Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6551/2022 03.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1355/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı "Xalq Sığorta” ASC-nin Cavabdeh sığorta ödənişinin əvəzi olaraq 400 manat məbləğində vurulmuş zərər və 30 manat dövlət rüsumunun alınaraq "Xalq Sığorta” ASCnin hesabına köçürülməsi barədə iddiası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1355/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə rədd edilmişdir.Qətnamədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 284-2, 284-5.1, 284-5.2, 284-5.3, 284-5.4, 284-6.1, 284-6.1, 284-6.2, 284-6.3; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1, 922.1, 926.1, 1096.1, 1097.1, 1108.1, 1114.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, «Mercedes-Benz C230» markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır (icbari sığorta müqaviləsinə dair məlumat). xx.xx.2019-cu il tarixdə saat 17:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Mehdiabad yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi «Mercedes-Benz C230» markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 məxsus Mopedlə toqquşmuş, bununla da Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir (xx.xx.2019-cu il tarixli 05926788-1219 saylı YRH-nin təvərrüatları barədə Binəqədi rayon Pİ TŞ tərəfindən tərtib edilmiş arayışın və Binəqədi rayon Pİ-nin 4-cü Polis Bölməsinin baş təhqiqtçısı polis mayoru Faiq İsayevin «cinayət işinin başlanılmasının rədd edilməsi» barədə qərarın surəti).Cavabdeh «Mercedes-Benz C230» markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmuşdur (Binəqədi rayon Pİ TŞ tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsit hesab edilə bilən təfərruatları barədə arayışın surəti).«Moon» markalı Mopedin təmiri üçün dəymiş ziyanın ümimi məbləği 400 manat müəyyən edilmişdir (Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2019cu il tarixdə verilmiş qüsur aktı). "xxxx" ASC baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən «Moon» markalı Mopedin sürücüsü X4 400 manat məbləğində pul vəsaiti ödəmişdir (xx.xx.2019-cu il tarixli sığorta aktı və ödəniş tapşırığının surəti).Cavabdeh «Mercedes-Benz C230» markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ olmuşdur. Lakin, istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi etibarnaməsiz idarə etməyi ehtiva etmir. Avtomobilin sürücülük vəsiqəsi olmadan istismar edilməsi adıçəkilən maddənin təsiri altına düşərdi. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1355/2022 saylı işi üzrə xx.xx.2022-ci il qətnaməsinin ləğv edilməsi və İddiaçı "xxxx" ASCnin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddianın tam səkildə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.X3 Məcəlləsinin 327.6, 332.1; Mülki Prosessual Məcəlləsinin 217. 1, 217.2., 217.3 ; “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3, 63.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Məhkəmə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Lakin məhkəmə iddiaçının iddia tələbini əsaslandırdığı sübutları nəzərə almadan, tamamilə iddianın məzmunundan kənar məsələyə münasibət bildirmişdir. Buna görə də, məhkəmənin mövqeyi gülünc və ağlasığmazdır.Təqdim olunmuş sübutlardan aydın şəkildə görünür ki, Cavabdeh yol nəqliyyat hadisəsi yerindən yayınmış, beləliklə İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Qeyd olunan, İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi üzrə hər hansı bir pozuntu törədilməmişdir. Məhkəmənin gəldiyi nəticənin açıq-aşkar yanlış nəticə olduğu və bu nəticədən çıxış edərək maddi hüquq normasını düzgün tətbiq etmədiyi aşkardır. 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı onun mülkiyyətində olan «Mercedes Benz C230» markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük vəsiqəsi əsasında idarə etmişdir. Həmin nəqliyyat vasitəsi cavabdehin mülkiyyətində olduğundan, burada nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi ilə bağlı normadan ümumiyyətlə, söhbət gedə bilməz.Hazırkı iş üzrə bu maddənin tətbiqi zərurəti yaransaydı belə, məhkəmə tərəfindən bu normanın da imperativ tələbləri düzgün şəkildə tətbiq edilməmiş olacaqdı. Belə ki, məhkəmə “istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etmək” müddəasını yalnız sürücülük vəsiqəsinin olması ilə məhdudlaşdırmaqla şərh etmişdir Məhkəmə sübutları tam və düzgün qiymətləndirməməklə yanaşı, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olması kimi məsələlərə səthi yanaşmışdır.Məhkəmə tərəfindən ədalət mühakiməsi qanunla müəyyən olunmuş qaydada həyata keçirilməmişdir. Yuxarıda qeyd olunanlar, məhkəmə tərəfindən bu normanın da inperativ tələblərinin tətbiq edilmədiyini bir daha təsdiq edir İş materiallarından da aydın göründüyü kimi, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi üzrə-yol nəqliyyat hadisəsi yerindən yayınmaqla inzibati xəta törətmişdir. Həmin hal açıq-aşkar aydın olduğundan məhkəmə tərəfindən bu norma tətbiq edilməli idi.Birinci instansiya məhkəməsi isə, yuxarıda sadalanan qanun normalarını nəzərə almadan qətnamə qəbul etməklə, həmin qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yaratmışdır. Belə ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları-apellyasiya şikayətinin 6-cı bölməsində sadalanan maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə hazırkı iş üzrə-yol nəqliyyat hadisəsi yerindən yayınma halını tam şəkildə araşdırmamış, həmçinin iddiaçının subroqasiya hüququnu pozmaqla qətnamə qəbul etmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 50-58, 149-152, 259.0.1, 259.0.12, 371, 372, 384.0.5, 385.1.1, 387.1-cu maddələrinin tələblərinə uyğun ərizələrin təqdim edilən zaman prosessual qanunvericiliyin tələblərinə tam riayyət edilmədiyini nəzərə alaraq iddia ərizəsinin baxılmamış saxlanılmaqla apellyasiya şikayətinin qismən təmin və qətnamənin ləğv edilməsini qanuni hesab edir. Belə ki, iddia ərizəsi tərtib edilərkən mülki prosessual qanunvericiliyinin müvafiq normalarına uyğun tərtib (forma və məzmuna riayyət) edilməmiş, iddia tələbi üzrə ərizədə qeyd edilən tələb müqavilə münasibətlərdən irəli gəlsə də, müqavilə və iddianın əsasını təşkil edən (cavabdehin təqsirliliyi, inzibati xətanın törədilməsi və subroqasiya hüququnu müəyyən edən digər) sübutlar, habelə cavabdehin tələb barədə məlumatlı olması barədə sübutlar təqdim edilməmiş, birinci instansiya icraatı zamanı bu prosessual tədbirlərin həyata keçirilməsi zərurəti təmin edilməmiş, hazırki prosessual dövrdə isə bunun mümkünlüyü apellysiya baxışı ilə məhdudlaşmışdır. Bununla da, iddiaçının qeyd etdiyi kimi, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi üzrə yol-nəqliyyat hadisəsi yerindən yayınmaqla inzibati xəta törətməsi, həmçinin iddiaçının subroqasiya hüququnu pozması sübuta yetirilməmişdir. Diqqətə çatdırılmalıdır ki, Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Məcəllənin 149.2.2, 149.2.3, 149.2.4 və 149.4-cü maddələrinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb,cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat, mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri iddia ərizəsində göstərilməlidir. Məcəllənin 76.1, 77.1 və 78.1-ci maddələrinin tələblərinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məcəllənin 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məcəllənin 9.1 və 9.2-ci maddəsinə əsasən: Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Məcəllənin 284-5.4.3 və 284-5.4.4.-cü maddələrinin tələblərinə görə: tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yarandığı təqdirdə məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarmalı olduğu halda, başqa (aidiyyəti olmayan) əsaslarla iddianı rədd etməklə prosessual pozuntulara yol vermiş və yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası izah etməyi vacib bilir ki, işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən nöqsanlar aradan qaldırmaqla iş üzrə prosessual tərəfləri və mahiyyətinə uyğun tələbi düzgün müəyyən etməklə iddiaçıların məhkəməyə müraciət etmək hüquqları məhdudlaşdırılmır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 397, 398-ci maddələrini rəhbər tutaraq, kollegiya q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1355/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi” iddia ərizəsi baxılmamış saxlanılsın.
Məhkəmə qərarları › İş №2(103)-6551/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6551/2022
03.10.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver