Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6503/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5746/2014 saylı, 18 sentyabr 2023-cü il tarixli qərardadından Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icaat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun tanınması və köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və azyaşlı uşağı xx.xx.2013-cü il təvəllüdlü X2 Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi 128 B saylı evə köçürülməsi və həmin evə onların istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2014-cü il tarixli 2(004)- 5746/2014 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Maraqlarına toxunan şəxs qismində Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08 sentyabr 2014-cü il tarixli 2(004)-5746/2014 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5746/2014 saylı, 18 sentyabr 2023-cü il tarixli qərardadı ilə, sözügedən qətnamə Maraqlı şəxs maraqlarına toxunmadığı, həmçinin apellyasiya şikayəti qanunla nəzərdə tutulmuş qaydada verilmədiyi əsas göstərilməklə şikayət geri qaytarılmışdır. Maraqlı şəxs həmin qərardaddan verdiyi şikayət verərək, qərardadının ləğv edilməsi və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəmsəinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisəli ev özbaşına tikilidir və iddiaçı iddia qaldırarkən belə iddia etdiyi evlə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Belə olan halda məhkəmənin həmin evə hüquqlarını təsdiq edən hər hansı bir sübutu tələb etməsi əsassızdır. Hansı hüquqlarının pozmasını isə o, apellyasiya şikayətində göstərmişdir. Məhkəmənin geri qaytarmanın əsası kimi AR MPM-nin 361-ci maddəsinə istinad etməsini də əsassız hesab edir. Belə ki, Yasamal Rayon Məhkəməsinin 2(004)- 5746/2014 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi bilavasitə onun hüquqlarını pozduğu üçün onun həmin qətnamədən apellyasiya şikayəti vermək hüququ var. Həmçinin şikayəti adından imzalayan vəkilinin də səlhaiyyəti müvafiq qaydada rəsmiləşdirilmişdir. Məhkəmə geri qaytarmanın əsası kimi apellyasiya şikayətinin AR MPM-nin 2№ li əlavəsində göstərilmiş fomaya uyğun olmadığını və həmin fomanın tələblərinə əsasən tərtib edilmədiyini göstərmişdir. Məhkəmə əsas kimi apellyasiya şikayətinin AR MPM-nin 2№ li əlavəsində göstərildiyi kimi cədvəldə olmamasına istinad etmişdir. Hesab edir ki, məhkəmənin qərardadı tamamilə əsassız olmaqla onun hüquqlarını kobud şəkildə pozur. Belə ki, o, apellyasiya şikayətini AR MPM-nin 2 № li əlavəsində göstərilmiş fomanın tələblərinə tam uyğun şəkildə tərtib etmiş və vermişdir. Apellyasiya şikayəti elektron məhkəmə sistemi vasitəsilə və həmin sistemdə tərtib edilmiş formanı doldurmaqla verilir. Həmin sistemdə olan forma AR MPM-nin 2 № li əlavəsində göstərilmiş foma ilə eyniyyət təşkil edir və orada müvafiq bölmələrin cədvəlləri vardır. O da elektron məhkəmə sistemi vasitəsilə və həmin sistemdə tərtib edilmiş formada olan cədvəlləri doldurmaqla apellyasiya şikayəti vermişdir. Lakin apellyasiya şikayətini çapa verərkən müvafiq bölmələrin çərçivələrinin çap olunmaması onun deyil bilavasitə elektron məhkəmə sistemini təşkil və idarə edənlərin məsuliyyətində olan bir məsələdir. Buna görə də ondan asılı olmayan və onun məsuliyyət daşımadığı səbəblərə görə apellyasiya şikayətini çapa verərkən müvafiq bölmələrin cədvəllərinin çap olunmaması səbəbindən onun verdiyi apellyasiya şikayətinin geri qaytarılmasını tamamilə əsassız və qeyriqanuni hesab edir. O, artıq bu məsələ ilə bağlı elektron məhkəmə sistemini təşkil və idarə edən müvafiq quruma da müraciət ünvanlamış, hazırkı qərardadı onlara təqdim edərək vəziyyəti izah etmiş və qeyd edilən məsələnin həll edilməsi ilə bağlı zəruri tədbirlər görmələrini xahiş etmişdir Məhkəmənin 26 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsi Maraqlı şəxs 08 sentyabr 2014-cü il tarixli 2(004)-5746/2014 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əlavə 2-də göstərilən formada verilməsi ilə bağlı şikayətinin dəlillərini əsaslı hesab etmiş və bu hissədə onunla razılaşmışdır və belə qənaətə gəlmişdir ki bu hal, məhkəmənin mübahisələndirilən qərardadının ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1 və 357.2-ci maddələrinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Qeyd olunmalıdır ki, hər hansı subyektin qəbul edilən məhkəmə aktı ilə hüquq və vəzifələrinə toxunan subyekt kimi tanınması üçün məhz işə məhkəmələrdə baxılarkən onun cəlb edilməsinə zərurət olmalıdır. İş materiallarından göründüyü kimi Maraqlı şəxs mübahisə üzrə tərəf (iddiaçı və ya cavabdeh) olmamış, habelə onun işə cəlb edilməsi üçün hər hansı əsas da müəyyən edilməmişdir. Bundan başqa, Maraqlı şəxs qətnamənin onun hüquq və vəzifələrinə toxunmasını təsdiq edən sübutları şikayətə əlavə etməmiş, iş materiallarında da bu barədə sübut yoxdur. Belə ki, Maraqlı şəxs apellyasiya şikayətində həmin evdə yalnız onun və ailə üzvlərinin yaşadığını qeyd etsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Maraqlı şəxs şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5746/2014 saylı, 18 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Günay Axundova
Məhkəmə qərarları › İş №2(103)-6503/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6503/2023
18.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver