Məhkəmə qərarları › İş №2(103)-654/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-654/2024

07.05.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-654/2024 07.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X10 qarşı (X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) və iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iş üzrə (Açar sözlər: mənzildən çıxarılma; müqavilənin bağlanmış hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X6 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 və nümayəndəsi-vəkili Vəkil, Cavabdeh3, Üçüncü şəxs X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X10 qarşı “mənzildən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2(011)-5311/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, həmçinin, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin bağlanmış hesab edilməsi, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(011)-7139/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 07 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Bakı şəhəri İcra hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən X14 verilmiş MH seriyalı, 096691 nömrəli Qeydiyyat vəsiqəsinə görə ünvan 2 X12 adına xüsusi mülkiyyət kimi xx.xx.1997-ci il tarixdə qeydiyyatdan keçmişdir.

2. Zülfiyə Ərəbova ilə Cavabdeh3 arasında tərtib olunmuş xx.xx.1997-ci il tarixli beh müqailəsinə görə, Zülfiyə Ərəbova ünvan 2-da yaşayan Cavabdeh3 200 ABŞ dolları beh almışdır, əgər evin satılmasından imtina etsə behi ikiqat qaytarır, ev alan imtina etsə beh batır, xx.xx.1997-ci il tarixədək vaxt verilir.

3. Zülfiyə Ərəbova və Cavabdeh3 tərəfindən imzalanmış əlyazmaya görə, Zülfiyə Ərəbova evin alqı-satqısı üçün xx.xx.1997-ci il tarixdə 2000 ABŞ dolları almışdır. Həmin vərəqdə olan digər qeydə görə isə Zülfiyə Ərəbova evin alqı-satqısı üçün xx.xx.1997-ci il tarixdə 240 ABŞ dolları almışdır.

4. Zülfiyə Ərəbova və Cavabdeh3 tərəfindən imzalanmış əlyazmaya görə, Zülfiyə Ərəbova evin alqı-satqısı üçün əlavə olaraq xx.xx.1997-ci il tarixdə 500 ABŞ dolları, xx.xx.1997-ci il tarixdə də 500 ABŞ dolları götürmüşdür.

5. Zülfiyə Ərəbova və Cavabdeh3 tərəfindən imzalanmış əlyazmaya görə, Zülfiyə Ərəbova evin alqı-satqısı üçün əlavə olaraq xx.xx.1997-ci il tarixdə 1000 ABŞ dolları, xx.xx.1997-ci il tarixdə isə 100 ABŞ dolları götürmüşdür.

6. Ramazan Vəliyev və Cavabdeh3 tərəfindən imzalanmış əlyazmaya görə, Cavabdeh3 tərəfindən Vəliyev Ramazana evin alqı-satqısı üçün xx.xx.1997-ci il tarixdə 2000 ABŞ dolları məbləğində pul verilmişdir.

7. X20 küçəsi 36, bina 106 da yaşayan Cavabdeh3 evin alqı-satqısına görə xx.xx.1997-ci il tarixdə 90 ABŞ dolları, xx.xx.1997-ci il tarixdə 110 ABŞ dolları almışdır.

8. ünvan 1 ünvanında yaşayan X7 xx.xx.1997-ci il tarixli ərizəsində o, notariusu məlum edir ki, göstərilən ünvanda yerləşən mənzilin satılmasına razıdır.

9. 5050552023**********28981960 nömrəli mədaxil qəbzinə görə Xətai Bələdiyyəsinin hesabına Cavabdeh1 tərəfindən 38.88 manat ödəniş edilmişdir.

10. xx.xx.1997-ci il tarixli etibarnaməyə əsasən X3 Təranə Nəsib qızına onun bütün əmlakını idarə etmək, əmlakını almaq, satmaq, bağışlamaq, miras qalmış əmlakı qəbul etmək, ondan imtina etmək, bütün qiymətli kağızları qəbul etmək, müvafiq orqanlardan sənədləri qəbul etmək, poçt göndərişini almaq, cinayət və mülki işlər üzrə onu təmsil etmək, iddianı qəbul etmək, iddiadan imtina etmək, qəbul edilmiş qərarlardan şikayət vermək üçün etibarnamə vermişdir.

11. Ölüm haqqında şəhadətnaməyə əsasən X21 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir.

12. İddiaçı mərhumun qızı, üçüncü şəxs Zülfiyə Vəliyeva isə arvadıdır.

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6278/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X12 01 fevral 1964-cü il tarixdə Ermənistan Respublikası Masis rayonu, Dostluq kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilmişdir.

14. Bakı şəhəri 18 saylı notariat ofisinin xüsusi notariusu X22 tərəfindən təsdiq edilmiş X23, X1, X24 və X13 tərəfindən imzalanmış 05 dekabr 2021-ci il tarixli, **********436 nömrəli ərizəyə görə X21, X11, İddiaçı və X17 1997-ci ildən ünvan 2 ünvanında yaşamırlar. Hal-hazırda həmin ünvanda 1997-ci ildən hal-hazıradək Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh1 yaşayırlar.

15. Elektron Məhkəmə İnformasiya sistemindən müəyyən edilir ki, miras əmlak olaraq Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 36 saylı evin 106 saylı mənzilə dair İddiaçı xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

16. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa görə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 36 saylı evin 106 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır.

17. 05.09.2023-cü il tarixli Xətai rayonu Mənzil Komunnal Təsərrüfat Birliyi 87 saylı MKİS tərəfindən verilmiş arayışa görə ünvan 3 ünvanında Cavabdeh1, anası Cavabdeh3, qardaşı X25, bacısı X18 ailəliklə birlikdə 1997-ci ildən hal-hazıra kimi qeydiyyatsız yaşayırlar. Mənzilin kirayə haqqlarını özləri ödəyirlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci iş üzrə birinci instansiya məhkəməsində icraat

18. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 36 saylı evin 106 saylı mənzilindən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X8 çıxarılması və həmin mənzilin cavabdehlər tərəfindən boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X9 ünvan 2 miras olaraq ona qalmışdır və mənzilə dair dövlət reyestrində qeydiyyat onun adına aparılaraq çıxarış verilmişdir. Atasının sağlığında cavabdehlər 1997-ci ildən atasının icazəsi ilə müvəqqəti olaraq bu mənzildə yaşamışlar. Sonradan dəfələrlə atası xəbərdarlıq etsə də mənzildən çıxmamışlar. Dəfələrlə səs-küy qaldıraraq atasından polisə şikayət etmişlər. Bu səbəbdən də atası sonda bunlara baş qoşmamış, öz abırından utanaraq onlara yaxın getməmişdir. Hazırda atası dünyasını dəyişmişdir. Mənzilin mülkiyyətçisi odur və cavabdehlərə evdən çıxmaqları barədə xəbərdarlıq etmişdir, lakin onlar məhəl qoymamışlar. O, hazırda mülkiyyətində olan mənzildən cavabdehlərin mənzilini zəbt etməsi səbəbilə istədiyi kimi sahiblik, istifadə və sərəncam, mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Onlar bu vaxta qədər ona məxsus mənzildə qeydiyyatsız olaraq qanunsuz şəkildə yaşayırlar.

20. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5311/2023 nömrəli iş üzrə 21 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia rədd edilmişdir.

21. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları mövcud olduğundan onların istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılmaları yalnız müvafiq kompensasiya müqabilində mümkündür. İddiaçı isə hər hansı kompensasiya təklif etməmişdir.

22. Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iş materiallarında olan əlyazmalardan və tərəflərin izahatlarından göründüyü kimi mənzilin əvvəlki mülkiyyətçisi R.Vəliyev ilə Cavabdeh1 arasında alqı-satqı barədə əqd bağlanmış, lakin mülkiyyətçinin şəxsiyyətini təsdiq edən sənədi mövcud olmadığından alqı-satqı notarial qaydada təsdiqlənməmişdir. Bu faktın özü də onu təsdiq edir ki, mübahisəli mənzillə bağlı tərəflər arasında alqı-satqı müqaviləsinin notarial qaydada bağlanmamasında cavabdeh tərəfin hər hansı bir təqsiri olmamışdır.

23. İddiaçı həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir.

b) İkinci iş üzrə birinci instansiya məhkəməsində icraat

24. İddiaçı Cavabdeh1 Yusif qızı cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ilə X21 arasında Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi,ev 36 ünvanında yerləşən 106 saylı mənzilin alqı-satqısına dair müqavilənin bağlanmış hesab edilməsi, həmin daşınmaz əmlakla bağlı İddiaçı verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və vərəsəlik şəhadətnaməsi əsasında İddiaçı adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1997-ci ildə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 36 ünvanında yerləşən 106 saylı mənzili X9 7500 ABŞ dollarına almışdır. X21 bununla bağlı ona notarial qaydada təsdiq olunmuş etibarnamə vermişdir. X2 həyat yoldaşı X11 mənzilin satılmasına yazılı qaydada razılıq ərizəsi vermiş və həmin ərizə də notarial qaydada təsdiq olunmuşdur. O, 1997-ci ildən ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayır. Qeyd edir ki, mənzili alan zaman X21 mənzilə dair sənədlərini ona təqdim edəcəyini bildirmişdir. Bir müddət sonra o, mərhumdan sənədləri tələb etdikdə o, bəhanələr gətirərək sənədləri tapa bilmədiyini demişdir. Daha sonra isə ümumiyyətlə X21 ilə əlaqə saxlamaq mümkün olmamışdır. Mübahisəli mənzilin alqı-satqısını notarial qaydada rəsmiləşdirmək üçün notariusa müraciət etdikdə notarius X12 özünün iştirakı olmadan alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsinin mümkün olmadığını bildirmişdir. Bu səbəbdən də o, ailə üzvləri ilə birlikdə X15 və onun ailə üzvlərini uzun illər axtarsa da, bu heç bir nəticə verməmişdir. Hal-hazırda da X12 qızı İddiaçı ona və digər ailə üzvlərinə qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın olduğunu bildirərək mənzili tərk etməyini tələb edir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, guya 1997-ci ildə mərhum atası iddiaçıya mənzili müvəqqəti yaşamaq üçün verib. Daha sonra dəfələrlə iddiaçıya xəbərdarlıq edərək mənzili boşaldıb tərk etməyini istəsə də iddiaçı buna məhəl qoymayaraq mənzildə yaşamağa davam etmişdir. İddiaçıya zəng edərək iddianı geri götürməyi üçün ona 10000 manat pul verməyini tələb etmişdir. Daha sonra ona 30000 manat ödəniş etməyini tələb etmişdir.

26. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7139/2024 nömrəli iş üzrə 17 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Sahibə Hacıyeva) iddia rədd edilmişdir.

27. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı evin alqı-satqısına dair mübahisəli hüquq münasibətlərinin 1997-ci ildə yarandığını və iddiaçının da evin alqı-satqısının baş tutmamasından məlumatlı olduğu müəyyən edilmişdir. Məhkəmə daşınmaz əmlakın alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi hissəsində əvvəlki Mülki Məcəllənin yuxarıda qeyd edilən müvafiq müddəlarını və oxşar münasibətləri tənzimləyən Ə.Ə.Nəsibovanın şikayəti üzrə xx.xx.2012-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarını, C.Abdullayeva və digərlərinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 13 aprel 2007-ci il tarixli qərarını və İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2006-cı il tarixli qərarını əsas götürərək, hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Məhkəmə iddiaçı tərəfin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-5311/2023 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X10 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia tələbinin təmin edilməməsi, həmçinin həmin qətnamədə mənzilin əvvəlki mülkiyyətçisi R.Vəliyev ilə Cavabdeh1 arasında alqı-satqı barədə əqdin bağlanması, lakin mülkiyyətçinin şəxsiyyətini təsdiq edən sənədinin mövcud olmamasına görə alqı-satqının notarial qaydada təsdiq edilməməsi dəlilinə münasibətə qeyd edir ki, həmin qətnamə qanuni qüvvəsini almamışdır. Buna görə də hazırki mülki iş üzrə onun preyudisial qüvvəsi yoxdur. Bundan başqa 1997-ci il tarixinə mərhum Ramazan Vəliyevin iddiaçı Cavabdeh1 etibarnamə verməsi də, onun tərəfindən notarial əməliyyatların həyata keçirilməsinin mümkün olduğunu göstərərək, Ramazan Vəliyevin alqı-satqı müqaviləsinin həyata keçirilməsindən yayınması kimi qiymətləndirilə bilməz.

28. İddiaçı həmin qətnaməni apellyasiya qaydasında mübahisələndirmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

29. Birinci iş üzrə İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Cavabdeh mənzilin alqı-satqısına dair müqavilə üzrə öz öhdəliyini tam yerinə yetirməmiş, bu baxımdan atası ilə cavabdeh arasında müqavilə bağlanmamışdır.

30. İkinci iş üzrə iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, maddi hüquq normalarının tələbləri pozulmuşdur. Ailə üzvləri ilə birlikdə 16 il fasiləsiz mübahisəli mənzildə yaşamış, mənzilin keçmiş sahibi X21 və ailə üzvləri buna hər hansı etiraz bildirməmiş, heç bir tələblər irəli sürməmiş və göstərilən müddət ərzində müqaviləni etibarlı əqd kimi qəbul etdiklərini öz davranışları ilə nümayiş etdirmişlər.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

Proses iştirakçılarının izahatı

32. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdir.

33. Kollegiya tərəfindən X11 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

34. Məhkəmə iclasında iştirak edən İddiaçı xx.xx.2023-cü il tarixli qətnamədən verdiyi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, CD daşıyıcıda cavabdehlər Cavabdeh3 və Cavabdeh1 ilə o, danışmışdır. Səs yazıları ona aiddir. Hər hansı məbləği istəməkdə özünü haqlı hesab edir, belə ki, o, əvvəlcə evi onların adına keçirmək üçün cavabdehlərdən 10000 manat istəmişdir, bunu ona görə etmişdir ki, məsələ məhkəmə müstəvisinə çıxmasın. Onun dediyi müddət və məbləğlə cavabdehlər razılaşmamışlar. Lakin onlar imtina etdikdən sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

35. Cavabdehlər Cavabdeh1 və nümayəndəsi-vəkili xx.xx.2023-cü il tarixli qətnamədən verilən apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh1 həmçinin qeyd etdi ki, mübahisəli mənzili 7500 ABŞ dollarına almışlar, 6740 ABŞ dolları işə əlavə etdiyi qəbzlər əsasında verilmiş, qalan pulu isə Ramazan Vəliyev ona etibarnamə verdiyi vaxt vermişdir. 2000 ABŞ dolları Ramazan Vəliyevin özünə, qalan pullar isə arvadı Zülfiyə Ərəbovaya verilmişdir. Pulların bir qismi verildikdən sonra Ramazan Vəliyev forma 9 əsasında mənzilə qeydiyyat vəsiqəsi almışdır. 1997-ci ildə mərhum Ramazan Vəliyevin şəxsiyyət vəsiqə olmayıb və sonuncu mənzilə dair etibarnaməni də ona forma 9 əsasında verib, o da etibarnamə əsasında alqı-satqı edəcəyini düşünüb. Ancaq alqı-satqı müqaviləsi bağlamaq istəyərkən notarius etibarnamənin forma 9 əsasında verildiyini bildirərək, müqaviləni rəsmiləşdirmək üçün Ramazan Vəliyevin özünün iştirakının zəruri olduğunu bildirmişdir. O, dəfələrlə sonuncudan şəxsiyyət vəsiqəsi alıb alqı-satqı müqaviləsini rəsmiləşdirilməsini tələb etsə də, bunun heç bir nəticəsi olmamış, sonradan isə Ramazan Vəliyevin yerini müəyyən edə bilməmiş, hətta bu məqsədlə polisə də müraciət etmişdir. Dedikləri onunla təsdiq olunur ki, məhum Ramazan Vəliyev şəxsiyyət vəsiqəsini yalnız 2021-ci ildə məhkəmə qətnaməsi əsasında ala bilmişdir.

36. Digər Cavabdeh3 da xx.xx.2023-cü il tarixli qətnamədən verilən apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, mübahisəli mənzil üçün işdə olan qəbzlər əsasında pulları o, vermişdir.

37. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs qeyd etdi ki, mübahisəli mənzili cavabdehlərə 10500 ABŞ dollarına satıblar. Ödənilən pulların hamısı ona verilmişdir, mərhum ərinə pul verilməyib. Ümumilikdə 4000 ABŞ dollarından çox pul verilib, sonradan isə pulun qalanı verilməyib. Onlar Ermənistandan qaçqın düşəndə mərhum ərinin SSRİ pasportu olub, ancaq elə mənzilin satılması ərəfəsində pasportu itib, sonradan isə şəxsiyyət vəsiqəsi almayıb, yalnız məhkəmə qətnaməsinə əsasən şəxsiyyət vəsiqəsi alıb.

38. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi (xx.xx.2000-ci il tarixədək qüvvədə olan)

39. Maddə 42. Əqdin qanunla tələb edilən sadə yazılı formasına (bu Məcəllənin 41-ci maddəsi) riayət edilməməsi, mübahisə zamanı tərəfləri, əqdi təsdiq etmək üçün şahid ifadələrinə istinad etmək hüququndan məhrum edir, qanunda bilavasitə göstərilən hallarda isə, bu Məcəllənin 44-cü maddəsində nəzərdə tutulan nəticələrlə əqdin etibarsızlığına səbəb olur.

40. Maddə 43. Əqdlərin notariat təsdiqi yalnız qanunda göstərilən hallarda məcburidir. Qanunla tələb olunan notariat formasına riayət edilməməsi (bu Məcəllənin 44-cü maddəsi) əqdin etibarsızlığına səbəb olur. Tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.

41. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

42. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MM-in 335.2-ci maddəsinin tələbinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə də belə əqdlərdən biridir. Belə ki, MM-in 647.1-ci maddəsinin tələbinə əsasən daşınmaz əşyaların alğı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

49. Hər iki iş üzrə qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməli, iddiaçı Cavabdeh1 apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1711.2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

51. Göründüyü kimi mübahisəli mənzil xx.xx.1997-ci il tarixdə qeydiyyat vəsiqəsi əsasında iddiaçının atası X12 xüsusi mülkiyyətində olmuşdur. Mənzildə 1997-ci ildən cavabdehlər yaşayır. Ramazan Vəliyev 2021-ci ildə vəfat etmiş, mübahisəli mənzilə dair 2023-cü ildə qızı – iddiaçı qanun üzrə vərəsəlik haqqında şəhadətnamə, onun əsasında isə çıxarış almışdır.

52. Hazırda Cavabdeh1 mübahisəli mənzilin Ramazan Vəliyevlə aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən 7500 ABŞ dollarına onlara satıldığını, bu barədə sonuncu tərəfindən etibarnamə verildiyini, lakin mərhum yayındığı üçün müqavilənin notarial qaydada rəsmiləşdirilməsinin mümkün olmadığını bildirərək, müqavilənin bağlanmış hesab edilməsini, vərəsəlik haqqında şəhadətnamənin etibarsız, çıxarışın isə ləğv edilməsini tələb etmişdir.

53. İddiaçı isə cavabdehlərin mübahisəli mənzildən çıxarılmasını tələb etmişdir.

54. Kollegiya hesab edir ki, hər iki iş üzrə məhkəmənin qənaəti düzgün olmamışdır.

55. Tərəflərin izahatlarından, işin hallarından müəyyən edilir ki, mərhum X21 tərəfindən mübahisəli mənzil 1997-ci ildə cavabdehlərə satılmışdır. Mübahisəli mənzil satılarkən X12 arvadı X16 notariusda ərizə verərək, mənzilin satılmasına razılığını bildirmişdir.

56. İşdə olan və mötəbərliyi mübahisələndirməyən əlyazmalardan müyyən edilir ki, mübahisəli mənzilə görə əvvəlcə xx.xx.1997-ci il tarixdə 200 ABŞ dolları məbləğində beh verilmiş, sonradan isə hissə-hissə əlavə olaraq 6540 ABŞ dolları ödənilmişdir. Bundan 2000 ABŞ dolları Ramazan Vəliyevin özünə, qalan vəsait isə arvadına verilmişdir.

57. Mübahisəli mənzilə dair 1997-ci ildə mərhum Ramazan Vəliyevin adına verilmiş qeydiyyat vəsiqəsinin əsli apellyasiya baxışı zamanı Cavabdeh1 tərəfindən məhkəmə kollegiyasına təqdim olunmuşdur. Sonuncu bildirmişdir ki, qeydiyyat vəsiqəsini 1997-ci ildə Ramazan Vəliyev özü ona vermişdir.

58. Mənzilin qeydiyyat vəsiqəsinin xx.xx.1997-ci il tarixdə alınması və Cavabdeh1 olması da onu göstərir ki, mənzilin özəlləşdirilməsi məhz satılması məqsədilə həyata keçirilmişdir.

59. Mənzilin dəyəri ilə bağlı qeyd olunmalıdır ki, Cavabdeh1 mənzili 7500 ABŞ dollarına aldığını, 6740 ABŞ dollarının işdəki qəbzlər əsasında, qalan vəsitin isə etibarnamə verilərkən ödənildiyini, qarşı tərəf isə mənzilin 10500 ABŞ dollarına satıldığını, lakin cəmi 4000 ABŞ dollarından artıq vəsait ödənildiyini bildirirlər.

60. Apellyasiya baxışı zamanı üçüncü şəxs qismində cəlb edilmiş Zülfiyə Vəliyeva göstərmişdir ki, mübahisəli mənzili cavabdehlərə 10500 ABŞ dollarına satıblar. Ödənilən pulların hamısı ona verilib, mərhum ərinə pul verilməyib. Ümumilikdə 4000 ABŞ dollarından çox pul verilib. Mərhum ərinin SSRİ pasportu olsa da, elə mənzil satılan ərəfədə itmişdir. Sonradan əri şəxsiyyət vəsiqəsi almamışdır, yalnız 2021-ci ildə məhkəmə qətnaməsinə əsasən şəxsiyyət vəsiqəsi almışdır.

61. Qeyd olunanlara əsasən mübahisəli mənzilin İddiaçı atası tərəfindən cavabdehlərə satılması aşkardır. Onun hazırki iddianı qaldırmaqda niyyəti cavabdehlərdən əlavə pul alınmasına yönəlmişdir. Bu xüsusat tərəflər arasında aparılan telefon danışıqlarına dair CD-dəki səs yazılarından da müəyyən edilir, belə ki, həmin danışıqlar zamanı İddiaçı mənzilə görə qarşı tərəfdən 10000 manat istəmişdir. Göstərilənləri İddiaçı Kollegiyanın iclasında da təsdiq etmişdir.

62. Kollegiya hesab edir ki, İddiaçı hərəkətləri hüquqdan sui-istifadəyə yönəlmişdir. Halbuki, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

63. Tərəflər arasında qanunvericilikdə nəzərdə tutulmuş formada alqı-satqı müqaviləsi bağlanmış olmasa da, həyata keçirilmiş hərəkətlər (mənzilin satılmasına dair razılıq verilməsi, etibarnamənin verilməsi, əlyazma tərtib edilməklə beh və alqı-satqı məqsədi ilə ödənişlər edilməsi, 1997-ci ildən iddiaçının ailə üzvləri ilə birlikdə mənzildə yaşaması, mənzilin qeydiyyat vəsiqəsinin iddiaçıda olması) belə nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında mənzilin alqı-satqına dair sadə yazılı formada əqd bağlanmışdır.

64. Tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbinə görə tərəflərdən biri notariatda təsdiq edilməli olan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırırsa, əqddə qanuna zidd əməl olmadıqda, məhkəmə əqdi icra etmiş tərəfin tələbi üzrə, onu bağlanmış hesab etməyə haqlıdır. Bu halda, əqdin notariat tərtibatı tələb olunmur.

65. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, göstərilən normanın mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.

66. Göstərilənlərlə bağlı Kollegiya qeyd edir ki, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsinin əks tərəfin, yəni Ramazan Vəliyevin təqsiri ucbatından baş verməsi aşkardır, belə ki, 1997-ci ildə onun şəxsiyyət vəsiqəsi olmamış, mənzilə qeydiyyat vəsiqəsini o, forma 9 əsasında almış və Cavabdeh1 da etibarnaməni elə forma 9 əsasında vermişdir. Üçüncü şəxs X4 izahatından da müəyyən olunur ki, onların ailəsi Ermənistandan qaçqın düşəndə mərhum ərinin SSRİ pasportu olmuş, ancaq elə mənzilin satılması ərəfəsində pasportunu itirmiş, sonradan isə şəxsiyyət vəsiqəsi almamışdır, yalnız məhkəmə qətnaməsinə əsasən 2021-ci ildə şəxsiyyət vəsiqəsi almışdır. Həmçinin həmin tələb üzrə cavabdeh İddiaçı izahatından da müəyyən olunur ki, Cavabdeh1 hətta onun atasını polisə də verib, mənzilin rəsmiləşdirilməsini həyata keçirmək istəyib.

67. Cavabdeh1 isə bildirir ki, Ramazan Vəliyev xx.xx.1997-ci il tarixdə ona mənzilə dair etibarnamə verdikdən sonra mənzili həmin etibarnamə əsasında adlarına rəsmiləşdirəcəyinə ümid etsə də, sonradan bu məqsədlə notariusa müraciət etdikdə, notarius etibarnamənin forma 9 əsasında verildiyini bildirərək, alqı-satqı müqaviləsini rəsmiləşdirmək üçün Ramazan Vəliyevin özünün iştirakının zəruri olduğunu demişdir. Bundan sonra o, dəfələrlə buna nail olmaq istəsə də, heç bir nəticəsi olmamış, sonradan isə Ramazan Vəliyevin yerini müəyyən edə bilməmiş, hətta bu məqsədlə polisə də müraciət etmişdir.

68. Baxılan iş üzrə mənzilin alqı-satqısı üçün iddiaçı Cavabdeh1 tərəfindən (anası vasitəsilə) müvafiq ödənişlər edilməsi, hətta ilk ödənişin beh məqsədilə verilməsi mübahisəsizdir, digər tərəfin yayınması nəticəsində alqı-satqı müqaviləsi notarial qaydada təsdiq edilməmişdir. Tərəflər arasında olan alqı-satqı münasibətlərində qanunazidd əməl yoxdur, əqdin yazılı formasına da əməl edilmişdir.

69. Xüsusi ilə qeyd olunmalıdır ki, mübahisəli mənzilin alqı-satqı predmeti olmasını, yəni həmin mənzilin mərhum Ramazan Vəliyev tərəfindən Cavabdeh1 satılmasını əks tərəf də mübahisələndirmir, mübahisə yalnız mənzilin dəyəri ilə bağlıdır.

70. Bununla bağlı isə İddiaçı birinci instansiya məhkəməsində göstərmişdir ki, “Evin razılaşdırılmış qiyməti 10500 ABŞ dolları olub. Atam dedi ki, onlar pulu verib, pulu verdiyinə görə qalsınlar. Mən öləndən sonra gəlsələr haqqını istəyərsən.”

71. Göründüyü kimi, bu izahatdan belə aydın olur ki, mənzilin mərhum Ramazan Vəliyevlə razılaşdırılmış dəyəri ödənilmişdir.

72. Hazırda müqaviləni icra etmiş tərəf olaraq iddiaçı Cavabdeh1 haqlı olaraq müqavilənin bağlanmış hesab edilməsi tələbini irəli sürmüşdür. Odur ki, Cavabdeh1 ilə X21 arasında Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi,ev 36 ünvanında yerləşən 106 saylı mənzilin alqı-satqısına dair müqavilə bağlanmış hesab edilməlidir.

73. Elektron Məhkəmə İnformasiya sistemindən müəyyən edilir ki, miras əmlak olaraq Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, 36 saylı evin 106 saylı mənzilə dair İddiaçı xx.xx.2023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və onun əsasında xx.xx.2023-cü il tarixdə çıxarış almışdır.

74. Mübahisəli mənzilə dair Cavabdeh1 ilə X21 arasında mənzilin alqı-satqısına dair müqavilə bağlanmış hesab edildiyindən, İddiaçı adına həmin mənzili miras əmlak kimi qeyd edərək, mənzilə dair şəhadətnamə verilməsi əsassız olmuşdur. Həmin qanun üzrə vərəsəlik haqqında şəhadətnamə etibarsız olduğundan onun əsasında İddiaçı verilmiş xx.xx.2023-cü il tarixli çıxarışda da ləğv edilməlidir.

75. İddiaçı cavabdehlərin mənzildən çıxarılması tələbinə dair mülki iş üzrə məhkəmə iddianın rədd edilməsi barədə doğru qənaətə gəlsə də, qənaətini belə əsaslandırmışdır ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqları mövcud olduğundan onların istifadə hüquqlarına xitam verilməsi və onların mənzildən çıxarılmaları yalnız müvafiq kompensasiya müqabilində mümkündür.

76. Kollegiya qeyd edir ki, məhkəmənin əsaslandırması düzgün olmamışdır, çünki artıq qeyd edildiyi kimi mübahisəli mənzilə dair Cavabdeh1 ilə X21 arasında mənzilin alqısatqısına dair müqavilə bağlanmış hesab edilmişdir, ona görə də İddiaçı cavabdehlərin mənzildən çıxarılması barədə tələbi əsassızdır.

77. İddia müddətilə bağlı isə Kollegiya qeyd edir ki, hazırki tələbə iddia müddəti tətbiq oluna bilməz, belə ki, qətnamə ilə alqı-satqı müqaviləsi bağlınmış hesab olunduğundan, 1997-ci ildən mübahisəli mənzilin mülkiyyətçisi də məhz Cavabdeh1 hesab olunur. Həmin tələb üzrə iddia müddətinin tətbiqi barədə ərizə verən İddiaçı isə hüquqdan sui-istifadə edir, hansi ki, həmin hərəkətlər etibarsızdır.

78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli 2(011)- 5311/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X10 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddiası rədd edilsin. Cavabdeh1 apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(011)- 7139/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh1 iddia tələbi təmin edilsin. Cavabdeh1 ilə X21 arasında Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, ev 36 ünvanında yerləşən 106 saylı mənzilin alqı-satqısına dair müqavilə bağlanmış hesab edilsin, həmin daşınmaz əmlakla bağlı Bakı şəhəri 25 saylı Notariat Ofisi tərəfindən 19 may 2023-cü il tarixdə İddiaçı verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin və daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına aparılmış qeyd (xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış) ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar