Məhkəmə qərarları › İş №2(103)-6559/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6559/2025

22.01.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6559/2025 22.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Zaytseva (Xoş-Alxan) Ülviyyə Rəsul qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk, Zaytseva (Xoş-Alxan) Ülviyyə Rəsul qızının İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizələri (Açar sözlər: mənzildən çıxarılma, mənzilə istifadə hüququnun tanınması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X9 (sədrlik edən və məruzəçi), X8 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2990/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Zaytseva (Xoş-Alxan) Ülviyyə Rəsul qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 8163539 saylı AR DİN Yaşayış yeri üzrə qediyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 11 saylı ev, 23 saylı mənzil İddiaçı mülkiyyətindədir və orada qeydiyyatda heç bir şəxs yoxdur;

2. ÖM 135786 saylı AR BŞİH Texniki inventarlaşdırma və mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 11 saylı evin 16 kv.m yaşayış sahəsindən ibarət birotaqlı, 23 saylı mənzili xx.xx.2002-ci il tarixdə xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır;

3. Yasamal Rayon Məhkəməsinin 2(004)-426/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, X6 ilə Zaytseva (Xoş-Alxan) Ülviyyə Rəsul qızı arasında xx.xx.2022-ci il tarixdə Səadət Sarayında bağlanmış və akt qeydləri kitabında 393 nömrə ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X7 anası Zaytseva (XoşAlxan) Ülviyyə Rəsul qızının yanında qalması, uşağın yetkinlik yaşına çatana kimi saxlanılmasına görə X3 Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı və sonrakı artımlar nəzərə alınmaqla hər ay minimum əmək haqqının 0,68 misli miqdarında sabit pul məbləğində, uşağın 3 yaşına çatanadək saxlanılması üçün 50 manat məbləğində alimentin X3 tutularaq Zaytseva (Xoş-Alxan) Ülviyyə Rəsul qızına ödənilməsi qət edilmişdir;

4. AZ-İ seriyalı, 519668 nömrəli Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Zaytseva (Xoş-Alxan) Ülviyyə Rəsul qızı arasında bağlanmış nikaha xx.xx.2025-ci il tarixdə xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Zaytseva (Xoş-Alxan) Ülviyyə Rəsul qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Zaytseva (Xoş-Alxan) Ülviyyə Rəsul qızının İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İlk iddia onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh Zaytseva (Xoş-Alxan) Ülviyyə Rəsul qızı onun oğlu X4 keçmiş həyat yoldaşıdır. Belə ki, onun oğlu ilə cavabdeh xx.xx.2022-ci il tarixli, 393 saylı qeyd ilə Bakı Nikah Evində nikaha daxil olmuş, birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü Zaytsev Amal dünyaya gəlmiş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-cu il tarixli, 2(004)-426/2025 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, uşağın ananın yanında qalması müəyyən edilmişdir. Nikahın pozulmasına baxmayaraq cavabdeh keçmiş qayınanasına (iddiaçıya) məxsus mənzildə yaşamağa davam edir. Həmin mənzilin qanunsuz olaraq cavabdeh tərəfindən zəbt edilməkdədir. Cavabdehlə iddiaçının oğlu arasında nikah münasibətlərinin məhkəmə qaydasında pozulması nəticəsində tərəflər arasında ailə bağları, qarşılıqlı hüquq və vəzifələr tam şəkildə ləğv olunmuş, eyni zamanda cavabdehin qeyd olunan mənzildə yaşamaq hüququ da faktiki və hüquqi olaraq sona çatmışdır. Onun tərəfindən dəfələrlə şifahi şəkildə cavabdehə mənzilin boşaldılması ilə bağlı xəbərdarlıq edilmiş, lakin bu xəbərdarlıqlara məhəl qoyulmamış və cavabdeh mənzili özbaşına şəkildə zəbt etməyə davam etmişdir.

7. İlk iddia üzrə cavabdeh Zaytseva (Xoş-Alxan) Ülviyyə Rəsul qızı cavabdeh İddiaçı qarşı “istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddia üzrə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 11 saylı evin bir otaqlı, 23 saylı mənzilinə xx.xx.2023cü il təvəllüdlü oğlu X10 ilə birlikdə onun istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçı Zaytseva (Xoş-Alxan) Ülviyyə Rəsul qızı cavabdeh Zayseva X2 Vladlen Sergeyeviçlə xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2023-cü ildə Amal adlı övladları doğulmuşdur. xx.xx.2025-ci il tarixdə nikah məhkəmə qaydasında pozulmuş və azyaşlı oğlu onun himayəsində qalmışdır. Hazırda yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 11 saylı evin bir otaqlı, 23 saylı mənzili cavabdehin mülkiyyətindədir. Evlilikdən əvvəl keçmiş qaynanası və keçmiş həyat yoldaşı ilə razılığa gəlinmiş, hazırda yaşadığı bir otaqlı mənzilin yeni qurulmuş ailəyə məxsus olduğu təsdiqlənmişdir. Milli adətlər baxımından qarşılıqlı iddia üzrə hər iki cavabdehə nikah müqaviləsi bağlanması, onun və övladının bu ünvana pasport qeydiyyatına alınması kimi təkliflər etməmişdir. Yasamal rayonu, Mirzə Fətəli döngəsi, dalan 3, 2 saylı ev mərhum nənəsinə məxsus olmuş, dövlət tərəfindən vəsait ödəməklə alınmış, satışdan əldə olunan vəsait 4 vərəsə arasında bölünmüş və onunla azyaşlı övladına heç bir aidiyyatı yoxdur. Həmin ünvanda göstərilən pasport qeydiyyatı formal xarakterlidir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2990/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ilk iddianın təmin edilməsi, cavabdeh Zaytseva (Xoş- Alxan) Ülviyyə Rəsul qızının İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması və mənzilin iddiaçıya təhvil verilməsi, qarşılıqlı iddianın təmin edilməməsi, ödənilmiş dövlət rüsumu rüsumunun ödəyicilərinin özlərinə aid edilməsi qət edilmişdir.

10. Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, İddiaçı övladı X6 ilə cavabdeh Zaytseva (XoşAlxan) Ülviyyə Rəsul qızı xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından X12 dünyaya gəlmişdir. Nikahdan sonra onlar iddiaçıya, yəni qaynanasına məxsus mübahisələndirilən mənzildə yaşamışlar. Yasamal Rayon Məhkəməsinin 2(004)-426/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaq ananın yanında saxlanmışdır. Hazırda ilkin iddia üzrə iddiaçı cavabdehin mənzildən istifadə hüququnun mövcud olmamasına əsaslanaraq, onun mənzildən çıxarılmasını, cavabdeh isə qarşılıqlı iddia ərizəsi verərək, başqa yaşayış yeri və qazancı olmadığına istinad etməklə, övladı ilə birlikdə mənzildən istifadə hüququnun tanınmasını məhkəmədən xahiş edir.

11. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, ilkin iddia üzrə İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 11 saylı ev, 23 saylı mənzil üzərində mülkiyyət hüququnun mövcudluğu iş materiallarından olan AR BŞİH Texniki inventarlaşdırma və mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Qeydiyyat vəsiqəsində öz əksini tapdığından o, cavabdеh Zaytseva (Xoş-Alxan) Ülviyyə Rəsul qızının həmin mənzildən çıхarılması ilə bağlı müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. Beləliklə, məhkəmə iddiaçının subyektiv hüququnun pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırarkən hesab edir ki, hazırki iddianın hüquqi dəyərləndirilməsi Mülki Məcəllənin 157.2-ci maddəsi ilə bağlı müddəalarının tələbləri daxilində aparılmalıdır. İlkin iddia üzrə cavabdeh mübahisələndirilən mənzilə 2022-ci ildə köçdüyündən bu münasibətlərdən yaranan mübahisəyə hal-hazırda qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir.

12. Məhkəmə qeyd etmişdir ki, hazırki işdə ilkin iddia üzrə cavabdeh isə Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin dispozitiv şərtləri çərçivəsində ilkin iddia üzrə iddiaçının ailə üzvü və digər qohumları hesab edilmir. Qeyd edilən normaya əsasən, digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Digər qohumlar anlayışına və onların əhatə dairəsinə Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında aydınlıq gətirilmişdir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun göstərilən Qərarında əks olunmuş hüquqi mövqeyinə görə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göründüyü kimi, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

13. Hazırkı işdə qarşılıqlı iddia üzrə iddiaçı Zaytseva (Xoş-Alxan) Ülviyyə Rəsul qızı köçmək istədiyi evin mülkiyyətçisinin ailə üzvü və digər qohumları kateqoriyasına aid deyildir. İş materiallarından görünür ki, ilkin iddia üzrə iddiaçı Zayseva X2 Vladlen Sergeyeviç ilə cavabdeh Zaytseva (Xoş-Alxan) Ülviyyə Rəsul qızı rəsmi nikaha daxil olaraq, ailə qurmuşdurlar və iddiaçıya məxsus olan mənzilə köçərək orada yaşamışdırlar. Nikah Yasamal Rayon Məhkəməsinin 2(004)- 426/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnamə ilə pozulmuşdur. Nəzərə alınmalıdır ki, Zaytseva (Xoş-Alxan) Ülviyyə Rəsul qızı mülkiyyətçinin deyil, onun oğlunun keçmiş ailə üzvü hesab olunur və cavabdeh bu mənada mübahisələndirilən mənzildən istifadə hüququna malik deyildir, hazırda mənzildə qanunsuz yaşamağa davam etməkdədir. Belə ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Bunlara, şəxsin əşya hüquqlarının mövcudluğu, mülkiyyətçi ilə yaşayış sahəsindən istifadə etmək hüququ verən müvafiq müqavilənin bağlanması və digər qanuni halları aid etmək olar. Hazırki işdə isə belə hallar mövcud deyildir.

14. Məhkəmə qarşılıqlı iddia tələbinə münasibətdə isə qeyd etmişdir ki, ilk iddianın təmin edilməsi qarşılıqlı iddianın tam olunmasını aradan qaldırdığından, qarşılıqlı iddia üzrə iddiaçı Zaytseva (Xoş-Alxan) Ülviyyə Rəsul qızının Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi, 11 saylı evin bir otaqlı, 23 saylı mənzilinə xx.xx.2023-cü il təvəllüdlü oğlu X10 ilə birlikdə istifadə hüququnun tanınması tələbi rədd edilməlidir.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respubikasının Konstitusiyasının 13 və 29-cu; “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci; Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 152.7, 157.2, 157.4, 228.1-ci; Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarı; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı və Mülki Prosessual Məcəllənin 217.2, 217.4, 119 və 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

16. Qətnamədən ilkin iddia üzrə cavabdeh Zaytseva (Xoş-Alxan) Ülviyyə Rəsul qızı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddianən rədd edilməsi, qarşılılqı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətində göstərilmişdir ki, nikаhdаn əvvəl iddiаçı və keçmiş həyаt yoldаşı cavabdehə və qohumlаrınа məlum etmişdirlər ki, Nərimаnov rаyon Ə.Əliyev küçəsi 11 sаylı evin 23 sаylı mənzili yeni qurulаn аilənin gələcəkdə dаimi yаşаyış yeri olаcаq. Məhz bu səbəbdən vаlideynləri və o (cavabdeh) nikаh müqаviləsi, yəni аdı çəkilən bir otаqlı mənzillə bаğlı pаsport qeydiyyаtınа аlınmаq və sаir hərəkətləri etməmişdir. Mənzildə аpаrılаn təmir işlərində mаliyyə vəsаiti bаxımındаn iştirаk etmiş və mənzildəki əşyаlаr ona məxsus cehiz əşyаlаrıdır. Sondа аnа xətti ilə nənəsinə məxsus Yаsаmаl rаyon ərаzisində yerləşən bir mərtəbəli köhnə evlər sökülmüş, pаy bölgüsü аpаrılmış, əldə olunаn vəsаit yeni mənzil аlmаğа kifаyət etməmiş, bu səbəbdən digər yаşаyış yeri yoxdur və аzyаşlı övlаdı ilə sığınаcаğı yoxdur. O və аzyаşlı övlаdı iddiаçının аilə üzvü olаrаq məhkəmə tərəfindən onların istifаdə hüququ tаnınmаlıdır. Həttа nikаhın pozulmаsındаn sonrа cavabdeh аilə üzvü olmаsа belə аzyаşlı övlаdı iddiаçı ilə bаğlı аilə üzvü olаrаq qаlır. Məhkəmə ilk növbədə iddiаçıyа münаsibətdə, yəni yeni аilə qurulаnа qədər mübаhisə predmeti olаn mənzilin təmir işlərinin аpаrılmаsı, cehiz qismində gətirdiyi əşyаlаrın məhz bu mənzilin həcmi bаxımındаn аlınmаsı, qurаşdırılmаsı və sаir hаllаrа hüquqi qiymət verməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

b) Proses iştirakçılarının izahatı

19. Məhkəmə kollegiyasının iclasında ilk iddia üzrə İddiaçı apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, izahatında əlavə olaraq qeyd etdi ki, qarşı tərəf iddia edir ki, mənzilin onun daimi yaşayış yeri olacağı ilə bağlı onlar tərəfindən vəd verilmişdir. Lakin, belə bir hal baş verməyib, onlar heç kimə söz verməmişdir. Ev ona (iddiaçıya) məxsusdur. Əvvəl o evdə xalası yaşayırdı, o, xalasına baxmışdır. Ev ona xalasından qalıb. O evdə təmir olmayıb ki, təmirdə də iştirak etsin. İddiaçıya toydan bəri qalan borcu var.

20. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq ilkin iddia üzrə cavabdeh Zaytseva (Xoş-Alxan) Ülviyyə Rəsul qızı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası cavabdehin üzrlü səbəb barədə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq normaları:

21. Azərbaycan Respublikası Konstitutsiyası Maddə İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.

22. Azərbaycan Respublikası Mənzil Məcəlləsi. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

26. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının şikayətin dəlilləri üzrə tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 28.İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı övladı X6 ilə cavabdeh Zaytseva (Xoş- Alxan) Ülviyyə Rəsul qızı xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından X12 dünyaya gəlmişdir. Nikahdan sonra onlar iddiaçıya, yəni qaynanasına məxsus mübahisələndirilən mənzildə yaşamışlar. Yasamal Rayon Məhkəməsinin 2(004)- 426/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaq ananın yanında saxlanmışdır. Hazırda ilkin iddia üzrə iddiaçı cavabdehin mənzildən istifadə hüququnun mövcud olmamasına əsaslanaraq, onun mənzildən çıxarılmasını, cavabdeh isə qarşılıqlı iddia ərizəsi verərək, başqa yaşayış yeri və qazancı olmadığına istinad etməklə, övladı ilə birlikdə mənzildən istifadə hüququnun tanınmasını məhkəmədən xahiş etmişdir. 29.Kollegiya qeyd edir ki, tərəflər arasındakı münasibətlərə 1 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-cü maddələri tətbiq olunmalıdır. 30.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilir ki, “...Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Nəzərə almaq lazımdır ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsində yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanmadığı qeyd edilmişdir. Bununla belə, əgər tərəflər arasında başqa razılaşma olarsa, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə etmək imkanı artıq ailə münasibətlərini tənzimləyən normalara görə deyil, mülki qanunvericilik əsasında davam edər (Mənzil Məcəlləsinin 30.7-ci maddəsi).”

31. Göründüyü kimi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə əsasən istifadə hüququnun yaranma əsası ailə münasibətlərinin mövcudluğudur.

32. Deməli, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında göstərilən hüquqi mövqeyə əsasən Mənzil Məcəlləsində qeyd edilən “ailə üzvləri” anlayışına yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşayan və ailə qanunvericiliyinə əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər aid edilmişdir.

34. Ailə Məcəlləsinin tələbinə əsasən valideynlərin uşaqlarını saxlamaq vəzifəsi, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ, ər-arvadın və keçmiş ər-arvadın bir-birini saxlamaq vəzifəsi, qardaş və bacıların yetkinlik yaşına çatmayan və ya əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi, baba və nənənin nəvələrini saxlamaq vəzifəsi, nəvələrin baba və nənəni saxlamaq vəzifəsi, yetirmələrin öz faktik tərbiyəçilərini saxlamaq vəzifəsi, ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi nəzərdə tutulmuş olsa da, valideynin yektinlik yaşına çatmış əmək qabiliyyəti olan övladını saxlamaq vəzifəsi nəzərdə tutulmamışdır.

35. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 11 saylı ev, 23 saylı mənzil üzərində mülkiyyət hüququnun mövcudluğu iş materiallarından olan AR BŞİH Texniki inventarlaşdırma və mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin Qeydiyyat vəsiqəsində öz əksini tapmışdır.

36. Beləliklə, məhkəmə kollegiyası ilkin iddia üzrə cavabdeh Zaytseva (Xoş-Alxan) Ülviyyə Rəsul qızının köçmək istədiyi evin mülkiyyətçisinin ailə üzvü kateqoriyasına aid edilmədiyindən, o, iddiaçının deyil, iddiaçının oğlunun keçmiş həyat yoldaşı olduğundan və cavabdehin mübahisələndirilən mənzilə istifadə hüququ olmadığından həmin mənzildə qanunsuz yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırdığından məhkəmə ilkin iddianı təmin etməklə qanuni və əsaslı nəticəyə gəlmişdir.

37. O cümlədən ilkin iddianın əsaslılığı şərtləndirən hallar qarşılıqlı iddianın əsassızlığına dəlalət etdiyindən kollegiya hesab edir ki, məhkəmə qarşılıqlı iddianı rədd etməkdə də haqlı olmuşdur.

38. Kollegiya şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, şikayətdə göstərilən mübahisələndirilən evin təmirində iştirak edilməsi, iddaçı tərəfin vədinə görə həmin evə qeydiyyata düşməməsi və s. kimi hallar hazırki tələb üzrə mənzilə istifadə hüququnun əsası kimi önəm kəsb etmədiyindən məhkəmənin iş üzrə gəldiyi nəticənin qanuniliyinə xələl gətirmir. 39.Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olmuş sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcburi halda hüquqi qiymət verməklə düzgün hesab etmişdir ki, ilkin iddia təmin, qarşılıqlı iddia təmin edilməməlidir. 40.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 41.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 42.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İlkin iddia üzrə cavabdeh Zaytseva (Xoş-Alxan) Ülviyyə Rəsul qızının apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2990/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar