Məhkəmə qərarları › İş №2(103)-6542/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6542/2023

13.12.2023 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6542/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hаqqındа ərizəsinə dair mülki iş üzrə Açar sözlər:(ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi) X3 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Rüfanə Elxan qızı Əzizzadənin katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2(007)-2296/2019 saylı qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.“X9” MMC və “X4” MMC-nin xx.xx.2019-cu il tarixə ödənilməmiş vergi borcları yaranmışdır. 2.Bu səbəbdən ərizəçi məhkəməyə müraciət edərək qeyd olunana hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət еdərək, hüquqi şəхslər “X9” MMC və “X4” MMC tərəfindən dövlət büdcəsinə оlаn ümumilikdə 74630,80 mаnаt məbləğində vеrgi bоrcunun ödənilməsini təmin еtmək üçün, hüquqi şəхslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs (dоğulduğu tаriх xx xxxxxx 1974-cü il, dоğulduğu yеr Azərbaycan, Bakı, şəхsiyyəti təsdiq еdən sənədin FİN nömrəsi-xxxxxxx, şəхsiyyət vəsiqəsinin sеriyа və nömrəsi – АZЕ ********) bаrəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnаmə qəbul еdilməsini məhkəmədən хаhiş etmişdir. 4.Ərizə оnunlа əsаslаndırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergilər Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2019-cu il tarixə dövlət büdcəsinə vergi ödəyicisi olan “X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 33815,96 mаnаt məbləğində (о cümlədən vеrgilər üzrə 29790,43 mаnаt, fаizlər üzrə 4025,53 mаnаt, mаliyyə sаnksiyаsı üzrə 0 mаnаt, məhkəmə qərаrı ilə təmin еdilmiş hissə üzrə 0 manat), “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 40814,84 mаnаt məbləğində (о cümlədən vеrgilər üzrə 35455 mаnаt, fаizlər üzrə 5359,84 mаnаt, mаliyyə sаnksiyаsı üzrə 0 mаnаt, məhkəmə qərаrı ilə təmin еdilmiş hissə üzrə 0 manat) vеrgi bоrcu vаrdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Rеyеstr məlumаtlаrınа əsаsən hüquqi şəхslərin icrа оrqаnının rəhbəri оlаn Maraqlı şəxs Bakı şəhəri, Nizаmi rаyоnu, İnzibati bina, Ş.Mirzəyev küçəsi ev 127 ünvаnındа yаşаyır. Göstərilənləri nəzərə аlаrаq Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin təmin оlunmаsı məhkəmədən хаhiş olunur. 5.Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 13 iyun 2019-cu il tarixli, 2(007)-2296/2019 saylı qətnaməsi ilə (sədrlik edən-Rəşad Həsənov) ərizə təmin edilərək, xx xxxxxx 1974-cü ildə Bakı şəhərində аnаdаn оlmuş, Bakı şəhəri, Nizаmi rаyоnu, İnzibati bina, Ş.Mirzəyev küçəsi ev 127 ünvаnındа qeydiyyatda оlаn “X9” MMC-nin və “X4” MMC-nin icrа оrqаnının rəhbəri оlаn Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmiçdir. 6.İş materiallarında olan Azərbaycan Respublikası şəхsiyyət vəsiqəsinin və hüquqi şəхs hаqqındа məlumаtın təsdiqlənmiş surətlərindən görünür ki, “X9” və “X4” MMC-nin icrа оrqаnının rəhbəri оlаn Maraqlı şəxs xx xxxxxx 1974-cü ildə Bakı şəhərində аnаdаn оlmuşdur və Bakı şəhəri, Nizаmi rаyоnu, İnzibati bina, Ş.Mirzəyev küçəsi ev 127 ünvаnındа qeydiyyatdadır. 7.İş materiallarında olan vergi borcunun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, Maraqlı şəxs yaranmış vergi borcunun ödənilməsi barədə bildiriş göndərilmişdir. 8.Məhkəmə müəyyən etmişdir ki, “X9” MMC və “X4” MMC-nin xx.xx.2019-cu il tarixə ödənilməmiş vergi borcları yaranmışdır. 9.Məhkəmə hesab etmişdir ki, dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun icrа оrqаnının rəhbəri оlаn Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsinin ərizəsi qanunla müəyyən edilmiş qaydada verildiyi üçün əsaslıdır və təmin edilməlidir. 10.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə: Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 16.1.1, 78.1, 23.1.15-3-cü: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1, 355-7.4, 216-220 və 355-7-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 11.Maraqlı şəxs apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2296/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəsinin rədd edilməsi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 12.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, onun nə “X5” (VÖEN-**********)“, X9” (VÖEN- **********) Məhdud Məsuliyyətli Cəmiyyətlərinin yaranmasından və ya onun fəaliyyətindən, yaxud, fəaliyyəti nticəsində büdcəyə olan borcundan, həmçinin, Nizami Rayon Məhkəməsinin yuxarıda qeyd olunan qətnaməsindən heç bir xəbəri olmamışdır. Bununla yanaşı, 2021-ci və 2022-ci illərdə, o, həm Azərbaycan Respublikasının Baş Prokurorunun yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə, həm də, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılmas Baş İdarəsinə çağırılaraq, şahid qismində ifadələr vermişdir. Məhz həmin vaxtlarda da, ona məlum olmuşdur ki, “X5” (VÖEN-**********), “X9” (VÖEN-**********), "xxxx" (VÖEN- **********), “X8” (VÖEN-**********) və "xxxx" (VÖEN-**********) adlı Məhdud Məsuliyyətli Cəmiyyətləri xx.xx.2018-ci il tarixdə, elektron qaydada təsisçi və rəhbər kimi, Maraqlı şəxs adına, yəni onun adına dövlət qeydiyyatından keçmiş və bununla bağlı müvafiq sənədlər ona aid elektron imza ilə imzalanmışdır. Lakin, bu X1 fəaliyyətinə dair, həm Azərbaycan Respublikasının Baş Prokurorunun yanında Korrupsiyaya Qarşı Mübarizə Başİdarəsinə, həm də, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi XidmətininVergi Cinayətlərinin İbtidai Araşdırılmas Baş İdarəsinin icraatında olan cinayət işləri ilə əlaqədar müəyyən olunmuşdur ki, Maraqlı şəxs, yəni onun, bu Cəmiyyətlərin fəaliyətinə heç bir aidiyyatı olmamış, o, Namiq Bəylərov adlı şəxs tərəfindən aldadılmışdır. Namiq Bəylərov, başqa məqsədlər üçün, ondan öz adına aldığı etibarnamə əsasında çıxış edərək, həm, yuxarıda qeyd edilən Cəmiyyətlərin dövlət qeydiyyatına alınmasına müvəffəq olmuş, həm də ki, həmin Cəmiyyətlərin bütün fəaliyyətini də, digər şəxslərlə birlikdə, faktiki olaraq həyata keçirdiyindən, ona və onunla birlikdə cinayət əməli törətmiş digər şəxslərə qarşı ittiham irəli sürülərək, ibtidai istintaqın materiallları Bakı Ağır Cinaytələr Məhkəməsinə göndərilmiş və Məhkəmənin müvafiq hökmü ilə, həmin şəxslər təqsirli bilinərək, barələrində ayrı-ayrı müddətlərdə azadlıqdan məhrum edilmələri barədə hökm də çıxarılmışdır. Rusiya Federasiyasına getmək istədikdə, çıxışına qadağa qoyuldoğundan gedə bilməmişdir və qeyri rəsmi olaraq ona bildirilmişdir ki, bu qadağa Vergi orqanının təqdimatı əsasında qoyulubdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 13.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 14.Məhkəmə kollegiyasının iclasında Maraqlı şəxs apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi, ona verilən suallara cavab olaraq bildirdi ki, apellyasiya şikayətinin dəlilləri ilə bağlı təqdim olunası sübutları yoxdur. 15.Ərizəçi Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq ərizəçinin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 16.Maddə 72.Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir.

17. 73-cü maddənin İ bəndi: qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikasının Vergilər Məcəlləsi: 18.Maddə 16.1.1.Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. 19.Maddə 78.1.Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. 20.Maddə 23.1.15-3.Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 21.Maddə 355-5.1.Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 22.Maddə 355-7.4.Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. 23.Maddələr 14.2, 77.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 24.Maddə 78.1.Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 25.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 27.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin qanunilinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28.Məhkəmə kollegiyası maraqlı şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 29.Belə ki, iş materiallarının araşdırılması ilə müəyyən edilmişdir ki, icra orqanlarının rəhbəri Maraqlı şəxs olan “X9” MMC və “X4” MMC-nin xx.xx.2019-cu il tarixə ödənilməmiş vergi borcları yaranmışdır. 30.Qanunvericiliyin qeyd olunan müddəalarına əsasən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclu hüquqi şəxslərin icra orqanının rəhbərinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. 31.Qanunvericiliyin tələbindən də göründüyü kimi, vergi öhdəliyi yerinə yetirilmədikdə, fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət oluna bilər. 32.Maraqlı şəxsin apellyasiya şikayətində qeyd olunan hüquqi şəxslərin borclarının onunla bir əlaqəsi olmadığını bildirsə də, bunu təsdiq edən hər hanası bir sübut təqdim etməmişdir. 33.Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Kommersiya Qurumları Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2023-cü il tarixli elektron məlumatına əsasən “X6” MMC-nin, “X7” MMC-nin, "xxxx" MMC-nin qanuni təmsilçisi Maraqlı şəxsdir. 34.Apellyator qanuni təmsilçisi olduğu hüquqi şəxslərin vergi borclarının olmaması ilə bağlı sübutlar təqdim etməmişdir. 35.Kollegiya apellyatorun məhkəmə iclası ilə bağlı məlumatlı olmaması kimi dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən maraqlı şəxsin qeydiyyatda olduğu ünvana bildiriş göndərilmişdir. 36.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 37.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 38.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 39.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 40.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 384, 392, 393, 402 və 405-ci maddələrinin rəhbər tutaraq, məhkəmə Qət etdi: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 iyun 2019-cu il tarixli, 2(007)-2296/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Fuad Abdıyev

Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar