Məhkəmə qərarları › İş №2(103)-6523/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6523/2021

14.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6523/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X9 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkil Süleymanov Mərdəli Binəli oğlunun Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(010)- 1444/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı fərdi yaşayış evinə köçürülmə tələbi ilə məhkəməyə müraciət edərək, onun və cavabdehlə birgə nikahından doğulmuş azyaşlı övladı X5 cavabdehlərə məxsus olan və Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivi, 1-ci köndələn küçəsində yerləşən fərdi yaşayış evinə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə 2011-ci ildə ailə həyatı qurmuşlar. Birgə nikahlarından bir uşaqları, 14 yanvar 2013-cü il təvəllüdlü X10 doğulmuşdur.Cavabdehlə bir müddət mehriban ailə kimi yaşamış, lakin sonradan münasibətləri pozulduğundan Culfa Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Məhkəmə qətnaməsinə əsasən uşağı onun yanında saxlanılmışdır. Cavabdehlə birgə nikah dövründə olduğu müddətdə, yəni 2013-cü ildə Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozunun ərazisində 0.025 ha torpaq sahəsini 99 il müddətinə icarə hüquqları əsasında satın almışlar. Bu barədə mülkiyyətçi X11 ilə Cavabdeh2 arasında Abşeron rayon 2 saylı Notariat Kontorunda «torpaq sahəsinin icarə hüququnun satılmasına dair» 19 dekabr 2013-cü il tarixli alqı-satqı müqaviləsi də bağlanmışdır. Müqavilədən sonra DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən bölgü sxemi hazırlanmış, torpaq sahəsi ayrılaraq cavabdehə təhvil verilmişdir. 2014-cü ildəcavabdehlə birgə nikahda olduğu müddətdə həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş və elə 2014-cü ildən də həmin fərdi yaşayış evinə köçərək yaşamağa başlamışlar. Fərdi yaşayış evinin kommunal xidmətləri keçmiş qayınanası Cavabdeh1 Şamil qızının, yəni cavabdehin adına rəsmi qeydə alınmışdır. Bu barədə "xxxx" ASC-nin 05.01.2021-ci il tarixli arayışı da iddia ərizəsinə əlavə olunmuşdur. Nikahı pozulandan sonra onu azyaşlı uşağı ilə birlikdə cavabdeh mübahisəli fərdi yaşayış evindən məcburi qaydada çıxarmış, evin qıfılını dəyişdirmiş və onu evə buraxmamışdır. Bu səbəbdən də kirayədə yaşayır, kirayədə yaşamaq və kirayə haqqını ödəməkdə çətinlik çəkir, cavabdeh isə heç bir köməklik göstərmir. Ona görə də cavabdehlə birgə nikah dövründə inşa etdiyi və bir müddət birlikdə yaşadığı, mübahisəli fərdi yaşayış evinə köçürülməyi barədə qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Ona görə də, iddia təmin edilməlidir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(010)- 1444/2021 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi hesab edir ki, mübahisəli evin tikilməsi cavabdehlə iddiaçının birgə nikah dövrünə təsadüf etsə də, fərdi yaşayış evinin tikilməsi üçün vəsaitin xərclənməsinə heç bir sübut təqdim edilməmişdir və barəsində mübahisə edilən hüquq münasibətlərini bilavasitə tənzimləyən hüquq norması yoxdur. Çünki, mübahisəli evin hüquqmüəyyənedici sənədi yoxdur. Halbuki, Ölkədə özbaşına tikililərin sayı çox olduğundan özbaşına tikilidə yaşayan şəxslərin də sayı çoxdur, bu səbəbdən özbaşına tikililərdə yaşayan şəxslərin orada yaşamaqdan məhrum edilməsi faktlarının sayı artır. Halbuki, özbaşına tikinti aparmış şəxs ora mülkiyyət hüququ əldə edə bilsə, həmin tikili, ya nikah dövründə əldə edildiyinə görə ər-arvadın ümumi birgə mülkiyyəti sayılacaq, yaxud onunla həmin tikilidə yaşayan arvadı (əri), uşaqları, valideynləri də tikiliyə istifadə hüququ əldə etmiş olacaq, qanunsuz məhrum etmə baş verdiyi təqdirdə onların istifadə hüququ məhkəmədə müdafiə olunacaq. Bu məsələyə əks yanaşma ictimai münasibətlərdə qeyri-sabitliyə səbəb ola, özbaşına tikinti aparmış şəxsə (artıq qanunu pozmuş şəxsə)növbəti qanunsuzluqlar etməyə (özbaşına tikilidə yaşayan şəxsləri qanuni əsas olmadan oradan çıxarmağa və digər bu kimi hərəkətlər etməyə) əsas yarada bilər. Hesab edir ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olubolmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir.Evin özbaşına tikinti sayılması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz’' məzmunlu normanın tətbiq edilməsinə mane olmur.Nəzərə alınmalıdır ki, insanlar yalnız mənzildən deyil, evdən, yataqxanadan, özbaşına inşa olunmuş tikilidən və digər obyektlərdən də yaşamaq məqsədilə istifadə edirlər.Ona görə də, özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Onu da qeyd edir ki, birnci instansiya məhkəməsi təqdim etdikləri sənədlərə, mübahisəli evin torpaq sahəsinin Cavabdeh2 ilə birgə nikah dövründə Cavabdeh2 adına alınıb və həmin torpaq sahəsində fərdi yaşayış evi tikilməsinə, əsaslı şəkildə təmir etdirmələrinə qiymət verməmişdir.Bu səbəbdən hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və cavabdeh ilə birgə nikahlarıından anadan olmuş 14 yanvar 2013-cü il təvəllüdlü X10 ilə birlikdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivi, 1-ci köndələn küçəsində yerləşən “fərdi yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi təmin edilməlidir.İddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə (heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.)Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 32.1, 32.2, 32.2.1, 32.2.2 və 32.3-cü maddələrinə (nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Onların hər birinin əmək, sahibkarlıq və ntellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadm ümumi gəlirləri hesabına əldə edilən daşmar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adma əldə olunmasından, yaxud əmanətin kimin adma və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər- arvadm qazandığı hər hansı sair əmlak ər-arvadm ümumi birgə mülkiyyətinə daxildir. Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.), Azərbaycan Respublikasının MM-nin 11.1-ci maddəsinə (mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).Həmin Məcəllənin 11.2-ci maddəsinə (oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.)Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə (barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.) istinad edərək şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbinin məzmununa uyğun izahat verərək, bildirdi ki, tərəflər fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini birgə nikah dövründə almış və sonra orada ev tikdirməyə başlamışlar. İddiaçı ilə Cavabdeh2 arasında olan nikah pozulduqdan sonra iddiaçını uşağı Mustafa ilə birgə evdən çıxarmışlar. İddiaçı Bakı şəhəri 19 saylı notariat ofisində verdiyi ərizə Cavabdeh2 verdiyi vədlərlə bağlı olub.Cavabdeh verdiyi vədləri yerinə yetirmədiyi üçün iddiaçı da ərizəsindən imtina edib. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, iddiaçının həmin evə heç bir vəsait xərcləmədiyini, əksinə mübahisəli evin yerləşdiyi torpaq sahəsini anasının göndərdiyi pul ilə aldığını, sonra anasının köməyi ilə evi tikdirdiyini söylədi. Həmin fərdi yaşayış evinə 2015-2016-cı illərdə köçmüşlər və o zamanlar valideynləri də orada yaşayıb. Hal-hazırda özü də orada yaşayır. Evin onun pulu ilə tikilə bilməsi mümkünsüzdür, çünki aylıq 180 əmək haqqı alır. Ona görə də, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, iddiaçının onun keçmiş gəlini olduğunu, nə onun, nə də ki, iddiaçının həyat yoldaşı olan oğlunun mübahisəli evin tikilməsinə, torpağın alınmasına hər hansı bir vəsait xərcləmədiklərini bildirdi. İddiaçı sonuncu dəfə evdən çıxıb gedən zaman onu dayısı oğlu aparmış, bir neçə ay dayısınn evində qalmışdır. Mübahisəli fərdi yaşayış evi 2015-2016-cı illər ərzində onun heyvan saxlamaq üçün götürmüş olduğu kredit əsasında tikilib. Ona görə də, apellyasiya şikayətinin rədd edilməsini xahiş etdi. Məhkəmə kolegiyası tərəfləri dinləyərək, iş üzrə materialları və apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(010)- 1444/2021 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ 046611 № li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 14.01.2013-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh2, anası X1r. - 2(089)-137/2019 saylı 17 sentyabr 2019-cu il tarixli Culfa Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, Cavabdeh2 ilə X7 qızı arasında Şərur rayon Qeydiyyat Şöbəsində 17 oktyabr 2011-ci il tarixdə bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabının 231 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. -AZ-İ 202843 № li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X3 arasında olan nikah Culfa rayon Qeydiyyat Şöbəsində 06.11.2019-cu il tarixli 41 saylı qeydlə pozulmuşdur. - 19 dekabr 2013-cü il tarixli torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqısatqı müqaviləsindən görünür ki, 7E-22-18577 reyestr nömrəli etibarnaməyə əsasən X6 əvəzinə X17, yəni satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi vaqmda Daşınmaz Əmlakın Dövlət revestr xidmətinin Abşeron ərazi idarəsinin ********** qeydiyyat №li 27.05.2011-ci il tarixli **********94 reyestr №li Çıxarışına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestr xidmətinin 4 saylı ərazi idarəsinin 14 Dekabr 2013-cü il tarixli 13105 №li arayışına əsasən X16 oğlunun icarəsində olan Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 2.10 ha torpaq sahəsindən 0.025 ha torpaq sahəsinin icarə hüquqlarını X8 2500 AZN-nə satmışdır. - Azərişıq ASC-nin 05.01.2021-ci il tarixli, 01/05-06/003 saylı məktubundan görünür ki, Cavabdeh1 Azərişıq ASC-nin Elektron Bazasında **********00166 abonent kodu ilə qeydiyyata alınmışdır. - İddiaçı tərəfindən notarial qaydada verilmiş 05.07.2019- cu il tarixli, **********4584 saylı ərizədən görünür ki, onun Cavabdeh2 ilə birgə nikah dövründə əld etdiyi əmlaka dair heç bir iddiası, şikayəti və tələbi yoxdur. -01.04.2021-ci il tarixli **********823 saylı ərizə ilə İddiaçı 05.07.2019-cu il tarixli 8i-4584 reyesrtlə təsdiq olunmuş ərizəsini ləğv etdirmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, iddiaçı Cavabdeh1 oğlu Cavabdeh2 ilə 17 oktyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olmuş, iddiaçının keçmiş əri Cavabdeh2 19 dekabr 2013-cü il tarixli torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsinə əsasən satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi vaqmda Daşınmaz Əmlakın Dövlət revestr xidmətinin Abşeron ərazi idarəsinin ********** qeydiyyat №li 27.05.2011-ci il tarixli **********94 reyestr №li Çıxarışına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestr xidmətinin 4 saylı ərazi idarəsinin 14 Dekabr 2013-cü il tarixli 13105 №li arayışına əsasən X6 icarəsində olan Abşeron rayonu, 1 nömrəli Zeytun sovxozu ərazisində yerləşən 2.10 ha torpaq sahəsindən 0.025 ha torpaq sahəsinin icarə hüquqlarını 2500 AZN almışdır.Bundan sonra iddiaçını köçürülməsini tələb etdiyi mübahisəli ev inşa olunaraq iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə 2019-cu ilə kimi birlikdə yaşamışlar.İddiaçı tərəfin dəlili ondan ibarətdir ki, mübahisəli yaşayış evini o, həyat yoldaşı ilə birgə təsərrüfat apararaq və işləyərək tikdirmişlər. İddiaçı tərəfindən notarial qaydada verilmiş 05.07.2019- cu il tarixli, **********4584 saylı ərizədən görünür ki, iddiaçı ərizəsində bildirmişdir ki, onun Cavabdeh2 ilə birgə nikah dövründə əld etdiyi əmlaka dair heç bir iddiası, şikayəti və tələbi yoxdur. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 iddia tələbinin məzmununa uyğun izahat verərək, bildirdi ki, tərəflər fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini birgə nikah dövründə almış və sonra orada ev tikdirməyə başlamışlar. İddiaçı ilə Cavabdeh2 arasında olan nikah pozulduqdan sonra iddiaçını uşağı Mustafa ilə birgə evdən çıxarmışlar. İddiaçı Bakı şəhəri 19 saylı notariat ofisində verdiyi ərizə Cavabdeh2 verdiyi vədlərlə bağlı olub.Cavabdeh verdiyi vədləri yerinə yetirmədiyi üçün iddiaçı da ərizəsindən imtina edib. Kolleiya işin yuxarıda qeyd edilən hallarını, mübahisəli evin tikintisinin birgə nikah dövrünə təsadüf etməsi, habelə evin altındakı torpaq sahəsinin birgə nikah dövründə əldə edilməsi, iddiaçının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə 2019-cu ilə kimi azyaşlı övladı ilə birgə mübahisəli evdə birlikdə yaşaması, iddiaçının Bakı şəhəri 19 saylı notariat ofisində verdiyi ərizənin məzmunu və həmin ərizənin Cavabdeh2 verdiyi vədləri yerinə yetirmədiyi üçün iddiaçının da ərizəsindən imtina etməsi faktını, habelə cavabdehlərin mübahisəli fərdi yaşayış evinin 2015-2016-cı illər ərzində məhz onların heyvan saxlamaq üçün götürmüş olduğu kredit əsasında tikilməsini birbaşa təsdiq edən sübutların işdə mövcud olmamasını nəzərə alaraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin olunmalı.Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(010)- 1444/2021 saylı qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 yanvar 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 noyabr 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “məhkəmələr tərəfindən iddiaçının “köçürülmə” tələbinin təmin edilməsinə əsas olmuş və iş üzrə tətbiq edilmiş Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinin konstitusiya mahiyyəti və məqsədi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun artıq formalaşdırılmış hüquqi mövqeləri mövcuddur.Belə ki, Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir.Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir.” Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən : 68.1. maddə-Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2.maddə -Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.4. maddə-Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli, 2(010)- 1444/2021 saylı qətnaməsi ləğv olunsun. İddia təmin olunsun. İddiaçı azyaşlı övladı X10 ilə birgə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivi, 1-ci köndələn küçəsində yerləşən fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar