Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6529/2022 14.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, iddiaçı Bakı ŞİH MKTD 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin Cavabdeh qarşı “yataqxana binasında zəbt olunmuş sahədən çıxarılma barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, cavabdeh ünvan 1 ünvanında yerləşən 5 mərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində zəbt etdiyi sahədən çıxarılsın. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, cavabdeh həmin sahədən çıxarılsın. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, iddiaçının nümayəndəsi Nümayəndə isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Həmin yataqxana binası iddiaçı 1 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 83 saylı MKİS-nin balansındadır. Cavabdeh yataqxana binasının 1-ci mərtəbəsində yerləşən sanitar qovşağı zəbt edərək yaşayış sahəsinə çevirib və hazırda həmin sahəyə sahiblik edir. Cavabdeh bildirir ki, sahəni zəbt etməyib, sahəni 2019-cu ildə 83 saylı MKİS-nin rəisi vəzifəsində işləmiş şəxsən 20.000 manata alıb və oranın təmir edilməsi üçün 10.000 manat xərcləyib. Məhkəmə bu məlumatın həqiqətə uyğun olubolmadığını araşdırmır, çünki alqı-satqı müqaviləsi yoxdur, o cümlədən MKİS rəisi sahəni satmaq səlahiyyətinə malik deyil. Cavabdehin həmin sahəyə dair hüquq müəyyənedici sənədi yoxdur, onun sahəyə sahiblik etməsi qanunsuz sahiblik sayılır. Beləliklə, məhkəmə Mülki Məcəllənin 157.2 və 164.2-ci maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci insansiya məhkəməsi iddianı təmin etməklə dzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6529/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6529/2022
14.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver