Məhkəmə qərarları › İş №2(103)-6532/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6532/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6532/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3124/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə mənim aramda 24 iyul 2018-ci il tarixdə 3 saylı Bakı “Asan xidmət“' mərkəzində Notariat Kontorunda beh müqaviləsi bağlanmışdır. Beh müqaviləsində cavabdehə məxsus fərdi yaşayış evinin və 0.07 ha torpaq sahəsinin xx.xx.2018-ci il tarixədək mənim mülkiyyətimə verilməsi üçün notariat kontorunda alqı-satqı müqaviləsini rəsmiləşdirməyi və həmin əmlakın 250 (iki yüz əlli min) manata satılmasını şərtləndirsək də, əslində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi ünvanda ümumi olaraq 0.15 ha torpaq sahəsi mövcuddur, həmin torpaq sahəsinin 0.07 ha hissəsi xüsusi mülkiyyətdədir, digər 0.08 ha hissəsi isə qeydiyyatdan keçməyən torpaq sahəsidir. Aralarında olan razılaşmaya görə xx.xx.2018-ci ilədək fərdi yaşayış evinin yerləşdiyi ümumi torpaq sahəsinə və fərdi yaşayış evinə vahid çıxarış əldə olunduqdan sonra alqı-satqı bağlanar. Məhz beh müqaviləsi bağlanan zaman alqı-satqı müqaviləsinin bağlanmasına mane olan hal fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin, yəni 0.08 ha hissəsinin xüsusi mülkiyyət hüququ üzrə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməməsi səbəb olmuşdur. Cavabdeh 0.08 ha torpaq sahəsini hüquqi qeydiyyatdan keçirmək üçün 40000 manat vəsaitə ehtiyacının olduğunu bildirmiş, buna görə də mövcud olan sənəd əsasında aramızda beh müqaviləsi bağlanmış və cavabdeh gələcəkdə, yəni xx.xx.2018-ci i tarixədək alqı-satqı müqaviləsini bağlamağı öz öhdəsinə götürmüşdür. Göründüyü kimi onun məqsədi razılaşdırılmış qiymətə evi almaqdan ibarət olmuş və buna görə də cavabdehin alqı- satqı müqaviləsi bağlamaqdan ötrü evinin sənədinin tam hazır etməsini gözləmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi şərtləşdirilmiş müddətədək yerinə yetirməmiş və belə olan halda da məsuliyyət bilavasitə cavabdehin üzərinə düşür. Beh müqaviləsi üzrə verilmiş cavabdehin aldığı 40000 manat vəsait 0.08 ha torpaq sahəsini özəlləşdirmək üçün aldığı beh məbləğidir. Evin alqı-satqısı zamanı evin satış qiyməti və beh barədə razılıq tərəflər arasında müəyyən edilir və bir çox hallarda beh məbləği ***-**** manat civarında olur. Çünki beh məbləği satılan əmlaka mütənasib müəyyənləşdirilir. Aralarında razılaşdırılmış alqı-satqının qiyməti 250.000 manat, beh məbləği isə 40.000 manat olmuşdur, eyni zamanda həmin beh müqaviləsi üzrə alqı-satqı müqaviləsi bağlamaq üçün müddət ona deyil, cavabdehə verilmişdir. Əgər alqı-satqı müqaviləsini bağlamaq biləvasitə ondan asılı olmuşdursa, bununla bağlı hər hansı bir öhdəlik götürmüşdürsə, bu zaman həmin hallar beh müqaviləsində nəzərdə tutulmuş olardı. Bütün bunlar isə onu deməyə əsas verir ki, cavabdehin beh müqaviləsi bağlamaqda və 40.000 manat məbləğində beh almaqda niyyəti 0.08 ha torpaq sahəsini özəlləşdirməkdən ibarət olmuşdur. Qeyd edilənlərə əsasən Cavabdeh 24 iyul 2018-ci il tarixli beh müqaviləsinə əsasən ona verdiyi 40000 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 210 manat pulun alınıb ona verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 ərizə təqdim edərək, bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 24 iyul 2018- ci il tarixli beh müqaviləsinə əsasən ona 40000 manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun əvəzi qismində 210 mana məbləğində pul vəsaitinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı bu iddiadan əvvəl Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə 24 iyul 2018-ci il tarixli beh müqaviləsinə əsasən 40000 manat məbləğindən behin ikiqat olaraq 80000 manat və Mərkəzi Bankın illik 5% həcmində milli uçot dərəcəsinə uyğun olaraq dəymiş maddi ziyan qismində 7951 manat məbləğində pulun, cəmi 87951 və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 354 manat pulun Cavabdeh alınıb ona verilməsi tələbi ilə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2895/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli beh müqaviləsi üzrə Cavabdeh 80.000 (səksən min) manat məbləğində pulun və 318,6 manat (üç yüz on səkkiz manat altı qəpik) məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulsun tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfində apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1595/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin 2(102)- 2693/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda sadalanan məhkəmə aktlarından görünür ki, iddiaçının hazırkı tələbinə baxılmış, iş üzrə yekun məhkəmə aktı qəbul edilmiş və qüvvəyə minmişdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3124/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilməsi və ödənilmiş 210 manat dövlət rüsumu İddiaçı qaytarılması qərara alınmışdır. Qərardadan narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil2 şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3124/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadını ləğv edib işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı əvvəlki iddia tələbinin predmeti behin iki qatının, yəni 80000 manat pulun və dəymiş maddi ziyana görə 7951 manat pulun alınıb qaytarılmasından ibarət olmuşdur. İddia ərizəsində iddianın əsas isə 0.07 ha torpaq sahəsi ilə bağlı olmuşdur. Hazırki iddianın predmeti də, əsası da tam ayrıdır. Əvvəlki iddia tələbi ilə eynilik təşkil etmir. Hazırki iddianın predmeti iddiaçının cavabdehə verdiyi 40000 manat puldən ibarətdir. İddianın əsası isə 0.15 ha torpaq sahəsinin 0.08 ha torpaq sahəsinin sənədləşməsinə görə verilən 40000 manat puldan ibarətdir. Belə ki, İddiaçı ilə Cavabdeh arasında 24 iyul 2018-ci il tarixdə 3 saylıBakı“Asan xidmət” mərkəzində Notariat Kontorunda beh müqaviləsi bağlanmış, həmin beh müqaviləsinə əsasən cavabdeh ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və xüsusi mülkiyyətində olan 0.07 ha torpaq sahəsini iddiaçının mülkiyyətinə verməsi ilə əlaqədar beh müqaviləsini bağladıqdan sonra xx.xx.2018-ci il müddətinədək notariat kontorunda alqı-satqımüqaviləsi rəsmiləşdirməyi öz öhdəsinə götürür, satılan əmlak isə 250.000 (iki yüz əlli min) manata qiymətləndirilir. Beh müqaviləsindən görünür ki, bu müqavilənin bağlanması, gələcəkdə alq-satqımüqaviləsinin bağlanmasını şərtləndirmişdir. Cavabdeh beh müqaviləsinin bağlanmasına əsas olan, mülkiyyət hüququ üzrə ona məxsus 0.07 ha torpaq sahəsini və fərdi yaşayış evinə dair iddiaçı ilə xx.xx.2018-ci ilədək alqısatqımüqaviləsi bağlamağı öz öhdəsinə götürmüşdür. Satılacaq əmlakın 250.000 manat məbləğində olan qiyməti isə 0.15 ha, torpaq sahəsi üzrə, həm də torpağın üzərində yerləşən fərdi yaşayış evi üzrə hesaba alınmışdır. Belə ki, iddiaçı ilə cavabdeh (40.000 manat behin verilməsi ilə bağlı) razılığa gəlimişlər ki, fərdi yaşayış evinin yerləşdiyi ünvanda 0.15 ha torpaq sahəsi mövcuddur, həmin torpaq sahəsinin 0.07 ha hissəsi xüsusi mülkiyyətdədir, digər 0.08 ha hissəsi isə qeydiyyatdan keçməyən torpaq sahəsidir.Fərdi yaşayış evinin yerləşdiyi ümumi torpaq sahəsinə və fərdi yaşayış evinə vahid çıxarış əldəolunduqdan sonra alqı-satqı bağlanar. Məhz beh müqaviləsi bağlanan zaman alqısatqı müqaviləsinin bağlanmasına mane olan hal fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin bir hissəsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməməsi səbəb olmuşdur. Cavabdeh 0.08 ha torpaq sahəsini hüquqi qeydiyyatdan keçirmək üçün 40000 manat vəsaitə ehtiyacının olduğunu bildirmiş,buna görə də mövcud olan sənəd əsasında tərəflər arasında beh müqaviləsi bağlanmış və cavabdeh gələcəkdə, yəni xx.xx.2018-ci il tarixədək alqı-satqımüqaviləsini bağlamağı öz öhdəsinə götürmüşdür. Göründüyü kimi iddiaçının məqsədi razılaşdırılmış qiymətə evi almaqdan ibarət olmuş və buna görə də o cavabdehin alqı-satqımüqaviləsi bağlamaqdan ötrü evin sənədini tam hazır etməsini gözləmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi şərtləşdirilmiş müddətədək yerinə yetirməmiş və belə olan halda da məsuliyyət biləvasitə cavabdehin üzərinə düşür. Belə ki, beh müqaviləsi üzrə tərəflərin öhdəlikləri müəyyən edilmiş, iddiaçı tərəf üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, cavabdeh tərəf isə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, o cümlədən müəyyən olunmuş müddətədək alqı-satqı müqaviləsini bağlamamışdır. Apellyasiya instansiyası məhkəməsi məlum mübahisəli işə dair gəldiyi nəticə üzrə beh müqaviləsinin bağlandığı vaxt cavabdehin sənədlərinin qaydasında olduğu, cavabdeh tərəfindən apellyasiya şikayətinə fərdi yaşayış evi və 0.07 ha torpaq sahəsi barədə Seriya RX ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışın əlavə edildiyi və bu səbəbdən də birinci instansiya məhkəməsinin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməməsi barədə gəldiyi nəticənin əsaslı olmadığı qənaətinə gəlmişdir.İşdən göründüyü kimi tərəflər evin satış qiyməti barədə razılıq əldə etmiş və bu barədə hər hansı mübahisə mövcud deyildir. Beh müqaviləsi üzrə verilmiş 40000 manat vəsait isə iddiaçının 0.08 ha torpaq sahəsini özəlləşdirmək üçün aldığı beh məbləğidir. Qeyd olunduğu kimi tərəflər evin alqı-satqıqiyməti barədə razılığa gəlmişlər, bu barədə hazırda da mübahisə yoxdur, yalnız burada behlə bağlı mübahisə mövcuddur. Beh məbləğini isə tərəflər özləri müəyyən edir və çox hallarda beh məbləği ***-**** manat civarında olur. Çünki beh məbləği satılan əmlaka mütənasib müəyyənləşdirilir. Tərəflər arasında razılaşdırılmış alqı-satqının qiyməti 250.000 manat, lakin cavabdehə verilən beh məbləği isə 40.000 manat olmuşdur. Eyni zamanda həmin beh müqaviləsi üzrə alqı-satqı müqaviləsi bağlamaq üçün müddət iddiaçıya deyil, cavabdehə verilmişdir. Əgər alqı-satqı müqaviləsini bağlamaq biləvasitə iddiaçıdan asılı olmuşdursa, iddiaçı bununla bağlı hər hansı bir öhdəlik götürmüşsə, bu zaman həmin hallar beh müqaviləsində nəzərdə tutulmuş olardı. Bütün bunlar isə onudeməyə əsas verir ki, cavabdehin beh müqaviləsi bağlamaqda və 40.000 manat məbləğində beh almaqda niyyəti əvvəllər 0.08 ha torpaq sahəsi üzərində hüquqlarını qeydiyyata aldırmaqdan ibarətolmuş, lakin sonradan cavabdeh vədinə əməl etməmiş, əsassız olaraq vaxtı uzatmış və nəticədə öhdəliyini yerinə yetirə bilməmişdir. Cavabdeh apelyasiya şikayətində və apelyasiya icraatı zamanı verdiyi izahatında beh müqaviləsi bağlandığı vaxt onun satmaq istədiyi fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri notariat orqanına təqdim etdiyini, xx.xx.2018-ci il tarixdə və ondan sonra da iddiaçı ilə əlaqə saxladığını, ona müddətin başa çatdığını və alqı-satqımüqaviləsinin bağlanmasını təklif etsə də, iddiaçı beh müqaviləsi ilə müəyyən etdikləri məbləği tam həcmdə ödəməyə hazır olmadığını bildirmiş, buna görə də, yəni beh müqaviləsinin şərtlərinin iddiaçı tərəfindən icra edilməməsi alqısatqımüqaviləsinin bağlanmamasına səbəb olduğunu bildirmişdir. Cavabdehin mövqeyinə cavab olaraq aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edirəm. Belə ki, cavabdehin apelyasiya şikayəti üzrə mövqeyi və apelyasiya icraatı zamanı verdiyi izahatı tam əsassızdır. Belə ki, əgər cavabdeh xx.xx.2018-ci il il tarixdə və həmin tarixdən sonrakı dövrdə iddiaçı ilə əlaqə saxlamışsa, ona alqı-satqı müqaviləsinin bağlanmasımüddətinin başa çatdığını və alqı-satqı müqaviləsinin bağlanmasını təklif etmişsə, iddiaçı da buna hazır olmadığını bildirmişsə və xx.xx.2018-ci il tarixdən artıq keçmişsə, cavabdehin gələcəkdə məsuliyyətdən kənarda qalmaqdan ötrü müvafiq tədbirlər görmək imkanı olmuşdur. Yəni, cavabdeh iddiaçıya pretenziya məktubu göndərməklə gələcəkdə yarana biləcək məsuliyyətdən azad olmaq imkanını əldə edə bilərdi. Bundan başqa iddiaçı ilə cavabdeh arasında beh müqaviləsi bağlandığı zaman fərdi yaşayış evininin yerləşdiyi yer üzrə bütün sənədlər qaydasında olsaydı, 40.000 manat məbləğində behin verilməsinə də zərurət yaranmazdı. Verilmiş 40000 manat pul iddiaçın mülkiyyəti hesab olunur və istənilən vaxt o həmin əşyanı tələb etmək hüququna malikdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 Mirrafiq oğlu elektron kabinet vasitəsilə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 24 iyul 2018- ci il tarixli beh müqaviləsinə əsasən ona 40000 manat məbləğində pul vəsaitinin və dövlət rüsumunun əvəzi qismində 210 mana məbləğində pul vəsaitinin Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.İddiaçı bu iddiadan əvvəl Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə 24 iyul 2018-ci il tarixli beh müqaviləsinə əsasən 40000 manat məbləğindən behin ikiqat olaraq 80000 manat və Mərkəzi Bankın illik 5% həcmində milli uçot dərəcəsinə uyğun olaraq dəymiş maddi ziyan qismində 7951 manat məbləğində pulun, cəmi 87951 və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 354 manat pulun Cavabdeh alınıb ona verilməsi tələbi ilə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2895/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli beh müqaviləsi üzrə Cavabdeh 80.000 (səksən min) manat məbləğində pulun və 318,6 manat (üç yüz on səkkiz manat altı qəpik) məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulsun tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfində apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1595/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia rədd edilmişdir. Həmin qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin 2(102)-2693/2023 nömrəli iş üzrə xx.xx.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş və iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda sadalanan məhkəmə aktlarından görünür ki, iddiaçının hazırkı tələbinə baxılmış, iş üzrə yekun məhkəmə aktı qəbul edilmiş və qüvvəyə minmişdir. Buna görə də hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3124/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(006)-6532/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından aydın olur ki, iddiaçının iddia tələbinə məhkəmədə baxılmış, mahiyyəti üzrə qətnamə qəbul edilmiş və bu qətnamə qanuni qüvvəsini almışdır. Belə ki, iddiaçı 24 iyul 2018-ci il tarixli beh müqaviləsinə əsasən ona verdiyi 40000 manat məbləğində pulun ona verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi 24 iyul 2018-ci il tarixli beh müqaviləsinə əsasən ona verdiyi 40000 manat məbləğində pulun geri qaytarılması məsələsinə artıq münasibət bildirilmişdir və bununla bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, şikayət əsassızdır və təmin edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası eyni tərəflər arasında, eyni əsaslar və eyni predmetlə bağlı iki dəfə işə baxılmasını müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Kollegiya qeyd edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə iddiaçının hazırkı tələbi ilə bağlı iddia tələbinə baxılması yolverilməzdir. Birinci instansiya məhkəməsi qeyd olunan hala düzgün qiymət vermiş, hazırki iddia tələbi ilə bağlı iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlmişdir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3124/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r а r а а l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-3124/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar