Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6517/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: "işə bərpa və s tələbi) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-490/2022 saylı 29 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı və “Azər-Türk Bank" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli müddətsiz əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Mərkəzinin Mərkəzləşdirilmiş nəzarət şöbəsinin rəisi vəzifəsi üzrə işə qəbul edilmişdir.
2. “Azər-Türk Bank" ASC-nin idarə heyətinin sədri Orxan Hüseynovun işçinin işdən kənarlaşdırılması haqqında xx.xx.2021-ci il tarixli, 143/k nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsinin birinci hissəsinin “c” bəndini rəhbər tutaraq İnformasiya ehtiyatlarından istifadə qaydalarının pozulması ilə bağlı olaraq "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Mərkəzinin Mərkəzləşdirilmiş nəzarət şöbəsinin rəisi İddiaçı 25 iyun 2021- ci il tarixdən 08 iyul 2021-ci il tarixədək işdən kənarlaşdırılması əmr edilmişdir.
3. “Xəzər” tibb mərkəzi tərəfindən tərtib edilmiş əmək qabiliyyətinin olmamasına dair 166695 saylı vərəqədən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək işdən azad edilmişdir.
4. “Azər-Türk Bank" ASC-nin idarə heyətinin sədri Orxan Hüseynovun əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli, 162/k nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsini rəhbərtutaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Mərkəzinin Mərkəzləşdirilmiş nəzarət şöbəsinin rəisi İddiaçı müvafiq qanunvericiliklə müəyyən edilmiş tələbləri icra etməməklə yol verdiyi hüquq pozuntusu nəticəsində bankın qanuni mənafeyinə ciddi xələl gətirdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə 13 iyul 2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi əmr etmişdir.
5. “Xəzər” tibb mərkəzi tərəfindən tərtib edilmiş əmək qabiliyyətinin olmamasına dair 166935 saylı vərəqədən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək işdən azad edilmişdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın surətindən görünür ki, "xxxx" ASC-nin vəzifəli şəxsi X6 vətəndaş İddiaçı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozaraq xitam verdiyindən İnzibati Xətalar Məcəlləsinin 192.6cı maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "işə bərpa və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli əmrinin etibarsız sayılması, xx.xx.2021-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən kənarlaşdırıldığı dövr üçün əmək haqqının ödənilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətində Müştəri Xidmətləri Mərkəzinin Nəzarət şöbəsinin rəisi vəzifəsinə bərpa olunması, maddi ziyan kmi 2.400 manat, mənəvi ziyan kimi isə 10.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırımışdır ki, İddiaçı xx.xx.2014-cü il tarixdən "AzərTürkBank” Açıq Səhmdar Cəmiyyətində Müştəri Xidmətləri Mərkəzinin Nəzarət şöbəsinin rəisi vəzifəsində çalışmışdır. İşlədiyi dövrdə nümunəvi və nüfuzlu bank işçisi olmuş, ümumilikdə isə 40 il bank sektorunda fasiləsiz fəaliyyət göstərmişdir. "xxxx" ASC onu xx.xx.2021-ci il tarixdə bületendə olduğu vaxt qanunsuz və əsassız olaraq işdən azad etmişdir. Onun vəzifə və funksiyalarını yerinə yetirdiyi şöbə əsasən Bankda hüquqi və fiziki şəxslər tərəfindən aparılan əməliyyatlara nəzarət funksiyasını həyata keçirir. İşəgötürən onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin e) bəndinə əsaslanıb həmin Məcəllənin 70-ci maddəsinin ç) bəndinə əsasən xitam vermişdir. Bundan öncə işəgötürən tərəfinden Azərbaycan Respublikası Əmək Məcəlləsinin iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan İctimai-təhlükəli əməllər törətdikdə 62-ci maddəsinin c) bəndinə əsasən işdən kənarlaşdırılmışdır. Maddənin məzmunundan göründüyü kimi göstərilən norma o, halda tətbiq olunur ki, işçi barəsində səlahiyyətli orqanlar tərəfindən barəsində inzibati və ya cinayət məsuliyyəti tədbiri görülmüş olsun. Onun barəsində isə belə bir tədbirin görülmədiyinə baxmayaraq, işdən kənarlaşdılmışdır. Sonradan 12 iyul 2021-ci il tarixdə işə buraxılmışdır. Əsassız olaraq o işdən kənarlaşdırıldığı vaxtda yeni 25 iyun 2021-ci il tarixdən 08 iyul 2021-ci il tarixədək əmək haqqı ödənilməyib. İşin yuxarıda təsvir olunan hallarından göründüyü kimi işəgötürən əmək qanunvericiliyini ve konstitusiya ile qorunan əmək hüquqlarını pozmuşdur, ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla bağlı əmək qanurvericiliyinə nəzarət funksiyasını həyata keçirən orqana əmək hüquqlarının bərpa olunması ilə bağlı 23 iyul 2021-ci il tarixdə ərizə ilə müraciət olunmuşdur. Müraciətə baxılmış, Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin 14 sentyabr 2021-ci il tarixli İnzibati xəta haqqında MN № ******* Protokolunda işəgötürənin İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyi göstərilmişdir. Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin 20 sentyabr 2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında MN № ******* Qərarı ilə işəgötürən İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə 1.500 manat cərimə edilmişdir. Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsinin 20 sentyabr 2021-ci il tarixli **********8 saylı məktubu ilə ərizəsinə cavab verilmiş, işəgötürənə əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2021-ci il tarixli 162/n saylı əmrin ləğv edilərək əvvəlki iş yerinə bərpa olunmağı barədə göstəriş xarakterli məktub göndərmişdir. Ancaq, Bank onu hazırkı vaxtadək işinə bərpa etməmişdir. İşdən azad edilərkən əmrin surəti, əmək kitabçası, son haq-hesabın həmin gün ona verilməmiş, son-haqq hesabın əmək haqqı kartına xx.xx.2021-ci il tarixdə köçürülmüşdür. Halbuki, qanunvercilikdə həmin sənədlər və son haqq-hesabın ödənişinin işçinin işdən azad edildiyi gün verilməsi nəzərdə tutulmuşdur.
9. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC-nin xx.xx.2021-d il tarixli əmrinin ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən kənarlaşdırıldığı dövr üçün əmək haqqının ödənilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətində Müştəri Xidmətləri Mərkəzinin Nəzarət şöbəsinin rəisi vəzifəsinə bərpa olunması, maddi ziyan kimi 2.400 manat, mənəvi ziyan kimi isə 10.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-490/2022 saylı 29 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia qismən təmin edilmiş, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli, 162/k saylı əmrinin ləğv edilməsi, İddiaçı "xxxx" MMC-də Müştəri Xidmətləri Mərkəzinin Mərkəzləşdirilmiş Nəzarət şöbəsinin rəisi vəzifəsinə bərpa edilməsi və ona xx.xx.2021-ci il tarixdən hesablanmaqla məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, İddiaçı işdən kənarlaşdırıldığı müddət üçün, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək əmək haqqının hesablanaraq ödənilməsi, dəymiş mənəvi zərərin əvəzi olaraq 1000 (bir min) manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddian digər hissədə rədd edilməsi, mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manatın 25 (iyirmi beş) manatı məbləğində pulun "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməsi, dövlət rüsumu kimi ödənilməli olan 50 (əlli) manatın 25 (iyirmi beş) manatının "xxxx" MMC-dən tutularaq dövlət gəlirinə alınması qət edilmişdir.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62, 70, 71.3, 72, 74.2, 79, 187 və 300.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamənin edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən qanunvericilik normalarının tələblərinin və əmək müqaviləsi üzrə müəyyən edilən öhdəliklərin pozulması faktı ilk dəfə Cavabdeh ASC-yə Azərbayan Respublikasının Mərkəzi Bankının 21 iyun 2021-ci il tarixli 26-07927-2021 nömrəli məktubunda qeyd edilənlərlə bağlı Cavabdeh ASC-nin apardığı araşdırmanın nəticəsində məlum olmuşdur. Belə ki, araşdırma aparılarkən Müştəri Xidmətləri Mərkəzinin Mərkəzləşdirilmiş Nəzarət şöbəsinin rəisi İddiaçı və digər iki işçinin izahatı alınmışdır. Cavabdeh ASC tərəfindən aparılan araşdırmaların nəticəsində İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixində vəzifə hüquqpozmasının törədilməsi müəyyən olunmuşdur. xx.xx.2021-ci il tarixində isə Cavabdeh ASC onun barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin “ç” bəndi ilə nəzərdə tutulmuş (əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğvetmək) intizam tənbehi vermişdir. Qanunverici ƏM-nin 187-ci maddədəsində yalnız maliyyə fəaliyyətini deyil, həmçinin təsərrüfat fəaliyyətinin yoxlanılması-təftişi zamanı aşkar edilən hüquqpozmalara görə inzibati tənbeh verilə biləcəyini müəyyən edir. Qeyd edilməlidir ki, işgüzar adətlərdən irəli gərələrək, bank fəaliyyəti ilə məşğul olan müəssisələrin əsas işi maliyyə fəaliyyəti ilə bağlı olduğundan, bankların auditi əsasən maliyyə fəaliyyətinin yoxlanılmasıdır və ildə bir dəfə həyata keçiilir. Bu səbəbdən, əmək və icra intizamının təmin edilməsi, əmək kollektivi və işəgötürənin hüquqlarının müdafiəsi məqsədilə qanunverici orqan müəssisənin təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı aşkar edilmiş xətalara görə tənbehin verilməsi mümkünlüyünü qanunvericilik aktına əlavə etmişdir. Həmçinin, adıçəkilən normada yalnız müəssisənin auditinə istinad edilmir, həmçinin yoxlama və təftiş zamanı da aşkar ediləcək qüsurlara görə müvafiq tənbehin verilməsi üçün müddət müəyən edilir. Azərbaycan dilinin izahlı lüğətinə görə, təftiş işlərin düzgünlüyünü və qanuni olub-olmadığını yoxlamaq məqsədilə hər hansı idarə və ya vəzifəli şəxsin fəaliyyətinin təhqiq edilməsi, yoxlanmasıdır. Cavabdeh ASC də məhz qanunvericinin təsbit etdiyi xətaların aşkar edilməsi və normal əmək intizamının, fasiləsiz iş rejiminin təmin edilməsi məqsədilə öz strukturunda Daxili nəzarət və Monitorinq departamenti yaratmışdır. Departamentin əsas məqsədlərindən biri də, müəssisənin təsərrüfat fəaliyyətinin yoxlanılması, qüsurlar aşkar ediləcəyi təqdirdə isə müvafiq tədbirlərin görülməsinin təmin edilməsindən ibarətdir. Departamentin Əsasnaməsinə görə, Bankın struktur bölmələri tərəfindən həyata keçirilən əməliyyatların qanunvericiliyə və bankdaxili qaydalara uyğun aparılmasına nəzarət edilməli, bununla bağlı müvafiq yoxlamalar (monitorinqlər) aparılmalı nəticəsi Banka zərər vura bilən pozuntular aşkar edi ldi kdə həmin pozuntunun aradan qaldırılması məqsədilə struktur bölmələrdən müvafiq tədbirlər görülməsi tələb edilməli, işlərində pozuntuya yol vermiş Bankın struktur bölmələrinin işçiləri barəsində intizam tədbirlərinin görülməsi məqsədilə rəhbərliyə müraciət edilməlidir. Həmçinin Bankın Etik DavranışKodeksinə görə, işçilər öz vəzifə funksiyaları ilə əlaqədar olaraq əldə etdikləri bank hesabının, hesab üzrə əməliyyatlar və qalıqların, habelə müştəri haqqında məlumatların, o cümlədən müştərinin adı, ünvanı, rəhbərləri haqqında məlumatların məxfiliyinin təmin edilməsinə və bank sirrinin qorunmasına görə qanunvericiliyin tələblərinə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə yanlışlıqla təsərrüfat fəaliyyətinin yoxlanılması terminini audit ilə eyniləşdirmişdir. Halbuki qanunverici aşkar şəkildə audit ilə yanaşı fəaliyyətin təftişi və yoxlamas ına da həmin müddət çərçivəsində yanaşmışdır. Əlavə olaraq qeyd edirik ki, müəssisənin təsərrüfat fəaliyyəti yalnız kənar auditor tərəfindən yoxlanılmır. Bununla bağlı qanunvericiliyin imperativ norması yoxdur. Məhkəmə kənar auditor tərəfindən həyata keçirilən yoxlama ilə təsərrüfat fəaliyyətinin yoxlanılmasını eyniləşdirmişdir. Bu qətnamə nəticəsində formalaşacaq məhkəmə təcrübəsi nəticəsində səhv olaraq gələcəkdə müəssisənin yalnız audit zamanı intizam xətası aşkar olunması məcburiyyətinə gətirib çıxaracaqdır. Göründüyü kimi, İddiaçı tərəfindən yol verilmiş intizam xətası baş verən tarixdən onun barəsində verilmiş intizam tənbehi arasındakı müddət iki ildən artıq deyildir. İddiaçı "xxxx" ASCnin İdarə Heyətinin sədrinin25 iyun 2021-cil il tarixli 143/k saylı əmri ilə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək olan müddət ərzində müvəqqəti olaraq işdən kənarlaşdırılmışdır. Müvəqqəti olaraq işdən kənarlaşdırılma müddətinin xx.xx.2021-ci il tarixində bitməsinə baxmayaraq İddiaçı xəstə olmasını bildirərək işə gəlməmişdir. İddiaçı əmək qabiliyyətinin olmaması vərəqəsini (seriya 00007 №166695 X16) Cavabdeh ASC-yə təqdim etməklə xx.xx.2021-ci il tarixində işə başlamışdır. Təqdim edilmiş vərəqədə onun xx.xx.2021-ci il tarixində işə başlamalı olduğu barədə məlumat qeyd edilmişdir. İş üzrə Cavabdeh ASC Azərbaycan Respublikası İcbar Tibbi siğorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ-ə 10 noyabr 2021-ci il tarixli, xx/xx-4135 saylı məktubla müraciət edərək, X2 təqdim etdiyi SN 0007seriyalı, 166935 nömrəli xəstəlik vərəqəsinin doldurulmasının hüquqiliyinə dair məlumatın verilməsini xahiş etmişdir. Publik hüquqi şəxsdən Banka verilən 30 noyabr 2021-ci il tarixli, PHŞ/1.1-2-2021- 4480 saylı cavab məktubuna əlavə edilən xəbərdarlıq vərəqəsində iddiaçının saat 14:00-da müvafiq tibb idarəsinə müraciət etdiyinə dair məlumat öz əksini tapmışdır. Məhkəmə qətnamədə qeyd etmişdir ki, iddiaçı həmin gün “yenidən” xəstəlik vərəqəsi açmışdır. Göründüyü kimi, məhkəmə öz qətnaməsinin əsaslandırıcı hissəsində təsdiq edir ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsinə dair xəbərdarlıq edildikdən sonra xəstəlik vərəqəsi açmışdır. Bank işçinin xx.xx.2021-ci il tarixində işə gəldiyi faktına dair Bankın təhlükəsizlik kameralarının qeydə aldığı görüntüləri məhkəməyə təqdim etmişdir. Bankın burada qanunverici norma ilə bağlı dolayı pozuntusu yalnız işdən azad etdiyi işçinin son iş günü işləməsinə məcbur etməməsidir. İş üzrə cavabdehintəqdim etdiyi 12 noyabr 2021-ci il tarixli etirazda təsbit edilmiş dəlillərlə yanaşı bildirir ki, cavabdeh həmçinin yuxarıda göstərilən normativ sənədə istinad edərək müvəqqəti olaraq bəzi işçilərin işdən kənar edilməsi qərarına gəlmişdir. Nəzərə alınmalıdır ki, həmin hüquq pozuntularının törədilməsi İddiaçıDinyar qızı tərəfindən etiraf olunmuşdur və bununla bağlı iddiaçı tərəfindən verilmiş izahat məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, əməlin iddiaçı tərəfindən törədilməsi faktı araşdırmanın aparılmasını, habelə əməyin təhlükəsizliyi, fasiləsizliyi və normal iş prosesini mühafizə etmək üçün işçinin müvəqqəti olaraq işdən kənar edilməsində cavabdehin mövqeyi haqlıdır və qanunvericliyin tələblərinə tam uyğundur. İşəgötürən tərəfindən işçinin işdən kənar edilməsinin məqsədi onu cəzalandırmaqdan deyil, törədilmiş əməlin zərərli nəticələrin aradan qaldırılmasından ibarətdir. İşdən kənar etmənin hallarını və əsaslarını nəzərdə tutan normativ aktların təhlili belə deməyə əsas verir ki, işdən kənar etmənin məqsədi-əmək vəzifələrinin yerinə yetirilməsinin davam etdirilməsi nəticəsində yarana biləcək mümkün əlverişsiz nəticələrin yaranmasının qarşısını almaqdır. İşdən, yaxud vəzifədən kənar etmənin məqsədi ictimai və şəxsi mənafelərin müdafiəsidir. Göründüyü kimi, Cavabdeh ASC-nin səlahiyyətli vəzifəli şəxsi işçi tərəfindən yol verilmiş qanunazidd əməllərin işçinin müdaxilə imkanı olmadan araşdırılması və təşkilatı həmin işçinin növbəti ictimai-təhlükəli əməllərindən qoruması məqsədilə işçinin işdən kənar edilməsi barədə qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. İddiaçı apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək apellyasiya şikayətinin təmin edilməməsini və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 29 iyun 2022ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətinə qarşı etiraz iddia tələbinə uyğun əsaslandırılmışdır. c) Proses iştirakçılarının izahatı
16. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin edilməsini xahiş etdilər.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh ASC məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin
18. Maddə 62.1 işəgötürən işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda, bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və yakeçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə və ya insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər.
19. Maddə 62.3 işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əməkhaqqı ödənilir.
20. Maddə 70-ci maddəsinin «ç» bəndinə əsasən, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
21. Maddə 71.3 işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
22. Maddə 72 aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.
23. Maddə 74.2 əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır.
24. Maddə 79.1 əmək qabiliyyətini müvəqqəti itirən işçilərin həmin Məcəllənin 70ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi birbaşa qadağan edilmişdir.
25. Maddə 187.2 və 187.3 görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
26. Maddə 300.1 müvafiq olaraq, əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
33. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia tələbinin təmin edilməsi hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, iddiaçı iddianın təmin edilməməsi hissəsidə qətnaməni mübahisələndirməmişdir. Başqa sözlə, qətnamə iddia tələbinin təmin edilməməsi hissəsində hazırki apellyasiya baxışı çərçivəsində yoxlanılmır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası izahatları dinləyib apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-490/2022 saylı 29 iyun 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
35. Belə ki, işin mübahisələndirilməyən hallarından görünür ki, iddiaçı xx.xx.2014-cü il tarixdən "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Mərkəzinin Mərkəzləşdirilmiş nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunmuş və bu vəzifədə işləyərkən "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin 13 iyul 2021-ci il tarixli, 162-k saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, əmək müqaviləsi üzrə vəzifələrini kobud şəkildə pozduğuna görə işdən azad olunmuşdur. Hazırda iddiaçı əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin düzgün tətbiq edilmədiyini, onunla imzalanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinin əsassız olduğunu qeyd etməklə, məhkəmədən barəsində qəbul edilmiş 13 iyul 2021-ci il tarixli, 162-k saylı əmrin ləğv edilməsi, xx.xx.2021-ci il tarixdən işə bərpa olunan tarixədək məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən kənarlaşdırıldığı dövr üçün əmək haqqının ödənilməsi, "xxxx" Açıq Səhmdar Cəmiyyətində Müştəri Xidmətləri Mərkəzinin Nəzarət şöbəsinin rəisi vəzifəsinə bərpa olunması, maddi ziyan kmi 2.400 manat, mənəvi ziyan kimi isə 10.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh isə iddiaçının vəzifə hüquqpozması ilə bağlı intizam xətaya yol verdiyini, bununla da işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirdiyinə, əmək müqaviləsinə xitam verilərkən tərəfindən əmək qanunvericiliyinin hər hansı pozuntusuna yol verilmədiyinə istinad edərək iddianın rədd edilməsini xahiş edir.
36. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən işçi barəsində intizam tənbehinin verilməsi zəruriliyi yoxlanılmaqla yanaşı həmçinin əmək müqaviləsinə xitam verilməsində işəgötürən tərəfindən hər hansı qanun pozuntusuna yol verilməsi halı yoxlanılmalıdır. Belə ki, işçi ilə əmək münasibətlərinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunubolunmaması, intizam xətasına yol verilməsinin səbəb və şəraiti aydınlaşdırılıbaydınlaşdırılmaması, işçinin təqsir dərəcəsini müəyyənləşdirmək üçün işçidən yazılı izahatın alınıb-alınmaması, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilib-verilməməsi və s. nəzərdən keçirilməlidir.
37. Belə ki, Əmək Məcəlləsinin 187-ci maddəsinin ikinci və üçüncü bəndlərinə görə intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz.
38. Birinci instansiya məhkəməsi zamanı cavabdeh tərəfin verdiyi izahatdan, apellyasiya şikayətinin dəlillərindən, həmçinin işə əlavə olunmuş sübutlardan müəyyən edildiyi kimi cavabdeh iddiaçının tərəf olduğu əmək müqaviləsinə xitam verilməsinə əsas olmuş halı iddiaçının gəlini X3 aid şəxsi məlumatları əldə etmək üçün Bəyəliyeva Gülşənin şəxsiyyət vəsiqəsində əks olunan məlumatları xx.xx.2020-ci il tarixində Müştəri Xidmətləri Mərkəzinin direktoruna verməsi ilə əlaqələndirmişdir. Beləliklə iddiaçının işdən çıxarılmasına dair əmr, həmin intizam xətasının törədildiyi gündən 10 aydan çox müddət keçdikdən sonra, yəni 13 iyul 2021-ci il tarixində verilmişdir.
39. Məhkəmə kollegiyası X4 barəsində intizam tənbehinin tətbiqinin müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin aparılmasının nəticəsi olması, həmin yoxlamanı bankın ildə bir dəfə həyata keçirməsi və beləliklə də xətanın törədildiyi gündən iki il ərzində verilməsinin mümkün olması dəlilləri ilə əlaqədar qeyd edir ki, həqiqətən də müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə işçiyə həmin xətalar törədildiyi gündən iki il ərzində intizam tənbehi verilə bilər. Lakin qeyd eilməlidir ki, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditi müəssisənin maliyyə resurslarının idarə olunmasının mövcud vəziyyətinin təhlili və qiymətləndirilməsi anlamına gəlir və hazırki mübahisənin predmeti olan intizam xətası bu anlayışın əhatə dairəsinə daxil deyil.
40. Bundan başqa kollegiya qeyd edir ki, müvafiq hüquqi şəxslərdə maliyyətəsərrüfat fəaliyyəti sahəsində yoxlama, ekspertiza, təhlil aparmaq və yazılı rəy vermək, mühasibat uçotu qurmaq, hesabat göstəricilərinin dürüstlüyünü təsdiq etmək və maliyyətəsərrüfat münasibətləri sahəsində digər xidmətləri göstərmək müqavilə əsasında fəaliyyət göstərən auditor xidmətlərinə aiddir və bu cür yoxlamanın nəticəsində müvafiq sənəd – auditor rəyi (hesabatı) tərtib edilir. İş materiallarından göründüyü kimi, məhkəmə araşdırması zamanı bu cür sənədlərin (auditor və auditor xidməti ilə bağlanmış müqavilə, auditor hesabatı) təqdim edilməsi məhkəmənin təklif etməsinə baxmayaraq cavabdeh tərəfindən təmin edilməmişdir.
41. Bundan başqa əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin pozulmasına yol verildiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş "xxxx" ASC-nin vəzifəli şəxsi X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə təqsirli bilinərək 1500 manat cərimə edilməsinə dair 20 sentyabr 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ilə öz təsdiqini tapmışdır. Həmin qərarın qanuniliyini yoxlamış və dəyişdirilmədən saxlanılmasına dair qərar vermiş Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli, 3(103)-2916/2021 saylı qərarı ilə hazırkı işdə iştirak edən şəxslər üçün preyudisial əhəmiyyət daşıyan faktlar müəyyən edilmişdir.
42. Bakı Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli, 3(103)-2916/2021 saylı qərarından görünür ki, iş materiallarında olan xəstəlik vərəqələrindən və “Xəzər” X15 Hüquqi Şəxsinin 10 dekabr 2021-ci il tarixli 33 nömrəli sorğuya cavab məktubundan müəyyən edildiyi kimi İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi əmək qabiliyyətini müvəqqəti itirməsi ilə əlaqədar olaraq bülletendə olmuşdur. “Xəzər” X15 Hüquqi Şəxsinin yuxarıda qeyd edilən müvafiq sorğuya cavab məktubundan həmçinin müəyyən edilir ki, İddiaçı təkidi ilə xx.xx.2021-ci il tarixdə işə çıxması ilə əlaqədar olaraq xəstəlik vərəqəsi xx.xx.2021-ci il tarixdə bağlanılıb, xx.xx.2021-ci il tarixdən işə yazılmışdır. Xəstəyə xx.xx.2021-ci il tarixdə təxminən axşam saat 17:00-17:30 radələrində 166695 saylı vərəqə təqdim olunmuşdur. Göründüyü kimi İddiaçı xəstəlik vərəqəsini bağlatması ilə bağlı bildirdiyi hallar “Xəzər” X15 Hüquqi Şəxsinin 10 dekabr 2021-ci il tarixli 33 nömrəli sorğuya cavab məktubu ilə də təsdiq olunur. Həmçinin iş materiallarında olan xəstəlik vərəqəsindən də görünür ki, İddiaçı həmin gün xəstə olmuş, belə ki, həmin tarixdə yenidən onun adına xəstəlik vərəqəsi açılmışdır.
43. Bundan əlavə iş materiallarında olan diskdəki videogörüntülərdən aydın olur ki, 13 iyul 2021-ci il tarixdə İddiaçı həqiqətən də “AzərTürkBank" ASCnin inzibati binasında olsa da, bu, onun xidməti fəaliyyəti ilə əlaqədar müvafiq əmək vəzifələrinin icrası ilə bağlı olmamış, bankın rəhbərliyi tərəfindən İddiaçı inzibati binanın işçilər üçün ayrılmış sahəsinə daxil olmaq icazəsi verilməmişdir. Belə ki, Mətanət Bəyəfiyevanın əl çantası kənər şəxslər üçün nəzərdə tutulmuş foyedə olan divanın üzərində olmuşdur ki, sadalanan hallar da onun həmin gün əmək funksiyalarını icra etməməsinə dəlalət edir. Belə ki, işçinin işdə olması dedikdə onun təkcə fiziki olaraq iş yerində olması deyil, həm də işçi tərəfindən müvafiq əmək funksiyalarının yerinə yetirilməsi başa düşülməlidir.
44. Hazırkı halda da iş üzrə tədqiq edilmiş sübutlardan görünür ki, 13 iyul 2021-ci il tarixdə İddiaçı iş yeri olan “Azər Türk" Bankın inzibati binasında olsa da, bu, onun əmək funksiyalarının həyata keçirilməsi ilə əlaqədar olmamış, ona bankın işçiləri üçün ayrılmış hissəyə daxil olmaq icazəsi verilməmiş, sadəcə olaraq İddiaçı ayın 11-i tarixinə xəstəlik vərəqəsinin bağlatdırmasına nail olunub onun 13 iyul 2021-ci il tarixdə işdə olması görünütüsü yaradılmışdır. Bununla da, işçi İddiaçı əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin müddəaları pozulmuş, İddiaçı 13 iyul 2021-ci il tarixdə xəstə olması ilə əlaqədar bülletendə olmasına baxmayaraq, işəgötürən tərəfindən iş yerinə çağırılaraq faktiki işdə olunması görüntüsü yaradılıb onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir.
45. Halbuki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1 -ci bəndində əmək qabiliyyətini müvəqqəti itirən işçilərin həmin Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi birbaşa qadağan edilmişdir.
46. Qeyd edilənlərə əsasən məhkəmə haqlı olaraq hesab etmişdir ki, İddiaçı və “Azər-Türk Bank" ASC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə cavabdehin xx.xx.2021-ci il tarixli, 162/k nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilməli və o, əvvəllər tutduğu "Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müştəri Xidmətləri Mərkəzinin Mərkəzləşdirilmiş nəzarət şöbəsinin rəisi vəzifəsinə bərpa edilməlidir. İddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı da ödənilməlidir.
47. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290cı maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir.
48. Məhkəmə haqlı olaraq, iddiaçının, tərəf olduğu əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozulması nəticəsində mənəvi sarsıntı keçirməsi kimi qiymətləndirmiş və mənəvi zərərini məbləğini 1000 manat müəyyənləşdirmişdir.
49. Məhkəmə kollegiyası iddianın “xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək işdən kənarlaşdırıldığı dövr üçün əmək haqqının ödənilməsi” ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
50. Belə ki, iş materiallarından müəyyən edildiyi kimi Cavabdeh ASC-nin vəzifəli şəxs tərəfindən iddiaçının 25 iyun 2021-ci il tarixdən 08 iyul 2021-ci il tarixədək işdən kənarlaşdırılması əmr edilmiş, xx.xx.2021-ci il tarixli, 143/k nömrəli əmrin çıxarılmasına hüquqi əsas kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci bəndinin “c” yarımbəndinə istinad edilmiş, əmr Bankın və işçilərin mənafeyini qorumaq, işçilər, əmək kollektivi və Bank üçün mümkün zərərli nəticələrin qarşısını almaq məqsədi ilə əsaslandırılmışdır. Göründüyü kimi iddiaçı iş vaxtı ərzində inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətməsi əsası ilə işdən kənarlaşdırılsa da onun tərəfindən törədilmiş bu əməllərin inzibati xəta və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər olması müəyyən edilməmiş, həmin əməllərin törədilməsi müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiq edilməmişdir.
51. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci bəndinin “c” yarımbəndinə düzgün tətbiqini təmin edən üç şərtlərdən heç birinin mövcud olmaması işəgötürən tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 143/k nömrəli əmrin məhkəmə tərəfindən qanunsuz hesab edilməsi və bu müddət ərzində ödənilməmiş əmək haqqının verilməsi üçün əsasdır. Belə ki, işdən kənar edilən işçiyə işdən kənar edilən vaxt ərzində əmək haqqının verilməməsi işçinin işdən kənarlaşdırılmasının qanun əsaslara söykəndiyi təqdirdə qanuni hesab edilə bilər.
52. Göründüyü kimi, apellyasiya şikayətində qeyd olunanlar işin yuxarıda qeyd edilən halları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla mübahisələndirilən hissədə iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
54. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-490/2022 saylı 29 iyun 2022-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.