Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6502/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı "mənzilə köçürmə" tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "mənzilə köçürmə" tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-601/2023 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə xx.xx.2023-cü il tarixli qərardaddan Maraqlı şəxs vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı "mənzilə köçürmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşağı ilə birlikdə ünvan 1 ünvanına köçürülməyi barədə qətnamə çıxarılmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 601/2023 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı azyaşlı uşağı X5 ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi qət edilmişdir.
3. Qətnamə ilə razı olmayan Maraqlı şəxs vəkili və nümayəndəsi Vəkil2 qətnamədən apellyasiya şikayəti vermişdir.
4. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır.
5. Qərardad belə əsaslandırılmışdır ki, Maraqlı şəxs Cavabdeh anasıdır və hazırki qətnamənin onun hüquq və vəzifələrinə toxunduğunu bəyan edir. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən mübahisəli evin Maraqlı şəxs məxsus ünvan 2 ünvanında yerləşən evi sataraq əldə edildiyini müəyyən etmək mümkün olmur. Belə ki, ünvan 2 ünvanında yerləşən evin satılması barədə alğı-satqı müqaviləsinin surəti şikayətə əlavə olunsa da, mübahisəli evin məhz həmin evin satılması nəticəsində əldə edilmiş vəsait hesabına alınması öz təsdiqini tapmır. Bundan əlavə, Maraqlı şəxs öz şikayətində mübahisəli evlə bağlı təmir-tikinti işləri apardığını qeyd etsə də, şikayətə həmin halları təsdiq edəcək sübutlar, məsələn, materialların alınması barədə çeklər, bu barədə qeydlərin əks olunduğu dəftər və s. əlavə edilməmişdir. Həmçinin, Maraqlı şəxs tərəfindən şikayətə əlavə olunmuş müqavilələrin, evin layihəsinin surətindən görünür ki, kommunallarla bağlı müqavilələrdə və həmin layihədə yalnız Cavabdeh adı keçir və evlə əlaqəli heç bir sənəddə Maraqlı şəxs adı əks olunmamışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə
6. Qərardaddan Maraqlı şəxs vəkili və nümayəndəsi Vəkil2 şikayət verərək qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin Bakı Apellyasiya Məhkəməsinə baxılması üçün göndərilməsini xahiş etmişdir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən köçürülmə tələb olunan ev Maraqlı şəxs Məşədi qızı tərəfindən öz vəsaiti hesabına özü üçün əldə edilmişdir. İddiaçı cavabdehlə birgə nigaha daxil olduqdan sonra gəlin köçməklə, şəxsi evləri olmadığı üçün hər ikisi əvvəlki qeydiyyat ünvanlarında qalmaqla Maraqlı şəxs məxsus ünvan 2 ünvanında birgə müvəqqəti yaşamışlar. Sonradan Maraqlı şəxs həyət evi almaq məqsədi ilə şəxsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzili xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən 39.000 manata satmaqla, xx.xx.2022-ci il tarixdə 37.000 manata ünvan 4 ünvanında yerləşən hal-hazırda mübahisəli olan evi almış, bundan sonra evin təmir-tikinti işinə təxmini 3000-4000 manat vəsait xərcləmişdir. Özlərinin ayrı yaşamağa evləri olmadığı üçün, həmçinin maddi vəziyyətləri yeni ev almağa imkanları olmadığından, yenidən oğlu Cavabdeh və gəlini İddiaçı Maraqlı şəxs məxsus yaşayış sahəsində müvəqqəti yaşamağa başlamışlar. Suraxanı rayon məhkəməsinin qətnaməsində və iddiaçı tərəfin verdikləri izahatlara uyğun məhkəmə iclas protokollarında da həmin yaşayış sahəsinin cavabdehin ailə üzvlərinə məxsus olduğunu, Maraqlı şəxs Məşədi qızına məxsus əvvəlki yaşadıqları mənzilin satılaraq hazırki evi aldıqları qeyd edilsə də, məhkəmə işi araşdıran zaman bunu diqqətə almamışdır. Həmin izahatlardan da aydın görünür ki, qeyd olunan yaşayış sahəsinə İddiaçı əvvəlcədən heç bir hüququ olmamışdır. Məhkəmə işi mahiyyəti üzrə araşdırmadan, Maraqlı şəxs məxsus yaşayış sahəsinə qismən İddiaçı mülkiyyət hüquqlarını tanımışdır. Belə ki, həmin ev qanunsuz tikili olsada məhkəmə evin kimə məxsus olmasını araşdırmadan, məhkəməyə müraciət edənədək 2-3 ay həmin evdə yaşayan şəxsin iddiasını təmin edərək, əmlakın həqiqi sahibinin hüquqlarının pozulacağını nəzərə almamışdır. Suraxanı Rayon Məhkəməsinə appelyasiya şikayəti ilə müraciət etdikdə, məhkəmə qərardadla birbaşa maraqlı şəxsin şikayət vermə hüquqlarını araşdırmadan, əsassız olaraq Maraqlı şəxs Meşədi qızının belə şikayət vermə hüququnun olmaması qənaətinə gələrək, şəxsin məhkəməyə çatımlılıq hüququnu məhdudlaşdıran akt qəbul etmişdir. Əlavə olaraq, həmin yaşayış sahəsini Maraqlı şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə alınanadək, həmin evin sahibi Cəlilova Sevinc olmuşdur. Həmin yaşayış sahəsinə aid bütün kommunal müqavilələrdə Cəlilova Sevincin adına olmuşdur. Həmçinin yaşayış sahəsi Maraqlı şəxs tərəfindən evin əvvəlki sahibi olan Cəlilova Sevincdən almağını, alqı-satqı agenti X3 və Cəlilova Sevinc məhkəmə iclasında şahid qismində iştirak edərək təsdiq edə bilər.
8. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmamış və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
9. İddiaçı vəkili və nümayəndəsi Vəkil1 şikayətə etiraz göndərərək qərardadın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
10. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-601/2023 saylı qətnaməsi ilə guya Maraqlı şəxs Məşədi qızının hüquqlarına toxunulmasını hesab edən onun müdafiəçisi və nümayəndəsi Vəkil2 ünvan 5 ünvana X1 ilə hansı hüquqlarına toxunulduğu nə şikayətdə, nə də onun şikayətinə əlavə etdiyi sənədlərdə öz əksini tapmır. Belə ki, şikayətçi göstərir ki, guya onun mülkiyyətində olmuş Xəzər rayonu, Binə qəsəbəsində yerləşmiş olan yaşayış evinin satılması ilə hazırda mübahisələndirdiyi ünvan 6 ünvandakı yaşayış sahəsi həmin vəsait hesabına alınmışdır. Lakin, şikayətçinin bu barədə dedikləri iş materiallarında olan sənədlərlə uyğun gəlmir və şikayətçinin hansı evi alması barədə heç bir sənəd məhkəməyə təqdim olunmur. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsində X2 ünvan 7 ünvana köçürülməsi ilə şikayətçinin əvvəla həmin ünvanla bağlı hansı hüquqlarının mövcudluğu və həmin mövcud olmuş hüququnun pozulması görünmür, yəni hazırki işlə bağlı hazırki şikayətçinin heç bir əlaqəsi olmadığına görə onun həmin qətnamədən şikayət etmək barədə subyektiv hüququ yoxdur.
11. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 357.2 Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Maddə 364.2. Apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu qərardaddan şikayət verilə bilər. Maddə 363.1.1 Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətinin və ona qarşı verilmiş etirazın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-601/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Belə ki, Maraqlı şəxs apellyasiya şikayətində ünvan 8 ünvanında yerləşən evin onun vəsaiti hesabına alınmasını, həmin evdə onun tərəfindən təmir-tikinti işlərinin aparıldığını qeyd etsə də, bununla bağlı sübutları apellyasiya şikayətinə əlavə edilməmişdir.
15. Maraqlı şəxs tərəfindən şikayətə əlavə olunmuş kommunal xidmətlərə dair müqavilələrin, evin layihəsinin surətlərindən görünür ki, həmin sənədlər Cavabdeh adına rəsmiləşdirilmişdir.
16. Göründüyü kimi, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)-601/2023 nömrəli qətnaməsinin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunması iş materialları ilə öz təsdiqini tapmır.
17. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Maraqlı şəxs apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur.
18. Göstərilənlərə əsasən və MPM-in 398-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Maraqlı şəxs vəkili və nümayəndəsi Vəkil2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(010)- 601/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Hakimlər: