Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6549/2025 28.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququnun itirilməsi», Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı «mənzilə köçürülmə» tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzildən istifadə hüququnun itirilməsi və mənzilə köçürülmə) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Səadət Rəşid qızı Səlimova və Akif Əsgər oğlu İsgəndərovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, İlkin iddia tələbi üzrə İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2505/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən ilkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları
1. Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 04 iyun 1998-ci il tarixli MH seriyalı 142765 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 24 saylı evin 1 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına 945 saylı reyestr kitabının 141906 saylı səhifəsində 30/141906 reyestr sayı ilə qeydiyyata alınmışdır.
2. 126 saylı MKİS-in möhürü ilə təsdiq edilmiş, T.Babayeva, T.Alcanova, R.Mahmudova və R.Hüseynova tərəfindən tərtib olunmuş aktda qeyd edilmişdir ki, ilk iddia üzrə Cavabdeh1 1993-cü ildə qoşulub Əli Aslanovla qaçdıqdan sonra bu günə kimi Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 24 saylı evin 1 saylı mənzilində yaşamayıb, yəni xx.xx.2009-cu il tarixə qədər. Cavabdeh1 1994-1995-ci illər ərzində Yasamal rayonu ərazisində, sonra isə atasının yanında yaşamışdır.
3. 12.05.2025-ci il tarixli ******* saylı yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, ünvan 1 ünvanda bir çox şəxs, eləcə də, ilk iddia üzrə cavabdehlər Hüseynova (hazırda Aslanova) Mətanət Tarverdi qızı və Cavabdeh2 qeydiyyatdadırlar.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, İddiaçı adına Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 24 saylı evin 1 saylı mənzilinin özəlləşdirilməsinə dair Cavabdeh1 razılıq ərizəsinin olub-olmaması, olduğu halda surətinin istənilməsi barədə müraciətə baxılmışdır. Bildirilmişdir ki, xx.xx.2007-ci il tarixdən fəaliyyətə başlamış «Elektron notariat» informasiya sistemində Cavabdeh1 imzasının həqiqiliyinin təsdiq edilməsinə dair notariat hərəkəti aşkar edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İlkin iddia tələbi üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 24 saylı evin 1 saylı mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 24 saylı evin 1 saylı mənzili mülkiyyət hüququ əsasında ona məxsusdur. Cavabdehlər Cavabdeh1 onun bacısı, Cavabdeh2 isə bacısının oğludur. Cavabdeh1 və oğlu ona məxsus evdə qeydiyyatda olsalar da, faktiki olaraq ona məxsus evdə yaşamamışlar, formal olaraq qeydiyyatda olmuşlar. Bacısı hazırda atasına məxsus ünvan 2 ünvanda yaşayır, oğlu isə həbsdədir. Cavabdehlər bir gün də olsun ona məxsus evdə yaşamamışlar. O, özü müharibə veteranıdır, İİ qrup Qarabağ müharibəsi əlilidir. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır.
7. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Aslanova X1 Azər Tarıverdi oğluna qarşı «mənzilə köçürülmə» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 24 saylı evin 1 saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzili atası almışdır və qarşılıqlı iddia üzrə cavabdeh Lök-Batan qəsəbəsində mənzil alanadək mübahisəli mənzil özəlləşdirilməmişdir. Qarşılıqlı iddia üzrə cavabdehin mübahisəli mənzili nə vaxt özəlləşdirməsi barədə onun xəbəri olmamışdır. İlk iddia ərizəsində iddiaçı tərəfindən qeyd olunan ünvan özbaşına tikilidir və həmin ünvanda məcburiyyət qarşısında yaşayır. Mübahisəli mənzildə o, İddiaçı həyat yoldaşı ucbatından yaşaya bilməmişdir. Çünki onların bir yerdə yaşaması mümkün deyildi, onların bir günü belə mübahisəsiz keçmirdi. Məhz bu səbəbdən o, həmin mənzildə yaşaya bilməmişdir. Bu iddia üzrə cavabdeh Lökbatan qəsəbəsində mənzil alan zaman o və oğlu mübahisəli mənzildə qeydiyyatda olduqlarına görə, qarşılıqlı iddia üzrə cavabdehə 3 otaqlı mənzil verilmişdir və Lökbatana aldığı mənzilə köçəndən sonra, mübahisəli mənzili kirayə vermişdir. O isə, aralarında olan gərginlik daha da yüksəlməsin deyə, heç bir tədbir görməmişdir.
9. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2505/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Əsədov) İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «mənzildən istifadə hüququnun itirilməsi» tələbinə dair ilk iddianın təmin edilməməsi, Cavabdeh1 İddiaçı qarşı «mənzilə köçürülmə» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi, Cavabdeh1 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 24 saylı evin 1 saylı mənzilinə köçürülməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir.
10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddələrinə, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216-220, 227, 233, 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən ilkin iddia tələbi üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 24 nömrəli evin 1 saylı mənzili Bakı şəhəri Tİ və MHQİ tərəfindən verilmiş 04 iyun 1998-ci il tarixli, MH seriyalı 142765 saylı qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətindədir. Mülkiyyətində olan mənzildə cavabdehlər bacısı Cavabdeh1 və oğlu Cavabdeh2Əli oğlu qeydiyyatda olsalar da bir gün də olsun mənzildə yaşamamışlar. Cavabdeh1 1993-cü il tarixdə Əli Aslanovla ailə həyatı qurmuş və onun yaşadığı Bakı şəhəri Yasamal rayonunda yaşamış, həmin ünvanda yaşayarkən bir uşağı yəni bu iş üzrə cavabdeh keçən Cavabdeh2 anadan olmuşdur. Bir müddətdən sonra atasının yaşadığı Qaradağ rayonu, Qızldaş qəsəbəsi, ev 19, 10 saylı mənzilə köçməklə hal-hazıradək orada yaşayırlar. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olmaları ona bir sıra problemlər yaradır. Belə ki, mənzil üzərində sahiblik, sərəncam, istifadə hüquqlarının məhdudlaşdırlımasına səbəb olur, həmçinin də əlavə kommunal xərclərinin ödənilməsinə səbəb olur. İddiaçı İ Qarabağ müharibəsi veteranı olmaqla İİ qrup əlildir. Bu problemləri həll etmək məqsədi ilə cavabdehlərin istifadə hüquqlarının itirilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə qanunsuz və əsassız olaraq iddianı təmin etməmiş, iş üzrə cavabdehin mənzilə köçürülmə barədə qarşılıqlı iddia tələbini təmin etmişdir. Məhkəmənin gəldiyi nəticəyə görə 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan SSR-nin Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tələblərinə görə cavabdeh ailə üzvü olduğundan həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış sahəsindən onunla birgə istifadə hüququna malkidirlər. Ona görə də mənzilə köçürülməlidir. Hesab edir ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi hüquq normasını düzgün tətbiq etməmiş, maddi və prosessual hüquq normalarının pozulması səbəbindən qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Tərəflər arasındakı münasibətlər 2009-cu ildən əvvəl yarandığından həmin münasibətlərin yarandığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcələsinin normalarına əsasən tənzimlənməlidir. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-buluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığ ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçürülmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə hüququ əldə edirlər. Qeyd edilən maddi hüquq normalarında ailə üzvlərinin dairəsi müəyyən edilib. Qeyd olunur ki, ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Digər şəxslər ailə üzvü kimi o halda qəbul oluna bilər ki, həmin şəxslər icarədar ilə birlikdə yaşayıb ümumi təsərrüfat aparsın. Cavabdeh1 Tarıverdi qızı bacım olsa da ailə üzvü deyildir, onunla birlikdə yaşamamış, ümumi təsərrüfat aparmamış, mənzil-kommunal xərclərin ödənişlərində iştirak etməmişdir. Belə olan halda məhkəmə cavabdeh 1993-cü ildə ailə həyatı quraraq daimi olaraq başqa ünvanda köçməklə otuz ildən artıq orada yaşadığından, 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə istinad etməklə onu ailə üzvü kimi qəbul edib onun mənzilə köçürülməsi barədə qarşılıqlı iddiasını təmin etməməli, həmin Məcəllənin 60-cı və 87-ci maddələrinə əsasən mənzildən istifadə hüququ itirilmiş hesab edilməsi barədə qərar qəbul etməli idi. Göründüyü kimi məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır. Qeyd edilən maddədə müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin daha uzun müddət saxlanılması dairəsi müəyyən edilmişdir ki, bura müvəqqəti həqiqi hərbi xidmət, iş şəraitinə və xarakterinə görə, uşaq tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına verilməsi və s. hallar aiddir ki, bu halların heç biri cavabdehə şamil oluna bilməz. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəmə Mənzil Məcəlləsinin 60 və 87-ci maddəsinin tələblərinə istinad etməklə nəinki cavabdehin altı aydan yuxarı mənzildə yaşamamasını, ümumiyyətlə mənzildə bir gün belə olsun yaşamamasını daimi olaraq başqa ünvanda köçüb yaşamasını əsas götürməklə qeyd edilən maddi hüquq normalarını tətbiq etməklə iddianı təmin etməli idi. Yuxarıda qeyd edildiyi kimi Qaradağ rayon Məhkəməsinin 2(002)- 2505/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsində 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə istinad edərək cavabdehin mübahisəli ünvana istifadə hüququnun olmasını və bu hüququn yalnız müvafiq kompensasiyanın ödənilməsi yolu ilə xitam verilməklə onun həmin mənzildən istifadə hüququna xitam verilməli olduğunu əsas gətirməklə iddianı təmin etməmişdir. Halbuki, məhkəməyə şahidlər dəvət etmişdir. Həmçinin qəsəbə icra nümayəndəliyinidən və qəsəbə bələdiyyyəsindən arayış və aktlar təqdim etmişdir ki, bu adam bir gün olsun mənzildə yaşamayıb. Məhkəmə şahidləri dinləməyib və təqdim etdiyi sənədlərə hüquqi qiymət verməmişdir. Göründüyü kimi Qaradağ rayon Məhkəməsi tərəfindən yuxarıda qeyd edilən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur, bu səbəbdən də məhkəmənin şikayət edilən qətnaməsi qanuni və əsaslı deyil, iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. b) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, order 1990-cı ildə verilib. Orderdə bacısı Cavabdeh1 Tarıverdi qızının adının necə qeyd edilməsini bilmir. Çünki, orderi görməyib. Orderdə öz ailəsinin adları qeyd olunub.1993-cü ildə müharibədən təzəlikcə qayıtmışdı. Həmin il cavabdeh bacısı Cavabdeh1 Tarıverdi ailə həyatı qurmuş və Yasamal rayonu ərazisində 1 ilə yaxın yaşamışdır. Bacısının övladı anadan olduqdan sonra bacısının yoldaşı həmin Yasamal rayonu ərazisində yerləşən mənzili avtomobilə dəyişmişdir. Bacısını atasının evinə o gətirmişdir. Bacısı hazırda ünvan 4 ünvanında yaşayır. Bacısı özü də etiraf edib ki, Bakı şəhəri Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 24 saylı evin, 1 saylı mənzilində yaşamayıb. Atası da vəfat etməzdən öncə ünvan 4 ünvanında yaşayırdı. Cavabdeh bacısı Cavabdeh1 Tarıverdi qızı 2-3 ildir ki, boşanıb. Yəni, bacısı nikahı pozulana qədər bu mənzildə yaşamayıb.
15. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə İddiaçı nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh iddiaçının bacısı olsa da, ailə üvzü deyil. Cavabdeh Bakı şəhəri Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 24 saylı evin, 1 saylı mənzilində yaşamayıb. Ona görə də həmin mənzilə istifadə hüququ yoxdur. Cavabdeh2 1994-cü ildə həmin ünvanda anadan olmayıb.
16. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
17. 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mənzil Məcəlləsi (08 iyul 1982-ci il tarixdən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan olan)
18. 51-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi, yaşayış sahəsi orderi əsasında, kirayədarla – mənzilistismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar – adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.
19. 52-ci maddəsinə görə dövlət və ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir.
20. 53-cü maddəyə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
21. 54-cü maddəsinin üçüncü hissəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
22. 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
23. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
24. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 1999-cu il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 217.2. qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
28. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Hazırki halda, ilkin iddia üzrə iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və ilk iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2505/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 Tarıverdi qızına və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair ilkin iddiası təmin edilməli, ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 Tarıverdi qızının və Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 24 saylı evin 1 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilməli, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Tarıverdi qızının İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir.
34. Kollegiya ilkin olaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
35. Məhkəmə kollegiyası iş üzrə ilkin və qarşılıqlı iddia tələblərinin olduğunu nəzərə alaraq hər bir iddia tələbinə ayrı-ayrılıqda hüquqi qiymət verilməsini zəruri hesab edir və apellyasiya şikayətinin dəlilləri üzrə iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir.
36. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.
37. İlkin iddia tələbinin məzmunundan görünür ki, İddiaçı məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 24 saylı evin 1 saylı mənzilindən istifadə hüququnun itirilməsini tələb edir.
38. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh1 iddiaçının bacısı, digər Cavabdeh2 isə iddiaçının bacısının oğludur. Mübahisəli mənzilə dair 1990-cı ildə order verilmişdir. Daha sonra Cavabdeh1 1993-cü ildə Əli Aslanovla ailə həyatı quraraq Bakı şəhəri ünvan 6 ünvanda yaşamağa başlamışdır. Yəni tərəflər arasında hüquq münasibəti 01 sentyabr 2000-ci ilə qədər yaranmış və bitmişdir. Buna görə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyi nəzərə alınmaqla, bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir.
39. Mənzil Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
40. Həmin maddənin sonuncu hissəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
41. Mənzil Məcəlləsinin 87-ci maddəsinin ikinci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
42. İşin faktiki hallarından görünür ki, Cavabdeh1 1993-cü ildən, Bakı şəhəri ünvan 7 ünvanda yaşamaqla özünə başqa yaşayış yeri seçmiş, Cavabdeh2 isə 1994-cü ildə yəni Cavabdeh1 özünə başqa yaşayış yeri seçəndən sonra dünyaya gəlmişdir. Və Cavabdeh1 hazırda mübahisə predmeti olan mənzilə ehtiyacı aradan qalxmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş 126 saylı MKİS-in möhürü ilə təsdiq edilmiş, T.Babayeva, T.Alcanova, R.Mahmudova və R.Hüseynova tərəfindən tərtib olunmuş aktda qeyd edilmişdir ki, ilk iddia üzrə Cavabdeh1 1993-cü ildə qoşulub Əli Aslanovla qaçdıqdan sonra bu günə kimi Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 24 saylı evin 1 saylı mənzilində yaşamayıb, yəni xx.xx.2009-cu il tarixə qədər. Cavabdeh1 1994- 1995-ci illər ərzində Yasamal rayonu ərazisində, sonra isə atasının yanında yaşamışdır. Həmçinin qarşılıqlı iddia tələbində Cavabdeh1 bu halı təkzib etməmişdir. Ərizəsində göstərmişdir ki, hazırda yaşadığı ünvan özbaşına tikilidir. Mübahisəli mənzili tərk etməsini isə İddiaçı həyat yoldaşı ilə əlaqələndirmişdir.
43. Məhkəmə kollegiyası Mənzil Məcəlləsinin 60-cı maddəsinin tələblərini, cavabdehlərin ünvan 8 ünvanda yaşamaqla özlərinə başqa yaşayış yeri seçməsini və onların mübahisə predmeti olan mənzilə ehtiyacının aradan qalxmasını nəzərə alaraq, hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 24 saylı evin 1 saylı mənzildən istifadə hüququ itirilmiş hesab edilməlidir.
44. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmənin yuxarıda qeyd edilən mövqeyinə əsasən ilkin iddia tələbi təmin edildiyindən və qarşılıqlı iddia üzrə iddiaçının mübahisə predmeti olan mənzildən istifadə hüququ itirilmiş hesab edildiyindən qarşılqlı iddia üzrə iddiaçının mübahisə predmeti olan Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsi 24 saylı evin 1 saylı mənzilinə köçürülməsinə dair iddiası təmin edilə bilməz.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı rədd edərkən və qarşılıqı iddia tələbini təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir.
46. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
47. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Kollegiya hesab edir ki, ilkin iddia təmin edildiyindən və qarşılıqı iddia tələbi rədd edildiyindən ilkin iddianın verilməsi üçün ödənilmiş 100 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu ilkin iddia üzrə Cavabdeh1 Tarıverdi qızından tutularaq ilkin iddia üzrə İddiaçı ödənilməli, qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçının özünə aid edilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Vəkil2 tərəfindən apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2505/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 Tarıverdi qızına və Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair ilkin iddiası təmin edilsin. İlkin iddia üzrə cavabdehlər Cavabdeh1 Tarıverdi qızının və Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi, 24 saylı evin 1 saylı mənzilinə istifadə hüququ itirilmiş hesab edilsin. İlkin iddianın verilməsi üçün ödənilmiş 100 manat və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumu ilkin iddia üzrə Cavabdeh1 Tarıverdi qızından tutularaq ilkin iddia üzrə İddiaçı ödənilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Tarıverdi qızının İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.