Məhkəmə qərarları › İş №2(103)-6542/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6542/2022

21.09.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6542/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(004)-63/2021 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-63/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1, Cavabdeh5, X2 və X3 qarşı “yaşayış sahəsindən istifadə hüququ olmayan şəxs hesab edilməsi tələbinə dair” iddia ərizəsi təmin edilmişdir. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil 21 may 2022-ci ildə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-63/2021 saylı qətnaməsindən apellyasiya şikayəti və eyni zamanda prosessual müddətin bərpasına dair ərizə verərək, səhhətində yaranan problemləri, başqa yaşayış evinin olmamasını nəzərə alaraq buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsindən şikayət vermə müddətini üzrlü olaraq ötürmüşdür. Çünki səhhəti ilə bağlı uzun müddət müalicə almaq məcburiyyətində qalmışdır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(004)-63/2021 saylı qərardadı ilə Cavabdeh4 tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-63/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin buraxılması üzrlü hesab edilərək bərpa olunması və verilmiş apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı qərardaddan şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(004)-63/2021 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırır ki,Cavabdeh4 2021-ci ilin noyabr ayında qətnaməni rəsmi qaydada alsa da müddətin bərpa edilməsi ərizəsində səhhətində yaranan problemləri və başqa yaşayış yerinin olmamasını əsas gətirərək müddətin bərpa edilməsini xahiş etmiş, lakin ərizəsinə səhhətində olan problemlərin nədən ibarət olmasını, həmin problemlərin hansı formada ona apellyasiya şikayətini verməsinə necə mane olmasını təsdiq edən hər hansı arayış təqdim etməmişdir. Başqa yaşayış evinin olmaması isə apellyasiya şikayətini verməsinə hansı formada mane olmasını isə ümumən izah etməmişdir. Lakin bütün bunlara baxmayaraq Cavabdeh4 nümayəndəsi və vəkili Ceyhun Məmmədov tərəfindən 8 ay sonra verilmiş ərizəyə baxan hakim müddətin buraxılmasını üzürlü hesab etmiş və müddətin bərpa edilməsini təmin etmişdir. Halbu ki, vəkil Ceyhun Məmmədov hələ 2019-cü ildən cavabdehin hüquqlarını müdafiə etmiş və 2029cu ilə qədər vəkil etibarnaməsinin müddətinin olmasına baxmayaraq Cavabdeh4 adından apellyasiya şikayəti verməmiş, yalnız qətnamə rəsmi qaydada qüvvəyə minməsindən 8 ay sonra apellyasiya şikayəti vermişdir. Bütün bunlar cavabdeh tərəfindən məqsədyönlü qaydada edilmiş, İddiaçı vərəsəlik qaydasında keçərək məxsus olan əmlakdan istifadə etməsinə mane olmaq üçün edilmişdir. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(004)-63/2021 saylı qərardadı ləğv edilməli, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5 maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1 maddəsinə əsasən Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsaən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İş materiallarından görünür ki, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil 26 noyabr 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin surətinin ünvan 1 ünvanına göndərilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qətnamə qeyd olunan ünvana göndərilmiş, qətnamə həmin ünvandan xx.xx.2021-ci il tarixdə SS760531331AZ saylı sifarişli poçt bildirişi ilə Cəfərov tərəfindən qəbul olunmuşdur. Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə 21 may 2022-ci il tarixdə verilmişdir. Kollegiya qeyd edir ki, cavabdeh qətnamədən apellyasiya şikayətinin vaxtında verilməməsinin üzürlü səbəbləri haqqında sübutlar təqdim etmədiyi halda, birinci instansiya məhkəməsi müddəti bərpa etmişdir. Kollegiya hesab edir ki, cavabdeh tərəf qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzürlü səbəblərlə bağlı olmasını təsdiq edə bilmədiyindən, bununla bağlı sübutlar təqdim etmədiyindən, qərardad ləğv olunmalı, müddətin bərpası barədə ərizə təmin edilməməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.3, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli, 2(004)- 63/2021saylı qərardadı ləğv edilsin. Müddətin bərpası barədə Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş ərizə təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayətə verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar