Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6531/2021 22.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(004)-2910/2021 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3000 manat pulun və 30 manat dövlət rüsumunun alınıb ona verilməsi baradə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(004)- 2910/2021 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etsə də, o, işin mahiyyəti üzrə həll olunmasını tələb edir. Belə ki, hazırkı iş üzrə iddiaçı Beyləqan Rayon Məhkəməsində öz xeyrinə qətnamə qəbul edilməsinə nail olmuş, həmin qətnamə əsasında verilmiş icra vərəqəsi üzrə onun əmək haqqına tutma yönəldilmişdir. Bunun nəticəsində ona 2000 manat məbləğində ziyan dəymişdir. O, işə mahiyyəti üzrə baxılmasında maraqlıdır. Buna görə də hesab edir ki, birinci instansiya məhkəməsi əsassız olaraq iddia ərizəsini baxılmamış saxlamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli 2(004)- 2910/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə İddiaçı məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iddia ərizəsinin baxılmamış saxlanılması haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(004)-2910/2021 saylı qərardadı ləğv edilməli, mülki iş mahiyyəti üzrə baxılması üçün rayon şəhər məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 59.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Mülki iş materiallarından görünür ki, Beyləqan Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(020)-266/2020 saylı qiyabi qətnaməsi ilə Cavabdeh borca görə 3000 manat pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Bundan sonra Cavabdeh ərizəsi əsasında həmin məhkəmənin 25 fevral 2021-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilərək işə mahiyyəti üzrə baxılması təzələnmiş, mülki iş aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı 04 may 2021-ci il tarixdə ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmədiyini bildirmiş və səhhəti normallaşana qədər məhkəmə iclasının təxirə salınmasını və işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Ərizənin məzmunundan görünür ki, İddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etməmişdir. Məhkəmənin 17 may 2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasına çağırılması barədə bildiriş isə cavabdehə çatmamışdır. Cavabdehin şikayətindən görünür ki, o, mülki işin mahiyyəti üzrə baxılmasını tələb edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-in 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 398-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilsin. İddia ərizəsinin baxılmamış saxlanılması haqqında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli 2(004)-2910/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6531/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6531/2021
22.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver