Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6533/2025 28.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının və qohumluqda olma faktının müəyyən edilməsi” tələbi barədə iddia ərizəsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, e-2(008)-7377/2025 saylı qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 1824-cü il təvəllüdlü X1 1895-ci il tarixdə Bakı şəhərində vəfat etməsi və Ərizəçi 1824-cü il təvəllüdlü X1 kötücəsi, 1869-cu il təvəllüdlü Paşa Mehdi oğlunun nəticəsi, 25 dekabr 1900-cü il təvəllüdlü X4 nəvəsi olmaqla onlarla qohumluq münasibətlərində olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-7377/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadı ilə Ərizəçi “ölüm faktının və qohumluq münasibətlərinin faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin geri qaytarılması qərara alınmışdır. Məhkəmə mövqeyini belə izah etmişdir ki, ərizəçi tərəfindən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə ərazi üzrə tibb müəssisəsinə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməmişdir. Belə olan halda ərizəçi mübahisənin məhkəməyədək nizama salma qaydasına riayət edilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etməmişdir. Həmin qərardad ilə razılaşmayan Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə elektron kabinet vasitəsilə xx.xx.2025-ci il tarixində qərardaddan şikayət verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 7377/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadını ləğv edib, ərizənin icraata qəbul edilərək baxılması, əks təqdirdə işin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizə bundan əvvəl ikinci dəfədir müxtəlif əsaslarla geri qaytarılır. Ərizədə qohumluq və ölüm faktının miras əmlakın qəbul edilməsi üçün lazım olması qeyd edilir. Həmçinin tibbi sənədlə bağlı hissə ilə əlaqədar şikayətçi şəxsin vəfat etidyi dövrdə heç bir tibb ocağının olmamasını və buna görə ölüm haqqında tibbi sənədin və ya imtinanın hansı orqandan alına bilməsini nəzərə almadığını və hakimin gəldiyi nəticənin əsassız olmasını qeyd edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli, e-2(008)- 7377/2025 saylı qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)- 7377/2025 nömrəli, xx.xx.2025- ci il tarixli qərardadından Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə şikayəti təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. - 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. - 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: Mübahisələndirilən qərardaddan göründüyü kimi məhkəmə ərizəçi tərəfindən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə ərazi üzrə tibb müəssisəsinə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməməsi ilə əsaslandırmışdır. Hazırkı işin materiallarında mövcud olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-3/8-16-908/2025 nömrəli (səh.25) və Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin xx.xx.2025-ci il tarixli (səh.32) məktublarında müəyyən olunur ki, Ərizəçi ulu babası X1 ölümünün qeydə alınması barəsinə müvafiq müraciətləri olmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbindən görünür ki, X1 1895-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi xahiş edilmişdir. Lakin həmin dövrə aid ölüm haqqında dövlət qeydiyyatının aparılması ehtimal olunmur və aparıldığı halda belə, müvafiq qeydiyyat sənədlərinin (tibbi sənədlər və s.) bu günə qədər saxlanılaraq gəlib çatması mümkün hesab edilmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadında göstərilən ərizənin düzgün tərtib edilməməsinə dair qeydinə münasibətdə qeyd edir ki, iddia ərizəsi elektron formada verilməsinə baxmayaraq, həmin ərizənin əlavəsində ərizəçi qismində Ərizəçi və maraqlı şəxs qismində isə Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi qeyd edilmişdir. Odur ki, iddia ərizəsinin formal əsaslarla geri qaytarılması qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz və belə qaytarılma hüquqi baxımdan əsassızdır. Nəzərə almaq lazımdır ki, məhkəmə müdafiəsi hüququ konstitusion hüquq olmaqla, hər bir kəsin məhkəməyə çatımlıq, hüquq və azadlıqların məhkəmə qaydasında təminatına imkan hüququdur. Bu imkanın hər hansı formal əsaslarla məhdudlaşdırılması həmin hüququn əsassız pozuntusuna gətirib çıxarar, həm də məhkəmələrin lüzumsuz yüklənməsinə şərait yaradar. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Çerniçkin Rusiya Federasiyasına qarşı” iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur. Odur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, e- 2(008)-7377/2025 saylı qərardadı ləğv olunmalı, iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 noyabr 2025-ci il tarixli, e-2(008)- 7377/2025 saylı qərardadı ləğv edilsin. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının və qohumluqda olma faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü məsələsinə yenidən baxılması üçün (qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla) mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(103)-6533/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6533/2025
28.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver