Məhkəmə qərarları › İş №2(103)-6549/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6549/2020

30.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6549/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, İddiaçı «xxxxxxxxx» ASC-nin (əvvəlki İddiaçı İKB ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-24/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxx» ASC (əvvəlki İddiaçı İKB ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)- 24/2020 saylı qətnaməsi ilə (hakim Vahid Hacıyev) iddia qismən təmin edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 ondan apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici məhkəmə qətnaməsinə qarşı apellyasiya şikayətinin verilməsi müddətini həmin qərarın rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilməsi imkanını nəzərdə tutmuşdur. İş materiallarından (iş vərəq 201-209) görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi məhkəmənin xx xxxxxx 2020-ci il tarixli məktubu ilə işdə iştirak edən şəxslərə göndərilmiş, qətnamədən apellyasiya şikayəti daxil olmadığından xx xxxxx 2020-ci il tarixli məktubla qətnamə icraya yönəldilmişdir. İşdə olan xx xxx 2020-ci il tarixli «İcraata başlamaq haqqında» qərardan görünür ki, icra sənədi üzrə Yasamal rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata başlanmışdır. Apellyasiya şikayəti isə xx xxxx 2020-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuş, lakin birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan halları araşdırmamış, qətnaməni icraya yönəltməsinə baxmayaraq prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini araşdırmamış, ona əsaslandırılmış qərardadla qiymət verməmişdir. Həmçinin, cavabdeh də apellyasiya şikayətində qətnaməni hansı tarixdə əldə etməsini və ya ondan hansı tarixdə məlumatlı olmasını göstərməmişdir. Eyni zamanda,məhkəmə icra işini tələb edərək ona baxış keçirməmiş, keçən müddət ərzində cavabdehin icra icraatına cəlb olunub-olunmaması, qətnamədən hansı tarixdə məlumatlı olub-olmaması və s. bu istiqamətdə sənədlərə nəzər yetirməmişdir. Bu halların dəqiq müəyyən olunması prosessual müddətlə bağlı məsələyə hüquqi qiymət verilməsi üçün zəruridir. Çünki, apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi MPM-nin 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. X3 Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki,qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir.Bütövlükdə ədalət mühakiməsinin,o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-nin 361və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264,357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı «xxxxxxxxx» ASC-nin (əvvəlki İddiaçı İKB ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(004)-24/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar