Məhkəmə qərarları › İş №2(103)-6521/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6521/2025

16.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6521/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məmmədova Lalə Elxan qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakları ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-5258/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X7 Sınaq Stansiyası ilə bağlanmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinin ləğv edilməsinə dair xx.xx.2025-ci il tarixli, 3- 22-13-15/02-k/2025 saylı əmrin ləğv edilərək əvvəlki vəzifəsinə bərpa olunması və xx.xx.2025-ci il tarixdən hazırkı vaxta kimi məcburi iş buraxmaya görə orta əmək haqqının tam şəkildə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5258/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi (hakim Həqiqət Mahmudova) ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında İddiaçı eyni tələblə "Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran X3rşı iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etdiyini, həmin işin hazırda həmin məhkəmənin icraatında olduğunu, məhkəmə iclasının xx.xx.2025-ci il tarixə təxirə salındığını bildirmişdir. Məhkəmə kollegiyasının xx.xx.2025-ci il tarixli iclasında cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh ASC-nin nümayəndəsi M.Süleymanov məhkəmə mülahizəsinə uyğun qərar qəbul edilməsini xahiş etdi. Sübutlar: Lənkəran Rayon Məhkəməsinin 2(049)-987/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh "Aqroservis” ASC Lənkəran X3rşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina olunmuş və iddiaçıya AR Kənd Təsərrüfatı Nazirliyi "Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Mülki iş materiallarında olan "Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin X7 Sınaq Stansiyasının əsasnaməsindən müəyyən edilir ki, X7 Sınaq Stansiyası hüquqi şəxsdir (i/v 52). İddiaçının təqdim etdiyi iddia ərizəsindən məlum olur ki, İddiaçı cavabdeh "Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran X3rşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmişdir və mülki iş hazırda həmin məhkəmənin icraatındadır. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa; 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1- 259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Apellyasiya Məhkəməsinin baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən tam yoxlayır. Hüquqi dəyərləndirmə: Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, mübahisəsiz qaydada müəyyən edilir ki, İddiaçı ilkin olaraq cavabdeh "Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran X3rşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, lakin həmin rayon məhkəməsi prosessual qanunuvericiliyin tələblərini gözləməmiş və əsassız olaraq iddiaçının ərizəsinin əsil olmayan cavabdehə qarşı verilməsinə istinad edərək ərizənin icraata qəbulundan imtina etmiş, bundan sonra iddiaçı həmin qərardada əsasən hazırkı ərizə ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, rayon məhkəməsində cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh ASC-nin nümayəndəsi M.Süleymanov ASC-nin cavabdeh olmadığını, əsil cavabdehin məhz Lənkəran X1 bildirmiş və buna dair sübutları məhkəməyə təqdim etmiş, hətta cavabdeh olmamaları səbəbindən iddianın mahiyyəti üzrə izahat verməkdən imtina etmişdir. Buna baxmayaraq, rayon məhkəməsi ərizəyə mahiyyəti üzrə baxmağa davam etmiş, sonda isə iddianı əsil olmayan cavabdehə qarşı verilməsi əsası ilə rədd etmişdir. Bununla da müəyyən olunur ki, bu halda da iddia tələbinə baxaraq iddianı əsl olmayan cavabdehə qarşı yönəlməsi əsası ilə təmin etməyən rayon məhkəməsi MPM-in 14.1-ci maddəsi baxımından öz vəzifələrini (14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.) yerinə yetirməmiş, nəticədə prosessual pozuntuya yol vermişdir. Hazırda müəyyən olunur ki, İddiaçı yenidən əsil olan cavabdeh "Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran X3rşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, onun həmin ərizəsi bu dəfə icraata qəbul edilərək baxılmaqdadır. Bununla da müəyyən olunur ki, rayon məhkəmələri tərəfindən İddiaçı əmək mübahisəsi üzrə ərizəsinin icraata qəbul edilməsi və baxılması ilə bağlı prosessual qanunvericiliyin tələblərinin gözlənilməməsi səbəbindən, onun həmin tələbinə ağılabatan müddətdə və səmərəli şəkildə baxılması təmin olunmamışdır. Məhkəmə kollegiyası hazırda iddiaçının əmək mübahisəsi üzrə tələbinin ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəmənin- Lənkaran Rayon Məhkəməsinin icraatında olması və mahiyyyəti üzrə baxılmasını nəzərə alır. MPM-in 259.0.4-cü maddəsinə görə, Məhkəmə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa ərizəni baxılmamış saxlayır. MPM-in 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Belə olan halda, İddiaçı cavabdeh "Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran X3rşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etdiyindən və mülki iş hazırda həmin məhkəmənin icraatında olduğundan, MPM-in 259.0.4-cü maddəsinə və 384.0.5-ci maddəsinə əsasən, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Nəticə Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10, 263-264, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-5258/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı- əslində isə "Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Lənkəran X3rşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, prosessual qanunvericilikdə bu qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar