Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6506/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: apellyasiya şikayəti geri qaytarılmışdır) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), X3 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1959/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavabdehlər X2 və Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 və Cavabdeh “Kia Rio” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 1850 manat məbləğində pulun və ödənilmiş 38,50 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(004)-1959/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir.
3. Cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmişdir.
Tətbiq edilən hüquq normaları:
4. Mülki Prosessual Məcəllənin 363.1.1-1.-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti qaytarılır.
5. Mülki Prosessual Məcəllənin 361.1.5-ci maddəsində qeyd edilir ki, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində göstərilməlidir.
6. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
7. Həmin Məcələnin 366.2-ci maddəsində qeyd edilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməlidir.
9. Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsində apellyasiya şikayətinin müəyyən edilmiş formada verilməsi tələbi əks olunmuş və 361.1.2-361.1.7-ci maddələrində apellyasiya şikayətinin məzmunu ilə bağlı tələblər müəyyən edilmişdir. Apellyasiya şikayətinin forması isə “MPM-ə əlavə 2”-də göstərilmişdir.
10. Kollegiya, apelyasiya şikayətini nəzərdən keçirərək hesab edir ki, şikayət, mülki prosessual qanunvericilik ilə müəyyən edilmiş formada və məzmunda tərtib edilmədiyindən, geri qaytarılmalıdır. Belə ki, Cavabdeh tərəfindən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, şikayətdə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə təsbit edilmiş “Əlavə 2”-də nəzərdə tutulan tələblərə riayət edilmədiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsasların, maddi hüquq normalarının, bu normaların pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərin və s. göstərilmədiyi müəyyən edilmişdir. Cavabdeh prosessual hüquq normaları sadalamaqla kifayətlənmiş, şikayəti ümumi məzmunda tərtib etmiş, qətnamə çıxarılarkən pozulduğu (və ya düzgün tətbiq edilmədiyi) iddia olunan hər bir normanın qarşısında pozuntunun (və ya düzgün tətbiq edilməmənin) nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verməmişdir.
11. Halbuki Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında 9 iyul 2021-ci il tarixli 363-VİQD nömrəli Azərbaycan Respublikası Qanunun “Keçid müddəaları” adlanan 2-ci maddəsinə görə: bu Qanun 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir Bu Qanun onun qüvvəyə minməsindən sonra verilən iddia ərizələrə, şikayətlərə və onlar əsasında baxılan işlərə şamil edilir.
12. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti “MPM-ə əlavə 2”-də müəyyən edilən forma və məzmuna uyğun tərtib edilmədiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Odur ki, verilmiş apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət Cavabdeh qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir.
13. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1959/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Günay Axundova Fuad Babayev