Məhkəmə qərarları › İş №2(103)-6531/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6531/2020

25.09.2020 · Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6531/2020 25.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və Azərbaycan Respublikası X2rşı “əldən çıxmış faydanın, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1988/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Azərbaycan Respublikası X2rşı “əldən çıxmış faydanın, maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona, yəni İddiaçı 4000 (dörd min) manat məbləğində əldən çıxmış faydanın və 380 (üç yüz səksən) manat məbləğində maddi ziyanın, 1000 (min) manat məbləğində mənəvi ziyanın, həmçinin 30 (otuz) manat dövlət rüsumunun cavabdeh - ləğv prosesində olan "Cavabdeh1" ASC-dən və ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi X3 tutularaq ona, yəni İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizə təqdim edərək, iş üzrə cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Azərbaycan Respublikası X4 əsl cavabdeh Azərbaycan Respublikası X6 ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 X10 ilə bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 70005697-9 saylı bank əmanəti müqaviləsinə əsasən 5000 (beş min) manat, xx xxxxxx 2016-cı il tarixli, 70005697-11 saylı bank əmanəti müqaviləsinə əsasən 5000 (beş min) manat, xx xxxxxx 2017-ci il tarixli, 70005697-13 saylı bank əmanəti müqaviləsinə əsasən 3000 (üç min) manat, xx xxxxxx 2017-ci il tarixli, 70005697-15 saylı bank əmanəti müqaviləsinə əsasən 7000 (yeddi min) manat, cəmi 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti 12 ay müddətinə illik 15 faiz olmaqla "Cavabdeh1" ASC-yə əmanət yerləşdirilmişdir. xx xxxxxx 2017-ci il tarixində lisenziyası ləğv olunmuş və halhazırda ləğv prosesində olan "Cavabdeh1" ASC-nin X1 Fonduna tərəfindən kompensasiyanın verilməsi ilə əlaqədar müraciət olunmuş, lakin cavabdeh təqdim olunmuş sənədlərin mövcud sistem məlumatları ilə uyğunsuzluq təşkil etdiyini əsas gətirərək xx xxxxxx 2018-cı il tarixli, **********869 saylı məktubla kompensasiya ödənişinin aparılmasından imtina etmişdir. Cavabdeh tərəfindən sözügedən məktubda bəhs olunan uyğunsuzluq sistemdə dörd müqavilə əvəzinə, altı müqavilənin əks olunması olmuşdur. Uyğunsuzluğu təşkil edən iki müqavilənin digər şəxsə aid olduğuna dair cavabdehə ünvanlanmış müraciətdə məlumatın, həmçinin cavabdehdə digər iki müqavilənin başqa şəxsə aid olduğuna dair sənədlərin mövcud olduğuna baxmayaraq kompensasiya ödənişinin həyata keçirilməsi baş verməmişdir. Nəticədə ona maddi və mənəvi ziyan vurulmuşdur. Cavabdehin təqdim olunmuş sənədləri ətraflı araşdırmaması, əsaslı sübutlar olmadan kompensasiyanın ödənilməsində süni maneələr yaratması nəticəsində işin hüquq müstəvisində həll olunması məqsədi ilə tərəfindən aidiyyəti üzrə məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4579/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunmuş, cavabdeh ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi X3 "Cavabdeh1" ASC ilə aralarında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 70005697-9 saylı bank əmanəti müqaviləsinə əsasən 5000 (beş min) manat, xx xxxxxx 2016-cı il tarixli, 70005697-11 saylı bank əmanəti müqaviləsinə əsasən 5000 (beş min) manat, xx xxxxxx 2017-ci il tarixli, 70005697-13 saylı bank əmanəti müqaviləsinə əsasən 3000 (üç min) manat, xx xxxxxx 2017-ci il tarixli, 70005697-15 saylı bank əmanəti müqaviləsinə əsasən 7000 (yeddi min) manat, cəmi 20.000 (iyirmi min) manat əmanət məbləğinin tutularaq ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13548/2018 nömrəli, xx xxxxxx 2018ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 3533/19 nömrəli, xx xxx 2019-cu il tarixli qərarı ilə isə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır. Mövcud kompensasiya məbləğinin ödənilməsi ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi X6 tərəfindən müvafiq məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra, yəni tərəfindən ünvanlanan müraciətdən tam 20 (iyirmi) ay keçdikdən sonra baş tutmuşdur. Beləliklə, ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi X6 tərəfindən mövcud müqavilələr əsasında əmanət şəklində qoyulmuş cəmi 20.000 (iyirmi min) manat pul vəsaitinin əsassız olaraq qaytarılmaması ailəsi üçün bir sıra çətinliklər yaratmışdır. Belə ki, 2018-ci ilin fevral ayında Gürcüstan Respublikasının Tbilisi şəhərində LTD "MMT Hospital" tibb müəsissəsində prostat vəzi lokallaşmış xərçənginə görə açıq radikal prostatektomiya əməliyyatı və 2019-cu ilin yanvar ayında Bakı şəhəri "Stimul" Hospitalda sağ tərəfli düz qasıq yırtığı diaqnozu ilə əməliyyat keçirmişdir. Yeganə gəlir mənbəyi hər ay aldığı 200 (iki yüz) manat məbləğində təqaüd olduğundan, cavabdehin qanunsuz və əsassız hərəkətləri nəticəsində üzləşdiyi maddi çətinliklər səbəbi ilə hər iki əməliyyat aparılan zaman digər şəxslərdən borc vəsaiti almaq məcburiyyətində qalmışdır. Halbuki, vəsait cavabdeh tərəfindən vaxtında qaytarılsa idi həmin məbləğin təkrar digər banka illik 12 faiz olmaqla əmanət şəklində qoyulması mümkün olardı. Bu halda təkrar qoyulmuş 20.000 (iyirmi min) manat əmanət 12% ilə ildə 2400 manat olmaqla xx xxxx 4000 (dörd min) manat təşkil edəcəkdir və ən azından bu müddət ərzində həmin məbləğdən faydalana bilərdi və müəyyən gəlir əldə edə bilərdi. Bununla görünür ki, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Əlavə olaraq tərəfindən işlərin hüquq müstəvisində həll olunması məqsədi ilə vəkil xidmətləri üçün cəmi 350 (üç yüz əlli) manat vəsait və 30 manat dövlət rüsumu ödənilmişdir. Hazırda ona vurulmuş maddi ziyanın məbləği 4380 (dörd min üç yüz səksən) manat təşkil edir. İşin faktiki hallarından görsənir ki, ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi X4 əsassız olaraq vəsaitin qaytarılmasında yaratdığı suni maneələr maddi çətinliklərlə üzləşməklə yanaşı ailə münasibətlərində mübahisələrin yaranmasına səbəb olmuşdur. Odur ki, ona dəymiş mənəvi ziyanı 1000 (min) manat məbləğində qiymətləndirir. Yuxarıda göstərilənlərə əsasən ona, yəni İddiaçı 4000 (dörd min) manat məbləğində əldən çıxmış faydanın və 380 (üç yüz səksən) manat məbləğində maddi ziyanın, 1000 (min) manat məbləğində mənəvi ziyanın, həmçinin 30 (otuz) manat dövlət rüsumunun cavabdeh - ləğv prosesində olan "Cavabdeh1" ASC-dən və ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi X3 tutularaq ona, yəni İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1988/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, mənəvi zərərə görə 100 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 2 manatı, cəmi 102 (yüz iki) manat məbləğində pulun cavabdeh LPO Cavabdeh1 ASC-dən alınaraq İddiaçı xeyrinə ödənilməsi, iddianın cavabdeh LPO Cavabdeh1 ASC-yə münasibətdə digər hissədə rədd edilməsi, iddianın cavabdeh X5 münasibətdə rədd edilməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1988/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Konstitusiya və bank qanunvericiliyində nəzərdə tutulmuş hüquqlarından istifadə edərək iddaçı 70005697-13 saylı bank əmanəti müqaviləsini mübahisələndirmiş və bu vəziyyətdə hər hansı maddi və ya mənəvi zərərdən söhbət gedə bilməz. Məhkəmə bu göstərilənləri nəzərə almayaraq bankın mənafeyinə zərər vurmuşdur. Cavabdeh apellyasiya şikayətinin əsası kimi qeyd edilən hallara və Mülki Prosessual Məcəllənin 35.2, 357.1, 360, 384.0.2, 361-ci maddələrinə istinad etmişdir. Kollegiya iclasında iştirak edən cavabdehin nümayəndəsi E.Həsənov apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və qətnamənin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3533/19 nömrəli, xx xxx 2019-cu il tarixli qərarından görünür ki, Nəsimi Rayon Məhkəməsinin 2(006)-4579/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin olunmuş, cavabdeh ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi X3 "Cavabdeh1" ASC ilə aralarında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 70005697-9 saylı bank əmanəti müqaviləsinə əsasən 5000 (beş min) manat, xx xxxxxx 2016-cı il tarixli, 70005697-11 saylı bank əmanəti müqaviləsinə əsasən 5000 (beş min) manat, xx xxxxxx 2017-ci il tarixli, 70005697-13 saylı bank əmanəti müqaviləsinə əsasən 3000 (üç min) manat, xx xxxxxx 2017-ci il tarixli, 70005697-15 saylı bank əmanəti müqaviləsinə əsasən 7000 (yeddi min) manat, cəmi 20.000 (iyirmi min) manat əmanət məbləğinin tutularaq ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13548/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayətinin təmin edilməməsi, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3533/19 nömrəli, xx xxx 2019-cu il tarixli qərarı ilə isə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-13548/2018 nömrəli, xx xxxxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. X4 İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, “Əmanətlərin sığortalanması haqqında’’ AR Qanununun 28.2-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlər ilə sistemdəki məlumatlar arasında uyğunsuzluq mövcud olduğu üçün kompensasiya ödənişini aparmaq mümkün olmamışdır. xx.xx.2018-ci il tarixli ödəniş qəbzindən (№ 448027) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardım üçün 11 (on bir) manat ödəniş edilmişdir. xx.xx.2019-cu il tarixli, 291857 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqlarının müdafiə edilməsi məqsədilə 15 saylı Vəkil Bürosunun hesabına 290 (iki yüz doxsan) manat ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli, BPMASAN**********34 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqlarının müdafiə edilməsi məqsədilə “Marandskiy və partnyorları” Vəkil Bürosunun hesabına 50 (əlli) manat ödəniş edilmişdir. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən (№ 12864) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün kreditor sübut etməlidir ki, borclu onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir. Mülki Məcəllənin 449.2-ci maddəsinə görə, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində qətnamənin iddianın təmin olunmayan hissəsinin deyil, tam ləğv olunması xahiş olunduğundan, apellyasiya instansiyası məhkəməsi qətnaməni tam yoxlayır. İşin hallarına əsasən müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 ASC arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 70005697-9 saylı bank əmanəti müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 ASC-də onun adına açılmış depozit hesabına illik 15% dərəcəsi olmaqla, 12 ay müddətinə xx xxxxxx 2017-ci il tarixədək 5000 manat məbləğində əmanət yerləşdirilmişdir. Buna müvafiq olaraq Cavabdeh1 ASC-nin xx xxxxxx 2016- cı il tarixli, 94988633 saylı mədaxil qəbzinə görə İddiaçı tərəfindən Cavabdeh1 ASCyə 5000 manat məbləğində pul ödənilmişdir. X8 ilə Cavabdeh1 ASC arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 70005697-11 saylı bank əmanəti müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 ASC-də onun adına açılmış depozit hesabına illik 15% dərəcəsi olmaqla, 12 ay müddətinə xx xxxxxx 2017-ci il tarixədək 5000 manat məbləğində əmanət yerləşdirilmişdir. Buna müvafiq olaraq Cavabdeh1 ASC-nin xx xxxxxx 2016-cı il tarixli, 95145068 saylı mədaxil qəbzinə görə İddiaçı tərəfindən Cavabdeh1 ASC-yə 5000 manat məbləğində pul ödənilmişdir. X8 ilə Cavabdeh1 ASC arasında bağlanmış xx xxxxxx 2017ci il tarixli, 70005697-13 saylı və 70005697-15 saylı bank əmanəti müqavilələrinə əsasən İddiaçı tərəfindən Cavabdeh1 ASC-də onun adına açılmış depozit hesabına illik 15% dərəcəsi olmaqla, 12 ay müddətinə xx xxxxxx 2018-ci il tarixədək 3000 manat və 7000 manat məbləğində əmanət yerləşdirilmişdir. Buna müvafiq olaraq Cavabdeh1 ASC-nin xx xxxxxx 2017-ci il tarixli, ********* saylı mədaxil qəbzinə görə İddiaçı tərəfindən Cavabdeh1 ASC-yə 10000 manat məbləğində pul ödənilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4579/2018 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdeh ləğv prosesində olan "Cavabdeh1" ASC-nin ləğvedicisi X3 "Cavabdeh1" ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 70005697-9 saylı bank əmanəti müqaviləsinə əsasən 5000 (beş min) manat, xx xxxxxx 2016-cı il tarixli, 70005697- 11 saylı bank əmanəti müqaviləsinə əsasən 5000 (beş min) manat, xx xxxxxx 2017-ci il tarixli, 70005697-13 saylı bank əmanəti müqaviləsinə əsasən 3000 (üç min) manat, xx xxxxxx 2017-ci il tarixli, 70005697-15 saylı bank əmanəti müqaviləsinə əsasən 7000 (yeddi min) manat, cəmi 20.000 (iyirmi min) manat əmanət məbləğinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Qeyd olunan hallar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcud olması səbəbindən preyudisial əhəmiyyət kəsb edir və işin mübahisələndirilməyən halını təşkil edir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Sadalanan maddələrin tələbinə görə, zərərin ödənilməsi üçün zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması kimi hüquqi əsaslar müəyyən edilməlidir. İş materiallarına əsasən müəyyən edilir ki, iddiaçı kompensasiyanın alınması üçün məhkəməyə müraciət etməklə və uzunmüddətli məhkəmə çəkişmələrində iştirak etməklə müəyyən maddi itkilərə məruz qalmışdır. İddiaçının tələb etdiyi 380 manat məbləğində maddi ziyan məhkəmə xərclərindən (dövlət rüsumu və s.) ibarət ki, iddiaçı bu xərclərin ödənilməsini digər mülki işə baxılan zaman mülki prosessual qanunvericiliyin müvafiq normalarına əsasən tələb etmək hüququna malik idi. İddia tələbinin mənəzi zərərin ödənilməsi hissəsinə dair kollegiya qeyd edir ki, iddiaçının cavabdehin qanunsuz hərəkət və hərəkətsizliyi nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi istisna edilmədiyindən onun mənəvi zərərin ödənilməsi hüququ mövcuddur. Lakin mənəvi zərərin 1000 manat məbləğində tələb edilməsi işin hallarına və vurulan mənəvi zərərin həcminə uyğun olmadığından birinci instansiya məhkəməsi tərəfindən 100 manat məbləğində müəyyən edilməsi məqsədəmüvafiq olmuşdur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və X11 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Kollegiya həmçinin Cavabdeh1 ASC-nin ləğv prosesində olması səbəbindən əldən çıxmış faydanın ona yönəldilə bilməməsinə dair birinci instansiya məhkməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, iddiaçı Mülki Məcəllənin qeyd olunan maddəsinə əsasən, cavabdehin özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanan həmin vəsaitin məbləğindən faizlərin ödəməsi hüququna malik olsa da, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyən edildiyindən cavabdehin üzərinə qoyula bilməz. Çünki, cavabdeh ləğv prosesində olduğundan yalnız ləğvetmə çərçivəsində fəaliyyət göstərir, yəni depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə vəhesablaşma-kassa əməliyyatlarının həyata keçirilməsi ilə məşğul olmur. Belə olan halda kollegiya hesab edir ki, bankın sahibliyində olan aktivlərin maliyyə dövriyyəsinin dayandırılması üçün, onun hesabında olan pul və ya digər əmlak vasitəsilə faydalanması, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etməsi istisna edildiyindən maddi zərərin ödənilməsi hissəsində iddia tələbinin rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh1 ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1988/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar