Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6539/2025 09.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X5 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “ödənilmiş artıq məbləğin geri qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2024 saylı, 22 aprel 2025-ci il tarixli qərardadından Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı “ödənilmiş artıq məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddiaya qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. İddiaçının ərizəsi əsasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(005)-60/2024 saylı qərardadı ilə qeyd edilən mülki işə qiyabi icraat qaydasında baxılmış; məhkəmənin həmin tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MTK-dan 155.700 (yüz əlli beş min yeddi yüz) manat məbləğində pul vəsaiti və 337,50 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması qət edilmişdir. xx.xx.2024-cü il tarixdə iş üzrə Cavabdeh MTK məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2024 nömrəli, xx.xx.2024cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı “ödənilmiş artıq məbləğin geri qaytarılması” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsinə dair Cavabdeh MTKnın ərizəsi təmin edilməmişdir xx.xx.2024-cü il tarixdə iş üzrə Cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Vəkil Cabir oğlu şikayət ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 60/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilərək, qiyabi qətnamənin ləğvi barədə Cavabdeh MTK-nın ərizəsinin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh MTK-nın nümayəndəsi (vəkili) Vəkil Cabir oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6099/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Cavabdeh MTK-nın verdiyi şikayət qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilmiş və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki işin birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Kollegiya mövqeyini onunla əsaslandırmışdır ki, əgər məhkəmə qiyabi qətnamənin 24 may 2024-cü il tarixdə cavabdeh tərəfindən alınması qənaətinə gəlirsə, ilkin olaraq qiymət verilməli olan məsələ qiyabi qətnamənin ləğvi barədə ərizənin mümkünlüyü, yəni, qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində verilib – verilməməsinin aydınlaşdırılması olmalı idi. Belə ki, MPM-nin 244-cü maddəsində bu ərizənin verilməsi üçün 10 gün müddət nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən isə ərizə bu müddət başa çatdıqdan (4 iyun 2024-cü il) 24 gün sonra - 28 iyun 2024-cü il tarixdə verilmişdir. Yəni, birinci instansiya məhkəməsi qiyabi qətnamənin 24 may 2024-cü il tarixdə cavabdeh tərəfindən alınması qənaətinə gəlirdisə, MPM-nin 13.4, 363.1 və 363.1.3-cü maddələrinə əsaslanmaqla həmin ərizəni geri qaytarmalı idi. Lakin bunun əksinə olaraq məhkəmə prosessual müddətin keçməsinə ərizənin rədd olunma əsaslarından biri kimi qiymət verərək ərizənin rədd olunması qənaətinə gəlmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(005)-60/2024 saylı nömrəli qiyabi qətnaməsindən Cavabdeh MTK-nın nümayəndəsi (qanuni təmsilçisi) Nurlan Vahabov tərəfindən verilmiş qiyabi qətnamənin ləğv edilməsi barədə ərizədən imtina edilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehin nümayəndəsi (vəkili) Vəkil Cabir oğlu EMİS vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-60/2024 saylı qərardadının ləğv edilməsi və MTK-nın ərizəsinin icraata götürülməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadından cavabdehin nümayəndəsi (vəkili) Vəkil Cabir oğlunun şikayəti təmin edilmədən mülki iş baxılmasından ötrü Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3766/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(005)- 60/2024 saylı qərardadından Cavabdeh MTK-nın verdiyi şikayət təmin edilmədən, sözügedən qərardad dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron kabinet vasitəsi ilə xx.xx.2025-ci il tarixdə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005) 60/2024 saylı nömrəli qiyabi qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş “qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə” üzrə buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005) 60/2024 saylı nömrəli qiyabi qətnaməsi ilə Cavabdeh MTK tərəfindən verilmiş qiyabi qətnamənin ləğv edilməsi barədə ərizədən imtina edilmiş və cavabdehə buraxılmış prosessual müddətin bərpası barədə sübutlar təqdim etməklə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Həmin qətnamə cavabdeh "xxxx" MTK-nın hüquqi ünvanı üzrə göndərilmiş, həmin ünvanda “Zəkizadə Nurlan” tərəfindən xx.xx.2024-cü il tarixli poçt qəbzinə imza edilərək, rəsmi qaydada qəbul edilmişdir.” Cavabdeh MTK-nın rəsmi fəaliyyətini 2018-ci ildən dayandırmış və həmin vaxtdan hərhansı bir rəsmi işçisi yoxdur və rəsmi şəxsi yalnız Sədridir. MTK-nın asan imzası olmadığından o vergilər nazirliyinin rəsmi saytında olan kabinetindən istifadə etmir və elektron məhkəmə portalında belə kabineti yoxdur. Hüquqi ünvan kimi qeyd edilən ünvan əvvələr MTK-nın təsisçilərinə məxsus oturduğu plazanın ünvanıdır, ora hal-hazırda bir çox fiziki və hüquqi şəxslərə icarəyə verilib və MTK təsisçiləri və sədri dəyişdikdən sonra həmin ünvanda fəaliyyətin dayandırdıqdan sonra orada fəaliyyət göstərmir. Araşdırma zamanı məlum olmuşdur ki, həmin ünvana gələn məktubları plazanın icarədarı olan və plazanı idarə edən şirkətlərin birinin mühafizəçiləri qəbul edir və üzərində saxlayaraq binanın girişində olan masada saxlayır və oraya gələn icarədarlar hərəsi özünə məxsus mətktubu baxıb götürür. Bundan sonra MTK rəsmi olaraq qiyabi qətnamədən xəbər tutmuş və ləğvinə dair ərizə vermişdir. Lakin məhkəmə həmin qətnaməni ləğv etməmiş və qərardad qəbul edərər ötürülmüş prosessual müddətin bərpa edilməsini izah etmişdir. Həmin qərardadı məhkəmənin onun vəkil kimi elektron kabinetinə əlavə etdikdən sonra xəbər tutmuş və şikayət etmişdir. O, Zəkəriyev Nurlanla da sövbət etmiş və müəyyən edmişdir ki o, əvvələr binada icarədə oturan və idarəedici başqa müəssissə də mühafizəçi kimi işləyir, Cavabdeh MTK-dan heç kimi tanımır, heç vaxt oranın əməkdaşı olmayıb və bu ünvana gələn bütün məktubları kimə qəlməsindən asılı olmayaraq qəbul edir və binanın girişində olan qəbul otağında masanın üstünə qoyur və burda işləyən şəxslər özləri həmin məktublara baxıb onlara aid olan məktubları götürür. Lakin MTK-ya məxsus məktubları heç kim götürməmiş və mühafizəçi Nurlan Zəkəriyev onları toplayaraq öz rəhbəri Hikmət İsmayılova vermiş. Sonuncu dəfə isə təsadüfən MTK-nın sədri həmin ünvanda yerləşən şirkətlərin bininə gələrkən, Mühafizə rəisi Hikmət İsmayılov onu tanımış və bütün gələn məktubları ona 27 iyun 2024-cü il tarixdə təqdim etmişdir. X8 MTK-ya məxsus məktubları götürmək səlahiyyəti olmayıb və buna baxmayaraq götürüb. Bundan savayı o prosessual müddətlərin anlamını bilmədiyindən, gələn sənədlərə sadə məktub kimi baxaraq kənara qoymuşdur. Bu faktı X6 ( Fin: 6JBS20T/ AA 5616453, Ünvan: Quba rayonu, Alpan kəndi) və X4 ( Fin: 4U1T34R/ AA 3841703,) da tam olaraq bu faktı təsdiq edə bilərlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(005)-60/2024 nömrəli qiyabi qətnaməsinin ləğvi barədə ərizənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-60/2024 saylı qiyabi qətnaməsi xx.xx.2024cü il tarixdə tərəflərə rəsmi qaydada göndərilmişdir. Həmin qətnamə Cavabdeh MTK-nın qeydiyyatda olduğu ünvan üzrə göndərilmiş, həmin ünvanda “Zəkizadə Nurlan” tərəfindən xx.xx.2024-cü il tarixli poçt qəbzinə imza edilərək, rəsmi qaydada qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh MTK ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Mülki işin materiallarında Cavabdeh MTK-nın ünvanı kimi qeydiyyatda olduğu yer olaraq ünvan 2v 1104-cü məhəllə müəyyən edilmiş və işlə bağlı bütün rəsmi sənədlər (həmçinin iş üzrə qəbul olunmuş xx.xx.2024-cü il tarixli qiyabi qətnamə) qeyd edilən ünvana göndərilmişdir. Hazırda Cavabdeh MTK tərəfindən tərəfindən ötürülmüş prosessual müddətin üzrlü səbəbləri müəyyən edilmir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1199/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarındakı hüquqi mövqedən də aydın olmuşdur ki, cavabdeh MTK qətnaməni rəsmi qaydada almışdır, lakin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə vermək iqtidarında olmamasını sübut edəcək hər hansı dəlil, sübutu təqdim etməmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1199/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarında qeyd olunmuşdur ki, ... qiyabi qətnamə Cavabdeh MTK tərəfindən alınmadığı, məlumatlı olmadığı təqdirdə MTK ilkin olaraq qətnamənin surətinin rəsmi qaydada verilməsi ilə bağlı müraciət etməli idi. Lakin iş materiallarında olan cavabdehin ərizəsində qeyd olunmuşdur ki, qətnamə onlara 27 iyun 2024-cü il tarixdə təqdim olunmuşdur. Bu xüsusatın özü də onu təsdiq edir ki, məktubu qəbul edən şəxs onun çatdırılması üçün səlahiyyətli şəxs olmuşdur ki, yekun nəticə olaraq sənəd onlara çatdırılmışdır.... Digər tərəfdən şikayətdə qiyabi qətnaməni MTK-nın işçisi olmayan şəxsə təqdim olunmasına istinad olunsa da, Nurlan adlı mühafizəçinin digər şirkətin əməkdaşı olması və ya MTK-nın belə bir işçisinin olmaması ilə bağlı məhkəməyə hər hansı bir sübut (məsələn – ştat cədvəli) təqdim olunmamışdır. xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsi (vəkili) Vəkil Cabir oğlu EMİS vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-60/2024 saylı qərardadının ləğv edilməsi və qiyabi qətnamənin ləğvi barədə ərizənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair MTK-nın ərizəsinin təmin edilməsini xahiş etmişdir. Qeyd edilən şikayət Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3766/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh MTK-nın vəkili qismində Vəkil tərəfindən verilmiş şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilərək, şikayət ona geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh MTK-nın vəkili X12 tərəfindən xx.xx.2025ci il tarixdə (saat 17:26-da verilmiş şikayəti) verilmiş şikayəti ona geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e2(005)-60/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Eyni zamanda şikayət təqdim edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2024 saylı, 29 avqust 2025ci il tarixli qərardadı ilə 2(005)-60/2024 saylı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından şikayətin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə Cavabdeh MTK-nın vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh MTK-nın vəkili Vəkil elektron məhkəmə informasiya sistemi vasitəsi ilə xx.xx.2025-ci il tarixdə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e- 2(005)-60/2024 nömrəli xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2024 saylı, 18 sentyabr 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5883/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayəti təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-60/2024 saylı xx.xx.2025-ci il tarixli qərardadından Cavabdeh MTK tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab olunaraq bərpa edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 128.1-ci maddəsinə görə, prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə, prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 249-cu maddəsinə əsasən hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. Həmin Məcəllənin 250-ci maddəsinə əsasən əgər məhkəmə cavabdehin iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsini və ya cavabdehin üzrlü səbəblərdən məhkəmə iclasına gəlməməsini vaxtında məhkəməyə bildirməyə imkanının olmamasını müəyyən etsə, qiyabi məhkəmə qətnaməsi ləğv edilməlidir. İş materiallarından göründüyü kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e2(005)-60/2024 saylı nömrəli qiyabi qətnaməsindən Cavabdeh MTK-nın nümayəndəsi (qanuni təmsilçisi) Nurlan Vahabov tərəfindən verilmiş qiyabi qətnamənin ləğv edilməsi barədə ərizədən imtina edilmiş, cavabdehə buraxılmış prosessual müddətin bərpası barədə sübutlar təqdim edilməklə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh MTK-nın nümayəndəsi və vəkili Vəkil məhkəməyə yenidən xx.xx.2025-ci il tarixdə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005) 60/2024 saylı nömrəli qiyabi qətnaməsinin ləğvi barədə ərizə verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi cavabdehin qiyabi qətnamənin ləğvi haqqında ərizəsinin verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş on günlük müddətin buraxılması səbəbini üzrlü hesab etməmiş, buraxılmış müddətin bərpa edilməsindən imtina etmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-60/2024 saylı qiyabi qətnaməsi xx.xx.2024cü il tarixdə Cavabdeh MTK-nın hüquqi ünvanına göndərilmiş, qətnamə həmin ünvanda “Zəkizadə Nurlan” tərəfindən xx.xx.2024-cü il tarixli poçt qəbzinə imza edilərək rəsmi qaydada qəbul edilmişdir. Cavabdeh MTK qiyabi qətnamənin ləğv edilməsi barədə ərizə ilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmiş, bu səbəbdən MTK tərəfindən prosessual müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verdiyinin müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə həmçinin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1199/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadında əks olunan hüquqi mövqeyə istinad etmişdir. Həmin qərardadda qeyd olunmuşdur ki, ... qiyabi qətnamə Cavabdeh MTK tərəfindən alınmadığı, məlumatlı olmadığı təqdirdə MTK ilkin olaraq qətnamənin surətinin rəsmi qaydada verilməsi ilə bağlı müraciət etməli idi. Lakin iş materiallarında olan cavabdehin ərizəsində qeyd olunmuşdur ki, qətnamə onlara 27 iyun 2024-cü il tarixdə təqdim olunmuşdur. Bu xüsusatın özü də onu təsdiq edir ki, məktubu qəbul edən şəxs onun çatdırılması üçün səlahiyyətli şəxs olmuşdur ki, yekun nəticə olaraq sənəd onlara çatdırılmışdır.... Digər tərəfdən şikayətdə qiyabi qətnaməni MTK-nın işçisi olmayan şəxsə təqdim olunmasına istinad olunsa da, Nurlan adlı mühafizəçinin digər şirkətin əməkdaşı olması və ya MTK-nın belə bir işçisinin olmaması ilə bağlı məhkəməyə hər hansı bir sübut (məsələn – ştat cədvəli) təqdim olunmamışdır. Mübahisələndirilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi hazırkı ərizəni təmin etməməklə ərizəçinin təqdim etdiyi dəlillərə formal yanaşmış, onların məcmu halında hüquqi qiymətləndirilməsini aparmamışdır. Halbuki ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, cavabdeh qiyabi qətnamənin ləğvi barədə ərizəni öz iradəsindən asılı olmayan səbəblərdən vaxtında təqdim etmək imkanından faktiki olaraq məhrum olmuşdur. Müzakirə predmeti olan ərizədə göstərilən hallar təqdim edilmiş sübutlarla təsdiq edilir və prosessual müddətə riayət olunmasına obyektiv maneələr yaratmışdır. Belə ki, Cavabdeh MTK təqdim etdiyi ərizədə rəsmi fəaliyyətinin 2018-ci ildən dayandırıldığını, “AZEMİS” elektron məhkəmə informasiya sistemində elektron kabinetinin mövcud olmadığını, hüquqi ünvanı kimi göstərilən ünvanın plazanın ünvanı olduğunu, həmin binanın müxtəlif fiziki və hüquqi şəxslərə icarəyə verildiyini, MTK-nın təsisçiləri və icra orqanı dəyişdikdən sonra həmin ünvanda faktiki fəaliyyət göstərmədiyini qeyd etmişdir. Ərizədə həmçinin göstərilmişdir ki, qiyabi qətnamə MTK-nın işçisi olmayan, binada mühafizəçi vəzifəsində çalışan - X7 tərəfindən xx.xx.2024-cü il tarixdə təhvil alınmış, o, isə məktubları ona təqdim edildikdən sonra öz rəhbəri X2 təqdim etmişdir. Qeyd edilənlərin sübutu olaraq cavabdeh tərəfindən Azərbaycan Respublikasının rəsmi dövlət platforması olan “Mygov” sistemindən əldə edilmiş məlumatlar təqdim edilmişdir. Həmin məlumatlardan görünür ki, X7 xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci tarixinədək "xxxx" MTK-da ofis mühafizəçisi vəzifəsində işləmiş, bu isə onun cavabdeh MTK-nın işçisi olmadığını və qiyabi qətnamənin ona təqdim edilməsinin cavabdeh üçün hüquqi nəticə doğurmadığını təsdiq edir. Qeyd edilənlər Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1199/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadında əks olunan hüquqi mövqe ilə də ziddiyyət təşkil etmir. Belə ki, həmin qərardadda qiyabi qətnaməni təhvil alan Nurlan adlı şəxsin MTK-nın və ya digər şirkətin əməkdaşı olub-olmaması, yaxud da MTK-nın belə bir işçisinin olmaması ilə bağlı məhkəməyə hər hansı bir sübutun təqdim edilmədiyi xüsusi olaraq vurğulanmışdır. Bundan başqa Cavabdeh MTK elektron kabinetinin mövcud olub-olmaması məsələsi “AZEMİS” elektron məhkəmə informasiya sistemi üzərində yoxlanılmış, elektron kabinetin olmadığı müəyyən edilmişdir. Vəkil iş üzrə açılmış elektron kabinetə Cavabdeh MTK-nın nümayəndəsi və vəkili olaraq xx.xx.2024-cü il tarixində əlavə edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şəxsin məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüququ onun prosessual hüquqlarını real və effektiv şəkildə həyata keçirilməsini təmin etməlidir. Prosessual müddətlər, üzrlü səbəblər mövcud olduğu halda, ele tətbiq edilməməlidir ki, bu, tərəfin məhkəməyə müraciət etmək imkanını faktiki olaraq aradan qaldırsın. “Q. Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, “qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur”. Avropa İnsan Hüquqları Məhkəməsi də (Worm. Avstriyaya qarşı qərar 83/1996/702/894, b.33) göstərmişdir ki, yerli qanuna əsasən məhkəmə qərarının yazılı surətdə tərəflərə verilməsi nəzərə tutulursa, qərarın verilməsindən imtinaya görə məsuliyyət məhkəmə orqanlarının üzərinə düşür. Məhkəmə həmçinin qeyd etmişdir ki, şikayət vermə müddəti məhkəmə qərarının tərəfə rəsmən verildiyi tarixdən hesablanmalıdır. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarındakı hüquqi mövqe ondan ibarət olmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2024 saylı 22 aprel 2025-ci il tarixli qərardadı ləğv edilməli, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(005)-60/2024 nömrəli qiyabi qətnaməsinin ləğvi barədə ərizənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Cavabdeh MTK-nın nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 263, 267, 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh MTK-nın nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-60/2024 saylı 22 aprel 2025-ci il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)- 60/2024 nömrəli qiyabi qətnaməsinin ləğvi barədə ərizənin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair Cavabdeh MTK-nın nümayəndəsi-vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilsin. Sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-6539/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6539/2025
09.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver