Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6548/2022 08.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(003)-2060/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(003)-2060/2022 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361 və 363.1.5-ci maddələrinin tələblərinə əməl edilmədən verildiyindən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Belə ki, 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş Mülki Prosessual Məcəlləyə edilmiş 2 saylı Əlavəyə əsasən, apellyasiya şikayətinin yeni forması müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 363.1.5-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə şikayət geri qaytarılmalıdır. Cavabdeh apellyasiya şikayəti nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, şikayət Mülki Prosessual Məcəlləyə edilmiş 2 saylı Əlavədə müəyyən edilmiş formaya uyğun rekvizitlər üzrə düzgün tərtib edilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, şikayətdə apellyatorun tələbi konkret göstərilməmişdir. Belə ki, apellyasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə və yaxud dəyişdirilməsinə və mübahisənin həlli ilə bağlı nə barədə qərarın qəbul edilməsinə dair tələblərini dəqiq bildirməlidir. Hazırkı apellyasiya şikayətində isə apellyatorun tələbi “Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(003)-2060/2022 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə çıxarılsın.” kimi formulə edilmişdir. Apellyasiya şikayətində tələbin dəqiq göstərilməməsi apellyasiya baxışının həddinin müəyyənləşdirilməsində, qərar qəbul olunarkən şikayətin tam, yoxsa qismən təmin olunması, habelə şikayətin təmin olunmaması barədə nəticəyə gəlməkdə müəyyən çətinliklər yaradır. Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyatora izah olunmalıdır ki, apellyasiya şikayətini mülki prosessual qanunvericiliyin tələblərinə uyğunlaşdırmaqla yenidən apellyasiya şikayəti ilə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 361, 364, 366-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28 iyul 2022-ci il tarixli 2(003)-2060/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin və apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə elektron qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6548/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6548/2022
08.09.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver