Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6509/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Cəfərov Namiq Şamil oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5399/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiəsi Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiəsi Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5399/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiəsi Məsələləri üzrə Milli Observatoriya PHŞ-nin mülki işin ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatəti təmin edilməmişdir. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin çıxarışından görünür ki, cavabdehin hüquqi ünvanı ünvan 1aliyyət göstərə bilər, lakin qeydiyyatı hazırki işdə Binəqədi rayonunda qeydə alınmışdır. Qərardaddan cavabdeh şikayət verərək ləğv edilməsini və işin baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətdə göstərilib ki, Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin şəxsi məlumat çıxarışından göründüyü kimi Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın (VÖEN **********) faktiki ünvanı “Bakı şəhəri, Yasamal rayonu, X1 ünvan 3 ünvanda daimi fəaliyyət göstərir və onun inzibati binası da məhz həmin ünvanda yerləşir. Müvafiq reyestrdə qurumun hüquqi ünvanı “AZ1108, ünvan 4 ünvanda fəaliyyət göstərmir. Həmin ünvan təsisçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında olan sərbəstləşmiş binadır. Sadəcə olaraq Nazirlər Kabinetinin “Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin yaradılması haqqında” 2020-ci il 17 mart tarixli 95 nömrəli Qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsin dövlət qeydiyyatına alınmasının “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təmin edilməsi həvalə edildiyindən həmin Nazirlik bununla bağlı sənədləşmə işlərinin aparılması zamanı yeni yaradılan qurumun hüquqi ünvanı kimi özünün balansında olan daşınmaz əmlakı göstərmiş, qurum ilkin mərhələdə həmin ünvanda fəaliyyətə başlasa da, 3 ildən artıqdır ki, Yasamal rayonunun inzibati ərazisində yerləşən ünvanda fəaliyyət göstərir. ünvan 6 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatların təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinin tələbinə görə, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. İşdən görünür ki, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiəsi Məsələləri üzrə Milli Observatoriya publik hüquqi şəxsinin hüquqi ünvanı ünvan 7əsi qeyd edir ki, hazırki mülki iş üzrə cavabdeh olan publik hüquqi şəxsin hüquqi ünvanının olduğu yer bəllidir və bu cür iddia tələbinin Binəqədi Rayon Məhkəməsinə verilməsi mülki prosessual qanunvericiliyin imperativ tələbidir. Ancaq cavabdeh bununla razılaşmır və şikayətində bunun səbəbi kimi yeni yaradılan, yəni cavabdeh publik hüquqi şəxsin hüquqi ünvanı kimi Nazirliyin özünün balansında olan binanı göstərməsi açıq-aşkar əsassız görünməyə bilər. Lakin bu dəlil də yuxarıda qeyd olunanlara əsasən qərardadın ləğv edilməsi üçün əsas ola bilməzdi. Çünki, cavabdeh quruma ünvanının fəaliyyət göstərdiyi əraziyə dəyişdirməsinə hər hansı bir maneə yoxdur. Şikayətlə bağlı məhkəmə tərkibinin mövqeyini ümumiləşdirsək, mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, hazırki halda hüquqi şəxsə qarşı irəli sürülən iddiaya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsində, yəni Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılmalıdır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5399/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5399/2023 saylı, 01 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6509/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6509/2023
23.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver