Məhkəmə qərarları › İş №2(103)-656/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-656/2025

13.01.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-656/2025 13.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı işi üzrə QƏTNAMƏSİ Açar sözlər: ( “pul” ) hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ pul” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2569/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:

1. İddiaçı Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “GESCO" Açıq Səhmdar Cəmiyyətində işlədiyi müddətdə hər növbədə artıq işlədiyi iş saatına görə 1800 manat, gecə növbəsinə görə 480 manat, 12 ay müddətində əmək kitabçasını vermədiyi üçün 4560 manat xx.xx.2023-cü il tarixdə mediasiya ödədiyi 51 manat bir dəfə ikinci dəfə mediasiya ödədiyi 55 manat və yol xərci Bakı şəhərinə məhkəməyə getməyinin yol xərcləri 90 manat olmaqla cəmi 7036 manat, qeyd olunan məbləğin gecikdirilməsinə görə hər gün üçün 1 faiz pulun hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılması və Əmək müqaviləsindən kənar işə cəlb etdiyi üçün Cavabdeh ASC mühafizə şirkətinin iyirmi beş min manat məbləğdə cərimə edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Gəncə şəhər 2 saylı Peşə məktəbində gözətçi vəzifəsində işləmiş, işlədiyi dövrdə heç bir nizam intizam qaydalarını pozmamış, əksinə nümunəvi işçi olmuş, maddi məsul şəxsi olmuşdur. 2 saylı peşə məktəbinin xx.xx.2022-ci il tarixdə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ümumi respublika üzrə gözətçi vakant yerləri ixtisara düşdüyünə görə onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və xx.xx.2022-cu il tarixdə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən sifariş verdiyi “GESCO" ASC ilə əmək müqaviləsi bağlayaraq mühafizəçi vəzifəsinə qəbul olunmuşdur. Xidmət etdiyi post Gəncə şəhəri 2 saylı peşə məktəbi olub və aylıq əmək haqqı da 300 manat miqdarında müəyyən edilib. Lakin Gəncə şəhərində yerləşən 6 dənə peşə məktəbin gözətçiləri – onun kimi ixtisara düşənlər onunla birlikdə 18 nəfərə xx.xx.2022-ci il tarixdə Gesco ASC-nin onlara verdiyi A4 də sənədlər siyahısında lazım olan sənədləri toplayıb Bakı Şəhər Nərimanov Cinar park biznes mərkəzində yerləşən Cavabdeh ASC mühafizə şirkətinə həmin sənədləri təqdim etmək göstərişini verdilər. xx.xx.2022 ci il tarixdə 6 nəfər gözətci 6 dənə peşə məktəbinin hərəsində 1 nəfər qalmaqla yerdə qalan onunla birlikdə 12 nəfər gözətçi Gəncə şəhərində gecə saat 12:00da avtobusa minərək yola düşmüşlər. Bakı şəhərinə xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Nərimanov Cinar park biznes mərkəzində yerləşən Cavabdeh ASC mühafizə şirkətinə 12 nəfər daxil olaraq Gəncədən topladıqları sənədləri təqdim etmişlər. Cavabdeh ASC mühafizə şirkətinin Baş mühasibinə Şamil müəllimə və sənədlər imza etdirdi lakin işin mahiyyətini iş saatlarını onlara izah eləməmişdir. Gəncə Şəhərində cavabdeh şəxs var xx.xx.2022-ci il tarixdə gəlin iş saatını və iş qrafikin başa salacaq, “artıq siz bizim əməkdaşsız”, onlara uniforma, geyim, şalvar köynək, iş vəsiqəsi vermişdirlər. Həmin gündə - xx.xx.2022-ci il tarixdə Gəncəyə qayıtmışdırlar. xx.xx.2022-ci il tarixdə saat 09:00-da Gəncə şəhəri 2 saylı peşə məktəbində onunla birlikdə 3 nəfər Gesco ASC nin onlara təqdim etdiyi uniforma paltarı geynib tam xidmətə hazır vəziyyətdə Cavabdeh ASC-nin Gəncə şəhər üzrə cavabdeh şəxsini gözləmişlər ki, onlarla tanışlıq edib iş saatları və iş qrafikini onlarla tanış etsin. 10-15 dəqiqə sonra Cavabdeh ASC-nin mülki geyimdə nümayəndəsi gəlmiş, Gesco İMS-F 047 Layihənin ərazidə yerləşən obyektə nəzarət jurnalını, Gesco İMS-F 049 Təhvil Təslim jurnalını, Gesco Muhafizə işcilərinin iş cədvəlini, X4 formasını təqdim etmiş və iş saatının 12 saat həftədə 5 gün, bir ayın 20 gününü işə gəlməli olduğunu, hər gün 12 saatdan 1 nəfər təkcə posta durmalıdır hətta naharı da əlində qapnın girişində yeməlidirlər, 10 gün gündüz 12 saat 10 gün axşam 12 saat, əmək haqqı 294 azn, lakin ay 31 dən olarsa 21 smen işləyəcəklər. 12 saatdan əmək haqqı 308 azn. Onları işlə tanış edib getmişdir. Həmin tarixdən-xx.xx.2022- ci il tarixdən xidmətə başlamışlar. xx.xx.2023cü il tarixdə Gesco ASC-nin Gəncə Şəhəri üzrə lahiyə rəhbəri İsgəndərov Elşən qərəzli şəkildə əmək müqaviləsinin müddəti bitməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verdirib. Lakin xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC verdiyi uniforma paltarı əynində Gəncə 2 saylı peşə məktəbində posta xidmət apararkən ona telefonla növbə reysi zəng edib demişdir ki, “sən işdən azadsan.” Cavabdeh ASC mühafizə şirkəti onunla xx.xx.2022-ci ildə əmək müqaviləsini bagladığına baxmayaraq, onu işə cəlb edib xx.xx.2022-ci il tarixdən və əmək müqaviləsinə xx.xx.2023-cü ildə xitam verməsinə baxmayaraq xx.xx.2023-cü il tarixə kimi işə cəlb edib. Qeyd olunan müqaviləyə xitam verilməsindən 12 aya yaxın vaxt keçməsinə baxmayaraq, cavabdeh orqan onun əmək kitabçasını qaytarmayıb. Bundan ələvə bağlanmış əmək müqaviləsinin şərtlərinə, eyni zamanda da qanunvericiliyin tələbinə görə iş saatı 8 saatdan artıq olmamalı, eyni zamanda da gecə növbəsində olan işçilərə qısaldılmış iş rejimi tətbiq edilməli idi, lakin bunun əksinə olaraq cavabdeh orqan onu işlədiyi müddətdə hər növbədə 4 saat artıq işlədib. Belə ki, bir ayda 20 dəfə növbədə olmuş, bağlanmış müqavilə üzrə 6 ay işləmişdir. Cavabdeh onu hər ay 80 saat artıq işlədib və həmin artıq iş saatına görə də 1800 manat pul ödənilməlidir. Eyni zamanda da gecə növbəsinə görə ona əlavə 480 manat, 12 aydır əmək kitabçasını vermədiyi üçün 4560 manat, xx.xx.2023-cü il tarixdə Mediasiya ödədiyi 51 manat bir dəfə ikinci dəfə mediasiya ödədiyi 55 manat və yol xərci Bakı şəhərinə məhkəmiyə getməyinin yol xercləri 90 manat olmaqla cavabdeh orqan hazırda ona 7036 manat pul ödəməlidir.

3. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixdən bugünə qədər ona ödəmədikləri gecə növbəsinin və artıq iş saatlarının pulunu, cəmi 7036 AZN məbləğ və Əmək məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən ümumilikdə 32 min 717 AZN pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC məhkəmə icraatı dövründə ona xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək yığılmış borcdan heç bir ödəniş etməmişdir. ASC-nin ona 7036 manat AZN əsas borcu qalmışdır. ASC ona xx.xx.2022-cu ildən bu günə qədər ödənilməli olan artıq iş saatlarının pulunu və gecə növbəsinin ödənişlərini bu günə qədər gecikdirdikləri üçün ƏM-nin 172-ci maddəsinin 5-ci bəndinə əsasən hər gecikdirilmiş gün üçün azı 1 faiz olmaqla 7036 manat edir. Yəni ki, 7036 AZN (gecikdirilmiş günlərin sayı bu günə qədər xx.xx.2022-ci ildən bəri 24 ay təşkil edir. (730 gün gecikmə günlərin sayı). Gecikmə günlərin sayı xx.xx.2022-cu ildən bəri bu günə qədər azalan rəqəmlər olduğu üçün (24:2=12) 12 ay nəzərdə tutulmalıdır. (365 gün). Ödənilməli olan gecə növbəsinin ödənişi və artıq iş saatlarının ödənişləri ortaq hesabları bu günə qədər 365 gün gecikdiyi üçün (7036 AZN əsas məbləğ) + hər gün 1 faizdən 70.36 AZN təşkil etdiyi üçün 25 min 681 AZN + əsas məbləğ=32 min 717 AZN təşkil edir. ASCnin ona ümumi 32 min 717 AZN qalmışdır. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsi 11 aprel 2023-cü il tarixli qərar ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun – 11 aprel 2023-cü il qərarı ilə təsdiq edilmişdir ki, Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq Azərbaycan Respublikası Əmək məcəlləsinin 172-cmaddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı 1 faiz məbləğində ödənc verilməlidir. Müddəası əmək mübahisəsinin yarandığı halda da şamil edilir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun olaraq işçi hüququnun pozulduğunun aşkar edildiyi gündən 1 il ərzində ödəncin verilməsi barədə məhkəməyə müraciət edə bilər. Cavabdeh ASC ona ödənilməli olan gecə növbəsinin pulunu və ay ərzində 80 saat artıq iş saatlarının pullarını xx.xx.2022-ci ildən bu günə qədər ödəməyiblər. Əmək məcəlləsinin 165-ci maddəsinə əsasən iş vaxtından artıq görülən iş saatı vəzifə maaşından iki qat məbləğindən aşağı olmaqla hesablanmalıdır.

5. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, Cavabdeh ASC-nin yalan məlumat verdiklərinin aşkar olunmasını, yalan məlumat verdikləri üçün məsuliyyətə cəlb olunmasını, əmək müqaviləsindən kənar işə cəlb etdiklərinə və həmin müqavilədən kənar xx.xx.2023-cü il tarixdə 48,51 azn əmək haqqı son haqq-hesab vəsait iddiaçının bank hesabına köçürülməsinə dair xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.

6. Cavabdehin nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, əmək münasibətləri üzrə mübahisələr tələbi (pul tələbi) üzrə iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı hüququnun pozulduğunu aşkar etmiş və xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət etmişdir.

7. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)-2569/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi İddiaçı Cavabdeh ASC-yə qarşı Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixdən bugünə qədər ona ödəmədikləri gecə növbəsinin və artıq iş saatlarının pulunu, cəmi 7036 AZN məbləğ və Əmək məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən ümumilikdə 32 min 717 AZN pulun ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89, 95, 97.1, 99.1, 102.1, 154.1, 165.1, 166.1, 172.1, 172.5, 178.1, 296.3, 296.4, 296.7; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2012-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarına; Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarına; “ Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 35.1, 35.2; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 124.2; “ Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Tərəflər arasında əvvəllər əmək münasibətlərinin olması, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsi işin mübahisəsiz halıdır, tərəflərin heç biri bu faktı mübahisələndirmir. Onlar arasında 2023-cü ilin əvvəllərindən başlayaraq məhkəmə mübahisələri olmuşdur. Belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdə işə bərpa, xx.xx.2023-cü il tarixdə isə ödənilməmiş son haqq-hesab tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Baki Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)- 1780/2023 saylı və xx.xx.2023-cü il tarixli e-2(005)-4256/2023 saylı qətnamələri ilə iddiaçının iddia tələbləri təmin edilməmişdir. Hazırda mübahisələndirilən hal iddiaçının iş vaxtından əlavə işlədiyi əvəzi ödənilməmiş artıq iş saatları, gecə növbəsi üzrə ödənilməli olan əmək haqqına əlavələrin ödənilməməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməməsi səbəbindən hesablanmış məbləğin 1 faizi həcmində ödəncin ödənilməsi ilə bağlıdır. Məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, əmək münasibətləri üzrə mübahisələr tələbi (pul tələbi) üzrə iddiadan imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023cü il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı hüququnun pozulduğunu aşkar etmiş və xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət etmişdir. İddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Əmək qanunvericiliyinə əsasən, iddia müddətinin əvvəli işçinin öz hüququnun pozulduğunu aşkar etdiyi gündən hesablanır və bu müddət bir il nəzərdə tutulub. İddiaçı işlədiyi xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ödənilməli olan artıq iş saatları və gecə növbəsi üzrə ödənilməli olan əmək haqqına əlavələrin hesablanaraq ödənilməsi, habelə həmin əmək haqqı məbləğlərinə əlavələrin vaxtında ödənilməsinin gecikdirilməsi səbəbindən hər gecikdirilmiş gün üçün hesablanmış məbləğin 1 faizi həcmində ödəncin tutulmasını tələb edir. İddiaçı ilkin olaraq əmək mübahisəsinin həll edilməsinə dair mediasiya prosesinin tətbiqi barədə xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət etmiş, mediasiya prosesi xx.xx.2024-cü ildə bitmiş, bununla əlaqədar ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə həmin tarixdə arayış tərtib edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə hazırki tələblə məhkəməyə müraciət etmişdir. Əmək qanunvericiliyinin tələbinə görə, aylıq əmək haqqı (o cümlədən iş vaxtından artıq vaxtda görülən və gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqı daxil olmaqla) işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Yəni, qanunda əmək haqqının hər ay üzrə ödənilməsinə dair qayda, ay tamam olduqda iş vaxtından artıq vaxtda görülən və gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqı almayan işçinin həmin dövr üzrə almalı olduğu əmək haqqına münasibətdə hüququnun pozulduğunu bilməsinə dəlalət edir (iddiaçı avqust ayında iyul ayı üzrə maaşı aldığı zaman ona artıq vaxtda görülən və gecə vaxtı yerinə yetirilən işə görə əmək haqqı verilmədiyindən – hüququnun pozulduğundan məlumatlı olur). Başqa sözlə, işçinin əmək haqqına əlavə tələbinə iddia müddəti vəsaitin ödənilmədiyi məlum olduğu vaxtdan hər ay üzrə ayrıca hesablanır. Bu cür vəziyyətdə əgər işçinin almadığı ödənclər varsa, onları bir il keçmədən tələb edərsə iddia müddəti ötürülmüş sayılmır (məsələn: iddiaçı 2022-ci ilin avqust ayında həmin ilin iyul ayı üzrə maaşı aldığı zaman əlavələrin ödənilmədiyini bildikdən 1 il ərzində - xx.xx.2023-cü il tarixədək bu barədə tələblə məhkəməyə müraciət edə bilərdi). Digər tərəfdən iddiaçı iddia ərizəsində xx.xx.2022-ci il tarixdə ona iş cədvəlinin verildiyini, iş saatlarının izah edildiyini (iş saatının 12 saat həftədə 5 gün olduğunu, bir ayın 20 gününü işə gəlməli olduğunu, hər gün 12 saatdan 1 nəfər təkcə posta durmalı olduğu, 10 gün gündüz 12 saat 10 gün axşam 12 saat, əmək haqqı 294 manat, lakin ay 31 dən olarsa 21 smen işləyəcək olmaları, 12 saatdan əmək haqqının 308 manat olacağı) bildirmişdir. Həmçinin iddiaçı cavabdeh tərəfindən hüquqlarının pozulduğunu bildirərək ona qarşı işə bərpa, son haqq hesab tələbləri ilə məhkəməyə müraciət etmiş, qeyd olunan iddia ərizələrində də gecə vaxtlarında və iş saatlarından artıq işlədiyini bildirmişdir. Göründüyü kimi iddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2024-cü il tarixdən əvvəlki bir ildən qabaqkı dövrün (xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək) ödənclərini tələb etdiyindən iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanlara əsasən, əmək qanunvericiliyinin normaları baxımından hazırki tələb üzrə iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən və iddia müddətinin ötürülməsinin üzrlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia müddəti tətbiq edilməklə iddiaçının hazırki iddia tələbi rədd edilməlidir. Məhkəmə iddiaçının xüsusi qərardadın çıxarılması tələbi ilə əlaqədar qeyd edir ki, məhkəmə bu məsələdə tərəflərin vəsatətindən asılı deyil və işə baxarkən tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxardığı təqdirdə öz təşəbbüsü ilə müşavirə otağında müstəqil akt şəklində tərtib olunmaqla xüsusi qərardad çıxara bilər. Məhkəmə iddiaçının tələbləri üzrə məhkəmə araşdırmalarının nəticələrinə əsaslanıb belə qənaətə gəlir ki, hüquqi şəxs olan cavabdehin hərəkətlərində cinayət əlamətləri aşkara çıxarılmadığından hazırki mülki iş üzrə xüsusi qərardad qəbul edilməməlidir.

8. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən məlum olur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən Cavabdeh ASC-də mühafizə departamentində müddətli əmək müqaviləsi əsasında, 300 AZN əmək haqqı almaqla “mühafizəçi” vəzifəsində çalışmışdır;- Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)- 1780/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı işə bərpa tələbinə dair iddiası təmin edilməmişdır;- Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)- 4256/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh ASC-yə qarşı “ödənilməmiş son haqq-hesab” tələbinə dair iddiası təmin edilməmişdir. Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(005)- 2569/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini, cavabdeh “Cavabdeh ASC-nin xx.xx.2022-ci il tarixdən bugünə qədər ona ödəmədikləri gecə növbəsinin və artıq iş saatlarının pulunu, cəmi 7036 AZN məbləğ və Əmək məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən ümumilikdə 32 min 717 AZN pulun ödənilməsi” tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 89, 97, 99, 101, 154, 165, 166, 172, 296; Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə istinadən qeyd edilmişdir ki, GESCO” ASC mühafizə şirkəti onun rəsmi əmək haqqını ödəməyib və son haqq-hesabı düzgün verməyib, ona son haqq-hesab xx.xx.2023 cü ildə tarixdə 48.51 manat Xalq bank plastik əmək haqqı kartına köçürülmüşdür.Bildirir ki, o, İddiaçı oglu xx.xx.2022-cu il tarixdə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən sifariş verdiyi GESCO" AÇİQ SƏHMDAR CƏMİYYƏTİ ilə əmək müqaviləsi bağlayaraq mühafizəçi vəzifəsinə qəbul olunmuş və aylıq əmək haqqı da 300 manat miqdarında müəyyən edilib. xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin müddəti bitməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Qeyd olunan müqaviləyə xitam verilməsindən 12 aya yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh orqan onun əmək kitabçasını qaytarmayıb. Bundan əlavə onunla bağlanmış əmək müqaviləsinin şərtlərinə, eyni zamanda da qanunvericiliyin tələbinə görə onun iş saatı 8 saatdan artıq olmamalı, eyni zamanda da gecə növbəsində olan işçilərə qısaldılmış iş rejimi tətbiq edilməli idi, lakin bunun əksinə olaraq cavabdeh orqan onu işlədiyi müddətdə hər növbədə 4 saat artıq işlədib. Belə ki, bir ayda 20 dəfə o növbədə olur, bağlanmış müqavilə üzrə 6 ay işləmiş, cavabdeh onu hər ay 80 saat artıq işlədib və həmin artıq iş saatına görə də 1800 manat pul ödənilməlidir. Eyni zamanda da gecə növbəsinə görə ona əlavə 480 manat, 12 aydır əmək kitabçasını vermədiyi üçün 4560 manat.xx.xx.2023-cü il tarixdə mediasiya ödədiyi 51 manat bir dəfə, ikinci dəfə mediasiya ödədiyi 55 manat və yol xərci Bakı şəhərinə məhkəməyə getməyinin yol xərcləri 90 manat olmaqla cəmi 7036 manat olmaqla cavabdeh orqan hazırda ona Əmək məcəlləsinin 172ci maddəsinin 5-ci bəndinə əsasən ümumilikdə 32 min 717 AZN pul ödəməlidir.Cavabdeh Gesco ASC ilə məhkəmə prosesləri 2023-cü il müddətindən bügünə qədər davam edir ,ona görə də Gesco ASC- nin Hakimnən tələb etdiyi 1 ildən artıq ötüb iddia müddəti iddiacının iddiasını legv edilsin deyərək öz xeyrinə qərar qəbul etməsini sui istifadə ederek qanunsuz hesab edir. Məhkəmənin də qeyd etdiyi kimi məhkəmə işə bərpa tələbi sonra isə əmək haqqı tələbi davamlı şəkildə davam edib və bu günə qədər də davam edir.Gesco ASC mühafizə şirkəti onun rəsmi əmək haqqını ödəmiyib. Apellyasiya icraatında müəyyən edilən hallar:

10. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsində qeyd etmişdir ki, Gesco ASC və o İddiaçı xx.xx.2022 ci il tarixdə 300 manat əmək haqqı ilə əmək müqaviləsi bağlayıb və hər ay 240 saat islədilərək 294 azn əmək haqqı ödəyib,digər aylarda ay 31-dən olanda 252 saat işlədib 308.70 azn ödəyib,lakin "xxxx" ASC Nərimanov Rayon Məhkəməsində məsuliyyətdən yayınmaq üçün yalan ifadə verərək saxta tabellər təqdim edib ki,guya onu işə cəlb ediblər hər ay 130 saat və yaxud 150 saat.Halbuki təqdim etdiyi Gesco İMS-F 049 Təhvil Təslim jurnalında,X4 formasında və Gesco Muhafizə işcilərinin iş cədvəlində acıq aydın görünür ki,hər ay 240 saat işlədiblər,və aylar 31-dən olanda 252 saat.Eyni zamanda Gesco ASC-nin lektron kabinet vasitəsilə təqdim etdiyi əmək müqaviləsinin məzmunund ada açıq-aydın görünür ki iş saatları səhər növbəsi saat 08:00-dan axşam saat 20:00-dəkdir və gecə növbəsi axşam saat 20:00 dan səhər saat 08:00 dəkdir,iş iki növbəlidir.Hər növbədə 12 saat tək, fasiləsiz işləmiş, hətda naharı da qapının girişində əlində yeyirdi.Hər ay 20 dəfə növbədə olmuş və hər növbədə 12 saat bu da ayda edir 240 saat,ay 31 dən olanda 21 dəfə növbədə olurdu və 252 saat işləyirdi.Bu qədər sübutlar, bu qədər materiallardan açıq aydın görünür ki,Gesco ASC saxtakarlıq edir və onu qul nökər kimi işlədib, lakin əmək haqqını ödəməyib.Hətda son haqq hesabın ona ödənilməsini belə düzgün göstərməyib. Belə ki,son haqq-hesabı Gesco ASC xx.xx.2024- cü il tarixində 48.51 manat məbləğində vəsait ödəyib,Lakin Gesco ASC məhkəməyə məsulliyətdən qaçmaq məqsədilə gösdərib ki,son haqq-hesab təyinatı ilə 111.34 AZN məbləğində vəsaitin xx.xx.2023-cü il tarixində ödənildiyi məlum olmuşdu.Bildirmək istədiyi odur ki, bəli, Gesco ASC 111.34 azn xx.xx.2023-cü il tarixində ödəniş edib,ancaq ki, son haqq-hessab Gesco ASC xx.xx.2024-cü il tarixində 48.51 manat məbləğində vəsait ödəyib.Gesco ASC xalq bankdan onun adına sifariş verdikləri əmək haqqı plastik kartını ləgv elətdiriblər ki, o plastik kartdan əmək haqqının çıxarışını bankdan əldə edə bilməsin,O artıq həmin çıxarışı əldə etmişdi ki,Gesco ASC- dən hər bir pisliyi gözlədiyi üçün ehtiyatını görmüşdür,Gesco ASC xx.xx.2023 cü ildə əmək haqqı 345 manat etdi və işçiləri 240 saat işlədərək 323.40 azn əmək haqqı ödəyir,ay 31-dən olduqda 252 saat işlədib 339.57 azn əmək haqqı ödəyir.xx.xx.2024, saat 11:30 Gesco ASC nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 ogluna sual verdi ki,sizin məlumatınız varmı Gəncə şəhərində işlətdiyniz işciləri artıq iş saatlarına cəlb edirlər həmin iş saatlarını pulunu ödəmirlər eyni zamanda gecə növbəsinin pulunu ödəmirsiz,sualından yayınıb başqa söz danışdı, həmin sualını cavablandırmadı.xx.xx.2024 ci il tarixdə Gesco ASC əmək müqaviləsi 345 azn oldugna baxmayaraq əmək haqqı plastik kartına işcilərin 240 saat işlətdiyində 392 azn ödəyir,ay 31 dən olanda işciləri 252 saat işlədib 413.78 azn əmək haqqı ödəyirlər.Ona bugünə qədər borclarından heç bir ödəniş etməyiblər Bütün bu materialları sübutların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir.

11. İddiaçı xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək üçüncü şəxs olaraq əmək müfəttişliyinə sorğu göndərilməsini və məhkəmə iclasına dəvət edilməsini xahiş etmişdir.

12. xx.xx.2024-cü il tarixdə iddiaçı elektron kabinet vasitəsi ilə vəsatətlə müraciət edərək, iş üzrə Əmək Müfəttişliyinin cəlb edilməsini və məhkəmə iclasında iştirakının təmin olunmasını, həmçinin iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir.

13. Növbəti tarixlərdə də iddiaçı oxşar məzmunlu vəsatətlər verərək, iş üzrə məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir.

14. İddiaçı elektron kabinet vasitəsi ilə ərizə yazaraq, Gəncə şəhərində yaşaması, məsafənin çoxluğu və bununla yanaşı atasının açıq ürək əməliyyatı keçirməsi ilə əlaqədar hazırkı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, ərizə və vəsatətlərinin nəzərə alınaraq, təqdim etdiyi sübutlar əsasında qərar qəbul edilməsini xahiş etmişdir.

15. Məlumatlandırılması üçün qanunvericlikdə nəzərdə tutulmuş tədbirlərin görülməsi nəticə vermədiyindən tərəflərin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri:

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosesual Məcəllənin 372-ci maddəsinə əsasən: məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Azərbaycan Respublikasının Konstitusiyasının tələblərinə əsasən: 7. İİİ. Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir; - icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; - məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir. İV. Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər; 35. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

18. Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən: 9. e) Əmək müqaviləsi üzrə işçinin - iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək- kimi əsas hüquqları vardır; 89. 1. Tam iş vaxtı — müddəti bu Məcəllədə nəzərdə tutulmuş həftəlik və gündəlik iş saatları ərzində işçilərin əmək funksiyasını yerinə yetirməsi üçün müəyyən edilmiş zamandır.89.2. Gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz.89.3. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. 95. 1. İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. 2. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. 3. İşçilərin ümumi sayı 50 nəfərədək olan sənaye, nəqliyyat, tikinti, ticarət və digər xidmət müəssisələrində işçilərin bu Məcəllə ilə müəyyən edilmiş əmək, sosial və iqtisadi hüquqlarını məhdudlaşdırmamaq şərti ilə işəgötürən bu maddədə nəzərdə tutulmuş qaydadan fərqli olan iş vaxtının rejimi qaydalarını müəyyən edə bilər. 97.1. Saat 22-dən səhər saat 6-dək olan müddət gecə vaxtı sayılır.99.1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 101. 1. İş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir: a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə; b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün; c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda; ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda; d) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda. 2. İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə bu maddədə nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur. 102.1 . İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. 2. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. 165. 1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. 2. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. 3. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir.154. 1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.2. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.166.1. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. 166.2. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqına əlavə ödəmənin konkret məbləği əmək müqaviləsi və ya kollektiv müqavilə ilə müəyyən edilir. 172.1. Aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. 172.3. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. 172.4. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. 178.1. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. 296.1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296.4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 48. Hər bir fiziki və hüquqi şəxs eyni dərəcədə qanunla müəyyən edilən və qanunla yol verilən mülki prosessual hüquqlar əldə etmək və vəzifələr daşımaq qabiliyyətinə (mülki-prosessual hüquq qabiliyyəti) malikdir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunur ki, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

21. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, işçinin əmək haqqının gecikdirilməsinə görə ödənc barədə işəgötürənə qarşı tələbinə pul xarakterli tələb olaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsində göstərilən bir illik müddət tətbiq olunmalıdır.

22. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası qeyd edilən qanunvericilik normalarına istinadən hesab edir ki, apellyasiya şikayətlərinin sübuta yetirilməyən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, tərəflər arasında əvvəllər əmək münasibətləri olmuş, əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmiş, 2023-cü ilin əvvəllərindən başlayaraq məhkəmə mübahisələri olmuş, İddiaçı xx.xx.2023-cü il tarixdə işə bərpa, xx.xx.2023-cü il tarixdə isə ödənilməmiş son haqq-hesab tələbi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, Baki Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(005)-1780/2023 saylı və xx.xx.2023-cü il tarixli e-2(005)-4256/2023 saylı qətnamələri ilə iddiaçının iddia tələbləri təmin edilməmişdir. Hazırda isə iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmiş, iddiaçı hüququnun pozulduğunu aşkar etmiş və xx.xx.2024-cü il tarixdə mediasiyaya müraciət etmiş, mediasiya prosesi xx.xx.2024-cü ildə bitmiş, bununla əlaqədar ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə həmin tarixdə arayış tərtib edilmişdir. Bundan sonra iddiaçı xx.xx.2024-cü il tarixdə hazırki tələblə məhkəməyə müraciət etmişdir. işçinin əmək haqqına əlavə tələbinə iddia müddəti vəsaitin ödənilmədiyi məlum olduğu vaxtdan hər ay üzrə ayrıca hesablanır. Mülki Məcəllənin 372-375-ci maddələrinin tələbləri və əmək qanunvericiliyinin normalarının qeyd edilən tələbləri baxımından hazırki tələb üzrə iddia müddəti keçdiyindən, iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh tərəfindən ərizə verildiyindən və iddia müddətinin ötürülməsinin üzrlü səbəblərinə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadığından iddia müddəti tətbiq edilməklə iddiaçının hazırki iddia tələbi rədd edilməsində məhkəmə qənaəti əsaslı olmuşdur.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2569/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iddiaçı iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar