Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6505/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-5655/2021 saylı qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 Cavabdeh qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94 ünvanında yerləşən 4 saylı binanın 1 saylı mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5655/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli, 2(103)-1687/2022 saylı qərardadı ilə həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə qaytarılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-5655/2021 saylı qərardadı ilə sözügedən qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Məhkəmənin xx.xx.2022-ci il tarixdə qəbul etdiyi qərardadla Cavabdeh tərəfindən qətnamədən şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizəsi təmin olunmuş və vəkili Vəkil tərəfindən imzalanmış apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsə də, sonuncunun xx.xx.2022-ci il tarixli, 2(103)-3276/2022 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək (vəkilin (nümayəndənin) səlahiyyətini təsdiq edən etibarnamə əlavə edilməmişdir) geri qaytarılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-5655/2021 saylı qərardadına əsasən sözügedən qətnamədən Cavabdeh vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti MPM-nin 363.1.1-ci maddəsinə geri qaytarılmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil sözügedən qətnamədən yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 5655/2022 saylı qərardadı ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5655/2021 saylı qətnaməsindən şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürüldüyündən, cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi və vəkili Vəkil sonuncu qərardaddan şikayət vermişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-5655/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti yerləşdirilən zaman texniki nasazlıq səbəbindən prosessual müddətin bərpasına dair ərizə elektron məhkəmə sistemində əks olunmamışdır. Şikayət göndərildikdə həmin ərizənin də əks olunduğu zənn edildiyi üçün əlavə müraciət olunmamışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, xx.xx.2022-ci il tarixdə qəbul etdiyi qərardada əsasən Cavabdeh qətnamədən şikayət vermə müddətinin bərpa edilməsinə dair ərizəsi təmin olunaraq, onun vəkili Vəkil tərəfindən imzalanmış apellyasiya şikayəti baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsə də, apellyasiya şikayəti onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda cavabdehin nümayəndəsi və vəkili növbəti dəfə apellyasiya şikayəti ilə məhkəməyə müraciət etsə də, qətnamədən şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddət ötürülmüş, qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinin, eləcə də həmin Məcəllənin 363.1.3-cü maddələrinin tələblərindən görünür ki, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər birinci instansiya məhkəməsi tərəfindən onu verən şəxsə qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-5655/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6505/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6505/2022
19.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver