Məhkəmə qərarları › İş №2(103)-6544/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6544/2022

19.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6544/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-6844/2021 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma və mənzilin boş vəziyyətdə təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanında, 2-ci girişi, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 130,5 kv.m. ibarət olan 3 otaqlı, 207 saylı mənzildən çıxarılması və mənzilin boş vəziyyətdə ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)- 6844/2021 saylı qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir. Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)-6844/2021 saylı qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilmiş və müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)-6844/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra cavabdeh məhkəməyə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)-6844/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə müddətin ötürülməmiş hesab edilməsi, baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə ərizə vermişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə buraxılmış prosessual müddətin bərpası kimi qeyd edilərək baxılmış və təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanına göndərilmiş Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)-6844/2021 saylı qətnaməsi “Məmmədova” adlı şəxs tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Lakin sonradan Cavabdeh1 məhkəməyə ərizə ilə müraciət edərək qətnamənin rəsmi qaydada ərizədə qeyd edilmiş telefon nömrəsi vasitəsilə məlumat verilməklə şəxsən təqdim edilməsini xahiş etmişdir (İş.v 48). Onun nümayəndəsi və vəkili Vəkil məhkəməyə göndərdiyi ərizədə xx.xx.2022-ci il tarixdə məhkəmənin elektron sistemində qeydə alınmış kabinet vasitəsilə məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsini aldığını, o cümlədən həmin iş üzrə sistemdə olan bütün sənədlərlə tanış olduğunu qeyd etmişdir (İş.v 53). İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə qətnaməsi Cavabdeh1 onun qeydiyyatda olduğu ünvan 4 ünvanına deyil, cavabdehlərin iddia ərizəsində göstərilən ünvanına göndərilmişdir. Cavabdeh1 şikayətində qeydiyyatda olduğu Ağdaş rayonunda yaşadığını və fərdi qaydada həkimlik fəaliyyəti ilə məşğul olduğunu, digər Cavabdeh2 tərəfindən qəbul edilmiş qətnamənin surətinin ona təqdim edilməməsini qeyd etmişdir. Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil məhkəməyə göndərdiyi ərizəsində xx.xx.2022-ci il tarixdə məhkəmənin elektron sistemində qeydə alınmış kabinet vasitəsilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)-6844/2021 saylı qətnaməsini aldığını göstərmişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, Cavabdeh1 tərəfindən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 2(004)-6844/2021 saylı qətnaməsindən apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş 1 aylıq müddət ötürülmədən verilmişdir. Belə olan halda kollegiya hesab edir ki, Cavabdeh1 birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi vəkilinin elektron məhkəmə sisteminə daxil olduqdan sonra yəni, xx.xx.2022-ci il tarixdə təqdim edilmiş sayıldığından, həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddət Cavabdeh1 tərəfindən ötürülməmişdir. Ona görə də məhkəmə kollegiyası şikayətinin dəlili ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-6844/2021 saylı qərardadı ləğv edilməli, Cavabdeh1 apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməlidir. Qeyd edilənlərə əsasən və MPM-in 397-398-ci maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: Cavabdeh1 şikayəti təmin edilsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-6844/2021 saylı qərardadı ləğv edilsin. Cavabdeh1 apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar