Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6505/2021 13.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçının vəkili Nümayəndə4, Cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-722/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “əsassız faiz məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən üzərinə düşən əsassız olaraq yazılmış 8217,67 manat məbləğin silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-722/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili Nümayəndə4 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, Yevlax Rayon məhkəməsinin 15.03.2017-ci il tarixli, 2(039)- 122/2017 saylı qətnaməsi ilə cavabdeh İddiaçı 21 fevral 2014-cü il tarixli **********8114 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC Cavabdeh qarşısında 8313.51 manat məbləğində əsas borcu, 2144.95 manat məbləğində kreditin istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 04.11.2016-cı il tarixinə qədər vaxt keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 383.59 manat məbləğində penya, cəmi 10842,04 manat məbləğində pul tutulmuşdur. Həmin qətnamə apellyasiya və kassasiya qaydasında mübahisləndirilmiş, rayon məhkəməsinin qətnaməsi dəyşdirilmədən saxlanılmışdır. Ona görə də, əsassız olaraq yazılmış 8217 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Y.Xammədov apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının apellyasiya şikayətinə münasibətdə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Mülki iş materiallarında olan Yevlax Rayon məhkəməsinin 15.03.2017-ci il tarixli, 2(039)- 122/2017 saylı qətnaməsindən görünür ki, iddiaçı “Xalq” Bankın iddia ərizəsi təmin edilərək iddia tələbi təmin edilmiş, 21 fevral 2014-cü il tarixli 0**********81 saylı İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdehlər İddiaçı, X2, X3 və X1 ümumi birgə mülkiyyət hüququ üzrəməxsus olan Yevlax şəhər, H.B.Zərdabi küçəsində yerləşən 0.047 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 75.37 kv.m yaşayış sahəsindən, 50.89 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 126.26 kv.m təşkil edən, 1 mərtəbəli, 3 otaqlı 106 nömrəli fərdi yaşayış evinə tutma yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması və cavabdeh İddiaçı 21 fevral 2014-cü il tarixli **********8114 №-li Kredit müqaviləsi üzrə iddiaçı ASC Cavabdeh qarşısında 8313.51 manat məbləğində əsas borcu, 2144.95 manat məbləğində kreditin istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, 04.11.2016-cı il tarixinə qədər vaxt keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 383.59 manat məbləğində penya, cəmi 10842,04 manat və 04.11.2016-cı il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər kredit müqaviləsi üzrə əsas borc məbləğinin illik 19% dərəcəsi ilə hesablanan faizlər arasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 16 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı Cavabdeh ASC-nin xeyrinə tutulması, ipoteka predmeti olan Yevlax şəhəri, H.B.Zərdabi küçəsində yerləşən 0.047 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 75.37 kv.m yaşayış sahəsindən, 50.89 kv.m yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 126.26 kv.m təşkil edən, 1 mərtəbəli, 3 otaqlı 106 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 43.000 manat məbləğində müəyyən edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 16.10.2017-ci il traixli, 2(107)- 1792/2017 saylı qətnaməsindən görünür ki, Yevlax Rayon məhkəməsiinn 15.03.2017-ci il tarixli, 2(039)- 122/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1373/18 saylı, 07.03.2018-ci il tarixli qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin 16.10.2017-ci il tarixli, 2(107)-1792/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Hazırda iddiaçı yuxarıda qeyd edilən qüvvədə olan məhkəmə aktları ilə ondan tutulmuş faizlərin şişirildiyini bildirərək onların silinməsini istəyir. Belə olan halda məlum olur ki, iddiaçının silinməsini tələb etdiyi və şişirilidiyini qeyd etdiyi faizlər artıq başqa qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunmuş məbləğlərdir. Beləliklə, məlum olur ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iş olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Kollegiya qeyd edir ki, həmin normaya (261.0.2) görə işin icraatına xitam aşağıdakı üç halın həm də eyni vaxtda mövcud olduğu halda mümkündür: - tərəflər eyni olduqda; - predmet eyni olduqda; - əsaslar eyni olduqda. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, hazırkı iddia tələbi mahiyyət etibarı ilə əvvəlki iddia tələbində olan və qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunmuş borc məbləğinin-faiz borcunun mübahisələndirilməsi ilə bağlıdır, eyni əsaslara söykənən iddia olduğundan, MPM-in 261.0.2-ci maddəsinin təsiri altına düşür və bu səbəbdən qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Bununla da müəyyən olunur ki, rayon məhkəməsi hazırkı iddia ərizəsini MPM-in 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina etməli, icraata qəbul etdiyi halda isə MPM-in 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməli olmasına baxmayaraq, prosessual qanunvericiliyin qeyd edilən tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məcəllənin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.4-cü maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Eyni zamanda, iddiaçıya əvvəlki məhkəmə qətnamələrindən olan narazılığı ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət etmək hüququnun olması izah edilməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2 384.0.4, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-722/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya əvvəlki məhkəmə qətnamələrindən olan narazılığı ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət etmək hüququnun olması izah edilsin. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-6505/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6505/2021
13.10.2021 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver