəti ilə, həmçinin tərəflərin izahatları ilə sübut olunur. Məhkəmənin qənaətinə görə, iddiaçının işdən “Əmək Məcəlləsinin 69.3-cü maddəsi ilə yaşa görə təqaüdə çıxması ilə işçinin özünün təşəbbüsü ilə” azad edilməsi əsası formal xarakter daşıyır və iddiaçı tərəfindən yazılmış ərizə işəgötürənlə əvvəlcədən əldə olunmuş razılıq əsasında və 22 aprel 2009-cu il tarixli əmr-qərara uyğun olaraq tərtib olunmuşdur ki, iddiaçının müstəqil iradə ifadəsini əks etdirmir. Məhkəmə bu qənaətə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə görə, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşəgötürən işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhkəmə həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175.4-cü maddəsinə istinad edərək qeyd edir ki, cavabdeh iddiaçıya ödənilmiş məbləğlərin işdən çıxma müavinəti olduğunu mübahisələndirmir. İş materiallarına əlavə edilmiş əmr qərarlarda da iddiaçıya ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. İstinad olunan maddənin tələbinə görə isə növündən asılı olmayaraq, işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı, gəlir vergisinə dair ödənişlər də aiddir. İşəgötürənin yalnız belə məbləğin tutulması zamanı işçinin razılığı ilə həyata keçirmək imkanı olmuşdur. Bundan başqa, cavabdeh iddiaçıya ödənilən işdən çıxma müavinətindən vergi tutularkən ilkin olaraq onun münasibətlərini nizamlayan maddi hüquq normalarını tətbiq etməli və bundan sonra əlaqəli hüquq normalarının tətbiqinin mümkünlüyünü araşdırmalıdır. Məhkəmə həmçinin iddia müddətinin tədbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti şamil edilmir. İddiaçı ilə cavabdeh arasında əmək münasibətləri mövcud olsa da, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar ödənilən müavinət artıq onun mülkiyyəti hesab olunurdu. Mülkiyyətçinin hüquqlarının pozulmasının aradan qaldırılması ilə bağlı tələblərə iddia müddəti tətbiq edilmir. Qeyd edilən hal həm də Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin təsiri altına düşür. (Müqavilə üzrə hüquqlar, o cümlədən icarə haqları və məhkəmə qərarına əsasən pul vəsaitləri, pensiya hüquqları və digər sosial müavinət hüquqları mülkiyyətə daxildir (X14rşı, 2006)). Belə olan halda hazırki iddiaya müddət tətbiq edilə bilməz. Qanunvericiliyin tələbindən irəli gələrək iddiaçıya ödənilən işdənçıxma müavinətinin gəlir vergisindən azad olması müəyyən edildiyindən, müavinətdən tutulan gəlir vergisi iddiaçıya qaytarılmalıdır. İş materiallarında olan arayışdan görünür ki, X4 SOCAR və ANQSİHİRK arasında 2020-2023-cü illər üçün Sahə (tarif) kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli 35885.45 məbləğində işdənçıxma müavinəti ödənilmişdir. Ödənilmiş müavinətdən tutulan gəlir vergisi 8721.36 manat təşkil edir. Odur ki, iddia qismən təmin olunmalı, iddia tələbi 8721.36 manat həcmində təmin olunmalıdır.
4. İşin icraatı zamanı müəyyən edilmişdir: - X4 məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətinə əsasən, X7 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixinindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə (işçi yaşa görə təqaüdə çıxdıqda) əsasən (27 iyul 2021-ci il tarixli əmrlə) xitam verilmişdir; - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft” İstehsalat Birliyinin 276 nömrəli, xx.xx.2012-ci il tarixli əmək müqaviləsinə xitam verilməsinə dair işəgötürənlə işçi arasında bağlanmış 29 iyul 2021-ci il tarixli razılaşmanın bəndlərindən görünür ki, işəgötürənlə bağlanmış 276 nömrəli, xx.xx.2012-ci il tarixli əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən olunmuş qaydada ləğv edilməsi məqsədilə müraciət edir. Bu razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində işçi ilə əmək müqaviləsinə xitam verildiyi təqdirdə işçiyə cəmi 35885,45 manat məbləğində müavinət ödəməyi öhdəsinə götürür; - SOCAR "Azneft” İstehsalat Birliyi “Neft Daşları” NQÇİ tərəfindən verilmiş Arayışa əsasən Azneft İBnin "Neft Daşları” NQÇİ-nin işçisi olmuş X1 11 aprel 2011-ci il tarixində bağlanmış əmək müqaviləsinə 27 iyul 2021 -ci il tarixində öz ərizəsinə (AR əmək məcəlləsinin-69 3-cu maddəsilə yaşa gorə təqaüdə çıxması ilə əlaqədar) əsasən xitam verilmişdir. X5 ARDNŞ-nm ANQSlHİRK-nin 22 aprel 2009-cu il tarixli 57/06-l9a nömrəli əmr- qərarının 4-cü bəndinə və ona edilmiş 14 avqust 2009-cu il tarixli 112/07-22a nömrəli dəyişikliyə əsasən orta aylıq əmək haqqının beş misli 35 885.45 məbləğində işdənçıxma müavinəti ödənilmişdir. Ödənilmiş müavinətdən tutulan gəlir vergisi 8721.36 təşkil edir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
5. Cavabdeh SOCAR Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-1528/2023 №-li, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ və İİ hissələrinə; Mülki Məcəlləsinin 384.0.4; Əmək Məcəlləsinin 68.2, 69.3, 70, 77.3, 175.4, 296.4; Vergi Məcəlləsinin 1.1, 2.4-1, 2.4, 9, 16.1.1, 17.1, 17.3.1, 95, 97.3, 98.1, 101.1, 102.1.4; Mülki Prosessual Məcəllənin 9.3, 88, 106.1, 217.1, 217.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, X7 ərizə yazaraq öz təşəbbüsü ilə işdən azad olunmuşdur. İddiaçı ilə "Azneft" İB xx.xx.2021-ci il tarixdə orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik ödəniş edilməsinə dair razılaşma bağlanmışdır. "Azneft" İB-nin xx.xx.2021-ci il tarixli SOCAR**********00070020 saylı əmri ilə X7 ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Müqaviləyə xitam verilərkən ona ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19 nömrəli əmr-qərarının 4-cü bəndinə və ARDNŞ-nin və ANQSİHİRİK-nin 14 avqust 2009-cu il tarixli 112/07-22Ə nömrəli Əmr- Qərarının 1-bəndinə əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət ödənilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmadan da görünür ki, iddiaçının ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində müavinətin veriləcəyindən xəbəri olmuşdur. 07/2021 tarixli haqq-hesab vərəqindən də görünür ki, İddiaçı ona ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğindən və digər ödənişlərdən vergi tutulmuş və İddiaçı bundan xəbəri olmuşdur. Müqaviləyə xitam verilərkən iddiaçıya ARDNŞnin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli əmr-qərarına və həmin əmr-qərarına dəyişiklik edilməsi haqqında 112/07-22Ə nömrəli, xx.xx.2009-cu il tarixli əmrqərarına əsasən orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik işdən çıxma müavinəti ödənilib. ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrə "ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" əmrqərarının 4-cü bəndinə əsasən, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də, bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixli 57/06-19ə nömrəli "ARDNŞ-də işçilərinin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında" Əmr Qərarının 4-cü bəndinə əsasən, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də, bu əmr qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. X19 girişində qeyd edilib ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd ARDNŞ-nin 26 fevral 2009-cu il tarixli 38 nömrəli əmri ilə təsdiq edilmiş "ARDNŞ-nin 2009-cu il üçün böhrana qarşı tədbirlər proqramı"ndan irəli gələn vəzifələrinin, xüsusilə də, "şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitində uyğunlaşdırılması və sənədlərin təkmilləşdirilməsidir". Sözügedən əmr-qərara müvafiq olaraq müəssisələrin işçilərinə orta aylıq əmək haqqının beş misli məbləğində müavinət almaqla və öz iradələrinə uyğun olaraq ərizə yazmaqla işdən azad oluna biləcəkləri nəzərlərinə çatdırılmış və iddiaçı da ərizə ilə müraciət edərək, işəgötürənlə müvafiq razılaşma imzalayaraq orta aylıq əmək haqqının beş misli miqdarında müavinət almış və onunla bağlanmış əmək müqaviləsi AR Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən ləğv edilmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, tərəflər arasında bağlanmış razılaşmaya əsasən, iddiaçı onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ləğv edilməsi üçün müraciət etmiş, ona ödəniləcək müavinətdən qanunvericiliyə uyğun olaraq vergi tutulmasına razılıq vermiş, cavabdeh razılaşma ilə müəyyən olunmuş şərtlər daxilində əmək müqaviləsinə xitam verildiyi halda orta aylıq əmək haqqının beş mislindən Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən gəlir vergisini tutduqdan sonra qalan məbləği ödənilmişdir. Vəsaitin ödənilməsində məqsədi işçilərin maddi vəziyyətini müəyyən müddətə yaxşılaşdırmaqdan ibarət olmuşdur. Fiziki şəxslərin gəlir vergisindən azad olma halları Azərbaycan Respublikasının Vergi Məcəlləsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsaslanaraq, hesab edirlər ki, iddiaçıya ödənilmiş orta əmək haqqının beş misli məbləğinin gəlir vergisindən azad olması üçün heç bir qanuni əsası yoxdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndi ilə olmasını qeyd etmiş, həmçinin Əmək Məcəlləsinin 175.4-cü maddəsinin və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə istinad edərək iddiaçıya ödənilmiş müavinətin gəlir vergisindən azad edilən müvainətlər sırasına daxil edərək, həmin müavinətdən vergi tutulmalı olmamasına əsaslanmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin “Əmək müqavilələrinə xitam verərkən işçilərin təminatı" başlıqlı 77-ci maddəsinin təhlilindən aydın olur ki, qanunverici, ƏM-nin 68-ci maddəsinin “c" və “ç", 70-ci maddəsinin “a" və “b", 74-cü maddəsinin “a", “c" və “e" bəndlərində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatı kimi müvafiq məbləğdə işdənçıxarma müavinətinin verilməsini nəzərdə tutmuşdur. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin Əmək Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti ilə eyniləşdirilə bilməz. ƏM-nin 77-ci maddəsində verilməsi zəruri olan müavinətlərdən yalnız işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilərkən ödənilən müavinətin gəlir vergisindən azad edilməsini nəzərdə tutmuşdur. Həmçinin, Azərbaycan Respublikası VM-nin 102.1.4-cü maddəsində (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar gəlir vergisindən azaddır.) hansı növ müavinətlərin və ya ödənişlərin gəlir vergisindən azad olunduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində göstərilənlərdən başqa digər növ gəlirlərə həmin azadolmaların şamil edilməsi qanunvericiliyin tələblərinə ziddir və qanunsuzdur. Bundan əlavə, işçinin ərizəsi əsasında əmək müqaviləsi ləğv olunduqda; əmək müqaviləsinin müddəti başa çatdığı üçün ləğv olunduqda; işçi attestasiyadan keçə bilmədiyi üçün əmək müqaviləsi ləğv olunduqda; işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə, yaxud əmək vəzifələrini kobud şəkildə pozduğuna görə işdən azad olunduqda (məsələn, üzürsüz səbəbdən və xəbərdarlıq etmədən bir iş günü ərzində işə gəlmədiyinə görə vs.); sınaq müddəti ərzində (mak. 3 ay) işçi özünü doğrultmadığına görə əmək müqaviləsi ləğv olunduqda; dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə (65 yaş) çatdığına görə işdən azad edildikdə; tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə xitam verildikdə; əmək müqaviləsində tərəflərin müəyyən etdiyi hər hansı digər bir səbəbə görə əmək müqaviləsi xitam olunduqda işçiyə işdənçıxarma (işdən çıxma) müavinəti ödənilmir. Bundan əlavə, Əmək Məcəlləsinin 175.4-cü maddəsi özözlüyündə vergi azadolması müəyyən etmir. Həmin maddə əmək haqqından tutulmalara yol verilən halları və bunun icrası qaydasını nəzərdə tutur. Əmək Məcəlləsinin 175.4-cü maddəsi vergi qanunvericiliyində mövcud olmayan hər-hansı azadolma müəyyən etmir, əksinə ona istinad edir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Əmək Məcəlləsinin 175.4-cü maddəsi işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmədiyini göstərməklə həmin maddənin öncəki bəndlərində göstərilən əmək haqqından tutulan ödənişlərin vergi tutulmayan ödənclərdən tutulmamalı olduğunu ehtiva edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən həmin Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ və İİ hissələrinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Plenumunun 09 sebtyabr 2013-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir. Vergilər, hər bir dövlətin yarandığı andan cəmiyyətdə iqtisadi münasibətlərin ayrılmaz tərkib hissəsi olmaqla, müasir dövrdə dövlətin gəlirlərinin əsas formalarından biridir. Bununla əlaqədar olaraq, vergilərin və digər məcburi ödəmələrin ödənilməməsi dövlətin maliyyə maraqlarına ziyan vuran kifayət qədər təhlükəli əməl hesab olunur və müvafiq məsuliyyət növünə cəlb edilmə üçün əsas ola bilər. Odur ki, bu vəzifənin icrası konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən sözügedən məcburi ödənişdən azad edilmə yalnız qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallarda mümkündür. Bundan əlavə, məhkəmənin iddiaçının tələbini Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən müddətin şamil olunmamasına dair dəlil əsassızdır. Belə ki, hazırki iddia tərəflər arasında olan əmək münasibətlərindən irəli gəlir və iddia müddəti Mülki Məcəllənin 384.0.4-cü maddəsinə deyil Əmək Məcəlləsinin 296.4-cü maddəsinə uyğun tətbiq edilməlidir. İş materiallarından da göründüyü kimi A.Abdullayev ilə bağlanmış əmək müqaviləsinə 27 iyul 2021-ci il tarixdə xitam verilmişdir. İddiaçı 28 iyul 2022-ci il tarixinədək məhkəməyə müraciət etməli idi. Lakin, iş iddiaçı A.Abdullayev qanunvericiliklə müəyyə edilmiş 1 illik məhkəməyə müraciət etmə müddətini ötürməklə xx.xx.2023-cü il tarixdə mediasiya tətbiqi barədə təklif göndərmiş, xx.xx.2023-cü il tarixdə Mediasiya Təşkilatına müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüquqən qorunmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır.
6. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti apellyasiya şikayəti verərək, Bakı şəhər Səbail rayon Məhkəməsinin 2(009)-1528/2023 №-li, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmir edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə; Vergi Məcəlləsinin 1.1, 2.4-1, 16.1.1, 17.1, 17.3.1, 98.1, 101.1, 102.1.4-cü maddələrinə; Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “a"bəndi, 77-ci maddəsinin 6-cı hissəsi, 70-ci maddəsinin “a"və “b" bəndləri və 175-ci maddəsinin 4-cü hissəsinə; Mülki Prosessual Məcəllənin 14, 88, 372, 374.1-ci maddələrinə; Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə istinadən qeyd edilmişdir ki, məhkəmə maddi hüquq normalarının tətbiqində ciddi səhvə yol vermiş, eyni zamanda iş üçün əhəmiyyətli olan halları tam şəkildə aydınlaşdırmadan qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, iş materiallarına əsasən xx.xx.2021-ci il tarixində iddiaçı X7 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, yəni yaşa görə təqaüdə çıxması ilə əlaqədar olaraq işçinin öz ərizəsinə əsasən xitam verilmişdir. Bununla əlaqədar ödənilən müavinətdən gəlir vergisinin tutulmasını qanunsuz hesab edən birinci instansiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, iddiaçı ilə olan əmək müqaviləsi Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsində qeyd olunan yaşa görə təqaüdə çıxması əsası ilə işçinin özünün təşəbbüsü əsasında xitam verilmiş kimi rəsmiləşdirilmiş olsa da, faktiki olaraq əmək müqaviləsinə xitam verilməsinin əsası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndi, yəni işçilərin ixtisar edilməsi və sayının azaldılması olmuşdur. Həmçinin məhkəmə bu faktın materiallara əlavə edilmiş xx.xx.2009-cu il tarixli əmrqərarın və razılaşmanın surəti ilə, tərəflərin izahatları ilə təsdiq olduğunu qeyd etmişdir. Məhkəmə gətirdiyi bu dəlillə qanunvericilik normalarının ciddi pozuntusuna yol vermişdir. Belə ki, məhkəmə həmin faktın tərəflərin izahatları ilə təsdiq olduğunu qeyd etsə də, tərəflər belə bir fakt haqqında hər hansı izahat verməmişdirlər. O cümlədən, məhkəmənin istinad etdiyi xx.xx.2009-cu il tarixli əmr-qərar və razılaşma bu faktı nəinki təsdiq etmir, hətta iddiaçının öz iradəsi ilə işdən çıxdığını və məhz bununla bağlı birdəfəlik müavinətin verilməli olduğunu göstərir. Məhkəmə isə xx.xx.2009-cu il tarixli əmr-qərarın məzmununu və məqsədini təhrif etmiş və həmin əmr- qərara əsasən birdəfəlik ödənişi almaq hüququnun yalnız pensiya yaşına çatmış və öz iradələri əsasında işdən çıxmış işçilərə şamil edildiyini nəzərə almamışdır. Məhkəmə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verildiyini bildirməklə iddiaçının birdəfəlik ödənişi almaq hüququnu da istisna etmiş olur ki, bu da xx.xx.2023-cü il tarixli qətnamənin ziddiyyətli mülahizələr əsasında qəbul edildiyini göstərir. Digər tərəfdən isə iddiaçı ərizəsində işdən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) və 69-cu maddəsinin 3-cü hissəsinə (işçi əmək pensiyasına çıxdıqda) əsasən xitam verildiyini bildirmiş və Əmək Məcəlləsinin 70-ci maddəsinə istinad etməmişdir. Birinci instansiya məhkəməsinin hansı iş materiallarından bu qənaətə gəldiyi aydın deyildir. Belə ki, məhkəmə cavabdeh qismində çıxış edən Dövlət Neft Şirkətindən iddiaçının işdən çıxması barədə verdiyi yazılı ərizənin əslini və ya surətini tələb etməmiş, təqdim edildiyi halda onun həqiqiliyini araşdırmamış, tərəflərin heç birindən bu barədə izahatlar almamışdır. Bundan əlavə, məhkəmə həmin mövqeyini əsaslandırmaq məqsədi ilə normativ sənəd olmayan ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu tarixli 57/06-19ə nömrəli əmrqərarına istinad edərək cavabdehin həmin qərarı işçilərin sayını azaltmaq məqsədi ilə qəbul etdiyini və həmin əmr-qərarın 4-cü bəndinə əsasən işçilərlə əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşmanın imzalanmasının göstərildiyini və işçilərin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam vermək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən onlara orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilməsinin göstərildiyini qeyd etmişdir. Halbuki məhkəmənin istinad etdiyi həmin əmr-qərarın məhz həmin bəndi əmək haqqının beş misli məbləğində müavinətin ödənilməsini müstəsna hal kimi göstərmiş və onu işçilərin öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi halı ilə şərtləndirmişdir. Başqa sözlə, əgər məhkəmə əmək müqaviləsinə iddiaçı tərəfindən deyil, işəgötürən tərəfindən xitam verildiyinə dair nəticəyə gəlmişdirsə o halda, işçinin ARDNŞ-nin və ANQSİHİRİK-nin 22 aprel 2009-cu il tarixi 57/06- 19 ə nömrəli əmr-qərarında nəzərdə tutulan müavinəti almaq hüququ da yaranmamışdır. Belə olan halda isə iddiaçıya Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək müqaviləsinə həmin Məcəllənin 70-ci maddəsinin “a" və “b” bəndləri ilə ləğv edilərkən işçiyə əmək stajından asılı olaraq orta əmək haqqının 1-2 misli miqdarında işdənçıxarma müavinəti ödənilməli idi. Halbuki birinci instansiya məhkəməsi həm qanunvericiliyin bu normasını nəzərdən qaçırmış, həm də hüquqlarının pozulduğunu hesab etdiyi iddiaçının bu barədə olan izahatlarını almamış, onların həqiqiliyini təsdiq edəcək heç bir sübut iş materiallarına əlavə etməmişdir. Nəticədə məhkəmə qətnaməsində iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verildiyi qənaətinə gəlsə də, bu mülahizəsini hüquqi cəhətdən əsaslandıra bilməmiş və ona ödənilmiş müavinətin hüquqi xarakterinin nədən ibarət olmasına tam aydınlıq gətirməmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsinin tələblərinə əsasən iddiaçı ilə olan əmək müqaviləsinə onun pensiya yaşına çatmağı əsası ilə xitam verildiyindən və müvafiq əsasla işdənçıxma üçün verilən müavinət Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində təsbit edilmiş və gəlir vergisindən azad edilən müavinətlər sırasına daxil olduğundan, iddiaçıya ödənilən və əmək haqqı məbləğinin beş misli miqdarında olan müavinətdən vergi tutula bilməz. Məhkəmənin mövqeyinə görə Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsasən cavabdeh iddiaçıya ödənilmiş məbləğin işdən çıxma müavinəti olduğunu mübahisələndirməmişdir. İş materiallarına əlavə edilmiş əmr və qərarlarda da iddiaçıya ödənilən məbləğin müavinət olduğu təsdiq olunur. Yuxarıda istinad olunan maddi hüquq normalarına görə növündən asılı olmayaraq işdən çıxma müavinətlərindən hər hansı məbləğin tutulmasına yol verilmir. Həmin məbləğlərə digər ödənişlərlə yanaşı gəlir vergisinə dair ödənişlər də aiddir. Məhkəmə bu qənaətə gələrkən işin faktiki hallarını düzgün araşdırmamış və tətbiq edilməli maddi hüquq normalarının tələblərini əhəmiyyətli şəkildə pozmuşdur. Başqa sözlə, məhkəmə işin ədalətli həlli üçün zəruri olan mühüm xüsusatları nəzərdən qaçırmış, hüququn tətbiq edilməsində səhvə yol verərək, tətbiq edilməli olan qanunu düzgün tətbiq etməmişdir. Hazırkı işdə həlledici məsələ ondan ibarətdir ki, iddiaçı ilə işəgötürən arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilməsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən baş vermişdir. Məlum olduğu kimi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə müvafiq olaraq əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərin təşəbbüsüdür. Başqa sözlə, iş materiallarından aşkar şəkildə göründüyü kimi iddiaçının əmək müqaviləsinə işçilərin sayının azaldılması əsası ilə deyil, işçinin öz ərizəsiəsasında təqaüdə çıxması ilə əlaqədar xitam verilmişdir. Halbuki, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi yalnız konkret əsaslarla ödənilən ödəmələri gəlir vergisindən azad edir. Qeyd olunan ödəmələrə yalnız aşagıdakılar daxildır: Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri; Əvəzsiz dövlət Köçürmələri; Dövlət pensiyaları və dövlət təqaüdləri; İşçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar; İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar; Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi. Göründüyü kimi vergi qanunvericiliyinə görə bilavasitə işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq, yəni Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi ilə baglı işçilərə ödənilən müavinət gəlir vergisindən azaddır. Məhkəmə qərarını əsaslandırarkən qeyd etmişdir ki, cavabdeh iddiaçıya ödənilmiş məbləğin işdən çıxma müavinəti oldugunu mübahisələndirməmişdir və Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsasən işdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir. Əmək Məcəlləsinin 77-ci maddəsinin 6-cı hissəsinə əsasən kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləgdə verilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmişdir. Qeyd olunan maddəyə görə əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləgv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. Həmin maddənin 4-cü hissəsinə əsasən işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əmək haqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Həmin maddənin 7-ci hissəsinə əsasən Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. Hazırkı halda isə işəgötürən tərəfindən iddiaçıya ödənilmiş təminat Əmək Məcəlləsinin qeyd olunan tələblərindən irəli gəlməmiş, eləcə də əmək münasibətlərinə həmin Məcəllənin 70-ci maddəsinin “b” bəndi əsasında deyil, 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi əsasında xitam verilmişdir. Başqa sözlə, iddiaçıya ödənilən vəsaitdən gəlir vergisinin tutulması tam qanunamüvafiq olmuşdur. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verildiyi Əmək Məcəlləsinin 69-cu maddəsində işəgötürən tərəfindən işdənçıxarma müavinətinin ödənilməsi nəzərdə tutulmadığından, iddiaçıya ödənilmiş müavinətin həmin Məcəlləsinin 77-ci maddəsində nəzərdə tutulmuş işdənçıxarma müavinəti kimi qiymətləndirilməsindən söhbət gedə bilməz. Belə olan halda, işəgötürən tərəfindən iddiaçıya ödənilmiş orta aylıq əmək haqqının 5 misli məbləğində birdəfəlik müavinət hüquqi xarakter baxımından işdənçıxarma müavinəti olmadığından gəlir vergisinə cəlb edilməməli olduğuna və həmin məbləğdən qanunsuz olaraq vergi tutulduğuna dair gətirilmiş dəlillər əsassızdır. Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə münasibətdə xüsusi olaraq bildirirlər ki, həmin maddə özü-üzlüyündə vergi azadolması müəyyən etmir və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində nəzərdə tutulan vergi azadolmasını tamamlayır. Başqa sözlə, Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsi vergi qanunvericiliyində mövcud olmayan hər hansı azadolma müəyyən etmir və həmin normanın məhkəmə tərəfindən genişləndirici şəkildə təfsir olunması yolverilməzdir. Bu baxımdan Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinə əsaslanmaqla Vergi Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmayan vergi azadolmasının tətbiqi düzgün hesab edilə bilməz. Halbuki Vergi Məcəlləsinin 2.4-1-ci maddəsinə əsasən vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız həmin Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllədən başqa digər normativ hüquqi aktlarda, o cümlədən bu Məcəllənin 2.4-cü maddəsində (bu Məcəllənin 2.4.9-cu maddəsi istisna olmaqla) göstərilən normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilməz. Eyni zamanda, məhkəmənin məsələyə dair ifadə etdiyi mövqe kökündən yanlış olmaqla Azərbaycan Respublikası Konstitusiyasına və Vergi Məcəlləsinin bir sıra müddəalarına ziddir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Vergi Məcəlləsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Qeyd olunan müddəaları təhlil edərək qeyd edirlər ki, Azərbaycan Respublikasında vergilərin müəyyən edilməsi və ödənilməsi qaydaları, habelə vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar yalnız Vergi Məcəlləsi ilə müəyyən edilir. Hazırkı mübahisə çərçivəsində Dövlət Neft Şirkəti tərəfindən iddiaçıya ödənilmiş məbləğ onun muzdlu işdən gəlirinə aiddir və məlumdur ki, həm Konstitusiyaya, həm də Vergi Məcəlləsinə əsasən hər bir şəxs əldə etdiyi gəlirindən müvafiq vergiləri dövlət büdcəsinə ödəməlidir. Burada işəgötürən qismində çıxış edən Dövlət Neft Şirkəti həm də vergi agenti hesab olunur və qanunla müəyyən edilmiş vəzifəsinə uyğun olaraq iddiaçıya ödədiyi vəsaitdən Vergi Məcəlləsinin 101-ci maddəsində qeyd edilən faizləri tətbiq etməklə gəlir vergisini tutub büdcəyə ödənilməsini təmin etmişdir. Qeyd olunanlardan göründüyü kimi Dövlət Neft Şirkəti ilə iddiaçı arasında vergitutma ilə bağlı bütün münasibətlər yalnız qanunla, yəni Vergi Məcəlləsi ilə tənzimlənir, həmçinin tətbiq edilən güzəştlər də yalnız həmin Məcəllədə əks olunur. Vergi Məcəlləsindən kənar heç bir işəgötürən və işçi arasında bağlanmış müqavilə, işəgötürənin hər hansı bir qərarı və tərəflərin qarşılıqlı razılaşması əsasında ödənilən vəsaitdən verginin tutulub tutulmaması, yəni vergi azadolması və güzəşti nəzərdə tutula bilməz. Xüsusi olaraq qeyd etmək lazımdır ki, analoji mübahisə üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qəbul etdiyi xx.xx.2019-cu il tarixli 2(103)-13645/2019 nömrəli qərarın 3-cü səhifəsinin 4-cü abzasında qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ştatların ixtisar edilməsi səbəbi ilə xitam verilməsi kimi qiymət verməklə iddiaçıya ödənilən müavinətin gəlir vergisindən azad olması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Bildirirlər ki, qeyd olunan qətnamə Ali Məhkəmənin xx.xx.2020-ci il tarixli 2(102)- 4221/2020 nömrəli qərarı ilə qanunauyğun hesab edilməklə qüvvədə saxlanılmışdır. Həmçinin Bakı Apellyasiya Məhkəməsinin analoji iş üzrə xx.xx.2023-cü il tarixli 2(103)- 1347/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2(103)-1792/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2(103)-578/2023 nömrəli və xx.xx.2023- cü il tarixli 2(103)-3223/2023 nömrəli qətnamələri əsasında birinci instansiya məhkəməsinin qətnamələri ləğv edilərək iddia tələbi rədd edilmişdir. Qeyd olunan qərarlarda məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə işçilərin sayı və ştatların ixtisar edilməsi səbəbi ilə xitam verilməsi kimi qiymət verməklə iddiaçıya ödənilən müavinətin gəlir vergisindən azad olması nəticəsinə gəlməkdə haqlı olmamışdır. Qeyd olunan qətnamələrin işə baxan məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə tərəfindən onlara hər hansı bir münasibət bildirilməmişdir, vəzifələri icra etməmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsi Dövlət Vergi Xidməti tərəfindən verilmiş etirazın dəlillərini, istinad olunan qanunvericilik aktlarını, habelə etiraza əlavə edilmiş sübutları tam və hərtərəfli araşdırmadan və qiymətləndirmədən, cavabdeh və 3-cü şəxsin dəlillərinə münasibət bildirmədən və formalaşmış məhkəmə təcrübəsini nəzərə almadan iş üzrə yekun qərar qəbul etmişdir. Məhkəmə tərəfindən qeyd olunan prosessual hüquq normalarının tətbiq edilməməsi son nəticədə qanunsuz və əsassız qərarın qəbul edilməsinə səbəb olmuşdur. Göründüyü kimi iddiaçı xx.xx.2021-ci il tarixində işdən azad olunmasına baxmayaraq, müvafiq iddia tələbi ilə məhkəməyə 2 illik müddət keçdikdən sonra, başqa sözlə desək iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları:
7. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli ərizədə və əmrdə qeyd edilmişdir: işçi X6 xx.xx.2021-ci il tarixindən yaşa görə təqaüdə çıxmağı ilə əlaqədar olaraq işdən azad edilməsini xahiş etmiş və onunla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsi əsası ilə, yaşa görə təqaüdə çıxması əsası ilə müqaviləyə xitam verilmişdir. Əmrin “müqaviləyə xitam verilərkən təminatlar” adlı hissəsində qeyd edilmişdir ki, “SOCAR və ANQSİHİRK arasında 2020-2023-cü illər üçün Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxarma müavinəti ödənilsin”.
8. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil Səftər oğlu apellyasiya şikayətini müdafiə etmiş, iddiaçının öz ərizəsi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verildiyini, iddiaçı və cavabdeh arasında 22 aprel 2009-cu il tarixli əmr əsasında xx.xx.2021-ci il tarixində razılaşma bağlandığını, razılaşma əsasında ona əmək haqqının 5 misli miqdarında müavinət verildiyini və həmin razılaşmada iddiaçıya ödəniləcək 35000 puldan vergi tutulacağının göstərildiyini, cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə müavinətdən gəlir vergisinin tutulması barədə arayış təqdim edildiyini qeyd etmiş və Vergi Məcəlləsinin 102.1.4cü maddəsində işçi işdən çıxarılarkən hansı hallarda müavinət və ödənişlərdən vergi tutulmadığının açıq-aşkar göstərildiyini, təqaüdə çıxmış şəxslə bağlı həmin maddədə hər hansı göstərişin olmadığını, bu səbəbdən iddiaçıya verilmiş müavinətin vergiyə yönəldiyini bildirmişdir. Bundan əlavə qeyd etmişdir ki, iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizələrinə birinci instansiya məhkəməsi tərəfindən düzgün yanaşılmayıb, Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən işçi pul və əmlak tələbləri ilə bağlı hüquqlarının pozulduğunu bildiyi gündən 1 il ərzində məhkəməyə müraciət edə bilər, iddiaçı xx.xx.2021-ci ildə işdən azad edilib və bir ildən çox müddət keçdiyinə görə iddia tələbi rədd edilməli idi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X13 apellyasiya şikayətini müdafiə edərək onunla eyni məzmunda izahat verməklə, birinci instansiya məhkəməsinin Əmək Məcəlləsinin 175-ci maddəsinə istinad etməsini düzgün hesab etmədiklərini, Vergi Məcəlləsinin 102.1.4-cü maddəsində dövlət pensiyaları, dövlət müavinətləri, işdənçıxma müavinətlərinin nəzərdə tutulduğunu, iddiaçının aldığı müavinətin dövlət büdcəsindən maliyyələşmədiyini və dövlət müavinəti hesab edilmədiyini, eyni zamanda iddiaçıya ödənilən müavinətin Əmək Məcəlləsində nəzərdə tutulan işdınçıxma müavinəti ilə də eyni anlama gəlmədiyini, bu səbəbdən hazırkı hala Əmək Məcəlləsinin işdənçıxma müavinəti adlanan maddəsinin tətbiq edilməsinin qanunvericiliyə uyğun olmadığını bildirmişdir. İddiaçının öz ərizəsi əsasında işdən azad edildiyini və Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi hazırkı işin hallarına şamil edilmədiyindən adi qaydada həmin ödənişdən gəlir vergisinin tutulmalı olduğunu qeyd etmişdir. İddia müddətinin tətbiq edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin yanaşmasına münasibətdə isə bildirmişdir ki, iddiaçıya ödənilən müavinət dövlət vəsaitidir, iddiaçının mülkiyyəti deyildir və bu halda Mülki Məcəllənin 384-cü maddəsi deyil, Əmək Məcəlləsinin 296-cı maddəsi tətbiq edilməli idi. İddiaçının öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu an isə ona son haqq-hesabın verildiyi an olduğunu hesab etdiyini qeyd etmişdir. Bundan əlavə suallara cavab olaraq bildirmişdir ki, müstəqil tələb irəli sürməyən üçüncü şəxsin iddiaçı ilə bilavasitə münasibəti yoxdur, iddiaçı ilə cavabdeh arasında olan münasibətlər Əmək Məcəlləsi ilə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs və cavabdeh arasında olan münasibətlər isə Vergi Məcəlləsi ilə tənzimlənməlidir, hazırkı vergi münasibətləri üçtərəfli münasibətdir, vergi orqanı və vergi ödəyən arasında vergi agenti də var və Vergi Məcəlləsi üçtərəfli münasibətləri də tənzimləyir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini əsaslı hesab etdiyini bildirməklə, orda qeyd edildiyi kimi, ödənilən məbləğin onun mülkiyyəti hesab edildiyini və Mülki Məcəllənin 384.0.4-cü maddəsinə əsasən bu münasibətə iddia müddətinin şamil edilmədiyini qeyd etmiş, müavinətin tutulmasından digər işçilərin ona məlumat verməsi ilə xəbərdar olduğunu və bunu bildikdən sonra iddia ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Ona ödənilən müavinətdən başqa vergilər işsizliyə görə, həmkarlara görə, icbari siğortaya, sosial siğortaya görə tutulduğunu, lakin müavinətdən gəlir vergisinin tutulmalı olmadığını hesab etdiyini, işəgötürən və yaxud işçinin təşəbbüsü ilə olub-olmamasından asılı olmayaraq işdən azad edildiyini və aldığı müavinətin əmrdə də qeyd edildiyi kimi işdənçıxma müavinəti olduğunu bildirmişdir. Apellyasiya baxışının hədləri:
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apelyasiya instansiyası məhkəməsinin mövqeyi:
12. Azərbaycan Respublikasını Əmək Məcəlləsinin aşağıda qeyd edilən müddəalarına əsasən: 5-1. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır.
7. 1. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin 1-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. 2. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 3. Kollektiv müqavilələrdə, sazişlərdə, habelə əmək müqavilələrində əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial, iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən əmək şəraiti nəzərdə tutula bilər. Əmək müqavilələrinə işçilərin hüquqlarını qüvvədə olan qanunvericiliyə, kollektiv müqaviləyə və sazişə nisbətən məhdudlaşdıran şərtlərin daxil edilməsi yolverilməzdir. Belə şərtlərin tətbiqi nəticəsində işçilərə dəyən maddi və digər ziyan işəgötürən tərəfindən tam ödənilir.
9. Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: b) əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək; l)sosial müdafiə üzrə müavinətlərdən və güzəştlərdən, sosial sığorta hüququndan istifadə etmək; m) işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq.
24. 1. Bu Məcəllədə nəzərdə tutulan qaydada bağlanmış kollektiv müqavilənin və sazişin şərtləri tərəflər və bu şərtlərin aid edildiyi iş yerləri üçün məcburidir. 2. Bu Məcəllədə və digər normativ hüquqi aktlarda nəzərdə tutulan əmək, sosial və iqtisadi normalara nisbətən işçilərin vəziyyətini pisləşdirən kollektiv müqavilənin və sazişin şərtləri etibarsızdır.
49. 1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla,əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə Elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. 2-2. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir. 4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 5. Bu Məcəllənin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi bildirişi əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın qərarı ilə qüvvədən düşmüş hesab edilir.
68. 1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü.
69. 3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə.
75. 1. Tərəflər əmək müqaviləsi bağlayarkən ona xitam verilməsinin bu Məcəllədə nəzərdə tutulan hallarından fərqli olan əlavə hallarını müəyyən edə bilərlər. 2. Əmək müqaviləsində, ona xitam verilməsi barədə tərəflərin qarşılıqlı razılığı ilə aşağıdakı əlavə hallar nəzərdə tutula bilər: a) tərəflərin qarşılıqlı razılığı; b) səhhəti ilə əlaqədar olaraq işçinin müvafiq vəzifədə (peşədə) çalışması sağlamlığı üçün təhlükəli olduğu barədə tibb müəssisəsinin müvafiq rəyinə görə; c) əmək funksiyasının müəyyən müddətdə icrası zamanı müvafiq iş yerində peşə xəstəliyinə tutulmanın yüksək ehtimalı olduğu halda; ç) işin və ya göstərilən xidmətlərin həcminin azalması ilə əlaqədar müəyyən dövr keçdikdən sonra işçi ilə hökmən yenidən əmək müqaviləsi bağlayacağı şərti ilə işəgötürən yazılı formada məcburi öhdəlik götürdükdə; d) bu maddənin tələblərinə əməl edilməklə tərəflərin müəyyən etdiyi digər hallar. 3.Tərəflər əmək münasibətlərinin gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədi ilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil etməlidirlər. 4.Əmək müqaviləsinə ona xitam verilməsi barədə tərəflərin nəzərdə tutduqları hallar bu Məcəllənin 2-ci maddəsinin üçüncü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmamalıdır. 5. Əmək müqaviləsinə xitam verilməsinə dair tərəflər onların şərəf və ləyaqətini alçaldan, bu Məcəllədə nəzərdə tutulan hüquqlarını məhdudlaşdırmağa yönəldilən şərtlər müəyyən edə bilməzlər.
77. 3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. 4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 6. Kollektiv müqavilələrdə, əmək müqaviləsində bu maddənin üçüncü, dördüncü və yeddinci hissələrində göstərilən ödəmələrin daha yüksək məbləğdə verilməsi nəzərdə tutula bilər. 7. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c», 74-cü maddəsinin birinci hissəsinin «a» və «c» bəndləri ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödəyir. İşçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin "ç" bəndi ilə xitam verildikdə, işəgötürən işçiyə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödəyir. 83.1. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
175. Əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası: 1. Əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud məhkəmənin qərarı ilə qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. 2. İşəgötürənin sərəncamı ilə işçinin əmək haqqından yalnız aşağıdakı ödənişlər tutulur: a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr; 4. İşdənçıxma müavinəti və qanunvericiliyə müvafiq olaraq vergi tutulmayan digər ödənclərdən məbləğlərin tutulmasına yol verilmir.
209. Dövlət hakimiyyəti orqanları, mülkiyyətçilər, işəgötürənlər və işçilər tərəfindən əməyin mühafizəsinin təmin olunması əsasən aşağıdakı prinsiplərlə həyata keçirilir: müəssisələrdə əməyin yüksək mühafizəsi şəraiti yaradılmasına yönəldilmiş vergi siyasətinin aparılması; həmkarlar ittifaqlarının, müəssisələrin və ayrı-ayrı fiziki, hüquqi şəxslərin əməyin mühafizəsini təmin etməyə yönəldilmiş fəaliyyətinə hərtərəfli yardım olunması;
288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; e) əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi.
289. Fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir.
13. Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən: 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.3. təqvim ili ərzində alınan hədiyyə, maddi yardım, birdəfəlik müavinət və miraslar: 102.1.4. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətləri, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar; 102.1.14. Fiziki şəxslərə kompensasiya xarakterli aşağıdakı ödəmələr: 102.1.14.13. ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar; 102.1.35. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilən ixrac təşviqi.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə(maddələrinə) əsasən: 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə (maddələrinə) əsasən : 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
16. Avropa Sosial Xartiyasının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının 6 yanvar 2004-cü il tarixli Qanununa müvafiq Dəyişdirilmiş Avropa Sosial Xartiyasına əsasən: Maddə
16. (Ailənin sosial, hüquqi və iqtisadi müdafiə hüququ) Cəmiyyətin əsas özəyi olan ailənin tam inkişafı üçün zəruri şəraitin təmin edilməsi məqsədilə Tərəflər, sosial və ailə müavinətləri, vergi güzəştləri, ailə ehtiyaclarına uyğun yaşayış yerlərinin nəzərdə tutulması, gənc ailələr üçün güzəştlər və digər müvafiq tədbirlər vasitəsilə ailə həyatının iqtisadi, hüquqi və sosial müdafiəsini dəstəkləmək öhdəliyini götürürlər. Maddə 20.(Cinsindən asılı olmayaraq məşğulluq və iş məsələlərində bərabər imkanlar və bərabər rəftar hüququ) Cinsindən asılı olmayaraq, məşğulluq və iş məsələlərində bərabər imkanlar və bərabər rəftar hüququnun səmərəli surətdə həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər bu hüququn tanınması və aşağıdakı sahələrdə həyata keçirilməsini təmin etmək üçün lazımi tədbirlərin görülməsi öhdəliyini götürürlər: a) işə daxil olmaq mümkünlüyü, işdən kənarlaşdırmadan və peşə reinteqrasiyasından müdafiə; b) peşə yönümü, peşə hazırlığı, təkrar peşə hazırlığı və reabilitasiya; c) iş şərtləri və şəraiti, o cümlədən əməyin ödənilməsi; d) işdə yüksəlməyi daxil etməklə karyera inkişafı. Maddə 24. (Əmək münasibətlərinə xitam verilməsi hallarında müdafiə hüququ) İşçilərin əmək münasibətlərinə xitam verilməsi hallarında müdafiə hüququnun səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə Tərəflər aşağıdakıları tanımaq öhdəliyini götürürlər: a) bütün işçilərin, onların vəzifəsi və ya davranışı, yaxud müəssisənin, idarənin və ya xidmətin istehsal tələbləri əsasında əmək münasibətlərinə xitam verilməsi üçün qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilməməsi hüququ; b) qanuni səbəblər olmadan əmək münasibətlərinə xitam verilmiş işçilərin adekvat kompensasiya və ya digər müvafiq müavinətlər almaq hüququ. Bu məqsədlə Tərəflər əmək münasibətlərinə əsassız xitam verildiyini hesab edən işçinin qərəzsiz orqana şikayət etmək hüququnu təmin etmək öhdəliyini götürürlər. Maddə H (Xartiya və daxili hüquq və yaxud beynəlxalq razılaşmalar arasında münasibətlər) Xartiyanın müddəaları artıq qüvvəyə minmiş və ya qüvvəyə minə bilən və onun müdafiə etdiyi şəxslər üçün daha əlverişli ola bilən daxili hüququn, hər hansı ikitərəfli və ya çoxtərəfli müqavilə, konvensiya və ya çoxtərəfli müqavilələrin, konvensiyaların və razılaşmaların müddəaları zərərinə tətbiq edilə bilməz.
17. Dəyişdirilmiş Avropa Sosial Xartiyasına Əlavələrə (Müdafiə ilə əhatə etdiyi şəxslərə dair dəyişdirilmiş Avropa Sosial Xartiyasının təsir dairəsi) əsasən : 20-ci maddə 1. Belə bir anlaşma mövcuddur ki, qocalığa görə təqaüdlər, işsizliyə və ailə başçısının itirilməsinə görə müavinətlərə dair digər müddəalar kimi, sosial təminat məsələləri də həmin maddənin təsir dairəsindən çıxarıla bilər.
18. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikası Əmək Məcəlləsinin 1, 2, 7, 175; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77, 80- 88, 106.2, 217.4, 220.5, 385-390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Mülki prosessual mənada qeyd edilməlidir ki, işdənçıxma barədə əmr və əmrin əsasını təşkil edən kollektiv saziş birinci instansiya məhkəməsində icraat zamanı təqdim edilməmiş, sübutetmə yükü üzrə cavabdeh vəzifələrini yerinə yetirməsə də, əmrin əsası kimi tərəflərə bəlli olmalı və şikayətin əsası kimi istinad edilən sənədlərin təqdim edilməsi təklif edilsə də, yalnız şəxsin ərizəsi və işdənçıxma barədə əmr təqdim edilmişdir. Təqdim edilmiş əmrin mahiyyətinə digər sübutlarla birgə qiymət verilməsini kollegiya, ətraflı araşdırmanın aparılmasından irəli gələn zərurət hesab edir. Diqqətə çatdırılmalıdır ki, işdənçıxma barədə ərizənin yazıldığı və razılaşmanın imzalanması zamanı əmrdə gəlir vergisindən tutulan məbləğin məhz işdənçıxma müavinətinə aidiyyəti olması barədə xəbərdar (olmalı) olması öz təsdiqini tapmır. Bundan əlavə, "Azneft” X17 və Qazçıxarma İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrə əsasən X6 xx.xx.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən, yaşa görə təqaüdə çıxması ilə əlaqədar onun əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Əmrdə, müqavilə ləğv edilərkən işçinin təminatları qismində SOCAR və ANQSİHİRİK arasında 2020-2023-cü illər üzrə Sahə (tarif) Kollektiv Sazişinin 5.16-cı bəndinə əsasən orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ödənilməsi qeyd edilsə də, tərəflər arasında olan razılaşmada ARDNŞ-nm ANQSlHİRK-nin 22 aprel 2009-cu il tarixli 57/06-l9a nömrəli əmr-qərarının 4-cü bəndinə və ona edilmiş 14 avqust 2009-cu il tarixli 112/07-22a nömrəli dəyişikliyin 1-ci bəndinə istinad edilmişdir. Əmək Məcəlləsinin tələblərinə əsasən: 175. 2. a) qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr işəgötürənin sərəncamı ilə işçinin əmək haqqından tutula bilər. İş üzrə məhkəməyə belə bir sərəncam təqdim edilməmiş və işdəçıxarılma əmrində belə istinadlar öz əksini tapmamışdır.
19. Qeyd edilənlərdən əlavə diqqətə çatdırılmalıdır ki, əmək qanunvericiliyi ilə qeydiyyata alınmalı olan əmək müqaviləsinə dəyişikliyin (razılaşmanın müqavilənin tərkib hissəsi olması və sair) qeydiyyata alınmaması və vergi tutmanın əsasları müəyyən edilməyən əmrdə müavinətdən verginin tutulmasını müəyyən edən sazişin müddəalarına müvafiq işdənçıxarılma əsaslarının uyğunsuzluğu, iddiaçının hüquqlarının pozulmasına (vəziyyətinin pisləşməsinə) münasibətdə şikayətlərin istinad etdikləri dəlilləri üzrə təqdim edilməyən sazişin, ARDNŞ-nın ANQSlHİRK-nin 22 aprel 2009-cu il tarixli 57/06-l9a nömrəli əmr-qərarın 4-cü bəndində və ona edilmiş 14 avqust 2009-cu il tarixli 112/07-22a nömrəli dəyişikliyin 1-ci bəndində və razılaşmanın aidiyyəti müddəalarının əmək qanunvericiliyinə uyğunsuzluğunu və etibarsızlığını şərtləndirir. Belə ki, razılaşmada onun əmək müqaviləsinin tərkib hissəsi kimi qeyd edilsə də, əmək müqaviləsinə dəyişiklərin edilməsi haqqında əmək qanunvericiliyinin tələblərinə riayət edilməmiş, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə isə Sazişin istinad edilən bəndinə əsasən verilməli olan müavinətin vergiyə cəlb edilməsi müəyyən edilməmiş, o cümlədən iş üzrə əmək münasibətlərinə xitam verilməsi əsas olan Saziş təqdim edilməmişdir. Tərəflər (işçi və işəgötürən) arasında münasibətlərin əmək qanunvericiliyi və əmək müqaviləsi şərtləri ilə tənzimlənməsini nəzərə alaraq, işəgötürən tərəfindən işçiyə münasibətdə əmək qanunvericiliyinin tələblərinə cavab verməyən sənədləşmə (rəsmiləşdirmə) aparılması nəticəsi olaraq məsuliyyətin işçiyə yönəldilməsi yolverilməzdir və müavinətdən vergitutma üzrə cavabdehlik işəgötürənə aid olmalı, sosial təyinatlı səciyyə daşıyan birdəfəlik müavinətdən tutulan vergi nəticəsində işçiyə dəymiş ziyan işəgötürən tərəfindən ödənilməlidir. Hazırki münasibətlərdə biləvasitə iddiaçıya (işçiyə) aid vergiödəmə öhdəliyi (vəzifəsi) müəyyən edilmədiyindən sonuncunun əmək hüquqları müstəvisində tərəflər arasında mübahisə vergi qanunvericiliyi ilə tənzimlənə bilməz və bu qanunvericiliyin tətbiqi işəgötürənlə dövlət (vergi orqanı) arasında olan münasibətlərə aiddir.
20. İddia müddətinin tətbiqinə dair isə qeyd edilməlidir ki, iddiaçının işdən çıxarılan zaman hüquqlarının pozulması və məhz işdənçıxarılma müavinətindən vergi adı altında tutulan məbləğin miqdarından xəbərdar (bilməli) olması sübuta yetirilmir. İddiaçının bundan məhkəmə prosesi zamanı cavabdeh tərəfindən təqdim edilmiş arayış əsasında təfərrüatı ilə məlumatlı olduğu iş materiallarının təhlilindən də görünür. Bunu, iddiaçının iddianı verərkən tələbin həcminin fərqli qeyd edilməsi bir daha sübuta yetirir. Ümumiyyətlə, cavabdehin və üçüncü şəxsin şikayətlərində müavinətin vergitutmaya məruz qalması barədə əhatəli dəlilləri və eyni zamanda iddia müddətinin tətbiqi ilə bağlı dəlilləri özü-özlüyündə ziddiyyət təşkil edir. Belə ki, iddia müddətinin müdafiə edilməsi dolayısı ilə (məntiqlə) şəxsin hüquqlarının pozulmasının cavabdeh tərəfindən qəbul edilməsini, lakin mülki dövriyyənin sabitliyinə yönəlik müddətin keçməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsinin ödənilməyən pul vəsaitinin iddiaçıya məxsus əmlak (əşya) hüquqlarına aid olması əsası ilə iddia müddətinin tətbiqi yolverilməzliyinə istinad etməsini kollegiya qanuni hesab edir. Belə ki, Mülki Məcəllənin “Əşya hüququnun obyektləri” adlanan (normasının) 135.1-ci maddəsinə əsasən Mülki Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılır, pullar və sənədli qiymətli kağızlar da əşyadır. 21.Mülki Məcəllənin 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il Azərbaycan Respublıkası Konstıtusıya Məhkəməsı Plenumunun Qərarı). Qanunvericiliyin tətbiqi baxımından da Mülki Məcəllənin müddəalarının Əmək Məcəlləsinə münasibətdə üstün hüquqi qüvvəyə malik olması nəzərə alınmalıdır.
22. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsində və apellyasiya icraatı zamanı tədqiq edilmiş sübutların məcmusu və bu sübutların mötəbərliyinə şübhə doğuran əsasların təqdim edilməməsi, ərz edilən tələbin təmin edilməsi üzrə birinci instansiya məhkəməsinin qənaətinin formal əsaslarla dəyişməsi üçün əsaslar yaratmır.
23. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətləri əsassız olduğundan, dövlət rüsumu üzrə ödənilən məhkəmə xərcləri onları ödəyən şəxslərə aid olmalıdır.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə t e t d i: Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilən apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1528/2023 saylı işi üzrə 31 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.