Məhkəmə qərarları › İş №2(103)-6528/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6528/2019

17.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6528/2019 17.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 nümayəndəsi-vəkili X4 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC və Cavabdeh1 qarşı «borcun tutulması, ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-249/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən iş üzrə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh3, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC və Cavabdeh1 qarşı «borcun tutulması, ipoteka predmetinə yönəldilməsi və əmlakın açıq hərracdan satılması» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC ilə İddiaçı QSC arasında bağlanılmış xx.xx.2005-ci il tarixli 01L000000286 saylı uzunmüddətli kredit müqaviləsinə, xx.xx.2009-cu il tarixli 286 saylı və xx.xx.2014-cü il tarixli 01L000000286S saylı sazişlərə xitam verilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(81)-504/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş 207496.83 ABŞ dolları kredit borcu, 3912.45 ABŞ dolları faiz borcu və 46.67 ABŞ dolları cərimə olmaqla cəmi 211455.95 ABŞ dolları borcun digər cavabdehlər Cavabdeh3 və Cavabdeh1 da aid edilməklə, onlardan müştərək qaydada İddiaçı QSC-nin xeyrinə ödənilməsi, cavabdehlər «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-dən, Cavabdeh3 və Cavabdeh1 məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə tutulması, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı ii tarixli 2-2(81)- 504/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş 211455 ABŞ dolları 95 sent borcun və 61 manat məhkəmə xərclərinin Bakı şəhəri Yasamal rayonu X13 küçəsi 1 qeyri yaşayış sahəsinə yönəldilməsi, həmin qeyri yaşayış sahəsinin açıq hərracdan satılması və hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, Bakı şəhəri Yasamal rayonu X13 küçəsi 1 qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin əmlakdan çıxarılması, qeyri-yaşayış sahəsinin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-249/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş,İddiaçı QSC ilə «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC arasında bağlanmış xx.xx.2005-ci il tarixli 01L000000286 saylı kredit xətti müqaviləsi, xx.xx.2009-cu il tarixli 286 saylı və xx.xx.2014cü il tarixli 01L000000286S saylı sazişlər xitam edilməsi,Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(81)-504/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş 207496.83 ABŞ dolları əsas, 3912.45 ABŞ dolları faiz və 46.67 ABŞ dolları cərimə olmaqla cəmi 211455 (iki yüz on bir min dörd yüz əlli beş) ABŞ dolları 95 (doxsan beş) sent məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş manat məzənnəsi ilə müştərək qaydada cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tutularaq İddiaçı QSC-yə ödənilməsi,«xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-dən, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada iddia ərizəsinin verilməsi ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 30 manat, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutularaq İddiaçı QSC-yə ödənilməsi,Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-eı il tarixli 2-2(81)-504/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş 211455 (iki yüz on bir min dörd yüz əlli beş) ABŞ dolları 95 (doxsan beş) sent məbləğində borc və 61 (altmış bir) manat məbləğində pul vəsaiti Cavabdeh1 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri Yasamal rayonu X13 küçəsi, 1 qeyri yaşayış sahəsinə yönəldilməsi, həmin əmlak açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və əmlakın satışından əldə edilmiş vəsait hesabına bankın tələbi ödənilməsi, ipoteka predmeti olan Bakı şəhəri Yasamal rayonu X13 küçəsi, 1 qeyri yaşayış sahəsinin ilkin satış qiyməti 362000 (üç yüz altmış iki min) manat məbləğində müəyyən edilməsi,Bakı şəhəri Yasamal rayonu X13 küçəsi, 1 qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1 tərəfindən boşaldılması,iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki,birinci instansiya məhkəməsi sözügedən iş üzrə araşdırmanı onun iştirakı olmadan aparmış və onun hazırki iş üzrə cavabdeh olduğuna baxmayaraq ümumiyyətlə çağırıb dindirməyib, bununla da çəkişmə prinsipini pozmuşdur.Bundan əlavə iş materiallarından və məhkəmə qətnaməsindən məlum olur ki, ipotekapredmeti olan daşınmaz əmlakın ilkin satış qiymətinin müəyyənləşdiriləməsi üçün üç dəfə ekspertiza keçirilmiş və hər bir ekspert daşınmaz əmlaka dair fərqli qiymətlər müəyyən etmişdir. Göründüyü kimi ekspert rəyləri arasında kəskin fərq olsa da, məhkəmə iş üzrə yekun təkrar ekspertiza keçirməli olduğu təqdirdə bunu etməmişdir. Proses iştirakçılarının izahatları: Cavabdeh X3 nümayəndəsi-vəkili X7 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən, nümayəndələrinin məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən işə onların iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının apellyatora münasibətdə ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissədə yoxlanılması təşkil edir. İddiaçı və digər cavabdehlər apellyasiya şikayəti vermədiklərindən qətnamə onlara münasibətdə yoxlanılmır. Kollegiya bu qənaətini onunla əsaslandırır ki, qətnamənin bütünlüklə yoxlanılması digər tərəflərin şikayətləri olmadığı halda onlara münasibətdə də qərar qəbul edilməsi sonuncuların hüquqlarına toxunan hal kimi qiymətləndirilə bilər. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə xx xxxxxx 2011-ci il tarixli Qərarı). Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi kiAzərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-2(81)-504/2016 saylı qətnaməsinə əsasən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin iddiası qismən təmin edilmiş, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar iddiaçı “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2014-cü il tarixli 01R000014083 saylı kredit razılaşmasının və xx.xx.2015-ci il tarixli 01R000014083SB nömrəli sazişin xx.xx.2016-cı il tarixdən 207496.83 ABŞ dolları əsas borcun, 3912.45 ABŞ dolları faiz borcunun və 46.67 ABŞ dolları cərimə borcunun iddiaçı tərəfindən cavabdeh İddiaçı QSC-yə ödənilməsi şərti ilə ləğv edilməsi qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini almışdır. Bundan başqa xx.xx.2009-cu il tarixli 01M000000937 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 1 qeyri yaşayış sahəsini «xxxxxxxxxx» QSC-nin xeyrinə kredit xətti müqaviləsi üzrə Cavabdeh2 MMC-nin öhdəliklərinin icrasını təmin еtmək məqsədilə ipoteka ilə yüklü etmişdir. Müqavilənin 2.4-cü bəndinə görə tərəflərin qarşılqılı razılığı ilə ipoteka predmetinin dəyəri 177.579.36 manat təşkil edir. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcluya vermişdir. Bunun nəticəsində bankın borcludan kredit üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, o isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclu müqavilələr üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tələbin ipoteka ilə yüklü edilmiş ipoteka predmetlərinə yönəldilməsi, həmin daşınmaz əmlakların açıq hərraca çıxarılması, satılması və əldə ediləcək vəsaitin banka olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə edilmiş vəsait kifayət etmədiyi təqdirdə borcun ümumi qaydada icra edilməsi barədə düzgün nəticəyə gəlsə də, ipoteka predmetərinin ilkin satış qiyməti müəyyənləşdirilməlidir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir və qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İş materiallarından görünür ki, ipoteka müqavilələri bağlanarkən Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 1 saylı evin 0,7646 ha torpaq sahəsində yerləşən yarımzirzəmisi və 316,3 kv.m ümumi, 208,3 kv.m əsas, 107,5 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinin bazar dəyəri 177.579,36 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizalarının nəticələrinə dair təqdim edilmiş ekspert rəylərinə əsasən, ipoteka predmetlərinin dəyəri aşağıdakı kimi müəyyən edilmişdir: -“xxxxxxxxxxx” MMC-nin xx xxxxxx 2017-ci il tarixli LP-013/17 saylı qeyri-yaşayış binasının qiymətləndirilməsinə dair hesabatından görünür ki, olan Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 1 saylı evin 0,7646 ha torpaq sahəsində yerləşən yarımzirzəmisi və 316,3 kv.m ümumi, 208,3 kv.m əsas, 107,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin real bazar qiyməti 601.000 manat təşkil edir. İddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş, “xxxxxxxxxxxxxxx” MMCnin xx xxxxxxx 2017-ci il tarixli Ç-688/2017 saylı qeyri-yaşayış sahəsinin evinin qiymətləndirilməsinə dair hesabatından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 1 saylı evin 0,7646 ha torpaq sahəsində yerləşən yarımzirzəmisi və 316,3 kv.m ümumi, 208,3 kv.m əsas, 107,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin real bazar qiyməti 295.000 manat təşkil edir. Bundan başqa iş materiallarına əlavə edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 274 saylı, xx.xx.2017ci il tarixli hesabata əsasən, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 1 saylı evin 0,7646 ha torpaq sahəsində yerləşən yarımzirzəmisi və 316,3 kv.m ümumi, 208,3 kv.m əsas, 107,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 600.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinə təqdim edilmiş “xxxxxxxxxxxxxxxxx” MMC-nin 002/MQH/12- 18 saylı xx.xx.2018-ci il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 1 saylı evin 0,7646 ha torpaq sahəsində yerləşən yarımzirzəmisi və 316,3 kv.m ümumi, 208,3 kv.m əsas, 107,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 362.000 manat dəşkil etmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin 162/E saylı xx xxxx 2019-cu il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 1 saylı evin 0,7646 ha torpaq sahəsində yerləşən yarımzirzəmisi və 316,3 kv.m ümumi, 208,3 kv.m əsas, 107,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 495.000 manat müəyyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 265-01 saylı xx.xx.2019-cu il tarixli rəyinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 1 saylı evin 0,7646 ha torpaq sahəsində yerləşən yarımzirzəmisi və 316,3 kv.m ümumi, 208,3 kv.m əsas, 107,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 270.000 manat təşkil edir. Bundan başqa cavabdehin nümayəndəsi-vəkili apellyasiya baxışı zamanı məhkəməyə “X11” MMC-nin ƏEM/O 31-883/19 saylı xx.xx.2019-cu il tarixli hesabatına əsasən, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 1 saylı evin 0,7646 ha torpaq sahəsində yerləşən yarımzirzəmisi və 316,3 kv.m ümumi, 208,3 kv.m əsas, 107,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 585.500 manat təşkil etmişdir. Kollegiya hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 1 saylı evin 0,7646 ha torpaq sahəsində yerləşən yarımzirzəmisi və 316,3 kv.m ümumi, 208,3 kv.m əsas, 107,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri iş materiallarında olan ekspert rəyləri üzrə ortaq məbləğ 460.000 manat ((601.000+295.000+600.000+362.000+495.000+270.000+585.000)÷7=458.357 manat, yuvarlaqlaşdırılaraq 460.000 manat) müəyyən edilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin nümayəndəsi X6 məhkəmə iclasına iştirak etmişdir. Apellyator A.Mirzəzadə isə qeyd olunan MMC-nin 16 pay üzrə təsisçisidir. Belə olan halda onun məhkəmə iclasının vaxtı və yeri barədə məlumatı olmuşdur Beləliklə, birinci instansiya məhkəməsi haqlı olaraq işə onun iştirakı olmadan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllə 185-ci maddəsinə uyğun olaraq baxmışdır. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 384.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-249/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 1 saylı evin 0,7646 ha torpaq sahəsində yerləşən yarımzirzəmisi və 316,3 kv.m ümumi, 208,3 kv.m əsas, 107,5 kv.m köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin bazar dəyəri 460.000 manat müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-249/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Bakı şəhəri, Yasamal rayonu, X13 küçəsi 1 saylı evin 0,7646 ha torpaq sahəsində yerləşən yarımzirzəmisi və 316,3 kv.m ümumi, 208,3 kv.m əsas, 107,5 kv.m köməkçi sahədən ibarət qeyriyaşayış sahəsinin bazar dəyəri 460.000 manat müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən imza: Hakimlər imzalar: Əsli ilə düzdür: Hakim: Xumar Mərdanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar